Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə49/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   45   46   47   48   49   50   51   52   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
227 
 
 
“KOROĞLU” ŞEİRLƏRİND OBRAZLILIĞIN 
LEKSİK SƏVİYYƏDƏ TƏZAHÜRÜ 
 
Əsl poeziyada bütün dil vahidləri, o cümlədən bütün 
leksik vahidlər obrazlılığa xidmət edir. Daha doğrusu, əsl 
poeziyada poetikliyə, obrazlılığa xidmət etməyən söz və 
ya ifadə tapmaq çətindir. Konkret desək,  əgər  şeirdə  hər 
hansı bir söz yerli-yerində  işlənibsə, eyni zamanda digər 
sözlərlə assosiativliyi birbaşa və ya dolayı  şəkildə görü-
nürsə, deməli, həmin söz mətndə  hərəkətdədir, obrazlı-
lığın, poetikliyin yaranmasında iştirak edir... “Koroğlu” 
eposundakı şeirlərdə də hər bir kəlmə, hər bir söz yerində, 
məqamında işlədilib. Sanki “Ədəbiyyat söz sənətidir” – 
hökmü bu abidəyə - onun şeir dilinə istinadən söylənilib. 
Bu  şeirlərdə Azərbaycan dilinin leksik laylarından  ən 
uğurlu söz və ifadələrin zərgər dəqiqliyi ilə seçilməsi,  ən 
əsası isə bu tip vahidlərin obrazlı şəkildə təqdimi qabarıq 
şəkildə görünür. Bu mənada dastandakı şeirlərdə müşahidə 
olunan epitet, təşbeh, metafora kimi məcaz növlərinin hər 
birini ayrılıqda təhlil süzgəcindən keçirmək lazım gəlir.  
 
Epitet 
 
Məcaz növlərindən biri olan epitetlər (bədii 
təyinlər) “Koroğlu”dakı  şeir parçalarında zənginliyi və 
rəngarəngliyi ilə diqqəti cəlb edir. Bu cəhəti, bu rənga-
rəngliyi leksik-semantik qruplar kontekstində  nəzərdən 
keçirməzdən  əvvəl birinci tərəfi “şirin” sözündən ibarət 
epitetlər cərgəsinə münasibət  bildirməyi məqsədəuyğun 
Язизхан Танрыверди 
 
 
228
 
hesab edirik: şirin layla (Şirin layla çalan yoxdu), şirin dil 
(Nigarın  şirin dilləri),  şirin ləhcə  (Şirin ləhcəliyəm, xoş 
nişanlıyam),  şirin sözlü  (Şirin sözlü Məhbub xanım!), 
şirin kəlam (Olmaz belə  şirin kəlam),  şirin can  (Şirin 
canın sənə qurban eyləyər), şirin nəsihət (Şirin nəsihətim 
qıl sinədəftər),  şirin nökər (Cünun Koroğluya bir şirin 
nökər)... “Koroğlu”nun  şeir dilini zənginləşdirən, onun 
özünəməxsusluğunu  şərtləndirən bu epitetlərin semantik 
yükü çox dərindir, onların hər biri türk mədəniyyətinin 
göstəriciləri kimi çıxış edir. 
Dastanın  şeir dilində  işlənmiş epitetlərin leksik-
semantik qrupları aşağıdakıları əhatə edir: 
– atla bağlı işlədilmiş epitetlər: mina boyunlu (Bir 
mina boyunlu, uca sağrılı),  armudı  dırnaqlı (Armudı 
dırnaqlı, hündür boyunlu), dəyirman mədəli, ac qurd 
yeyimli (Dəyirman mədəli, ac qurd yeyimli // Ortası 
qulana dolu gərəkdi),  alma gözlü, qız birçəkli (Alma 
gözlüm, qız birçəklim Qırat, gəl!)... Bu cür çoxsaylı 
epitetlər dastandakı at obrazlarının dolğunluğunu  əyani 
olaraq göstərir. Bir cəhəti də vurğulayaq ki, belə epitetlər 
ilk dəfə məhz “Koroğlu” eposunda işlənib; 
– igidlik, mərdlik, mübarizlik semantikalı  qurd 
dəlilər (...Dava günü qurd dəlilər // Ballıcaya səfərim 
var!), qoç dəlilər (Qoç dəlilər, qulaq asın) kimi epitetlərin  
intensivliyi müşahidə olunur ki, bu da birbaşa eposdakı 
situasiyalarla bağlıdır; 
– gözəlin bədii portretinin canlandırılmasında 
istifadə olunan epitetlərin hər biri poetik siqlətlidir:  gül 
üzlü xanım (Başına döndüyüm gül üzlü xanım),  qəmər 
üzlü (Qəmər üzlü Məhbub xanım!)... Bu cür  epitetlərin 
bir bənd daxilində silsilə  təşkil edərək işlənməsi isə 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
229 
“Koroğlu”  şeirlərinin ecazkarlığını, bənzərsizliyini gös-
tərir: 
Bir mina gərdənli, durna boğazlı, 
Bir alma yanaqlı, bir şəhla gözlü 
Tuti danışıqlı, qumru ağızlı, 
Şirin dili canım aldı, Koroğlu! 
 
Axıcılıq, melodiyalılıq, poetik məna dərinliyi özünü 
göstərən bu bənddə fonetik (paralelizm, asindeton), leksik 
(epitet) və qrammatik (ellipsis) səviyyələrdə obrazlılığın 
təzahürü  sintez şəklindədir. Amma bu bəndin bütövlükdə 
epitetlər silsiləsi ilə (mina gərdənli, durna boğazlı, alma 
yanaqlı, şəhla gözlü...) əhatə olunmasını, eyni zamanda bu 
epitetlərin məntiqi mərkəz funksiyasında çıxış etməsini də 
inkar etmək olmaz; 
– dərdli, qəmli, kədərli anları  əks etdirən epitetlər. 
Belə epitetlərə dastandakı müxtəlif məzmunlu  şeirlərdə 
təsadüf olunur: qanlı  fələk (Qanlı  fələk necə  qıydı // 
Koroğlunun qəddin  əydi...),  divanə könül (Divanə 
könlüm şad olmaz), yaralı könül (Yaralı könlüm üşüyə), 
acı yellər (Qar yağıban girdə bağlar // Acı yellər  əskin 
olu...)... 
“Koroğlu”nun  şeir dili epitetlər müstəvisində 
olduqca füsunkar və ecazkardır. 
 
Təşbeh 
 
Bu vaxta qədərki araşdırmalarda “Koroğlu”nun şeir 
dilindəki təşbehlər (bənzətmələr) geniş və sistemli şəkildə 
öyrənilməyib. Fikrimizcə, dastanda müşahidə olunan 
təşbehlərin bir məcaz növü kimi işlənmə  səviyyəsi, ifadə 
Язизхан Танрыверди 
 
 
230
 
formaları, müqayisə subyektləri, poetik semantikası kimi 
məsələlərə müxtəlif prizmalardan münasibət bildirilmə-
lidir. Heç şübhəsiz ki, araşdırmanın məhz bu istiqamətlər 
üzrə aparılması  tərkibində  təşbeh işlənmiş  şeirlərin 
linqvopoetik xüsusiyyətləri ilə bağlı  ən kiçik detala belə 
işıq sala bilər.  
“Koroğlu”nun  şeir dilindəki məcazlar sistemində 
təşbehlər daha üstün mövqüdə görünür. Bu mənada 
“Koroğlu” eposu “Dədə Qorqud kitabı” ilə bir sırada  
durur. Belə ki, hər iki qəhrəmanlıq eposunda çoxlu sayda 
təşbehə rast gəlinir. Burada formaca eyni və ya oxşar olan 
bəzi nümunələri  təqdim etməklə kifayətlənmək olar: “Küz 
alması kibi al yanağını tartdı yırtdı”; “Qurulu yaya bəηzər 
çatma qaşlum” (“Dədə Qorqud kitabı”) – “Tərlan kimi 
süzmək ona yaraşır”; “Ceyrana bənzər qaçışın // Addımla, 
qurban  qoluna!” (“Koroğlu” eposu). 
“Koroğlu”nun  şeir dilində  təşbehyaratmada (iki 
hədəf arasında əlaqə yaradan vasitələr) istifadə olunan bir 
neçə sözə rast gəlinir:  kimi. “Tülək tərlan  kimi havada 
süzən”;  tək. “Düşmanın üstünü quş  tək aldıran”;  təki. 
“Gör cida təki boyunu”.  
“Koroğlu”nun  şeir dilindəki bir sıra təşbehlərdə 
oxşamaq anlamlı “bənzəmək” sözü müşahidə edilir ki, bu 
da olduqca təbii qarşılanır: “Tərlana bənzər uçuşun”... 
“Koroğlu”nun  şeir dilində “müqayisə subyekti + 
olub” modelli təşbehlərə  də  təsadüf olunur: “Bulut olub 
Çənlibelə yağaram”; “Eyvaz bülbül olub uçar gülündən”... 
Bənzətmə ünsürü atılan təşbehlər (mükəmməl 
təşbehlər) ümumən  ədəbiyyatımız üçün xarakterikdir. Bu 
da səbəbsiz deyil. Belə ki, “sənətkarlar təşbeh yaradanda 
sözləri sıxır, fikri səlis, yığcam və lakonik ifadə edirlər. 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə