Microsoft Word S?f?rli N?rgiz docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix21.10.2017
ölçüsü0,75 Mb.
#6373
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

22 

 

 



 Qaradərə    və    Əlincəçay    çayları    arasında    alçaq    dağlıq    zona    yuxarı  

təbaşir  və  aşağı  piliosenin  qum  və  gillərindən  təşkil  olunmuşdur. 

Orta    dağlıq    zona:  Bu    zona    nisbətən    enli    zolaq    şəklində    olub,  dəniz  

səviyyəsindən    1500-  2400    m    hipsometrik    yüksəklikdə    yerləşməklə    dağlıq  

sahənin    əksər    hissəsi    Naxçıvançay    və    Əlincəçayın    orta    axınına  

uyğunlaşmışdır. Bu  zonada  dərin  dərə  və  dik  yamaclar  geniş  yayılmışdır. 

 

Dağ  süxurlarının  səciyyəvi  xüsusiyyətlərindən  və  eroziya  proseslərinin  



intensivliyindən  asılı  olaraq  dağ  dərələri , çayın  yuxarı  axınlarında,  müxtəlif  

enliklərində,  bəzi  yerlərdə  kanyonvari  dərələrdən  keçirlər. Bu  zonada  dağ  dağ  

arası  çökəkliklər  və  ərazinin  güclü  parçalanması  çoxluq  təşkil  edir. Burada  

lanlıdağ,    Əlincə,    Nəhəcir    və      s.    seçilir.  Göstərilən    dağlar    yuxarı    eosenin  

qumlu  arqelit  çöküntülərindən  təşkil  olunmuşdur. 

 

Orta    dağlıq,    dağlıq    zonanın    formalaşmasına    iqlimin    kontinentallığına,  



yüksəkliyə  qalxdıqca  atmosfer  yağıntılarının  artmasına  böyük  təsir  göstərir. 

 

Göstərilən  amillərin  birgə  təsiri  eroziya- denudasiya  relyef  əmələ  gəlmə  



prosesinin  rolunu  artırır. Belə  ki,  Şahbuz,  Əbrəqunis,  Baradin  və  s. dağarası  

çökəkliklərdə  arid  denudasiya  prosesləri  hakimlik  edir. 

 

Yüksək    dağlıq    zonanın    relyefi    mürəkkəb    olmaqla    dəniz    səthi  



səviyyəsindən  2400- 3800  m  hipsometrik  yüksəkliklərdə  yerləşir. Bu  zonanın  

relyefi    üçün    sıldırım,  dik    yamaclar,  diş-  diş    su    ayrıcıları    və    dik    qayalar  

səciyyəvidir. 

 

Naxçıvan  Muxtar  Respublikasının  yüksək  dağlıq  zonası  ensiz  bir  zolaq  



şə

klində  Zəngəzur  və  Dərələyəz  silsilələrinin  su  ayrıcları  boyu  uzanır. 

Naxçıvan    Muxtar    Respublikası    ərazisində    geoloji    cəhətdən    mürəkkəb    və  

müxtəlif    olmaqla    şərqi    Zaqafqaziya    vilayətinin    tərkibinə    daxildir.  Buranın  

tərkib    hissəsi    başlıca    olaraq    poleazoy,    üçüncü    və    dördüncü    dövrlərin  

çöküntülərindən  ibarətdir.  

Muxtar    Respublikanın    dağlıq    və    dağətəyi    hissəsində    palleogen    çox  

böyük    bir    sahəni    əhatə    edir.  Burada    geniş    ordubad    sinklinarisi    palleogen  

çöküntülərindən  ibarətdir. Bu  sinklinarinin  nüvəsində  üst  təbaşir  çöküntüləri  



23 

 

pliosen   və    eosen   çöküntüləri   ilə   uyğun    əvəz   olunur.  Eosen    çöküntülərində  



istər  onların  yayıldığı  istiqamətlərdə,  istərsə  də  şaquli  istiqamətlərdə  fasial  

dəyişikliklər    müşahidə    edilir.  Eosen    çöküntülərində    bazaltdan,  

konqlomeratlardan,    mergellərdən,    gillərdən    və    vulkanik    süxurlardan    əmələ  

gəlmişdir. Vulkanik  süxurlar  fasyası  andezitlərdən,  onların  tullantılarından  və  

tuf    fraksiyasından    ibarətdir.  Çökmə    fasya    süxurlar    (əhəng    daşları    və    s.)  

arasında    da    tufogen    süxurlar    vardır.  Burada    porfiritlər,    kvarslı    porfiritlər,  

tufitlər,  tufkonqlomeratlar  mövcuddur. 

Naxçıvan  Muxtar  Respublikası  ərazisində,  Araz  çayı  dairəsi  və  onun  

qollarının    mənsəbi    üçüncü    dövr    çöküntülərindən    sonra    əmələ    gəlmiş  

yığımlarla    örtülmüşdür.  Alçaq    dağlıq    zonalar    isə    palleogen    yaşlı    qatlardan,  

xüsusilə  eosen  süxurlarından  ibarətdir. 

Muxtar    Respublikanın    yüksək    dağlıq    zonasının    torpaqları    qranit    tipli  

püskürülmüş    süxurlar,    əsasən    porfritlərin    üzərində    formalaşmışdır.  Yüksək  

dağlıq  zonada  püskürülmüş  süxurlarla  yanaşı  əhəngdaşı,  metamorfik  mənşəli 

(Şərur,    Ordubad    və    Culfa    rayonlarının    mərkəzi    hissəsində    mərmərləşmiş  

ə

həngdaşları)   süxurlar  da  geniş  yayılmışdır. 



Qeyd  etmək  lazımdır  ki,  dağların  ətraflarında  qədim  allüvial  mənşəli,  

pliosen  və  postpliosenin  buzlaq  çınqıl  daşlı  süxurlara  və  gillərə  rast  gəlinir. 

Naxçıvan    Muxtar    Respublikasının    dağlıq    zonası    üçün    allüvial  

çöküntülər    səciyyəvidir.  Onlar      əsasən    qumlu,    çınqıl    daşlı    gətirmələrdən  

ibarətdir  ki,  bu  da  çay  yatağı  boyunca  yerləşən  sahələrdə  və  subasarlarda  

təmsil  olunmuşdur. 

Muxtar    Respublikanın    dağlıq    zonasının    ayrı-  ayrı    hipsometrik  

yüksəkliklərində  yerləşməsi  burada  müxtəlif  cür  torpaqəmələgəlmə  prosesinin,  

onların    özünəməxsus    iqlimin,      bitki    örtüyünün,    heyvanat    aləminin, 

torpaqəmələgətirən    süxurların    və    insanın    təsərrüfat    fəaliyyətinin  

formalaşmasına  şərait  yaradır. 

 



24 

 

 



§1.3. Ərazinin  iqlim  xüsusiyyətləri. 

 

Naxçıvan  MR  özünün  kəskin  kontinental  iqlimi  ilə  Azərbaycanın  digər 



fiziki-coğrafi    vilayətlərindən    fərqlənir.  Ərazidə    iqlimi    yaradan    əsas    amillər- 

günəş    radiasiyasının    bolluğu,  atmosfer    dövranının    mürəkkəbliyi,  relyefin  isə 

xeyli  müxtəlif  olması  ilə  səciyyələnir. 

Qeyd  etmək  lazımdır  ki, tipik  dağlıq  ölkə  olan  Naxçıvan  MR-in  müasir 

iqliminin    yaranmasında    relyef    əsas    rollardan    birini    oynayır.  Şərqdən,  şimal-

şə

rqdən    və    şimaldan    Zəngəzur    və  Dərələyəz    dağları    ilə    əhatə    edilməsi, 



Ermənistan    və    ran    yaylaları    ilə    qonşu    olması,  həmçinin    geniş    su 

hövzələrindən    xeyli    uzaqlığı    Muxtar    Respublikada    xüsusi    iqlim    şəraitinin 

yaranmasına    səbəb    olmuşdur.    Relyef  amili  öz    növbəsində  meteoroloji 

ünsürlərin-  havanın  temperaturunun,  rütubətin,  yağıntıların,  küləklərin    xüsusi 

rejimini yaradır. 

Muxtar   Respublikanın  ərazisində  demək  olar  ki,  bütün  fiziki  coğrafi 

ünsürlərin    şaquli    zonallığı  müşahidə  edilir.  Məhz  buna  gorə    də  landşaft 

qurşaqları    ilə    iqlim    qurşaqları    arasındakı    mövcud    əlaqəni    nəzərə    alaraq, 

iqlimin  ayrı-ayrı  ünsürlərinin  tədqiqini  şaquli  zonallıq  qanununa  uyğun  tərzdə 

aparmışıq. 

NaxçıvanMR-nin      iqlimi    kəskin    kontinentaldır.    Ordubad    rayonu  

ə

razisində    quru    subtropik      iqlim      tipinə      rast    gəlinir.  Mütləq    minimum 



temperatur -31 

0

S   (Dərvişlər), mütləq  maksimum temperatur   44



0

S-dir  (Culfa). 

  Muxtar  Respublikanın  iqlimi  5  tipə  ayrılır:[18]. 

         1.  Yayı    quraq    keçən    mülayim-isti    yarimsəhra  və  quru  çöl  iqlimi  – 

Arazboyu  düzənlikləri  və  qismən  alçaq  dağlıq  sahələri  (600-1100  m)  əhatə  edir. 

Burada  orta  illik  temperatur  10-14

o

C,  orta  illik  yağıntı  300  mm-dək,  mümkün 



buxarlanma 1200-1400 mm-dir.  


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə