Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə46/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   42   43   44   45   46   47   48   49   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
213 
Ala gözlü, telli Nigar 
Ağlama, Nigar, ağlama!... 
            *    *    * 
Qarı düşmən güc gətirdi, 
Qocaldım, Nigar, qocaldım... 
 
Diqqəti çəkən  əsas məqamlardan biri də budur ki, 
bu cür söz təkrarı müşahidə olunan misraların əksəriyyəti 
mətn daxilində bir neçə dəfə təkrar olunur. Bu isə birbaşa 
həmin cümlədə ifadə olunmuş fikrin qabardılmasına 
xidmət edir. Necə ki, yuxarıdakı nümunələrin birincisində 
“dəlilərin gəlməyi”, yaxud sonuncu nümunədə “Kor-
oğlunun qocalmağı” semantikası  məhz “rəddül ibtida ələl 
əcüz”lə qüvvətləndirilib. Bu cəhət “rəddül əcüz ələl ibtida” 
(əvvəlki misrada işlənən son sözün sonrakı misranın 
əvvəlində eynilə təkrarlanması) müşahidə olunan şeirlərdə 
də özünü göstərir. Məsələn: 
 
Canım Həmzə, gözüm Həmzə,  
Həmzə, incitmə Qıratı! 
Budu sənə sözümHəmzə, 
Həmzə, incitmə Qıratı! 
            *    *     * 
Başı ərşə duran dağlar
Dağlar, Eyvazı neylədiz?! 
            *    *     * 
Canım paşa, gözüm paşa,  
Paşa, qoy gəlsin Eyvazı! 
Budu sana sözüm paşa, 
Paşa, qoy gəlsin Eyvazı!... 
            *    *     * 
Язизхан Танрыверди 
 
 
214
 
Başına döndüyüm gül üzlü xanım,  
Xanım, hansı bəxtəvərin yarısan?! 
            *     *    * 
Zara yetdim dil bilməz yar əlindən,  
Əlindən,  broy, broy!... 
 
“Koroğlu” eposunun bəzəyi kimi çıxış edən bu cür 
söz təkrarları ilə ifadəlilik, ahəngdarlıq yaradılıb, poetik 
məna dərinləşdirilib. Məhz buna görə  də bu cür şeirləri 
ustad aşıqların ifasında dinlədikdə  və ya kitablardan 
oxuduqda sözün ünvanı konkretləşir. Yəni kimə  və ya 
nəyə işarə olunma “Koroğlu” şeirlərində “rəddül əcüz ələl 
ibtida” ilə elə canlandırılıb ki, heç bir başqa şərhə ehtiyac 
qalmır. Məsələn, yuxarıda təqdim etdiyimiz birinci nümu-
nədə  Qırata görə “Həmzə”, yaxud ikinci nümunədə 
Eyvaza görə “dağlar” sözünün təkrarlanması diqqətin 
məhz bu obrazlara yönəldilməsindən, onların semantika-
sının qabardılmasından başqa bir şey deyil. 
 
 
CÜMLƏ TƏKRARLARI 
 
 
“Koroğlu”dakı  şeir parçalarında müşahidə olunan 
şirinlik, ifadəlilik, ahəngdarlıq, poetik məna dərinliyi təkcə 
səslərin, söz və birləşmələrin deyil, həm də cümlələrin 
təkrarı ilə reallaşdırılıb. Qarşılaşdırmalar dastanda təkrarın 
bu növünün üstün mövqedə olduğunu göstərir. Bu da, bir 
tərəfdən, dil vahidləri sırasında cümlənin daha həlledici 
rola malik olması ilə bağlıdırsa, digər tərəfdən,  şifahi 
ədəbiyyatımız üçün xarakterik olan deyim tərzinə görədir. 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
215 
Müasir poeziyamızda özünü göstərən cümlə təkrarı-
nın səciyyəvi cəhətlərini müxtəlif bucaqlardan təhlil 
süzgəcindən keçirmiş M.Hüseynov maraqlı mülahizələr 
söyləyir: “Cümlələrin təkrarı ilə hasilə gələn poetik deyim 
tərzi güclü assosiasiyalar yaradır. Müəyyən dərəcə təəccüb 
və maraq doğursa da, onun sərrastlığı oxucunu tədricən 
özünə alışdırır. Şairin tərənnüm obyektini poetik mənalan-
dırma sayı təkrarlanan cümlənin üslubi imkanlarını nəzərə 
çarpacaq dərəcədə gücləndirir...” (Dil və poeziya. Bakı, 
2008, səh.263). Bu fikirlərin davamı olaraq onu da 
vurğulayaq ki, belə cümlə  təkrarları öz qidasını “Dədə 
Qorqud kitabı”  kimi qədim türk abidələrindən alır. Bu 
mənada “Dədə Qorqud”un məntiqi davamı olan “Koroğlu” 
eposunun nəzm hissələrində cümlə təkrarlarının zənginliyi 
və intensivliyi təəccüblü qarşılanmır.  Əksinə, bu tip 
şeirlərdə təkrarlanmış “Bu sövdan mübarək olsun!”, “Şad 
ol, könül, nə  məlulsan?!”, “And verirəm, bu gün döyüş 
olmasın!”, “Ay bu gələn yar olaydı!...” və s. kimi 
misraların (cümlələrin) hər biri obrazlılıq göstəricisi kimi 
çıxış edir.  Bu cür cümlə təkrarlarından birinə mətn daxi-
lində diqqət yetirək. 
Çənlibeldən xəbər gətirdim, 
Qardaş, dur gedək, dur gedək!... 
Müşkül mətləbi bitirdim, 
Qardaş, dur gedək, dur gedək!... 
 
Koroğlu oxuyub-yazır, 
Yalnız qalıb candan bezir, 
Haray salıb səni gəzir
Qardaş, dur gedək, dur gedək!... 
 
Язизхан Танрыверди 
 
 
216
 
Aşıq Cünun qədrin bilir, 
Səni görüb üzü gülür, 
Çənlibelə düşmən gəlir, 
Qardaş, dur gedək, dur gedək!.. 
 
Göründüyü kimi, üç bənddən ibarət gəraylıda 
“Qardaş, dur gedək, dur gedək!” misrasının (cümləsinin) 
dörd dəfə  təkrarlanması ilə  həm ahəngdarlıq yaradılıb, 
həm də “dur gedək” predikatının semantikası qüvvət-
ləndirilib. Digər tərəfdən, təkrar olunmuş “Qardaş, dur 
gedək, dur gedək!” misrasının (cümləsinin) özü ayrılıqda 
belə xüsusi poetik çəkiyə malikdir: birincisi, həmin 
misrada (cümlədə) dilin konativ (əmrlə danışma) funksi-
yası açıq-aşkar görünür ki, bu da qəhrəmanlıq eposları 
üçün xarakterikdir; ikincisi, həmin misradakı “qardaş” 
xitabı türk mədəniyyətinin zənginliyini işarələndirir; 
üçüncüsü, yenə  də  həmin misrada “dur gedək” ifadəsi  
epifora kimi çıxış edir, eyni zamanda mətndəki semantik 
dinamika da məhz “dur gedək” ifadəsi ilə tamamlanır... 
 
 
SİNTAKTİK PARALELİZM 
 
 
Bədii mətnlərdə ahəngdarlıq, melodiyalılıq, ritm 
rəngarəngliyi və poetik məna dərinliyi həm də sintaktik 
paralelizmlər vasitəsilə yaradılır. Belə  mətnlər isə  təkcə 
Azərbaycan yox, ümumən türk ədəbiyyatı üçün xarak-
terikdir. Tədqiqata cəlb etdiyimiz “Koroğlu”nun nəzm 
hissələrindəki sintaktik paralelizmlərin isə sanki hər biri 
birbaşa “Dədə Qorqud kitabı”ndan  süzülüb gəlib. Buna 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə