Microsoft Word Vaqif kitab son son ?sas 1 doc



Yüklə 7,29 Mb.
Pdf görüntüsü
səhifə269/274
tarix08.04.2018
ölçüsü7,29 Mb.
#36629
1   ...   266   267   268   269   270   271   272   273   274

M.P.Vaqif və müasirlik 

488


Ərəb tarixşünaslığının yaranması və inkişafına dair müasir elmi ədəbiyyatda iki əks meyl (ziddiyyətli 

tendensiya) mövcuddur. Belə ki, tanınmış rus alimi S.P.Prozorov öz "Арабская  историческая литература 

в Ираке, Иране и Средней Азии в VП -середине X века"əsərində ərəb tarixşünaslığının yaranmasını VIII 

əsrin  birinci  rübünə,yəni  yazılı  mənbələrin  təsbit  edilməsi  zamanına  aid  edir.  Onun  fikrincə,  bu  dövrdə 

ümumi ərəb tarixşünaslığınınnəzdində  şiə  tarixşünaslığı formalaşmağa başladı (8, s. 10). 

 Alimlər ərəb tarixşünaslığının yaranmasını XIX əsrin əvvəlinə, yəni, əvvəlki dövrün yunan, Suriya və 

fars mənbələrinə bənzəri olmayan tarixi ədəbiyyatın  yeni  xüsusi “Fəthlər kitabı”janrının yaranması dövrünə 

aid  edir  (6,  ds.  154-155;  7,  s.  224;  4,  s.  241).  Bu  tarixi  istiqamətin  nümunəsi  kimi  əl-Mədaininin,  əl-

Bəlazurinin, əl-Kufinin “Fəthlər kitabı”nın adını çəkmək olar. Burada müəlliflər ərəb fəthlərinə xüsusi diqqət 

yetirərək  ərəb  xilafətinin  tarixindən  bəhs  edirlər.  Xilafət  tarixinə  müraciət  Ərəb  xilafətinin  XIX  əsrdə 

parçalanmasının  başlanması  ilə  bağlı  idi.  Ərəb  cəmiyyəti  qarşısında  xilafətin  sarsılmış  ideoloji 

əsaslarınınmöhkəmləndirilməsi    və    xalqın  tarixi  keçmişinin  dərk  edilməsi  kimi  birinci  dərəcəli  məsələ 

dururdu. Dövlətin şanlı keçmişinə, yüksəliş və çiçəklənmə dövrünə olan maraq hazırki siyasi proseslərin ötən 

dövrün  hadisələr  prizmasından  qiymətləndirilmə  vacibliyi  ilə  bağlı  idi.  IX  əsrin  ayrı-ayrı  mənbələrinin 

öyrənilməsi ötən dövrdə (VII-VIII əsrin ortası) ərəb alimləri tərəfindən çoxlu əsərlərin yaradılması haqqında 

nəticəyə gəlməyə imkan verir. Bu əsərlər erkən ərəb tarixşünaslığının əsasını yaradan zəngin tarixi materialı 

təşkil edirdi. IX əsrdə öz əsərlərini yaradan tarixçilər bu mənbələrdən olan məlumatları bu və ya digər tarixi 

hadisə  və  faktla  bağlı    öz  mülahizə  və  baxışları  ilə  tamamlayırdılar.  Beləliklə,  məhz  bu  dövrə-  IX  əsrin 

əvvəlinə ərəb tarixşünaslığının tam şəkildə inkişafı, yəni onun bütöv, vahid elmə çevrilməsi baş verir. 

Ərəb tarixşünaslığının formalaşması haqqında daha dolğun təsəvvür yaratmaq üçün S.M. Prozorovun  

yuxarıda adı çəkilən əsərində yer alan şiə tarixşünaslığının bəzi aspektlərinə toxunmaq lazımdır. Ümumərəb 

tarixşünaslığının  nəzdində  şiə  tarixşünaslığından  danışarkən  S.M.  Prozorov    şiə  tarixi  ədəbiyyatını  3 

mərhələyə bölür: 

1. VII-X əsrin ortaları – şiə hərəkətinin başlanğıc dövrü;

2. X əsrin ortaları-X əsrin sonu -  şiə ədəbiyyatının işlənməsi və kodlaşdırılması;

3. XI əsrin əvvəlindən şiəliyin dövlət şəklində formalaşması və onun dövlət ideologiyasına çevrilməsi

(10, s. 11). 

Erkən  şiə  tarixşünaslığının  başlanğıc  mərhələsi  Əlinin    və  onun  səhabələrinin  və  tərəfdarlarının 

fəaliyyəti, rəvayətlərin toplanması və həmçinin şiələrə  xeyirxahlıqla yanaşan qəbilələrin genealogiyasının 

tərtibi ilə bağlı idi. Hədislərin yazılı tərtibatı bir neçə mərhələdən keçmişdir: ilk əvvəl onları sadəcə olaraq 

yazıya  köçürür,  sonra  isə  onları  ilkin  mənbəyə  çatana  qədər  mühadislərin    adı  ilə  qruplaşdırırdılar. 

Hədislərin yazılmasının son mərhələsi onların mövzular üzrə təsnifatı ilə bağlı idi. Birinci mərhələdən yalnız 

ayrı-ayrı sitatlar,  ikincidən isə  – malaki məzhəbinin banisi Malik ibn Ənəs əl-Müvəttanın (713-795)   “əl-

Müvətta”  toplusu  qalmışdır.  İki  redaktədə  saxlanılan  bu  toplumda  müxtəlif  hüquqi  mövzular  üzrə 

qruplaşmış  1700  hədis  var  (4,  s.  236;  6,  s.  156).  Hədislərin  başqa  nümunəsi  kimi    Hənbəli    dini-siyası 

hərəkatının və hüquq məktəbinin başçısı Əhməd ibn Hənbəlin (780-855) məşhur “əl-Müsnad”-ın (30 000-

dən artıq hədis) adını çəkmək olar (4, s. 30-31).  Bundan başqa, Məhəmmədin yaxın səhabəsiƏbuHüreyrada 

(693-cü  ildə  vəfat  etmiş)  saxlanılanpeyğəmbərin  sözlərinə  əsasən  yazılmış  hədislərdən  ibarət 

dəftərmövcuddur. Həmin yazılar Əli ibn Əbu Talibin sözlərinə görə onun oğlu Həsənə verilmişdir ( 10, s. 

10).  


Erkən  orta  əsr  alimlərinin  əsərlərinin  tədqiqatı  zamanı  bu  əsərlərinxüsusi  keyfiyyəti    onların 

universallığı üzə çıxır. Əsrin ortalarında çox güman ki, müsəlman dini bilikləri  özünü göstərir, VIII əsrin 

sonundan etibarən müxtəlif fənlərin müsəlman elmindən ayrılması prosesi başlayır. İslam  elminin ayrılması 

elmin müxtəlif sahələrində fitri biliklərə sahib olan çoxsaylı alimləri bu sahələrdən birini: dini, tarixi və  ya 

hüquq elmini daha dərindən öyrənməyə gətirib çıxartdı. 

VIII əsrin ortalarında müsəlman cəmiyyətinin nüfuzlu nümayəndələrinin evlərində müxtəlif disput və 

elmi müzakirələr keçirilirdi. İslam elminin belə tanınmış lider və avtoritetlərinə ilk növbədə 6-ci imamiyyə 

məzhəbinin altıncı imamı və cəfəri hüquqi cərəyanın başçısı Cəfər as-Sadiqini (700-750 –ciillər) aid etmək 

olar. 

Ədəbiyyat 



1. Aн-Наубахти  Ал-Хасан бин Муса. Шиитские секты. -М., 1973

2. Аш-Шахрастани Мухаммад ибн Абд, ал-Карим. Книга о религиях и сектах / Пер. с араб.,введ. и

коммент. С. М. Прозорова. М.: Наука, Главная редакция восточной литературы, 1984. Ч. 1. Ислам.

3. Большаков О.Г. История халифата. ч. II, М., 1993

4. Большаков О.Г. Очерки истории арабской культуры V-XV вв.



M.P.Vaqif və müasirlik 

489


5. Всемирная история и Восток. Сборник статей. М.,1989, 224s

6. Ислам: Энциклопедический Словарь. M., 1991, 315 s.

7. Крачковский И.Ю. Избранные сочинения. Т. 1,М., 1951

8. Новосельцев А.П. Некоторые аспекты развития мусульманской историографии средних веков.

Всемирная история и Восток. Сборник статей. М.,1989

9. Прозоров С. М. К вопросу о «правоверии» в исламе: понятие ахл ас-сунна (сунниты) / Проблемы

арабской культуры. М., 1987, 213—218.

10. Прозоров С. М. Арабская историческая литература в Ираке, Иране и Средней Азии (VII —

середине X в.). — М.:  1980.

YUSİFOVA PÜSTƏXANIM 

Azərbaycan Dillər Universiteti 

MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏTDƏ NƏZAKƏTLİLİK VƏ MÜRACİƏT FORMALARI 

SOSİAL-MƏDƏNİ FAKTORLAR KİMİ 

Açar sözlər: mədəniyyət, ünsiyyət, nəzakətlilik, müraciət formaları, faktorlar 

Politeness and address forms as socio-cultural factors in cross-cultural communication 

In the globalized and integrated world we enter into communication with people belonging to various 

cultures. That is why it is crucial to learn factors that influence cross-cultural communication. This article 

covers  politeness  and  address  forms  as  socio-cultural  factors  of  cross-cultural  communication. 

Communication begins with forms of address and politeness is an essential part of communication in order to 

achieve pragmatic goal. The article deals with socio-cultural factors such as politeness and address forms in 

various cultures including Azerbaijani and English cultures. The approaches of different scientists have been 

also been taken into consideration throughout the article. 

Keywords: culture, communication, politeness, address forms, factors 

Mədəniyyətlərarası ünsiyyətə mədəniyyətlərarası əlaqələr, onların reallaşma şərtləri, bu proses zamanı 

yarana  biləcək  çətinliklər  və  mədəniyyətlərarası  ünsiyyət  zamanı  baş  verə  biləcək  uğursuzluqlar  daxildir. 

Mədəniyyətlərarası  ünsiyyət  müxtəlif  mədəniyyət  daşıyıcılarının  birgə  fəaliyyətidir.    Müxtəlif 

mədəniyyətlərin  daşıyıcıları  olan  insanlar  bir-biri  ilə  əlaqə  yaratdığı  zaman  onlar  nəinki  fərqli 

mədəniyyətlərlə,  həmçinin  fərqli  dil,  mətbəx,  geyim,  davranış  qaydaları,  dünyaya  baxış  forması  ilə 

qarşılaşırlar. Bu cür müxtəlifliklər ucbatından fərqli mədənyyətlərə sahib insanların əlaqələri çətin, bəzən isə 

qeyri-mümkün  olur.  Bu  zaman  insanlar  yad  mədəniyyəti  özününkü  ilə  uyğunlaşdırmağa  çalışır  ki,  bu  da 

mədəniyyətlərarası  əlaqələrə  maneə  ola  bilər.  Mədəniyyətlərarası  əlaqələrin  uğurlu  alınması  üçün 

mədəniyyətlərarası ünsiyyəti öyrənmək lazımdır. 

Mədəniyyətlərarası  ünsiyyətə  bir  çox  faktorlar  təsir  edə  bilər  ki,  bunlardan  biri  də  sosial-mədəni 

faktorlardır. Sosial-mədəni səviyyədə ünsiyyətə müxtəlif fakrolar təsir göstərir ki, nəzakətlilik və müraciət 

formaları bunlardandır. 

Nəzakətlilik.  Mədəniyyətlərdən  asılı  olaraq  nəzakatlilik  qaydaları  müxtəlif  cür  ifadə  edilir. 

Başqalarına  qarşı  nəzakətli  olmaq  onlarla  yaxşı  əlaqələr  qurmağa,  anlaşılmazlıqdan  uzaq  durmağa, 

münasibətləri qaydasına salmağa və s. imkan verir. Biz, nəzakətli olmaq üçün cəmiyyətin sosial dəyərlərini 

başa düşməliyik (3, s. 296-297) . 

İngilis  və  Azərbaycan  dillərində  nəzakətlilik  müxtəlif  vasitələrlə  ifadə  edilir.  Məsələn,  excuse  me, 

sorry, please, thank you, bağışlayın, buyurun, zəhmət olmasa, alqış və  s.  kimi  qəbul edilmiş ifadələrdən 

istifadə edilir. 

A: Excuse me, what time is it? 

B: Zəhmət olmasa qapını örtün. 

Ünsiyyət zamanı nəzakətliliyin əsasında sima (face) konsepti mərkəzi yer tutur. Sima dedikdə insanın 

ictimai  siması  nəzərdə  tutulur  ki,  bu  da  hər  bir  şəxsin  malik  olduğu  emosional  və  sosial  halıdır.  Bu 

baxımdan nəzakətli olmaq ünsiyyətə daxil olan hər bir şəxsin simasının tanınmasıdır. Gündəlik ünsiyyətdə 

insanlar  bir-birilərinin  ictimai  simalarının  tanınmasını  və  ona  hörmətlə  yanaşılmasını  istəyirlər.  Bəzən, 

danışan  şəxs  tərəfmüqabilinin  simasını  hədələyən  ifadələr  (kobud  ifadələr)  işlədə  bilər  ki,  bu  da  simanı 



Yüklə 7,29 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə