________________________Milli Kitabxana________________________
75
LEYLASIZ
Çökərkən axşamın qaranlıqları
Gözümdə bir qara bulud dolaşar.
Sənsiz xərab olan yazıq ömrümün
Hər dəqiqəsində bir ölüm yaşar.
Fəqət sən vüqarlı, süzgün bir gözlə,
ncidirsən məni cürbəcür sözlə;
Unutma, qarışar gecə gündüzlə,
O zaman ulduzlar, aylar sayrışar.
Nədir bu cəlalın, bu qiyamətin?
Nə qədər zalımsan, yox ədalətin.
Xəyalı güldürən o xoş qamətin,
nan ki, şairə, şerə yaraşar.
1929, 18 may
________________________Milli Kitabxana________________________
76
SƏHƏRƏ YAXIN
Yığılın başıma, qohum-qardaşlar!
Qoyun bir ah çəkim ərisin daşlar!
Mehriban insanlar, əziz yoldaşlar!
Bu çərxi-dövrandan aldım bir yara!
Gözəllər dünyası, dilim əzbəri,
Bəlalıdır başım əzəldən bəri;
Halıma yanmayan o gözəl pəri
Deyin üz qoyubdur hansı diyara?
Bilənlər bilir ki, bu yollarda mən
Ağrılar çəkirəm, hər səhər erkən –
Mənim yazıq ruhum ağlar, inlərkən
O mənim adıma deyir "avara".
Bumudur bəşərin vicdanı bilməm?
Nədir bu çəkdiyim - bu bəla, bu qəm?
Ah, o könül quşu, o nazlı həmdəm
Bəlkə, bu dərdimə bulacaq çara.
1929, 19 may
________________________Milli Kitabxana________________________
77
KÜR ÇAYI
Sanılıya
Ayrı dağlar kimi qol-qanad atan,
Coşqun dalğaları buluda çatan,
Qəmzələr göstərən, işvələr satan
Çox olur qonağın, yığnağın sənin.
Qorxunc qayaları yellər tək enən,
Günəşdən rəng alıb, ayla bəzənən,
Nələr andırırsan bu gedişlə sən,
Ş
anlı, şöhrətlidir ocağın sənin.
Tiflisin arxası, Qazağın beli
Hər ikisi sənin, sənə dost eli ...
Boşalar qoynuna dağların seli,
Körpə bulaqlardır ortağın sənin.
Çoxları hüsnünə heyran qaldılar,
Çox igidlər səndən ilham aldılar.
Top-tüfəng atdılar, nərə çaldılar,
Keçdi o dəmlərin, o çağın sənin.
Ulduzlar qoynuna şəfəqlər saçar,
Səsindən ordular, karvanlar qaçar,
Sən gəzdiyin yerlər gül-çiçək açar,
Çünki uğurludur ayağın sənin.
Bağlanan yolların açılar hər yaz,
Səni görən gözlər səndən ayrılmaz.
Könlüm tək dalğalı, dəlisən bir az,
Alınır aləmdə sorağın sənin.
Ay doğub, sinənə kölgə salanda,
Deyər: "gülməmişəm sənsiz qalanda".
Çobanın, naxırçın tütək çalanda
Gümrah olar yanın, yançağın sənin.
1929
________________________Milli Kitabxana________________________
78
KAP TAL
Hər zaman qəlbimi bir qüvvə əzir, parçalayır,
O mənim sinəmin üstündə ocaqlar qalayır.
Dağıdır fikrimi sərməst olaraq inləyirəm,
Bu uğursuz, bu köpəkdən daha qorxunc qüvvət,
Məni bir an belə duymaz və buraxmaz rahət.
Nədir aya, o nədir, söylə, nədir, ah nədir'?
Kapitaldır ki, bəşər əski zamandan bəridir.
Ona bir Tanrı qədər səcdə qılar, hörmət edər,
Ə
n uzaq bir günəşin kölgəsini seyrə gedər.
"Dəli şair" də həyatın bu sönük kölgəsinə,
Çox zaman aldanaraq qoşdu onun səcdəsinə.
Kapital məncə qərəzdir, kindir,
Bir mələk olsa da pək çirkindir.
Nə qədər varsa da dünyada bu səs,
Ala bilməm ki, mən azadə nəfəs.
Komsomol! Sərvətə can vermə, sakın!
O ilandır, ona sən durma yaxın.
Sənə alqış, sənə qüvvət, sənə can,
Sənə sönməz əbədi bir həyəcan.
[1929]
________________________Milli Kitabxana________________________
79
ŞƏ
RQ N QAPISI
ŞƏ
HƏR OYANIRKƏN
Günəş qısqanaraq ürkdü gecədən,
Boğdu qaranlığı, can aldı yenə.
Ş
air ən inadkar bir çocuq kimi
Endi xəyalın dərinliyinə...
Qayıqlar sahildə səssiz-səmirsiz...
Uzaq yollar gələn yolçular kimi;
Sakit bir yuxuya getmişdi dəniz,
Dərin bir məqsədi, fikri var kimi.
Bənzərdi ən böyük, ən xoş əmələ
Günün üfuqlərdə alışan rəngi.
Söylədi: keçmişdən əsər var hələ, -
Uzaqdan çalınan kəlisa zəngi.
Ağardı kainat günəş gülərkən
Qalmamışdı göydə nə ulduz, nə ay;
Gündüzün eşqilə hamıdan erkən
Səkirdi quş kimi yerdə tramvay.
Çoxaldı get-gedə, artdı hərəkət,
Artıq keçinmişdi gecənin qəlbi;
"Qudok"un səsindən canlanan sürət
Andırırdı sağlam, polad bir qəlbi...
Azacıq keçmədən cəsur insanlar
Qoşdu iş başına, tərpəndi şəhər...
Ucaldı göylərə qara dumanlar,
Həyatı yaşadar çalışqan əllər.
________________________Milli Kitabxana________________________
80
AXŞAM
Günəş çəkilirkən dağlar ardına
Üfüqlər qaraldı, sular qaraldı...
Dedim: bir şey yazım - həyat adına.
Bu axşam fikrimin qanadı vardi.
Duyurdum hər gözdən bir hissi-hörmət,
Xəyalım ən yüksək şeylər andıqca.
Duyurdum fikrimdə böyük bir qüvvət
Xəzər ləngər vurub dalğalandiqca.
Təbiət nazənin, təbiət dilbər,
nsanlar qayğısız, həyat bəxtiyar.
Sevirəm əsrimi, - söyləsəm əgər,
Bir şair qəlbinin buna haqqı var.
MƏDƏN YYƏT SARAYI
Xumarlandı gecə, istilər söndü,
Yüksək buludlardan gülümsədi ay.
Canlı insan kimi dil açdı birdən
Gördüyüm bir bina, bir yüksək saray.
Danışdı radio Çindən, Əfqandan,
Səsləndi qəlbimin sədəfli sazı;
Ə
n sonra gəlirdi ta uzaqlardan
Neyin şikəstəsi, tarın şahnazı.
Deyirlər burada, bu şən sarayda,
Vaxtilə güllələr, bombalar varmış.
Duyğusuz insanlar qışda və yayda
Haqq istəyənlərə atəş açarmış.
Deyirlər qan içən ağır zamanlar
Böyük bir kütlənin başına darmış;
O kəsilən başlar, tökülən qanlar
Duyan ürəkiəri çox ağladarmış.
Dostları ilə paylaş: |