Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə48/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   45   46   47   48   49   50   51   52   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
223 
Göründüyü kimi, misraların həm ilk, həm də son 
sözləri qafiyələnib: çənli – şənli –Telli – pullu; çənsiz – 
sənsiz – telsiz – pulsuz. Digər tərəfdən –lı

 və -sız
4
 şəkil-
çili sözlərdən ibarət qafiyələr silsilə antitezaların tərəfləri 
kimi çıxış edir. Ən əsası isə bu cür qafiyələnmə və antite-
zaların hər biri təkrarlanan paralel cümlə konstruk-
siyalarının daxilində  işlənib. Deməli, yuxarıdakı  şeirdə 
müşahidə olunan axıcılıq, ahəngdarlıq, lirizm, poetik məna 
dərinliyi bir neçə poetik kateqoriyanın sintezi kontekstində 
canlandırılıb. Məhz buna görə də bu gəraylı poetik siqlət-
lidir, zövq oxşayır, ruhları ovsunlayır... Burada İ.Sadığın 
həmin gəraylının  semantik yükü ilə bağlı obrazlı şəkildə 
ifadə etdiyi fikirləri xatırlatmaq yerinə düşür: “Uca-uca 
dağlar başı Çənli də olur, çənsiz də” misraları gözlərimiz 
önündə Çənlibelin gözəl mənzərəsini canlandırır.  Çənlibe-
lin başı gah çənli-dumanlı olur, gah da çən-duman çəkilib 
gedir. Çənlibel  bütün əzəmətiylə görünür... Koroğlu özü 
də bu misraları başqa vaxt yox, məhz Nigar xanımın  “sən 
bir aşıq, mən bir xotkar qızı, səninlə  mənim nə sövdəm” 
sözlərinin təsiri ilə ancaq və ancaq bu təsirin odu-alovu 
onun  varlığını yandırdığı, bütün hisslərini-həyəcanlarını 
çulğadığı həmin anda söyləyə bilərdi...” (Hoydu, dəlilərim, 
hoydu. Bakı, 2006, səh.17-18). Gəraylının ümumi 
semantik tutumuna istinadən söylənmiş bu fikirlər də 
yuxarıda söylədiklərimizin düzgünlüyünü əsaslandırır. 
“Koroğlu”  şeirlərində özünü  göstərən misradaxili 
alliterativ tipli qafiyələnmələrlə  təkcə ahəngdarlıq təmin 
olunmayıb, həm də poetik məna qüvvətləndirilib: “Verər 
aşı,  ağ lavaşı Koroğlu”; “Koroğluyam,  qoç  oğluyam, 
qoçam mən...”  
Язизхан Танрыверди 
 
 
224
 
“Koroğlu”  şeirlərində qulaq qafiyəsi üstün mövqedə 
görünmür: “qaçdı – çaşdı – aşdı” tipli qafiyələnmələr 
istisnalıq təşkil edir: 
 
Əzəl ki görəndə bənizim qaçdı 
Dilimmi dolaşdı, ağlımmı çaşdı? 
Birisi qılıncım, qalxanım açdı, 
Çəkdi şeşpərini: atdan düş, gidi! 
 
“Koroğlu”  şeirlərində cinas qafiyələrə az rast 
gəlinir: 
Mən aşığam bu daşa, 
Bu qayaya, bu daşa... 
 
           *   *    * 
Süsən mənəm, sünbül mənəm, gül mənəm 
Hər yetənlə danışmanam, gülmənəm... 
 
Bütün bunlar “Koroğlu”  şeirlərindəki qafiyələrin 
özünəməxsusluğunu müxtəlif bucaqlardan təsdiqləyir. 
 
ANASTROFA 
 
“Koroğlu”nun nəsr dilində anastrofanın (sözlərin 
əks sıra ilə düzümü) intensivliyi müşahidə edilir: “Koroğlu 
ayaqdan geyindi, başdan qıfıllandı, başdan geyindi, 
ayaqdan qıfıllandı... Az getdi, çox getdi, gecəni gündüzə 
qatdı, gündüzü gecəyə qatdı...” Dastanın  şeir dilində isə 
sözlərin bu cür “əks sıra ilə düzümü” (anastrofa) yox 
dərəcəsindədir. Daha dəqiqi, “qoç quzu – quzu qoç” tipli  
nümunələr istisnalıq təşkil edir: “Qoç quzudan törənən 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
225 
quzu qoç olur // Qoçaqlardan qoçaq olur, sultanım!...” Bu 
misralardakı ahəngdarlıq, poetik məna dərinliyi, heç 
şübhəsiz ki, “q”-nın alliterasiyası (q-q-q-q-q-q-q-q) və 
anastrofanın sintez şəklində təzahürü ilə bağlıdır. 
 
ASİNDETON VƏ POLİSİNDETON 
 
Məlumdur ki, bədii mətnlərdə ritm və intonasiya 
tarazlığı, melodiyalılıq, poetik mənanın qüvvətləndirilməsi 
həm də asindeton (bağlayıcısız  əlaqələr) və polisindeton 
(tabesizlik bağlayıcıları ilə qurulan əlaqə) üsullarla 
reallaşdırılır. Maraqlıdır ki, “Koroğlu”dakı    şeir parçala-
rında hər iki üsuldan istifadəyə rast gəlinir. 
  Asindeton üsuldan istifadə 
Bayazid xoş mənzərədi
Tülək, tərlana bərədi, 
Qayadı, dağdı, dərədi, 
Qaşdı Bayazid yolları. 
 
Bu bənddə ritm və intonasiya tarazlığı, ahəngdarlıq 
məhz bağlayıcıların iştirakı olmadan yaradılıb. Burada 
A.Hacıyevin bir fikrinə münasibət bildirmək lazım gəlir: 
“Asindeton bağlayıcısız, yəni bağlayıcıların ixtisara salın-
ması yolu ilə yaranır: Axar çaylar, sular çağlar, dayanmaz  
kainat bir dəm // Bu gün matəm, sabah bayram, əzəldən 
böylədir aləm...” (S.Vurğun) (Ədəbiyyatşünaslığın  əsas-
ları. Bakı, 1999, səh.227). Müəllifin fikri ilə razılaşmaq  
olmaz: birincisi, ona görə ki, təqdim olunmuş  şeirdə heç 
bir bağlayıcı ixtisar olunmayıb; ikincisi, bu tip şeirlər 
qədim türk poeziyası ilə səsləşir; üçüncüsü, nəzərə almaq 
Язизхан Танрыверди 
 
 
226
 
lazımdır ki, tabesizlik bağlayıcılarının əksəriyyəti ərəb və 
fars mənşəlidir. 
Polisindeton üsuldan istifadə. “Koroğlu”nun  şeir 
dilində bu üsuldan istifadənin konturları daha aydın 
görünsün, - deyə  tərkibində tabesizlik bağlayıcıları  işlən-
miş  misraların hər birinə ayrılıqda nəzər salaq: 
iştirak bildirən “həm” bağlayıcısı: 
Koroğlu bir igid, əsli-zatı var, 
Həm namusu, arı, həm qeyrəti var... 
bölüşdürmə bildirən “ya” bağlayıcısı: 
...Bu ya Koroğludur, ya Dəli Hasan. 
Bu qılıqda çodar olmaz, hay olmaz... 
                    *    *    * 
Ya ölərəm, ya Qıratı gətirrəm,  
Ayı dolansa da ilə qoymaram  
 
inkarlıq bildirən nə, nə də bağlayıcısı: 
...Nə dəlilər, nə Çənlibel 
Nə alagöz yar görünür... 
 
Göründüyü kimi, yuxarıdakı  şeirlərdə ritm və 
intonasiya tarazlığı daha çox polisindeton üsulla real-
laşdırıb. Bu bölmənin yekunu olaraq onu da vurğulayaq ki, 
“Koroğlu” eposunda polisindeton deyil, asindeton üsulla 
yaradılmış  şeirlər üstünlük təşkil edir. Bu da, qeyd etdi-
yimiz kimi, tabesizlik bağlayıcılarının  əksəriyyətinin 
alınma olması ilə, digər tərəfdən, bu şeirlərin hər birinin 
qədim türk poeziyasından süzülüb gəlməsi ilə bağlıdır.  
 
 
 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə