Microsoft Word Vaqif kitab son son ?sas 1 doc



Yüklə 7,29 Mb.
Pdf görüntüsü
səhifə268/274
tarix08.04.2018
ölçüsü7,29 Mb.
#36629
1   ...   264   265   266   267   268   269   270   271   ...   274

M.P.Vaqif və müasirlik 

 

 



486

almadan onlara, sualları ünvanlayır. Öz reportajları daha maraqlı alınması üçün daha həssas məqama dönə-

dönə  toxunurlar,  uşaqların  üz  görüntüləri  açıq  şəkildə  yayımlanır,  onlarla  bağlı  daha  dəqiq  məlumatlar 

ötrülür. BMT Uşaq Fondunun Uşaqlarla Müsahibə Aparılmasına dair Təlimatında deyilir ki:"Hər hansı uşağa 

heç  bir  zərər  vurmayın;  uşağı  təhlükədə  qoymaqla  və  ya  uşağın  alçaldılmasını  göstərməklə  və  yaxud 

travmatik hallar nəticəsində uşağın ağrısını və dərdini təzələməklə mədəni dəyərlərə subyektiv, qeyri-həssas 

olan suallara, münasibətlərə və ya şərhlərə yol verməyin. Müsahibə aparılması üçün uşaqların seçilməsində 

cinsinə,  irqinə,  yaşına,  dininə,  statusuna,  təhsil  səviyyəsinə  və  ya  fiziki  bacarıqlarına  görə  ayrı-seçkilik 

etməyin. Uydurmaya yol verilməməsi: uşaqların keçmişinin tərkib hissəsi olmayan əhvalatı danışmasını və 

ya  hərəkətə  yol  verməsini  onlardan  xahiş  etməyin".  BMT-nin  bu  təlimatı  zaman  -zaman    Azərbaycan 

mediasında    kobud  formada  pozulur.  Qubada  on  yaşlı  Nurayın  qəyyumluq  məsələsi  ilə  bağlı  məhkəmə 

qərarından sonra icraçılarının qanuna zidd hərəkətlərinin mediada işıqlandırılması məsələsini örnək göstərək. 

Məhkəmə  prosesində  qanun  pozuntusu  baş  vermişdi  .  Telefonla  çəkilən  proses  qısa  müddətdə  sosial 

şəbəkələrdə sürətlə yayıldı . Demək olar ki, bütün media qurumları çalışırdı ki, məsələ ilə bağlı daha çox 

informasiya yaysın. İP toplamaq üçün aralarında güclü rəqabət gedirdi. "Qafqazİnfo"-nun müxbiri Nuraya  

ünvanladığı  suallar  böyüklərin  belə  kifaəyət  qədər  çətinliklə  cavablandıracağı  suallar  idi.  Müxbir  soruşur: 

"Nuray  sən  atandan  qorxduğun  üçün  onunla  qalmaq  istəmirsən  ?"  Sanki  atasından  qorxduğunu  şüuraltı 

uşağın  beyninə  yeridir.  Nurayın  üz  görüntüsü  bütün  KİV  orqanları  tərəfindən  yayımlanmışdı.  Məktəbdə 

yaxud gələcək həyatında hansı situasiyaların baş verə bilməsi nəzərə alınmamışdı. Xaladan atanın əleyhinə 

uşağın  yanında  müsahibə  alınması  və  s.  amillər  jurnalist  etikasına  zidd  idi.  Ola  bilərdi  ki,  mövcud 

sütuasiyada  münaqişəli  tərəflər  bir-birlərini  kəskin  şəkildə    ittiham  etsinlər.  Lakin  belə  məqamları 

işıqlandıran jurnalist uşaq kontekstini unutmamalıdır. 

BJF-nin rəyinə əsasən, bütün jurnalistlər və media peşəkarları nəinki yüksək etika və peşə normalarına 

riayət  etməli,  eləcə  də  müstəqil  jurnalistikanın  həyata  keçirilməsi  üçün  fəaliyyət  sahəsi  daxilində  Uşaq 

Hüquqları haqqında Konvensiya və onun müddəaları barədə məlumatların mümkün dərəcədə geniş şəkildə 

yayılmasını dəstəkləməlidirlər. 

BJF-nin  qənaətinə  görə,  media  təşkilatları  uşaqların  hüquqlarının  pozulmasını  və  uşaqların  texniki 

təhlükəsizliyi,  şəxsi  həyatının  toxunulmazlığı,  fiziki  təhlükəsizliyi,  təhsili,  sağlamlığı  və  sosial  rifahı  ilə 

əlaqədar məsələləri və bütün istismar formalarını araşdırmalar və ictimai müzakirə üzrə mühüm məsələlər 

kimi hesab etməlidirlər. 

Bununla  yanaşı,  media  nəinki  uşaqların  vəziyyətini  yalnız  hadisə  kimi  nəzərdən  keçirməli  və  bu 

baxımdan  xəbər  hazırlamalı,  eləcə  də  «həmin  hadisələrin  baş  verməsinə  səbəb  ola bilən və  ya  səbəb  olan 

proses haqda davamlı surətdə xəbər verməlidirlər (1, s. 37). 

 

Ədəbiyyat 



1. Uşaqların hüquqları və jurnalistika praktikası- hüquqlara əsaslanan perspektiv: BMT Uşaq Fondu - Dublin 

Texnologiya İnstitutu 2007 , 84s 

2. Azərbaycan Respublikasın Konstitusiyası 2017 , 47s 

 

VƏLİ   JALƏ 



Azərbaycan Milli Elmlər Akademiyası Şşərqşünaslıq İnstitutu 

 

ERKƏN ƏRƏB TARİXŞÜNASLIĞINDA SÜNNİ-ŞİƏ TARİXİ ƏNƏNƏSİNİN AYRILMAMASI 



 

Açar sözlər: ərəb tarixşünaslığı, sünni-şiə ənənəsi, vahid müsəlman ümməti, ideoloji, dini, siyasi 

baxışlar, siyasi proseslər, tarixi ədəbiyyatın təsnifatı 

 

About not separation of the Sunni- shiite historical traditionin an early Arab historiography 



 

The article has devoted to a question of not dissociation sunni-shiite historical traditions. There the 

review of formation of Islam as religions is given hire. It is told about the events which have led to split in  

Muslim Ummah. Special attention is paid to classification of Shiite historical tradition. In article it is told 

about creativity of the Arab scientists who have made a contribution to development of the Arab historical 

literature. 

 

Keywords:  Arab  historiography,  sunni-shiite  tradition,  unit  Muslim  Ummah,  ideological, 



religiousviews, politicalprocesses, classification of histoticalliterature 

 

Tarixçi araşdırmaçıların payına çoxlu kiçik və böyük kəşflər düşür. Külli miqdarda hələ işlənməmiş 



materialla bağlı olan azsaylı orta əsrlər tarixini   tədqiq edən tarixçilərdə bu kəşflərin ehtimalı daha artıqdır. 


M.P.Vaqif və müasirlik 

 

 



487

Yaxın Şərq tədqiqatçıları üçün orta əsrlər tarixi  daha çox maraq doğurur. Neçə minilliklər bizdən uzaq olan  

orta  əsrlər  tarixini  öyrənərkən,    buhadisə  və  faktlarınşaxəli  dünyasına  daxil  olaraq  tədqiqatçının  önündə  

cəmiyyət  fəaliyyətinin  yeni,  hələ  kəşf  olunmayan  şaxələri  açılır.    Bu  şaxələrin  uzunmüddətli,  çox  səy  və 

zəhmət tələb edən  tədqiqi alimləri növbəti araşdırmalara sövq edir. İş prosesi zamanı daha  ciddi və obyektiv 

təhlil  tələb  edənproblemlər  ortaya  çıxır.    Bu  cür  problemlərdən  biri  erkən  Abbasi  dövrü  müəlliflərinin  

yaradıcılığında sünni-şiə  tarixi ənənələrinin ayrılmamasıdır. 

Problemin  məğzini  dərk  etmək  üçün  islamın  din  kimi  formalaşma  dövrünə,  vahid  ümmətin 

parçalanmasına  və    iki  sünni  və  şiə  cərəyanlarının  əmələ  gəlməsinə  gətirən  hadisələrə  nəzər  yetirmək 

lazımdır. 

Əksər  mənbələrin  şahidliyinə  görə  Məhəmməd  peyğəmbər  özündən  sonra  varis  qoymamışdır,  buna 

görə  onun  vəfatından  sonra  vahid  müsəlman  ümmətində  qızğın  mübahisələr  başlamış,  dünyəvi  və  ruhani 

hakimiyyət məsələsi barəsində peyğəmbərin fəaliyyəti dövründə fikir ayrılığı yaranmışdır (1, s. 16; 2, s. 10). 

Qeyd  etmək  lazımdır  ki,  Məhəmməd  peyğəmbərin  fəaliyyəti  dövründə  hakimiyyət  məsələsi  müzakirə 

obyekti  olmamışdır.  Hakimiyyət  tamamilə  Allaha  məxsus  idi.  Dünyəvi    hakimiyyət  rəiyyətin  Quran  və 

sünnət  qaydaları ilə yaşaması üçün Allah tərəfindən insanlara göndərilən bir ənam idi. Dünyada baş verən 

bütün  hadisələr  onların  əhəmiyyətindən  asılı  olmayaraq  ruhani  dairəsinə  aid  idi.  Hakimiyyət  dünyəvi  və 

ruhani  cəhətdən  ayrılmırdı.  Bununla  belə,  hakimiyyət  xüsusi  sakral  səciyyə  daşıyırdı.  Məhəmməd 

peyğəmbər nəinki  Allah-təalanın qərarlarını yerinə yetirir, həmçinin Onunla  insanlar arasında vasitəçi idi. 

Buna görə peyğəmbərin əməlləri  və söylədikləri müqəddəs hesab edilir, onun şəxsiyyəti isə bütün müsəlman 

ümməti  üçün  təqlid  nümunəsi  idi.  Lakin  peyğəmbərin  ölümündən  sonra  ilahi  vəhvlərin  olmadığı  halda 

hakimiyyət məsələsi son dərəcə kəskinləşdi. Hakimiyyət uğrunda inadlı mübarizə rəqabət aparan tərəflərin 

dini-siyasi düşüncələrini inkişaf etdirən kəskin mübahisələrlə qüvvətlənirdi. Bu dini-siyasi düşüncələrin öz 

növbəsində formalaşan ərəb tarixşünaslığında öz əksini tapırdı 

Hakimiyyətə cəhd  öz əvvəlki imtiyazları uğrunda mübarizə aparan qəbilə əyanlarının qruplaşmasının, 

islam  uğrunda  xidmətlərinə  görə  dövlətdə  hakim  mövqeləri  tutmağa  çalışan,  yeni    formalaşan  müsəlman  

yuxarı təbəqəsinin sayəsində hərbi nailiyyətlər  və sərvətlərbir neçə  qruplaşmanın maraqlarını toqquşdurdu 

(1, s. 18). 

Müsəlman  icmasında  hələdə  hakimiyyətin    onun  cəngavər,  şücaəti  ilə  seçilən  layiqli  nüfuzlu 

nümayəndəsinə (mürəvva), dini imtiyazları olan və  peyğəmbərə  ruhən yaxın olan şəxsə  qəbilə prinsipinə   

əsasən  keçməsi  saxlanılırdı.  Bununla  belə,  müsəlman  ümmətinin  bu  və  ya  digər  nümayəndəsinin  xeyrinə 

dəlillər  nəzərə alınırdı. 

Bundan  başqa,  hakimiyyətin  qan  qohumluğuna,  yəni  sülalə  varisliyinə  əsasən  keçməsi  mövcud  idi. 

Hakimiyyətin  sülalə    varisliyinə  ötürülməsi  ideyasını    ilk  dəfə  Osmanın  hakimiyyəti  zamanı  islamı  qəbul 

edən  Yəmən  yəhudisiAbdallahbinSaba  (İbn  as-Sauda)  Töratata  istinad  edərək  o  hər  bir  peyğəmbərin  dini 

varisi (vasi)olduğunu bildirir. Onun fikrincə, Əli  Məhəmməd peyğəmbərin vəsiyyətinə görə onun varisi idi. 

“Məhəmməd peyğəmbərlərin ən yaxşısı olduğuna görə Əli də varislərdən ən yaxşısı idi (3, s. 207-208; 5, s. 

8). Qəbilə sisteminin dağılması zamanı mübarizə daha kəskin və qərəzli xarakter alır. Bu mübarizə  565-cı 

ildə  xəlifə  Osmanın  vəfatından  sonra    güclənir.  Bu    hadisə  köhnə  qəbilə  əyanları  və  yeni    formalaşan 

müsəlman    yuxarı  təbəqəsinin  arasında    çoxdan  qızışan  münaqişəni  ortaya  çıxartdı.Bu  mübarizənin 

dəlillərindən  biri  kimi  Əməvilər  sülaləsinin  nümayəndəsi  ƏbuSüfyanMüaviyənin  başçılığı  ilə  qəbilə 

zadəganları Osmanın  qanıqisasını irəlisürmüşdü.O, xəlifənin ölümündə Əlini əlbir olmasında günahlandırdı. 

Beləliklə,  hakimiyyət  uğrunda  mübarizə  zamanı  Məhəmməd  peyğəmbərin  yaxın  qohumu  Əlinin 

tərəfdarlarının    gələcəkdə  xüsusi  siyasi  cərəyan    olan  şiəliyin  yaranmasına  gətirən  siyasi  qruplaşma 

formalaşmağa  başladı.    Bu  qruplaşmanı  Əlinin    xilafətə  olan  hüquqları  daha  layiqli  olduğunu  hesab  edən 

qohumları, ev adamları və yaxınları təşkil edirdi. 

Möminlərin  qalan  hissəsi  özünü  Quranın  və    peyğəmbər  sünnəsinin    və  onun  silahdaşlarının 

tərəfdarları elan etdi. Öz imanlarının həqiqiliyinin sübutu kimi onlar  Məhəmməd peyğəmbərin vəfatından 

sonra müsəlman ümmətinin 79 icmaya bölünməsi və onlardan yalnız birinin cənnətə düşməsi haqqında olan 

peyğəmbər hədisini göstərirdi. Bu yeganə icma “əhl əs-sunnava-l cəmaə-dir” (sünnə və həmrəylik əhli) (8, s. 

13; 5, s. 29-30). 

Deməli,  Məhəmməd  peyğəmbərin  vəfatından  30  il  sonra    müsəlman  ümmətinin  daxilində  sülalə 

çərçivəsindən çıxan və müsəlman aləminin gələcək taleyinə böyük təsir edən parçalanma baş verdi. 

Ərəb  cəmiyyətində  baş  ve,rən  proseslər  təbii  ki,    onun  proqressiv,  açıqfikirli  nümayəndələrinin  

ideoloji,  dini  və  elmi  düşüncələrini  formalaşdıraraq  onlara  təsir  edirdi.  Hər  bir  siyasi  proses,  hadisə,  fakt   

ərəb  tarixçisi  üçün  maraq  doğurur,  onun  qiymətinə  məruz  qalır.  Belə  ki,  siyasi,  elmi,  dini  fikirlərin 

formalaşması zamanı tədricən ərəb tarixşünaslığı təkmilləşir. 



Yüklə 7,29 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə