Microsoft Word S?M?D vurgun doc



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə13/49
tarix01.07.2018
ölçüsü2,81 Mb.
#52660
1   ...   9   10   11   12   13   14   15   16   ...   49


________________________Milli Kitabxana________________________ 
57 
 
HƏYATA DOĞRU... 
 
Yetər! Yetər artıq boş əyləncələr,  
Can almaq vaxtıdır bu gün xilqətdən...  
Günəşli gündüzlər, aylı gecələr,  
Bir ağızla deyir: yaz təbiətdən! 
 
Yetər telli sazlar, şikəstə "ney"lər,  
Bu nalələr bizi dağıdar, eylər.  
Yetər, zənn edirəm xəyali şeylər,  
Bir az da bəhs edək biz maddiyyatdan. 
 
Uyduq əzəl gündən hər xəyala biz,  
Buludlarda söndü hissiyyatımız...  
Boğuldu dərdlərlə kainatımız,  
Qayə bunlarmıdır incəsənətdən? 
 
Yetər vaxt itirmək təranələrlə,  
Yetər oda yanmaq pərvanələrlə,  
Həyat geri qaldı əfsanələrlə,  
Uzaqlaşmalıyıq hər təriqətdən. 
 
Gəlin! Gəlin bu gün fürsət əldəykən,  
Qanlı dəryalara göndərək yelkən...  
Sən, ey dünyasından əlini çəkən!  
Nə tapdın o sonsuz göyə xidmətdən? 
 
Zavallı! Bir dön də ətrafına bax!  
Bir bax ki, gecələr nə qədər parlaq!  
Qaranlıq qəlbində sən dəxi od yax,  
Günəşli gündüzlər doğar zülmətdən. 
 
1928 
  


________________________Milli Kitabxana________________________ 
58 
 
QAFQAZ 
 
Bilsin axtaranım, tanışım, dostum,  
Eşitsin dənizlər, qaralar
*
 məni  
Adım çəkiləli qan, irin qusdum.  
Çox incitdi mübhəm yaralar məni. 
 
Gələli dünyaya Məhəmməd,  sa,  
Qırdı qardaşlığın şah damarını  
Onların qoyduğu məscid, kəlisa  
Hələ də sormada xaiqın varını. 
 
Ə
yildim şahlara, xanlara xeyli  
Vuran vurmayana "Sən də vur" dedi.  
Ölüm pəncəsində yaşamaq meyli  
Cəlladlara qızdı "Bir az dur" dedi. 
 
Ə
sdi zərbələrlə duyğusuz ruzgar  
Dedim "Qara günün, ağ günü" də var.  
Artıq aradığım o gün doğalı,  
Dillərdə nəğmə var, sularda lalə, 
 
Qoynumda dost əli mehman olalı  
Zümrüd yamacların bitirdi lalə.  
Haqqın, ədalətin dönməyən qolu  
Açdı hər qapıya bağlanan yolu 
 
[1928
 
                                                           
*
 Quru, torpaq, insanlar mənasında 
  
 


________________________Milli Kitabxana________________________ 
59 
 
Ş
ER M 
 
Hörmətli əmizadəm  brahimə 
 
Sən nəsən? Hər zaman, hər an çalxanan,  
Bu darğın qəlbimin həyəcanısan.  
Artıq unudulmuş keçən günlərin  
Gözümdə canlanan son nişanısan. 
 
ncəlik hər qəlbi qəhr edər gerçək!  
Gəl bu əninindən
*
, ahından əl çək.  
Sən ey yazıq şerim, ey solğun çiçək  
Matəm dəryasısan dərd ümmanısan. 
 
1928, 31 may 
 
ACI GÜLÜŞLƏ
 
Sən ey altun qəfəslərdə xumarlanan, süzulən,  
Bilirmisən hüsnünlə hankı qəlbdir üzülən?  
O qəlbdir ki, həyatında min bir acı yemişdir,  
Ə
zəl gündən gəncliyini sənə qurban demişdir.  
O qəlbdir ki, yetimlikdə, yoxsulluqda boğuldu,  
Təbiətin ən qarışıq bir günündə doğuldu...  
ş
tə, məni qəhr edirkən bu sayğisız səfalət,  
Vurulduğum o gözlərdə mən axtardım səadət  
Fəqət, sən ey zənginlərin, böyüklərin yavrusu,  
Dünyalara hakim olan bir şairin qayğusu  
Ə
sdi qara yellər kimi, gəlib keçdi yanından,  
Mən doymaram ovuc-ovuc içsəm belə qanından...  
Özün gəl, ey sevdiciyim, özün çıx meydanıma.  
Ya qanına mən boyanım, ya sən boyan qanıma... 
 
1928, 31 may 
  
                                                           
*
 
Dərd
 


________________________Milli Kitabxana________________________ 
60 
 
* * * 
Bir yaz sabahının ilk əzanıydı,  
Süzüldü gözlərim xumarlanaraq.  
Xilqətin mənalı bir zamanıydı,  
Sular səslənirdi dalğalanaraq. 
 
Açdım önümdəki bir pəncərəni,  
Adamı şiddətlə döydü küləklər.  
Mən seyrə dalırkən dağı, dərəni,  
Uzaqdan gülürdü güllər, çiçəklər. 
 
Ağarırkən göyün siyah kəfəni,  
Bu gün bir coşqunluq vardı qanımda.  
Mən əski qəlb ilə anaraq səni,  
Demişdim: "Ah, Əkrəm olsan yanımda!" 
 
1928, 1 sentyabr 
  


________________________Milli Kitabxana________________________ 
61 
 
* * * 
Çəkdiyim ağrılar bir yana dursun,  
nsafı, mürvəti sən atmadınmı?  
Mən sənə yar desəm dilim qurusun,  
Yarı, məhəbbəti sən satmadınmı? 
 
Qırdın qanadımı, qırdın qolumu,  
tirdin qəlbini, azdın yolunu.  
Tərlan xəyalımı, laçın könlümü  
Aldadıb-aldadıb oynatmadınmı? 
 
Vurğunun ahları yüksəlir göyə,  
Sormadın bu sirri, sormadın niyə?  
Dünyada bir şöhrət, bir altun deyə  
Ş
ahmarın qoynunda sən yatmadınmı? 
 
1928, 20 oktyabr 
  


________________________Milli Kitabxana________________________ 
62 
 
ş
çi 
 
Ə
yilsin səcdənə yıldızlar, aylar,  
Sənsən dünyaların fəxri, şöhrəti.  
Qarşında diz çökdü "Şanlı saraylar".  
Çünki qollarının vardır qüvvəti! 
 
Mən səni çox zaman gördüm əzilən,  
Ummadın kimsədən imdad, mərhəmət,  
Sən ey dost bağçası, sən ey dərd bilən!  
Sən öz qüdrətinə sığındın əvət! 
 
O günkü keçmişin məşəli söndü,  
Bir yeni kainat çıxdı qarşına.  
O qara qüvvələr xəyala döndü,  
Beş guşəli yıldız taxdın başına. 
 
Uzaqdan çınladı əmək səsləri,  
Sən də dayanmadan dedin: -  ləri. 
 
1928 
  


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə