Microsoft Word S?M?D vurgun doc



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə15/49
tarix01.07.2018
ölçüsü2,81 Mb.
#52660
1   ...   11   12   13   14   15   16   17   18   ...   49

________________________Milli Kitabxana________________________ 
69 
 
MATƏM NƏĞMƏS  
 
Gedərkən sükuta gecənin qəlbi,  
Eşitdim sularda matəm nəğməsi.  
Bilmədim nəymiş o qətlin səbəbi,  
O hadisə heyran qoyur hər kəsi. 
 
Ey insan! O yazıq, o tökdüyün qan  
Deyilmidir səndən, deyilmidir can?!  
O alçaq işləri duyduqca vicdan,  
nsanın həyata qalmır həvəsi. 
 
Ölən bir deyildir, eşit, ey cəllad!  
Min bir yuvanı, bax, sən etdin bərbad,  
nsan! Nədir o səs! Nədir o fəryad? – 
Dul qalan gəlinin odlu naləsi! 
 
Sən ölmədin, qardaş! Ölmədin, inan!  
Eşqin intiqamı yaşar hər zaman,  
Qəlbimdən axan bu kiçik dastan  
Arar qaranlıqda ədalət səsi? 
 
1928 
  


________________________Milli Kitabxana________________________ 
70 
 
LƏR ... 
 
Erkən günəş tellərini yer üzünə saçmadan,  
Ceylanlar
*
 öz sürüsüylə səhralara qaçmadan.  
Mütəfəkkir düşünürdüm bir xəyalın izincə;  
Bu yaz sabahı xilqətin təsvirinə gəlincə,  
Hər şeydə həddindən artıq bir sükunət yaşardı,  
Yalnız ayrı dağlardakı suların nərəsi vardı. 
 
ş
tə, təbiətə bu gün hökm edən bir sükunət  
Dünyaları qəhr edərdi bəlkə bulsaydı fürsət. 
Azca keçməmişdi həmən minarənin başından 
Ayazların şiddətilə donan soyuq daşindan, 
Möminləri çağırırdı ucalan "Allah" səsi, 
O ənini

 boğmadaydi zavodların nərəsi. 
 
Artıq şəhər oyanmişdı... başlanmışdı hərəkət,  
Harda hərəkət yaşarsa, orda yaşar bərəkət.  
Qarşı dağın göbəyindən zər qanadlı bir pəri.  
Gülümsəyən gözlərilə söyləyirdi "iləri!" 
 
1928 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                           
*
 Ceyranlar   

 Qəm, kədər ifadə edən inilti mənasında 
 


________________________Milli Kitabxana________________________ 
71 
 
K  KÖRPƏ 
 
Birincisi oynaq, qayğısız xoş üz,  
ncə bir musiqi andırır səsi.  
Yaşar gözlərində canlı bir gündüz,  
Ə
trafı güldürür hər qəhqəhəsi. 
 
Yox onun qəlbində nə qərəz, nə kin  
Bütün varlığında bir hərəkət var.  
Ş
ahin baxışla olduqca kəskin,  
Sarsıdamaz onu nə çovğun, nə qar. 
 
Digəri daha xoş bir qız yavrusu,  
Lalədən rəng alıb gülür varlığı.  
Onun nə dərdi var, nə də qayğusu,  
Qazanmış əsrindən bəxtiyarlığı, 
 
Mən bu səhnəciye inandım gerçək,  
Var imiş həyatm xoş zamanları.  
Bizdən daha parlaq günlər görəcək,  
Bu yeni dünyanın qəhrəmanları. 
 
1925 
  


________________________Milli Kitabxana________________________ 
72 
 
SAH LDƏ 
 
Ey vahi ki, ruhim yenə bır əski xəyalla... 
Sevdayi o halla 
 
Titrər və əsərkən qoca sahillərə baxdım. 
Sellər kimi axdım.  
Dəryada da qorxunc, dəli bir fırtına vardı. 
Artıq su qarardı
*
.  
Sevdalara, xülyalara bənzərdi bu axşam 
Üfqümdəki hər şam,  
Öz əksini salmışdı suyun bağrna, əlan 
Fikrimdəki tufan  
Dünyaları gəzmək deyə xülyalara vardı, 
Bilməm nə arardı?.. 
 
[1928]
 
  
                                                           
*
 
Qaraldı
 


________________________Milli Kitabxana________________________ 
73 
 
HƏRƏKƏ
 
Nazim Hikmətə 
 
Hərəkət! 
Hərəkət!  
Bu gün damarlarımı dolaşan 
bu qan  
Heç də dünənkinə bənzəmir, inan! 
Fəqət mən yenə  
enərək gecənin dərinliyinə,  
Hər gün dolaşdığım ucsuz-bucaqsız, 
odsuz, ocaqsız,  
Tikanlı çöllərin bir yolçusuyam. 
Eşit, ey! 
aradığım şey  
Artıq nə eşqdir və nə də hicran. 
Bu hiss, həyəcan  
qəlbimdən gəlmədi, fikrimdən doğdu: 
Hərəkət! 
Hərykət! 
Bü gün varlığımda dəmirdən möhkəm,  
Tükənməz qoca bir qüvvə var desəm,  
Çox da düşünməsin o afəti-can; 
çünki hər insan,  
Yaşamaq istəyən hər dərdli könül, 
hər çiçək, hərgül  
Azacıq sevinmək, çırpınmaq istər 
Nə qədər dilbər,  
qayğısiz bir halım var bu axşam. 
Qarşımdakı şam  
azacıq sönməmək üzrə yanarsa,  
bir an dayanmadan coşacaq qələm 
Nə dərd, nə ələm,  
nə də göz yaşları ənisim
*
 deyil. 
 
 
 
 
                                                           
*
 
Həmdəm, dost 
 


________________________Milli Kitabxana________________________ 
74 
 
 
Anla! Bil! 
Bil ki, göylər nə qədər azad, bəxtiyar  
ruhumla çırpınan bir əməlim var:  
Hərəkət!  
Hərəkət! 
ncilin, quranın yarpaqlarını  
Sovurur göylərə şimai yelləri.  
Şə
rqin elləri 
yazın yazın 
Bu gündən şöhrətli və şanlı bəklər.  
Açan çiçəklər 
artıq yaz gününə bir nişanədir.  
"Cahan qəmxanədir" 
fəlsəfəsi  
son nəfəsi, 
Son hıçqırığını çəkmək üzrədir.  
Hərəkət!  
Hərəkət! 
Buludlar qoynunda himalaylar,  
Səssiz gecələrdə ulduzlar, aylar,  
Tənha bir şairin uzaq xəyalı, 
ş
airlik halı,  
Qüruba yaxın həzin bir mənzərə 
susuz bir dərə,  
Dağlarla qucaqlaşan əlvan buludlar, 
yam-yaşıl otlar  
Uçurar fikrimi dumanlar kimi.  
Bunlar, 
bu saydıqlarım,  
Sən 
və mən, 
Hər ikimizdən törəyən,  
Həp bu hərəkətdəndır,  
Bu sonsuz surətdəndır. 
  


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə