Microsoft Word S?M?D vurgun doc



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə11/49
tarix01.07.2018
ölçüsü2,81 Mb.
#52660
1   ...   7   8   9   10   11   12   13   14   ...   49

________________________Milli Kitabxana________________________ 
44 
 
NƏ VAXT GÜLƏCƏYƏM? 
 
Nə qədər məyus, ah, nə qədər ölgün,  
Nə qədər cansızam yenə mən bu gün.  
Dəyişmiş gördüyün köhnə şiri-nər,  
Ə
sərxəyalıma nəsimi-kədər
*
.  
Hələ gör nə halda, gör nə dəmdəyəm?  
Bütün varliğimla yəs, ələmdəyəm.  
Vücudum torpaqda, sürünür daşda,  
Xəyalımsa durur hamıdan başda;  
Rəqs edər o mavi, ağ buludlarda,  
Enər, nəfəs alar yaşıl otlarda.  
Gəzər-gəzər öylə durmadan bir an,  
Arar-arar, yavrum, bir geniş meydan;  
Öylə bir meydan ki, gülsün azadə,  
Çəkdiyim zillətlər düşməsin yadə.  
Bəşər dedikləri duyğusuz vicdan,  
O boyalı sima, o dönük iman  
Bir az da çırpınsın, gülsün, əylənsin  
Ucalmaq istərsə, bir qədər ensin;  
Ensin, qaranlıqdan kamiyab

 olsun,  
Qürurun gülşəni saralsın, solsun!  
Dəmir qollarıyla fəxr edən kütlə,  
Bağırsın, hayqırsın, həm də cürətlə,  
Qursun bir ailə... bircə ailə...  
Müjdələr gəlsin bu şeyda bülbülə,  
O zaman gülərəm, gülərəm, heyhat...  
Bilməm gələcəkmi bir böylə həyat?.. 
 
[1927] 
 
 
 
                                                           
*
Kədər yeli  

Arzusuna çatan 
 


________________________Milli Kitabxana________________________ 
45 
 
DAĞLARA X TAB 
 
Dağlar! Sizdəki şu böyüklük, vüqar  
Nə olur bir zaman olsaydı bəndə.  
Bəlkə sayılardım o gün bəxtiyar,  
Vicdanımı yaxan bu zəhri-xənd
*
.  
Bəlkə çəkilərdi bir duman kimi.  
O zaman bu xəstə qəlbim əsəbi  
Və coşqun sulara məxsus ahənglə,  
Lazım gəlsə məşğul olardım cənglə...  
Ə
vət! Tapdalardım, döyər, əzərdim  
nsanlığın

 məğrur, dönməz başını... 
     Ən sonra qayğısız, bihuş gəzərdim,  
     Nə dərdi sevərdim, nə göz yaşnı. 
 
[1927]
 
 
 
                                                           
*
Zəhərli, atı gülüş  

Nadanlıq nəzərdə tutulur 
 


________________________Milli Kitabxana________________________ 
46 
 
ELLƏR GÖZƏL  
 
Nal tökən dağları yel kimi keçər,  
Hər zümrüd yamacdan bir çiçək seçər,  
Qaynar bulaqların gözündən içər  
O ellər gözəli, o el yavrusu. 
 
Teylənər
*
 dağların qılinc yalında,  
Bəzən açıqlıqda, bəzən qalında,  
Elə bil ay durur bulud dalında,  
O ellər gözəli, o el yavrusu. 
 
[1927
 
ONU GÖRÜRKƏN... 
 
Alovlan, ey könül, yenə alovlan!  
Bu gün lap dəyişib o günkü canan.  
Dilbərin yorulub səyahətindən,  
Düşübdür o keçən təravətindən.  
Bir zaman o pəri yalnız yaşardı,  
Quş kimi sıldırım dağlar aşardı.  
ndi bükülmşdür böylə tez beli,  
Sığal verilməyən o qumral teli  
Tarimar görürəm... Bu bəsdir mana,  
Ey məni tərk edən, qal yana-yana! 
 
1927 
 
 
 
                                                           
*
Qaçar 
 


________________________Milli Kitabxana________________________ 
47 
 
Ş
KAYƏ
 
Mənəm bu dünyada bəlalar çəkən  
Nakişi, naşükür insan əlindən.  
O hankı vicdan kı, ağlar, ay aman!  
Gündə bir don geyən dövran əlindən?!. 
 
Qalmamış qüdrətim... dalğınam çoxdan,  
Unutdum varlığı... dönmədim yoxdan...  
Fələklər tac saldı mən atan oxdan,  
Çıxmadım bu qanlı meydan əlindən. 
 
Sürün, sürün, iştə durmadan bir an,  
Sən ey vəhşətindən feyz alan insan!  
Yarın
*
 gülmək üçün, ağlasın cahan  
Bu Tövrat, bu  ncil, Quran əlindən. 
 
[1927
 
 
                                                           
*
Sabah, gələcəkdə mənasında 
 


________________________Milli Kitabxana________________________ 
48 
 
* * * 
llər, qərinələr keçirsə aləm,  
Yadımda saxlaram hər zaman səni.  
Dərdimi bilməyən varmı bir adəm?  
Bu bir həqiqət ki, sevdi can səni. 
 
Dün öylə gedirdin ahəstə, rəvan,  
Bulandı su kimi gözlərimdə qan,  
Bir mənim başıma gəlmədi hicran,  
Kim basdı bağrına canhacan səni?.. 
 
O axşam, röyada gəzişə çıxdım,  
Aramızı vuran bir evi yıxdım...  
Titrəyə-titrəyə əlini sıxdım,  
Baxdım, zəhərləmiş o ilan səni... 
 
Baxırdın, sevdiyim, sən məlul-məlul,  
Çırpınar, gülərkən sevdalı ilul
*
.  
Bağırdım gülərək... ey ləkəli dul!..  
Məndən başqa sevməz bir insan səni! 
 
[1927
 
 
                                                           
*
yul 
  


________________________Milli Kitabxana________________________ 
49 
 
SƏNƏ
 
Düyünlü dağları kökündən vuran  
Ə
mək cəbhəsində “amansız”
*
 duran,  
Ə
qrəbli çöllərdə bağ-bostan quran,  
Zəhməti güldürən sənət olacaq. 
 
Azəri yurdunun zəhmətkeş oğlu,  
Ürəyi sevinclə, ümidlə dolu,  
Çəlikdən

 duruşu, dəmirdən qolu,  
Zəhməti güldürən sənət olacaq. 
 
Ey göylər suları, sən boşalma, dol!  
Tutduğun çiçəkli, reyhanlı bu yol,  
Hər qəlbə sevinclər vəd edər bol-bol,  
Zəhməti güldürən sənət olacaq! 
 
[1927
 
 
                                                           
*
Möhkəm dayanmaq mənasında   

Polad kimi möhkəm 
 


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə