Microsoft Word S?M?D vurgun doc



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə12/49
tarix01.07.2018
ölçüsü2,81 Mb.
#52660
1   ...   8   9   10   11   12   13   14   15   ...   49

________________________Milli Kitabxana________________________ 
50 
 
D LCAN DƏRƏS  
 
Yenə gördüm səni, Dilcan dərəsi,  
Yadıma çox köhnə zamanlar gəlir.  
Ömür dedikləri bir karvan yolu,  
Nə canlar gedərək, nə canlar gəlir. 
 
Fələklər yaratmış bu yeri cənnət – 
Desəm, çox münasib həqqindir əlbət.  
Səndə var doğruluq, var səmimiyyət,  
O ibrət bağrına loğmanlar gəlir. 
 
Yazda gülümsərkən bütün kainat,  
Sən də bəzənərsən açarsan qanad; 
……………………………… 
Hər axşam səcdənə dumanlar gəlir. 
 
Qaşlar yarılanda günün telindən,  
Ə
mərsən dağların qarlı selindən.  
Sənə qonşu olan Qazax elindən  
Vəfalı, vəfasız mehmanlar gəlir. 
 
Yüksələr tar səsi hər eyvanından,  
Quşlar qanad salar keçsə yanından.  
Daşlar boyanmışdı bir gün qanından,  
Xəyalına qara dövranlar gəlir... 
 
1927 
  


________________________Milli Kitabxana________________________ 
51 
 
HAZIR OLUNUZ! 
 
Önümdə tufan var, hazır olunuz,  
gid Qafqazımın köhlən atları!  
Poladdan möhkəmdir sizin qolunuz,  
Quraq tərkinizdə pulemyotları! 
 
Çılğın dühalar ki, hökm edər Qərbə,  
Səbəb olacaqdır bir geniş hərbə  
Ə
minəm, vurduğum bu sonku zərbə  
Ə
yəcək yüksələn o qanadları!.. 
 
Ə
yəcək bilirəm, məndədir qüvvət,  
Biriikdə can bulur hər qərib niyyət.  
Ey cəbini
*
 Qərbin, sizdəsə əlbət  
Hikmətin ən qorxunc aparatları. 
 
Məndə də möhtəşəm, əlçatmaz vüqar,  
Yediyi buz həmən, içdiyi də qar,  
Sağlam bir ölkənin möhkəm fikri var.  
Yarılsın nərəmdən dağın qatları!.. 
 
1927  
 
 
  
                                                           
*
Müti, boyun əyən, qorxaq mənasında 
  


________________________Milli Kitabxana________________________ 
52 
 
UNUT... 
 
Unut, dedim, unut! Gətirmə yada,  
Bir daha dünyada sən, ey səs, məni!  
Sevdanın uğursuz o yollarında  
Daş-qalaq eylədi hər bir kəs məni. 
 
Çəmənlər, bağçalar, bağlar sarmsa,  
Fəzalar dönərək sular qararsa  
Hər şeyi bir ölüm qorxusu sarsa,  
Ə
yilməm bir daha... bir həvəs məni  
 
Hər dürlü matəmdən, qəmdən uçurdu  
Xəstə xatirimdə bir həyat qurdu.  
Tərk etdim o Qazax adlanan yurdu,  
Orda zəhərlədi bir nəfəs məni. 
 
Qoy gülsün taleyim, gülsün həyatım,  
Silinsin əskimiş hər xatiratım.  
Baxdım ki, bu yeni-yeni ayatım
*
  
Deyir sıxmayacaq bir qəfəs məni. 
 
1927 
 
ÇƏK L... 
 
Çəkil, çəkil artıq yoruldum, bıqdım

,  
Yanarsan, çox yaxın durma, ahımdan.  
Bir gün mən başqa bir dünyaya çıxdım  
O əski, pək əsk qərargahımdan.  
Bax, bu seyr etdiyim işçinin yurdu  
O bədbin qəlbimə çox ağır vurdu.  
Ş
ikayətçi idim bəlkə xilqətdən,  
Bu gün qüvvət aldım mən təbiətdən,  
Bəlalar tanrısı o məhəbbətdən,  
Çəkindim və döndüm qibləgahımdan... 
 
1927 
                                                           
*
Yeni yazdıqlarını, fikirlərini, düşüncələrini nəzərdə tutur.  

Yoruldum, bezdim 
 


________________________Milli Kitabxana________________________ 
53 
 
 
 
Ə
Y LMƏ
 
Həyat! O çox zaman görünür iyrənc,  
Bu səhnədə min bir qanlı pərdə var  
Sən bu çətinliyə düşsən də, ey gənc,  
çində saxlanan qüdrətə yalvar! 
 
Zaman! O amansız, qatil bir düşkün  
Bəzən dünyaları döyər şiddətlə.  
Səni də məhv etmək istərsə bir gün,  
Hər şeyə qarşı çıx, həm də cürətlə. 
 
Cürət! Odur bizi güldürən hər an,  
Cürətsiz bir həyat məhv olur, inan.  
ş
tə bu düsturu öyrənib də sən,  
Ə
r oğlu ər kimi tab et bəlayə. 
 
Mən bu sözlərimlə nə dedim bil sən,  
Çırpın üfüqlərə, uç etilayə!  
Ey gənc! Səadəti bir xəyal bilmə,  
Nə olursa-olsun, yalnız əyilmə! 
 
[1927
  


________________________Milli Kitabxana________________________ 
54 
 
ADSIZ ŞE R 
 
Mən o sevdalı qızın,  
O qanadlı yıldızın  
Hər halını sevərkən,  
Bu bəlaya pək erkən  
Düşməyimi bilmədim.  
O zamandan gülmədim.  
tginəm, aranamadım.  
Mən buna yaranmadım.  
Unut sən də gözəl qız!  
Mənə dünyada yalnız,  
Yalnız qaldı kölgələr,  
Qarlı, buzlu ölkələr...  
Hey gedirəm durmadan,  
Bir yuvacıq qurmadan,  
Səbəb nədir bu işə?  
Bu sərsəri gedişə... 
 
1927, sentyabr 
 
 
 
 
 
QADIN 
 
Qadın! O sevimli, süslü bir sona,  
Mən əsirəm, əlbət, əsirəm ona.  
O bəzən bir mələk, bəzən iblisdir,  
Çünki başdan-başa zövqdür, hissdir;  
Onda sevinclər var, iztirablar var.  
Bütün mənasilə etila, vüqar  
Həp ondan, qadindan, o gözəldəndir,  
Bu bır yeni deyil, bu əzəldəndir. 
 
1927, noyabr 
  


________________________Milli Kitabxana________________________ 
55 
 
* * * 
Bir qəlb ki, çalxalanar, hər zaman coşar,  
Tufanlar keçirən dəryaya bənzər.  
Qafqazda çırpınar, Altaya qoşar,  
Dağlardan atılan bir yaya bənzər. 
 
Of... bu yerlər yazıq ruhuma dardır,  
Kəsilmiş yollarım dumandır qardır.  
Vaxta ki, bu hüdud, bu sərhəd vardır,  
Ömür dedikləri röyaya bənzər. 
 
Sən ey mərhəmətsiz, duyğusuz, casus!  
Ey sərvət dünyası, sən sürün, sən sus!  
Bəşər qardaşlığı tərk etmiş, əfsus!  
Hər əməl dumanlı xülyaya bənzər. 
 
1927, 2dekabr 
 
ANDIM 
 
Mən and içmişəm ki, bir də qələmim  
Gözəllərdən ilham almayacaqdır.  
Peymanını pozan xəyal həmdəmim  
Dərgahıma sayə salmayacaqdır. 
 
Keçindim nə yaman dərdi-hal ilə,  
Bir qara üzlü, ah, ideal ilə...  
Açılmaz ürəyim hər vüsal ilə;  
Onlardan yadigar qalmayacaqdır. 
 
Hesablaşmaq istər könül xilqətlə,  
Bir sevdiyim deyil, hər təbiətlə;  
Gülsəm, güləcəyəm, əbədiyyətlə,  
Sazım gəldi-gedər çalmayacaqdır. 
 
1928, 7 yanvar 
  


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə