Microsoft Word S?M?D vurgun doc



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə10/49
tarix01.07.2018
ölçüsü2,81 Mb.
#52660
1   ...   6   7   8   9   10   11   12   13   ...   49

________________________Milli Kitabxana________________________ 
39 
 
 
 
 
 
 
 
 
 
 
 
ONDAN DA GÖZƏLD R 
 
Göylər ki, müləvvən
*
 o şəfəqlərlə bərabər,  
Dəryalara, səhralara min cilvə

 sərasər- 
Ə
rz etmədə, bilməm nə zamandan bəri aləm  
Göylər deyə, göylər deyə çalxandı dəmadəm

.  
Çalxandı nəhayətsiz olan boşluğa əfkar
§
,  
Ə
n sonra təbiətdəki hikmətlərə naçar,  
Məruz olaraq enməyə bir cəbr ilə döndü,  
Min dürlü ziya parladı, min ah ilə söndü.  
Sönmək! O qaranlıq ki, çıxılmaz yolu var, ah!..  
Ömrün sonu ad verdi bu mənalara  
Allah! Allah! O nədir? Məncə təxəyyül cərəyani,  
Görmək dilərəm, varsa görünsün o "əyani".  
Atəş, su, bulud bir zaman Allah idi əlbət,  
Heyhat! Onu məhv etdi xəyalən bəşəriyyət.  
Dönmüş, o da dönmüş və dəyişmiş, bunu bildim,  
ndiysə onun eşqini çirkab ilə sildim,  
Sildim və inanmam ki, bunun hökmü əzəldir,  
Torpaqlara can verməyim ondan da gözəldir. 
 
1927, iyul 
 
 
                                                           
*
Rəngarəng, əlvan bəzənmiş, boyanmış mənasında  

Gözəllik vermək, əlvanlaşdırmaq  

 Daima, həmişə  
§
 Fikirlər 
 


________________________Milli Kitabxana________________________ 
40 
 
ORDA... 
 
Uzaq, bu həyatdan uzaq bir yer var  
Yaşıl dağlarında sərin bir ruzgar.  
Orda nə qəm vardır, nə bəla vardır,  
Desəm inanmazlar, etila
*
 vardır  
Ki, bütün varlığım, həp duyğularım,  
Müxtəlif dərdlərim və qayğılarım  
Orda, o ilahi çöhrədə gülər,  
Qarşımda saraylar, taclar bükülər.  
Həm də bidətlərdən

, dürlü imandan  
Bir əsər görunməz, çünki hər yandan  
Hər qəlbə müsavi

 məşəllər doğar,  
Bütün məsləkləri bir məslək boğar:  
Bu isə yaşamaq, həm yaşatmaqdır,  
Yarınkı dünyaya bu gün çatmaqdır. 
 
1927, iyul 
 
 
 
                                                           
*
Ucalıq, yüksəklik 

Etıqad, inam  

Bərabər 
 


________________________Milli Kitabxana________________________ 
41 
 
SALYAN GÖZƏL  
 
Mənə hər gün bu yaxın pəncərədən  
Dəli bir gözlə baxırsan, bu nədən?  
Yoxsa qəlbimdəki gizlin əməli  
Bəlkə bilmişsən, a Salyan gözəli!  
ndi bil söyləyirəm mən də açıq,  
Səni görmək dilərəm, yollara çıx!  
Çıx ki, arxanca mən eyvah eləyim,  
Sonra əhvalımı izhar eləyim,  
Sən qərib, mən də qərib... yox yananım, 
                                         dərd qananım... 
Yenə mhum dəli, yurdsuz kələbək
*
  
Kimi izlər sən torpaqda çiçək.  
Mənə dünyada bu cür ənı göyçək,  
Ə
n gözəl qüvvə ki, parlar bədənin,  
Belə derlər ki, xəyalında sənin  
Bir çocuq var... onu at! Ey gözəlim!  
Sənə layiq deyil, əlbət, o çocuq. 
 
[1927]  
 
 
 
 
 
 
 
 
                                                           
*
Kəpənək 
  


________________________Milli Kitabxana________________________ 
42 
 
BƏLKƏ 
 
Deyirlər Şəkinin bu yaxın dağı  
Bəsləmiş bir maral-hər qəlbə yağı.  
Üçüncü gündür ki, aldım sorağı,  
Bulacaq dərdimə bir çarə bəlkə... 
 
Ə
yilsin səcdənə ulduzlar, aylar,  
Ə
skimiş
*
 məbədlər, yeni saraylar.  
Bir qərib könül var, səni haraylar,  
Ə
lindən sağala bu yarə bəlkə. 
 
Nə deyim! Böylədir əzəldən işim,  
Gözəllik yoludur mənim gedişim.  
Ağarsa saçlarım, tökülsə dişim,  
stərəm yetişəm o yarə, bəlkə... 
 
1927  
 
 
 
 
 
 
 
 
 
                                                           
*
Köhnəlmiş 
 


________________________Milli Kitabxana________________________ 
43 
 
ONA... 
 
Bunu idrak edib də bir öyrən,  
Sənə məhkum mən olmadım fikrən.  
Nə rəvadır vüsala aldanmaq,  
O titrəyən səsinə həp yanmaq.  
stəmişsə də qəlbi-məcruhim
*
,  
Dəyişdim indi başqa bir ruhim.  
Azacıq varsa da vicdan əliniz.  
Məni bir qul kimisə dinləyiniz.  
Nə zamandan bəri, yavrum, solaraq,  
O sönən eşq ilə sərməst olaraq,  
Endim eyvah ki, endikcə dizə,  
Yenə hicran, yenə dərd qaldı bizə...  
ş
tə, bundan məni sarsıtdı həyat,  
stəyər... istəyə varmaz bu qanad.  
Lakin ümmid, o böyük dəsti-kərəm

  
Oxuyur qəlbimə bir başqa sənəm:  
Ki, şəbabin

 üzü bir gün güləcək,  
Ağlayan gözləri oxşar, siləcək,  
Yeni bir səhneyi-ülfət
§
 doğacaq,  
Qaralar zəhrimi birdən soğacaq.  
O zaman Fikrəti təqib edərək  
Bu yaxın dağları dümdüz gedərək,  
Oxuyub keçmişə lənət, yaşaram,  
Toxunub göylərə bir gün coşaram  
Məni məhv etsə də fikrim, ələmim  
Yazacaq "Hamleti" coşqun qələmim 
 
[1927] 
 
 
 
 
 
                                                           
*
Qırıq, yaralanmış qəlbim 

Kərəm əli - ümid, çıxış yolu mənasında  

 Gəncliyin  
§
Dostluq münasibətləri 
  


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə