Microsoft Word Vaqif kitab son son ?sas 1 doc



Yüklə 7,29 Mb.
Pdf görüntüsü
səhifə267/274
tarix08.04.2018
ölçüsü7,29 Mb.
#36629
1   ...   263   264   265   266   267   268   269   270   ...   274

M.P.Vaqif və müasirlik 

 

 



484

qəzetinin  fəaliyyətinə  kölgə  salmaq  üçün  müəyyən  addımlar  atmağa  başladılar.  Azərbaycan  nümayəndə 

heyəti Məşrutədən qayıdarkən baş verən Qaraçəmən hadisəsini məhz “Əncümən” qəzetinin əli ilə ört-basdır 

etmək  istəyirdilər.  Bu  işdə  qəzetin  redaktoru,  mütərəqqi  fikirli  Mirzə  Əlin  Əkbər  xan  Vəkilidən  istifadə 

etmək qərara alındı. Ona Qaraçəmən hadisəsini araşdırmaq və bu işi ört-basdır etmək əmri verildi. Redaktor, 

əlacsız  qalaraq  onların  əmrini  yerinə  yetirdi,  lakin  başqa  tərəfdən  öz  etirazını  gizlətməyərək  “Əncümən” 

qəzetinin nömrələrinin birində aşağıdakı başlıqda məqalə yazdı: 

“Ey  qələm,  nə  vaxtadək  zəncirlər  və  boyunduruqlar  altında  qalacaqsan?  Haçanadək  mübarək  dilini 

zülmkarların möhrünə bağlayacaqsan?!” (3, s.315) 

Bu yazı bir daha sübut edir ki, İranda senzura ləğv edilsə də, hələ də mətbuata təzyiqlər davam edirdi. 

Bəzi mətbu orqanlar “zəncir” və “boyunduruq” altında saxlanılırdı. “Əncümən” və digər bu kimi qəzetlərin 

azad və demokratik fikirləri təbliğ etmələri onlara qarşı təzyiqləri daha da artırırdı. 

“Əncümən”  qəzeti  İran  mətbuat  tarixində  özünəməxsus  dəsti-xətti  olan  qəzetlərdən  biri  idi.  Bir  çox 

tarixçilər  bu  qəzeti  Məşrutə  inqilabının  danışan  dili  adlandırırdılar.  Qəzet  bütün  çətinliklərə  sinə  gərərək 

Mətbuat  Nazirliyinin  icazəsi  olmadan  nəşrə  başlamaqla  cəsarətli  addım  atmış  oldu.  “Əncümən”  qəzetinin 

əməkdaşları  sonuncu  saya  qədər  tutduqları  demokratiya  yoluna  sadiq  qalaraq  şah  hökumətinin  bütün 

təzyiqlərinə  tab  gətirməyə  müvəffəq  oldular.  “Əncümən”dən  sonra  istər  Təbrizdə,  istərsə  də  İranın  digər 

şəhərlərində  bu  tipli  qəzetlərin  sayı  sürətlə  artmağa  başladı.  Təbii  ki,  bura  senzuranın  ləğv  edilməsi  və 

mətbuat  haqqında  qanunun  qəbul  edilməsi  də  öz  təsirini  göstərmiş  oldu.  1911-ci  ilin  axırlarında  inqilabı 

yatırmaq üçün İrana, o cümlədən Azərbaycana xarici dövlətlərin yeni hərbi hissələrinin yerləşdirilməsindən 

sonra  ölkənin  irticaçı  qüvvələri  məclisi  buraxdılar  və  əncümənləri,  ilk  növbədə  ən  nüfuzlu  “Azərbaycan 

əyalət əncüməni”ni qadağan etdilər. Beləliklə, şah xarici qüvvələrin köməyi ilə inqilabı yatırmağa müvəffəq 

oldu.  “İnqilab  məğlub  olduqdan  sonra  ölkənin  hər  yerində  olduğu  kimi,  Cənubi  Azərbaycanda  da  bütün 

demokratik  təşkilatlar  qadağan  edildi,  demokratik  qəzetlər  bağlandı,  onların  leqal  fəaliyyəti  yenidən 

dayandırıldı” (4, s.47). 

Məşrutə  inqilabının  yatırılması  ilə  “Azərbaycan  əyalət  əncüməni”  də  fəaliyyətini  dayandırmağa 

məcbur  oldu.  Bu  hadisə  “Əncümən”  qəzetinə  də  təsirsiz  ötüşmədi  və  bir  müddət  sonra  qəzetin  də 

fəaliyyətinə xitam verildi. 

 

Ədəbiyyat 



1.Məmmədli P. Cənubi Azərbaycan mətbuat tarixi. Bakı: 2009,  230 s. 

2.Mustafayev V. Cənubi Azərbaycan Milli Şüur. Bakı: 1998, 160 s. 

3.Kəsrəvi Ə. İranın məşrutə inqilabının tarixi (tərcümə edən A.H.Cavanşir) Bakı: 2003, 564 s. 

4.Cənubi Azərbaycan tarixinin oçerki. Bakı: 1985, 215 s. 

5.”Vətən yolunda” qəzeti. Təbriz: № 138-139 

 

MƏMMƏDOVA GÜLTƏKIN 



Bakı Slavyan Universiteti 

 

UŞAQ HÜQUQLARI MEDİADA 



 

Açar sözlər: uşaq, yeniyetmə,hüquq, media,jurnalist 

 

Children's rights in the media 



 

The impact of media on the society is an undeniable fact.Children and adolescents are also influenced 

by this.Mass media influences children's character,behavior and nurture as much as their parents. Sometimes 

this ratio changes in favor of mass media. The scientific article discusses these impacts. 

 

Keywords: child, adolescent, law, media, journalist 



 

Cəmiyyətdə baş verən, sosial dəyəri olan informasiyanı axtarmaq, əldə etmək, yaymaq jurnalistikanın 

əsasını  təşkil  edir  .  Jurnalistikada  informasiya  müxtəlif  formalarda    (mətn,  audio,  vizual  ,  audio-vizual) 

yayımlanır. Yayımcılıq formasından asılı olmayaraq vahid sistem - Kütləvi İnformasiya Vasitələri (KİV) adı 

altında birləşirlər. Kütləvi İnformasiya Vasitələrinin (Qəzet, televiziya, radio və.s )  fəaliyyəti Azərbaycan 

Respublikasının  Konstitusiyası  əsasında  qəbul  olunmuş,  Kütləvi  informasiya  vasitələri  haqqında  qanunla, 

Azərbaycan Respublikasının həmin Qanuna uyğun qəbul edilmiş digər qanunvericilik aktları ilə tənzimlənir. 

KİV-də araşdırma mövzusu olan hər hansı problem yaxud sahə jurnalistdən yüksək peşəkarlıq istəyir. 

Buna  əsaslanaraq  KİV  mütəxəsisləri  jurnalistikada  ixtisaslaşmanın  vacib  olduğunu  bildirirlər.  Lakin  elə 



M.P.Vaqif və müasirlik 

 

 



485

sahələr  var  ki,  öz  idarəetmə  platformasında  belə  yenidir.  Özünü  tənzimləmə,  idarəetmə  sistemi  tam 

formalaşmayıb. Azərbaycan Resbublikası "gənc dövlət" olduğuna görə belə sahələr bizim dövlət üçün daha 

xarakterikdir. Bu sahələrdən biri də Yuvenal Ədliyyə sistemidir. 

"Yuvenal" sözü yetkinlik yaşına çatmayan şəxs mənasını verir.Yuvenal ədliyyə ifadəsi isə daha geniş 

məhfum  kimi  istifadə  edilərək,  özündə  yetkinlik  yaşına  çatmayanlarla  bağlı  cinayət,  mülki,  boşanma  və 

övladlığa  götürmə  kimi  bütün  prosesləri    ehtiva  edir.  Yuvenal  Ədliyyənin  əsasını  təşkil  edən  bu  bölgülər 

jurnalistin araşdırma mövzusu olduğu zaman uşaq hüquqları və psixologiyası önə çəkilməlidir. 

Yuvenal Ədliyyə jurnalistlərdən daha  çox araşdırma tələb edir. Çünki sistem Azərbaycan cəmiyyəti 

üçün  yeni  sahədir.  Tam  tətbiqi  həyata  keçrilməyib.  Azərbaycanda    Yuvenal  Ədliyyənin  tətbiqi  hansı 

dəyişikliklərə  səbəb  olacağı,  nəticələri  jurnalistlər  araşdırılmalı  və  ictimayyətin  diqqətinə  çatdırmalıdırlar. 

Beynəlxalq təcrübə nəzərə alınmalı ,müsbət və mənfi tərəfləri göstərilməlidir. 

Uşaq və yeniyetmələrlə bağlı mövzular mediadan, ən az bu sahənin mütəxəsisləri qədər bilik istəyir . 

Mövzu  uşaqlar  və  yeniyətmələr  olduqda  KİV-dən    xüsusi  həssaslıqla yanaşması  tələb  olunduğu  halda,  bu 

həssaslığı ala bilmirik. Bunun bir neçə səbəbi var.  Əsas səbəblərdən biri Yuvenal ədliyyənin Azərbaycan 

Qanunvericiliyində  tətbiq  edilməməsidir.  İxtisaslaşma  yalnız  polis  sistemindədir.  İxtisaslaşmış  məhkəmə, 

hakim, prokuror, vəkillər yoxdur.  Yuvenal ədliyyənin qəbul edilməməsinə əsas arqument kimi milli -mənəvi 

dəyərlər göstərirlər, digər tərəfdən isə  maddi baxımdan daha çox vəsait tələb olunduğu bildirilir.  Mövzulara 

dominant (hakim)olmayan jurnalist nə qədər keyfiyyətli araşdırma aparması şübhə altındadır. 

Azərbaycan qanunvericiliyinə görə kimlər uşaq hesab edilir və onların hüquqları nədən ibarətdir? 18 

yaşına  çatmayan  və  tam  fəaliyyət  qabiliyyəti  əldə  etməyən  şəxslər  uşaq  hesab  olunurlar.  Hər  kəsin 

doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Uşaqların təhsil, fiziki, 

psixoloji  və  ya  cinsi  istismara  qarşı  qorunma  kimi  təməl  hüquqlarının  tamına  uşaq  hüquqları  adı 

verilməkdədir.  BMT-nin  "Uşaqların  hüquqları  və  jurnalistika  praktikası-hüquqlara  əsaslanan  perspektiv" 

proqramında  bildirilirki,  «UŞAQLARIN  HÜQUQLARI»  dedikdə  18  yaşından  aşağı  uşaqların  və 

yeniyetmələr  üzrə  insan  hüquqları  başa  düşülür.  Uşaqlığın  bizim  həyatımızda  xüsusi  dövr  olduğu  barədə 

faktın qəbul edilməsi ilə uşaqlar və gənclər üçün ayrıca hüquqlar toplusu yaradılmışdır. Bu, bizim ən çox 

böyüdüyümüz və öyrəndimiz; qayğımıza qalması və təhlükəsizliyimiz üçün digərlərinin köməyinə daha çox 

ehtiyac duyduğumuz; şənlənməyimiz üçün bir dövrdür.1989-cu ildə Birləşmiş Millətlər Təşkilatı uşaqların 

məxsusi konvensiyaya ehtiyacı olduğu razılığa gəldi. Uşaqlar və gənclər üçün bu hüquqlar toplusu Birləşmiş 

Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyası adlanır. Bu, onu göstərir ki, 18 yaşından aşağı 

uşaqlar hər hansı irqi, dini və bacarıqları, hər hansı düşündükləri və ya dedikləri və hər hansı təmsil etdikləri 

ailə növünü əhatə etdiyi kimi bütün hüquqlara malikdirlər. "(1,s. 9) 

Uşaq hüquqları ilkin olaraq Konstitusiya, Azərbaycan Respublikasının Uşaq hüquqları haqqında qanun 

və    Azərbaycan  Respublikasının  digər  normativ  hüquqi  aktları  ilə  tənzimlənir.  1992-ci  ildə  Azərbaycan 

BMT-in 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasına qoşuldu. Konvensiyanın icrasına nəzarət etmək 

məqsədilə  Uşaq  Hüquqları  Komitəsi  təsis  edildi.  Konvensiyaya  qoşulmuş  dövlətlər  periodik  olaraq  uşaq 

hüquqlarının vəziyyəti ilə bağlı Komitəyə hesabat verirlər. Azərbaycan da digər dövlətlər kimi bu hesabatı 

verir.  Sonuncu  dəfə  Komitəyə  2012-ci  ildə  hesabat  verib.  Növbəti  hesabatı  isə  2018-ci  ildə  verəcək. 

Konvensiyaya Əlavə Protokolla Komitəyə uşaq hüquqlarının pozuntusu ilə bağlı fərdi şikayətlərin verilməsi 

institutu da yaradılıb. Lakin Azərbaycan hələ ki, Uşaq Hüquqları Konvensiyasının pozuntusu ilə bağlı fərdi 

şikayətlərin  verilməsi  mexanizmini  qəbul  etməyib.  Buna  görə  də  Komitəyə  Azərbaycanda  fərdi  şikayətlər 

vermək olmur. Konstitusiyanın 12-ci maddəsinin II hissəsinə əsasən bu Konstitusiyada sadalanan insan və 

vətəndaş  hüquqları  və  azadlıqları  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə 

uyğun  tətbiq  edilir.  Bu  hüquq  normasına  uyğun  olaraq  Azərbaycan  uşaq  hüquqlarını  qoşulduğu  Uşaq 

Hüquqları Konvensiyasına uyğun yerinə yetirməlidir. 

Uşaq  hüquqları  həmçinin  daha  geniş  ailə  məsələlərini  tənzimləyən  Ailə  Məcəlləsinin  bir  sıra 

müddəaları  ilə  də  tənzimlənir.  Həmin  Məcəllənin  11-ci  fəsli  ayrıca  olaraq  uşaq  hüquqlarını  ehtiva  edir. 

Burada uşağın ailədə tərbiyə olunmaq, müdafiə, ünsiyyət, ad kimi hüquqları müəyyən edilir. 

Göstərilənlərdən  əlavə  bir  sıra  digər  qanunvericilik  aktları  (məsələn,  Məişət  zorakılığının  qarşısının 

alınması  haqqında  Qanun  həmçinin  uşaq  hüquqları  ilə  əlaqəlidir)  və  icra  hakimiyyəti  orqanlarının 

tənzimləyici  aktları  (məsələn,  Nazirlər  Kabinetinin  vətəndaşlıq  vəziyyəti  aktları  ilə  əlaqədar  təlimatı  uşaq 

hüquqlarına sıx toxunur) ilə uşaq hüquqlarına dair məsələləri tənzimləyir.  

Medianın  cəmiyyətə  təsiri 

danılmaz  faktdır.  Uşaqlar  və  yeniyetmələr  də  bu  təsirdən  öz  paylarını  alırlar.    KİV  uşaqların  xarakterinə, 

rəftarına, tərbiyəsinə, arzu və maraqlarına ən az valideynlər və cəmiyyət qədər təsir edir. Bəzən bu nisbət 

KİV-in xeyrinə də dəyişə bilir. Bütün hallarda bunun müsbət və mənfi təsirləri var. Öz məsulliyətini dərk 

edən  har  hansı  KİV  orqanı  yaxud  KİV  nümayəndəsi  uşaqlarla  bağlı  hazırladığı  materillarda    yalnız  hal-

hazırkı  sütuasiyanı  nəzərə  alaraq  işıqlandırmamalıdır.  Gələcəkdə  uşağın  ala  biləcəyi  psixoloji  təsirləri, 

travmada nəzərə alınmalıdır. 

Jurnalistlər  hansı  hallarda  uşaq  hüquqlarının  pozulmasında  kobud  səhvliklərə  yol verir? Bu  məqamı 

diqqətlə dəyərləndirdikdə məlum olur ki, KİV nümayəndələri müsahibə zamanı  uşaq psixologiyasını nəzərə 




Yüklə 7,29 Mb.

Dostları ilə paylaş:
1   ...   263   264   265   266   267   268   269   270   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə