Microsoft Word Vaqif kitab son son ?sas 1 doc



Yüklə 7,29 Mb.
Pdf görüntüsü
səhifə266/274
tarix08.04.2018
ölçüsü7,29 Mb.
#36629
1   ...   262   263   264   265   266   267   268   269   ...   274

M.P.Vaqif və müasirlik 

 

 



483

keçirilməsi ilə bağlı xalqın tələbləri mütəmadi çap edilirdi. Qəzetin daha bir üstün cəhəti ondan ibarət idi ki, 

sadə  insanlar  da  bu  qəzetə  məktub  şəkilində  müraciət  edə  bilirdilər.  Məmurlar  tərəfindən  incidilənlərin, 

hüquqları  tapdananların,  konstitusiyanın  qaydalarını  kobudcasına  pozan  ünsürlərin  əməllərindən  xəbərdar 

olanların etiraz məktubları tez-tez qəzet səhifələrində dərc olunurdu. 

“Əncümən”  qəzeti  İranda  antiimperialist  mövqeyi  ilə  də  tanınırdı.  Çar  Rusiyasının  və  İngiltərə 

hökumətinin  İrana  qarşı  hərbi-müdaxilə  planları  qəzetdə  çox  kəskin  şəkildə  tənqid  olunurdu.  1907-ci  ildə 

ingilis-rus sazişi ilə bağlı “Əncümən” qəzetində belə bir siyasi şərh dərc edilmişdir:  

“İngiltərə  və  Rusiya  dövlətinin  bu  müahidəni  bağlamaqdan  ...  əsl  məqsədlərini  işğalçılıq, 

müstəmləkəçilik, özlərinin siyasi, eyni zamanda iqtisadi-ticarət mənafeilərini təmin etməkdədir” (4, s.246). 

Qəzetdə  dərc  edilmiş  bu  sitat  bir  daha  sübut  edir  ki,  “Əncümən”də  çalışanlar  təkcə  gündəlik  xəbərlər 

verməklə  kifayətlənmir,  həm  də  siyasi-analitik  şərhlərlə  ictimai  rəyin  formalaşmasında  da  vacib  rol 

oynayırdılar. Məhz bu tipli yazılar İranda insanlar arasında antiimperialist qüvvələrin sayının artmasına rəvac 

verirdi.  

Qəzetin adının altında bu sözlər yazılmışdır: “Xalqın və tacirlərin istəyi üzərində bu qəzet çox sadə 

dildə yazılmışdır”. (1, s.52). Bu sözlər “Əncümən” qəzetinin dili haqda fikir yürütməyə imkan verir. Bundan 

əlavə Əhməd Kəsrəvi özünün “İranın Məşrutə inqilabı tarixi” əsərində qəzetin dili barədə belə yazırdı:  

“O, (“Əncümən” qəzeti) sadə dildə yazılmış daş üzərində çap olunurdu. Faydalı qəzetlərdən biri idi” 

(3, s.319). Qəzet daha çox fars dilində nəşr olunsa da, bəzi nömrələrində türkcə yazılara da rast gəlinirdi. 

“Əncümən”  qəzetində  əsas  dilin  fars  dili  olması,  çox  güman  ki,  oxucu  auditoriyasının  daha  çox  savadlı 

insanlardan  ibarət  olması  ilə  əlaqədar  idi.  Bura  Əncümən  üzvlərinin  seçilməsi  ilə  bağlı  şərtləri  də  əlavə 

etmək olar. Belə ki, Əncümən üzvləri xalqın səsi ilə seçilməli, seçicilər İran təbəəsi olmaqla bərabər, yaşı 21-

dən yuxarı olmalı idi. Seçkidə qadınlar iştirak edə bilməzdilər. Namizədlər isə ən azı 30 yaşında olub, mütləq 

fars  dilində  bilməli,  yazıb  oxumağı  bacarmalı  idilər.  Məşrutə  qanununda  rəsmi  dildən  heç  bir  söz 

açılmamasına baxmayaraq fars dili demək olar ki, rəsmi səviyyədə idi. Farsca bilməyənlərin Əncümənə üzv 

seçilə bilməməsi də bütün bunlara sübutdur. Türk dili isə o dövrdə daha çox  məişət  səviyyəsində istifadə 

edilirdi. Yuxarıda qeyd edilənləri nəzərə alsaq “Əncümən” qəzetinin niyə məhz fars dilinə üstünlük verdiyi 

aydınlaşmış  olur.  Qəzetdə  işıq  üzü  görən  yazıların  böyük  əksəriyyəti  fars  dilində  olsa  da,  ara-sıra  türkcə 

yazılara  da  rast  gəlinirdi.  Türk  dilində  olan  yazılar  daha  çox  maariflə  bağlı  olurdu.  Məmmədrza  Heyət 

qəzetdə Azərbaycan türkcəsinin durumu ilə bağlı yazırdı:  

“Qəzetin  bəzi  saylarında  çıxan  bir  neçə  şeir  istisna  olmaqla  tamamilə  farsca  nəşr  olunurdu.  Amma 

qəzetə verilən elan və xəbərləri nəzərə alsaq bəzi hallarda türkcə olurdu” (5, 1384, № 138-139). 

“Əncümən”  qəzetinin  9-cu  sayında  dərc  edilmiş  elan  böyük  maraq  doğurur.  Elanda  Təbrizin 

“Ədəbiyyə” məktəbində heç vaxt məktəbə getməmiş 7 yaşlı uşaqlara 4 ay içində fars, türk və ərəb dilində 

yazıb-oxumağı öyrətmək təklifi irəli sürülürdü. Qəzetin 32-ci sayında yenə “Ədəbiyyə” məktəb şagirdlərinin, 

müəllimlər  ilə  birlikdə  Təbriz  Əncüməninə  gedib  türkcə  şeir  oxuduqları,  Əncümənin  məktəbə  25  tümən 

yardım etdiyi və qəzetin hər həftə 60 nüsxə öyrəncilərə pulsuz göndərilməyi xəbəri dərc edilmişdir. 

Tanınmış tədqiqatçı M.Heyət “Əncümən” qəzetinin saylarını araşdıraraq bu haqda xüsusi məqalə dərc 

etmişdir. Həmin məqalədə müəllif “Əncümən” qəzetinin Təbrizin müxtəlif məktəblərində oxuyan şagirdlər 

üçün təşkil etdiyi tədbirlərdən oxunan şeirləri də olduğu kimi təqdim edir:  

Məktəbdir ənbiyadə nəbilik əlaməti

Məktəbdir ovliyadə vəlilik səadəti. 

Məktəbdir aləmdə yetirən hər hidayəti

Məktəbdir orgədən bizə əmri-şəriəti. 

Məmmədrza  Heyətin  yazmış  olduğu  məqalə  ilə  tanış  olduq  da  məlum  olur  ki,  “Əncümən”  qəzeti 

Şimali Azərbaycanda nəşr olunan qəzetlərlə də əlaqələr qurur və bu qəzetlərdə dərc edilən yazıları yaxından 

izləyirdi.  Dediklərimizə  sübut  olaraq  “Əncümən”  qəzetinin  1907-ci  ildə  nəşr  edilmiş  1-ci  sayını  misal 

göstərə bilərik. Qəzet bu sayında “Füyuzat”da dərc edilmiş böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami 

Gəncəvinin  “Oğlum  Məhəmmədə  nəsihət”  yazısını  vermişdir.  Həmin  il  qəzetin  10-cu  sayının  1-ci 

səhifəsində  isə  Parisdən  “Osman  və  iqtisadi  tərəqqi  cəmiyyəti”  tərəfindən  Təbriz  milli  əncuməninə 

göndərilən bir məktub və ikinci səhifədə əncümən tərəfindən verilən cavab yayınlanmışdır (1, s.54). 

“Əncümən”  qəzeti  Təbriz  məktəbləri  haqda  yazılarla  təhsilin  daim  diqqət  mərkəzində  saxlanılmalı 

olduğunu göstərirdi. Qəzetin müxtəlif nömrələrində “Nübar”, “Səadət”, “Pərsəriş”, “Ədəbiyyə”, “Rüşdiyyə” 

və  digər  məktəblər  barədə  yazılar  işıq  üzü  görürüdü.  Bu  tipli  xəbərlər  daha  çox  türk  dilində  yazılırdı. 

“Əncümən” qəzetinin 116-cı sayının sonluğu, 3-cü səhifənin isə yarısı türk dilində dərc edilmişdir. 

“Əncümən”  qəzetinin  fəaliyyəti  yuxarı  dairələrdə  o  qədər  də  isti  qarşılanmırdı.  Məşrutə  inqilabının 

əsas təbliğat vasitəsi, “Azərbaycan əyalət əncüməni”nin mətbu orqanı olan bu qəzet şah hökumətində qıcıq 

yaradırdı.  Təsadüfi  deyil  ki,  başda  müctəhidlər  olmaqla  bir  sıra  dövlət  və  hökumət  adamları  “Əncümən” 




Yüklə 7,29 Mb.

Dostları ilə paylaş:
1   ...   262   263   264   265   266   267   268   269   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə