Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə52/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   45   46   47   48   49   50   51   52   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
239 
üçüncüsü, həm mübaliğə (yüz min tülkü), həm “tülkü” və 
“aslan” metaforaları, həm də  tərəfləri metaforalardan 
ibarət antiteza (tülkü-aslan)  sual cümləsi,daha dəqiqi, 
ritorik sual daxilində sintez şəklindədir... 
Araşdırmalar dastanın  şeir dilindəki mübaliğələrin 
daha çox Koroğlu obrazı ilə bağlı olduğunu göstərir ki, bu 
da təəccüblü qarşılanmır. Çünki bütün hadisələrin 
mərkəzində məhz eposun baş qəhrəmanı – Koroğlu obrazı 
dayanır. Bu cəhət aşağıdakı nümunələrdə daha aydın 
görünür: 
 
...Qaçıb çıxar olsan göyə, 
Kəmənd tullayıb tutaram. 
          *     *     * 
...Telli xanım, inan səni almasa, 
Çəkər, yıxar dağı-daşı Koroğlu. 
          *      *     * 
...Misir, İstambul, Şam tamam yerisə
Tək qabaqda duran qoç Koroğludur. 
                *    *    * 
...Koroğluyam, at minmişəm, 
Yüz min belə fellərim var. 
                *    *    * 
...Qulaş qolun gərib şeşpər atanda, 
Vurar dağı-daşı dələr Koroğlu. 
                *    *    * 
...Səksən min gəlinə, səksən min qıza, 
Səksən min ərgənə, dula da vermə!  
(bu, üç bənd daxilində silsilə  şəklində verilmiş mübali-
ğələrdən yalnız biridir). 
                *    *    * 
Язизхан Танрыверди 
 
 
240
 
...Mənim yüz min möhnətim var, qəmim var, 
Apardı, girdaba saldı, sel məni. 
 
                *    *    * 
...Koroğlunun nalasından 
Hər yan gumbur-gumburlanı... 
 
Göründüyü kimi, Koroğlunun xarakterik cəhətləri
xüsusən də igidliyi və mübarizliyi çoxsaylı mübaliğələr 
kontekstində məharətlə yaradılıb. 
Digər obrazları  səciyyələndirən mübaliğələr isə, 
əsasən, aşağıdakıları əhatə edir: 
Dəmirçioğlunun dilində: 
...Yüz min tülkü bir aslana neylər? 
Ölər əcəm oğlu, getməz bu yerdən! 
İsabalının dilində: 
...Min tülkü neyləyər bir ac aslana? 
Ölər əcəm oğlu, getməz bu yerdən! 
 
Dəmirçioğlu və  İsabalının dilindən verilmiş bu 
misralar bir-birinə çox yaxındır. Konkret desək, fərqli 
cəhətləri bunlardır: Dəmirçioğlunun dilindən verilmiş 
misrada “min”dən  əvvəl “yüz” sözü, İsabalının dilindən 
verilmiş misrada isə “aslan”dan əvvəl “ac” sözü işlənib. 
Digər bir fərq isə  İsabalının dilində “neylər” sözünün 
(xəbərinin) inversiya ilə  işlənməsidir. Deməli, Dəmir-
çioğlu və İsabalının dilindən  verilmiş misralar təkcə for-
masına deyil, həm də semantikasına görə eyni xətdə 
birləşir. Amma bu da var ki, bunlardan  birincisi (Dəmirçi-
oğlunun dilindən verilmiş misralar) “Koroğlunun Ərzrum 
səfəri”, ikincisi isə  (İsabalının dilindən verilmiş misralar) 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
241 
“Bolu bəy” qolunda verilib. Bütün bunlar isə “həmin 
şeirlər eyni aşıq tərəfindən yaradılıb” – qənaətini 
söyləməyə imkan verir. 
Kürdoğlunun dilində: 
Anadan ayrıldım, mən gəldim belə 
Düşmanın qanını döndərəm selə... 
Nigarın dilində: 
Mən Nigaram, ah çəkərəm, 
Daşın çaylara tökərəm, 
Yerində bürc-bar tikərəm, 
Dağlar, Eyvazı neynədiz?! 
Mehri xanımın dilində: 
Hay desəm, qayadan atarlar oxlar, 
Hay desəm, dəryada titrər balıqlar... 
 
Dəmirçioğlu, İsabalı kimi dəlilərin (igidlərin), eyni 
zamanda Nigar, Mehri kimi xanımların dilində  işlənmiş 
mübaliğələrin də əksəriyyəti məhz igidlik, mərdlik, cəsur-
luq semantikalıdır. 
“Azərbaycan  ədəbiyyatında mübaliğəyə nisbətən 
litotaya  nümunələr azdır” (R.Yusifoğlu). Bu fikirlər 
“Koroğlu”nun  şeir dilinə  də aid edilə bilər . Konkret 
desək, eposun şeir dilində litotalar yox dərəcəsindədir: 
 
... Bir muy saymaram paşanı, 
Qəmər üzlü Məhbub xanım! 
 
              *    *     * 
...Sənsən yer-yurdum birəsi, 
Ərəb oğlu, Ərəb oğlu! 
 
Язизхан Танрыверди 
 
 
242
 
Hər iki nümunədə düşmənin-rəqibin gücü əhəmiy-
yətsizləşdirilir: birinci nümunədə  də  Ərəb oğlu birəyə 
bərabər tutulur. 
Yuxarıda haqqında bəhs etdiyimiz mübaliğə  və 
litotaların hər biri az və ya çox işlənmələrindən asılı 
olmayaraq ustalıqla yaradılıb. 
 
Antiteza  
 
“Koroğlu”nun  şeir dilində  rəngarəngliyi ilə seçilən 
antitezaları aşağıdakı kimi qruplaşdırmaq olar: 
 
antonimlər vasitəsilə yaradılmış antitezalar: 
 
qaranlıq – işıq. “Qaranlıq könlünü işıq eyləyim” 
 
zimistan – yaz. “Zimistanım döndü yaza, 
                         Qulaq verin sözə, saza...” 
 
əyri – düz.        “Eşitginən Koroğlunun sözünü, 
                         Mən bilirəm  əyrisini, düzünü...” 
 
arxa–qabaq. “Arxam qarı düşmən, qabağım uçrum, 
                     Apar Çənlibelə məni, Qıratım!..” 
 
mərd-namərd. “Mərd dayanar, namərd qaçar, 
                        Meydan gumbur-gumburlanı...” 
 
qoca-cavan. “..Yaşım ötüb, mən qocayam, sən cavan, 
                  Öldürmə, qeyrətə bağışla məni!...” 
 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
243 
çox - az.     “...Düşmən çoxdu, onlar azdı, 
                   Gəlmədi, Eyvaz gəlmədi”. 
 
gizlin-aşkar. “Qarşımızda şikar gördüm 
                     Gizlin deyil, aşkar gördüm...” 
 
ağ-qara.        “Koroğluyam, mən hazardım, 
                     Ağ üstdən qara yazardım...” 
 
vermək-almaq. “...Verdin Qırı, aldın Dürü, 
                         Döy başına yan, Koroğlu!...” 
 
Yuxarıdakı antitezalarla bağlı qısaca olaraq bunları 
söyləmək olar: tərəfləri antonim sifətlər olan antitezalar 
üstün mövqedə görünür; antonim sifətlərin əksəriyyəti türk 
mənşəlidir; bu antitezaların hər biri obrazlılıq yaradan, 
mətndəki poetik semantikanı qüvvətləndirən vasitələr kimi 
çıxış edir. 
üslubi antonimlər vasitəsilə yaradılmış antite-
zalar: 
Qırat-Dür at. “Verdin Qırı, aldın Dürü”. 
 
sərçə-qaraquş. “Sərçəyə bax, qaraquşa don biçər”. 
 
tülkü-aslan. “Min tülkü neyləyər bir ac aslana?” 
 
su – qan. “Su yerinə qızıl qanlar axdıran”... 
Bir misra daxilində reallaşmış bu cür antitezalar 
“Koroğlu”nun şeir dilinin təkcə özünəməxsusluğunu deyil, 
həm də bənzərsizliyini şərtləndirir. 
 
Язизхан Танрыверди 
 
 
244
 
mətn kontekstində müəyyənləşən antitezalar: 
 
“Səksən min gəlinə, səksən min qıza//Səksən min 
ərgənə, dula da vermə!”          “Qıratı aparıb bir qıza// 
Satandan xəbərin varmı?”  Əvvəlki səhifələrdə qeyd 
etdiyimiz kimi, Koroğlu Qıratının səksən min qıza belə 
verilməsini istəmir, Həmzə  isə onun Qıratını bir qıza 
satır... 
Dastanın  şeir dilindəki antitezaların daxilində bir 
neçə poetik vasitənin işlənməsi  də diqqətçəkən məqam-
lardandır?  
– tərəfləri təşbehlərdən ibarət antitezalar: dərya tək 
çalxalanmaq – göl tək durulmaq: 
 
Səhərdən qalxanda təbil vurulur, 
Dərya tək çalxanır, göl tək durulur... 
 
–  tərəfləri metaforalardan ibarət antitezalar: tülkü – 
aslan: 
...Yüz min tülkü bir aslana neylər? 
Ölər əcəm oğlu, getməz bu yerdən! 
 
– tərəfləri mübaliğə  və litotalardan ibarət antite-
zalar: Qırat = səksən min qız; Qırat = bir qız (yuxarıdakı 
nümunələrə bax). 
Bütün bunlar antitezaların “Koroğlu”nun şeir dilin-
də xüsusi rola malik olduğunu müxtəlif bucaqlardan 
təsdiqləyən faktlardır. 
“Koroğlu” şeirlərində obrazlılığın leksik səviyyədə 
təzahürü” bölməsinin yekunu kimi bəzi məsələləri  
ümumiləşdirmək lazım gəlir: “Koroğlu”nun  şeir dilindəki 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə