Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə51/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   45   46   47   48   49   50   51   52   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
235 
maq gərək!” Bəlli  olduğu kimi, cövlan vurmaq qılınca 
deyil, “qartala” aid xüsusiyyətdir. Deməli, qartala aid olan 
“cövlan vurmaq” qılıncın üzərinə köçürülüb. Burada onu 
da qeyd edək ki,  dastandakı  şeirlərdə “cövlan vurmaq” 
ifadəsi həm də “cövlan qılmaq”  şəklində  işlənib: “Misri 
qılınc qılsın cövlan//Boyanmağa qana gəlir”; 
“... Bir meşəyə ki, od düşdü // Quru yanar, yaş 
inildər”: birincisi, bu nümunədə “odun” (ağac) sözü ellip-
sisə  uğrayıb; ikinci, burada insana aid olan “inildəmək” 
xüsusiyyətinin “odun”un üzərinə köçürülməsi müşahidə 
edilir; üçüncüsü, həmin metafora təşbehə asanlıqla çevrilə 
bilir. Məsələn, belə: yaş odun (ağac) yananda adam kimi 
inildəyir;  
“Hansı igidin sonu yoxdu // ocaq sönər, daş 
inildər”. Burada insana məxsus olan inildəmək xüsusiyyəti 
“daş”ın üzərinə köçürülüb: ocaq sönəndə daş adam kimi 
inildəyir... Bir məqamı da qeyd edək ki, dilimizdəki 
“inildəmək” feli həm də heyvanlarla bağlı  işlədilir: 
“Dağda maral xoş mələr // Xoş inildər, xoş mələr...” 
– zahiri oxşarlığa görə yaranan metaforalar: dağ 
başı. “Uzaq-uzaq dağ başında // Tala-tala qar görünür...” 
Bu cür metaforalara az təsadüf olunur; 
– sadə metaforalar. Dastanın  şeir dilində bu cür, 
yəni “əşya və ya hadisələr arasındakı yalnız bir ümumi 
əlamət  əsasında qurulmuş” (M.Adilov, Z.Verdiyeva, 
F.Ağayeva. İzahlı dilçilik terminləri. Bakı, 1999, səh.155) 
metaforalara nümunə kimi bunları göstərmək olar: 
pələng (güc, cəsarət). “Mənəm cəzirənin  əsil 
pələngi”; 
şir (güc, cəsarət), tülkü (hiyləgərlik). “...Şirnən 
tülkünün nə işi // Girəydi meydana, Nigar!”; 
Язизхан Танрыверди 
 
 
236
 
laçın (sürətli uçuş, cəsurluq). “Çənlibeldən laçın 
gəlib, qollarını açın gəlib ...” Buradakı “laçın” metaforası 
Koroğlu obrazını işarələndirir; 
bülbül (aşiq), gül (məşuqə). “Mən bülbüləm, gülüm 
alam // O dərddən saralıb, solam...” 
Göründüyü kimi, yuxarıdakı nümunələrin  əksə-
riyyəti igidlik, mərdlik semantikasını qüvvətləndirən 
metaforalardır (bu tip vahidlər ədəbiyyatşünaslıqda həm də 
simvollar başlığı altında öyrənilir). 
 
Metonimiya  
 
“Koroğlu”nun  şeir dilində metonimiyalar üstün 
mövqedə  çıxış etmir. Amma bunu da inkar etmək olmaz 
ki, “Koroğlu”nun şeir dilinin zənginliyini həm də metoni-
miyalar  şərtləndirir. Bu  cəhət  aşağıdakı nümunələrdə 
özünü qabarıq şəkildə göstərir: 
Çənlibelin söhbəti, sazı – Çənlibelin yox, onun 
adamlarının, dəlilərinin söhbəti, sazı. “Olur Çənlibelin 
söhbəti, sazı // Gəlir gümrah keçir baharı, yazı...”; 
Çənlibel yasa batır – Çənlibel deyil, orada yaşayan 
adamlar, dəlilər yasa batar. “...Çənlibelim yasa batar // 
Gəlmədi, Eyvaz gəlmədi”; 
Bayazidin elinə - Bayazid əhalisinə  mənasındadır. 
“Xəbər olsun Bayazidin elinə // Aparram Eyvazı, qala 
qoymaram...”; 
Ərzrumdan xərac almaq – Ərzrumdan yox, onun 
paşasından xərac almaq. “Ərzrumdan xərac alıb gəlmişəm 
// Ərzrumda arzumanın qalmadı...”; 
Polad geymək – polad yox, polad libas geymək. 
“Polad geyib Çənlibeldən gəlirəm”; 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
237 
Badə içmək – badəni yox, onun içərisindəkini 
içərlər. “Qırata xələt biçəndə // Üstündə badə içəndə...” 
İçki qurmaq – içki yox, məclis qurular. “Toplanır 
bir yerə, içki qurulur...”. Maraqlıdır ki, dastanın  şeir 
dilində “məclis qurmaq” ifadəsi də işlənib: “Koroğluyam, 
məclis quram // Səflərin başında duram...”; 
ələm (aləm) yatar – aləm deyil,  insanlar yatar. 
“Sərdar ölsə, ələm yatar // Müxənnət məqsədə çatar...”; 
ellər bəzər – ellər yox, adamlar bəzəyər. “Qarşı bəri 
duran dağlar // Ellər səni bəzər bir gün...”... 
bu tip nümunələrlə yanaşı, at, qılınc və dağ kimi 
varlıqların “qardaş” hesab olunmasına da rast gəlinir ki, 
bunlar da metonimiyaların  ən gözəl nümunələri  hesab 
oluna bilər: “Bir at, bir qılıncım qardaşım, dağlar”; “Bir 
zamanlar səfa sürüb gəzərdim // Onda səndin mənim 
qardaşım, dağlar!...” Bu cür nümunələr cərgəsinə dağın 
sirdaş hesab olunmasını da əlavə etmək olar (dağ yox, 
insanlar bir-birinə sirdaş, qardaş olar): “Açmadın sirrimi, 
sirdaşım dağlar!” 
Göründüyü kimi, bu metonimiyaların hər biri 
poetik siqlətlidir, hər biri obrazlılığı qüvvətləndirən 
vasitələrdir. Burada R.Yusifoğlunun bir fikri yada düşür: 
“Bu kitablarda – (ədəbiyyatşünaslığa dair çap olunmuş 
kitablar nəzərdə tututlur – Ə.T.) metonimiyaya nümunə 
gətirilənlər aqşağıdakılardır: “Sabiri oxumaq”, “Oxuyardı 
həvəslə O Apuleyi”, “Mən iki boşqab yedim”. “Dünən 
Moskva ilə danışdım”, “Universitet nümayişə  gəldi”, 
“Danışır Bakı”, “Sabiri oxudum” – vəssalam. Özü də, 
göründüyü kimi, bu nümunələrin  çoxu bədii  əsərlərdən 
götürülməyib, nəzəri müddəaya uyğun quraşdırılıb. Burda 
belə bir sual ortaya çıxır: əgər metonimiyaya bədii əsərdən 
Язизхан Танрыверди 
 
 
238
 
nümunə  gətirmək mümkün deyilsə, bir bədii təsvir və 
ifadə vasitəsi  kimi ondan danışmağa dəyərmi?” (Ədəbiy-
yatşünaslığın  əsasları. Bakı, 2009, səh.129). Müəllif bu 
qeydlərdən sonra S.Vurğun, M.Müşfiq, S.Rüstəm, H.Arif 
kimi  şairlərdən bir sıra metonimiyalar təqdim edib. 
R.Yusifoğlu haqlıdır. Onun “...bir bədii təsvir və ifadə 
vasitəsi kimi ondan (metonimiyadan – Ə.T.) danışmağa 
dəyərmi” – sualına isə belə cavab vermək olar: Bəli, 
metonimiyalardan danışmaq olar. Çünki Sizin təqdim 
etdiyiniz poetik siqlətli metonimiyalardan başqa
ədəbiyyatımızda külli miqdarda metonimiya mövcuddur. 
Heç  şübhəsiz ki, bu cərgədə XVII-XVIII əsrlərdə 
formalaşmış “Koroğlu” eposunun şeir dilində  işlənmiş 
metonimiyaların öz yeri var. 
 
Mübaliğə və litota 
 
Bədii ədəbiyyat üçün xarakterik cəhətlərdən biri də 
əşya, hadisə  və obrazların  şişirdilmiş, mübaliğəli  şəkildə 
təqdimidir. Bu baxımdan “Koroğlu” kimi bir qəhrəmanlıq 
eposunun şeir dilində qəhrəmanların, eləcə də onlarla bağlı 
olan əşya və hadisələrin mübaliğəli şəkildə verilməsi təbii 
qarşılanır. Hətta bəzən elə mübaliğələrə təsadüf olunur ki, 
təkcə “Koroğlu eposu yox, ümumən  ədəbiyyatımız üçün 
zəngin mübaliğələr hesab oluna bilər: “...Yüz min tülkü bir 
aslana neyləyər?” – Dəmirçioğlunun dilindən verilmiş bu 
misradakı mübaliğə bütün parametrlərinə görə gözəldir: 
birincisi, ona görə ki, mübaliğə daxilində “hiyləgər” 
simvollu “tülkü” metaforası  işlənib (yüz min tülkü), 
ikincisi, “yüz min tülkü” mübaliğəsi “cəsur” simvollu 
“aslan” metaforası ilə qarşılaşdırılıb ki, bu da antitezadır; 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə