Microsoft Word S?M?D vurgun doc



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə9/49
tarix01.07.2018
ölçüsü2,81 Mb.
#52660
1   ...   5   6   7   8   9   10   11   12   ...   49

________________________Milli Kitabxana________________________ 
34 
 
 
 
 
ANA 
 
Pək çocuqdum yerə gömdülər səni,  
Həyata qanadsız atdılar məni.  
Bax, necə pozulub ömrüm gülşəni,  
Həyat sənsiz mənə zindandır, ana! 
 
Qoynunda bəslənir gözəl diləklər,  
Layiqdir səcdəyə sənə mələklər,  
Nerdəsən, ah gözlərim həp səni bəklər,  
Bax övladın nasıl giryandır, ana! 
 
Sən bir günəş idin, doğdun da batdın,  
Yazıq övladını qəmlərə atdın.  
Bir cavab ver, hankı murada çatdın  
Torpaqlarda neçə zamandır, ana! 
 
Bir ah çəksəm sənsiz, qopmazmı tufan?  
Ə
zizim anacan, gözüm anacan!  
Yumuq gözlərini aç da bir oyan,  
Ş
imdi zaman başqa zamandır, ana! 
 
Yıxılıb payinə
*
 öpməki stərəm,  
Analıq mehrini görmək istərəm,  
Səni görmək üçün ölmək istərəm,  
Təsəllim ah ilə fəğandır, ana! 
 
[1927]  
 
 
 
 
 
 
 
 
                                                           
*
Ayağına 
 


________________________Milli Kitabxana________________________ 
35 
 
 
B Z M DAĞLARIN 
 
Dün oxdum şerini, düşdü yadıma  
Gülümsər dövranı bizim dağların.  
Oxudum ki, yoxdur sizin yaylada  
Gülü, gülüstanı bizim dağların. 
 
Bilməm kaç əsrdir yaranmış durar,  
Cansız cəsədlərə dirilik urar  
Səhər irişincə
*
 bin

 nəğmə qurar  
Ş
ahbazı, tərlanı bizim dağların. 
 
Ə
lvan çiçəkləri saralmaz, solmaz,  
Baxdıqca onlara konüllər doymaz,  
Çeşmələr başından heç əskik olmaz  
Zurna-balabanı bizim dağların. 
 
Ə
trafı taladır, ceyran yuvası,  
Ruhları məst edər sərin havası,  
Sizin yerdə olmaz, onun səfası,  
Cənnətdir hər yanı bizim dağların. 
 
Yasəmənlər, gül reyhanlar ocağı,  
Bizim dağlar bir təbabət qucağı,  
Dişləri göynədən soyuq bulağı,  
Genişdir meydanı bizim dağların. 
 
Bir-birindən gözəl vardır meşəsi,  
Səs versən, səs salar hər yana səsi.  
Qazanar hər kəsdən sevinc həvəsi  
Çölü, biyabanı bizim dağların. 
 
Ş
eh düşər otların üstə gecədən,  
Doymaq olmaz orda xoruz-beçədən,  
Dəyəsi

 qurular qalın keçədən  
Dərdlərin dərmanı bizim dağların. 
                                                           
*
Səhərin gözləri açılan kimi  

Min  

Alaçıq 
 


________________________Milli Kitabxana________________________ 
36 
 
 
 
Qoyun, quzu bir-birinə qarışar,  
Qulplu qazanlardan qatıqlar daşar.  
Böylə həyat içrə yüzdən cox yaşar  
Zəhmətkeş dəliqanı bizim dağların. 
 
Bəslədiyi kök quzulardan kəsər,  
Bolluq içrə ömür sürər sərbəsər.  
Boynun əyib çeşmələrdən su içər  
Maralı, ceyranı bizim dağların. 
 
Xırdaca-xırdaca yağar yağışlar,  
Xəstə Vurğun bu dövranı alqışlar.  
Möhtərəm qarelər
*
 məni bağışlar,  
Cavandır yazanı bizim dağların. 
 
[1927]
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                           
*
Oxucular 
  


________________________Milli Kitabxana________________________ 
37 
 
 
 
 
 
 
ƏLL ML K 
 
Müəllimlik - bu bir incə sənətdir,  
Bu yolu hər gedən olmalı incə.  
Saralmaz bir çəmən o göyərincə,  
Həyata pək yaxın bir məhəbbətdir. 
 
Almanlar etmişdir çox kərə təkrar – 
Mənimdir gələcək... müəllimim var...  
Dinlə vətəndaşım! Belə bir şüar  
Hər qəlbə tac verən bir fəzilətdir. 
 
Qələlər, zindanlar, qorxunc diləklər,  
Atəşli vicdanlar, çılğın ürəklər,  
Üfqündə məbud
*
 bir boşluq bəklər,  
Baxdım keçmişlərə, bu həqiqətdir... 
 
Ey göylər suları, sən boşalma, dol!  
Tutduğun çiçəkli, reyhanlı bu yol  
Hər qəlbə sevinclər vəd edər bol-bol...  
Bu günün qayəsi çünki zəhmətdir. 
 
1927, iyun 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                           
*
Məbud sözü burada sonsuzluq mənasında işlənmişdir. 
  


________________________Milli Kitabxana________________________ 
38 
 
 
 
 
 
 
 
 
 
 
ŞƏ
K  
 
Dünki
*
 bir lövhə ki, hər səmti viran,  
Dünki bir sinə ki, başdan-başa qan.  
Dünki hicranla, səfalətlə gülən,  
O gülüşlərlə belindən bükülən  
Yeni bir səhnədə cövlan edirəm,  
Sisli, yağmurlu sokaklar

 gedirəm.  
Qəlbi yox, duyğusu yox, şir kimi nər  
Bu yerin dağları hər gün bəzənər.  
Bəzənər, sanki xəyalımla tanış,  
Nə qədər fitri, gözəl bir yaranış  
Ki, dəyişməm onu heç bir gözələ.  
Bir zaman bəlkə də əllərdən ələ  
Düşərək ömür eləmiş zillətlə.  
Ə
ski, pək əski röya, bidətlə

...  
Həələ çaylardakı coşqun cərəyan,  
Bana bir başqa xəyalatı bəyan  
Ediyor. Böylə deyirlər ki, bu gün  
Ucalır göylərə bir şanlı dügün.  
Bən də təbrik edirəm iş bu halı,  
Artacaq yurdumun əlbət cəlalı. 
 
1927, iyul 
 
   
 
 
 
                                                           
*
Dünənki, keçmiş mənasında  

Küçələr - çətin, əzablı yollar mənasında  

Etiqad, inam mənasında 
 


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə