Microsoft Word S?f?rli N?rgiz docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix21.10.2017
ölçüsü0,75 Mb.
#6373
1   2   3   4   5   6   7   8   9   10   ...   27

19 

 

gorə    bu    hissə    torpaq    və    bitki    örtüyündən  məhrum  olub,  dik      zirvələr    və 



ş

iddətli    parçalanmış    qayalıqlardan   ibarətdir.  Şimalda    Sinordağdan   başlayaraq 

cənubda  Soyuqdağa  kimi  suayrıcının  əlverişli  relyefində  aşınma  materialları 

toplanmışdır.  Aşınma    materiallarının    müəyyən    hissəsi    Ordubadçay, 

Gilancay,Əlincəcay,  Naxçıvançay  və    başqa    çayların    yuxarı    axınında    olan  

dərələrə toplanır  ki,  bu  da  selin  formalaşması  üçün  əlverişli  şərait  yaradır. 

Qurşaqda fiziki  aşınma  şiddətli  getdiyindən  burada  iri  daşlıqların  yaranması  

adi  haldır. 

Yüksək  dağlıq  zonadakı   dağ-dərə  buzlaşması  izlərinin  ən yaxşı  inkişaf  

tapdığı  qurşaq  buradadır. Onlar  karlardan,  sirklərdən,  təknəvari  dərələrdən və 

morenlərdən    ibarətdir.  Ən    iri    karlar    Dərələyəz    silsiləsinin    şimalında    və 

Zəngəzur    silsiləsinin    cənub-qərb    hissəsindədir.  Bu    karların    sahələri    12-

30kv.km-ə      qədərdir.  Yaşına    görə    ən    cavan    karlar    Zəngəzur    silsiləsinin 

mərkəzi   hissəsində  3000-3600  metr  mütləq  hündürlükdə  yerləşir. Təknəvari 

dərələr    Naxçıvançay    hövzəsinin    yuxarı    axınında    Keçəldağ    rayonunda, 

Qazangoldağ,  Səfərdərə,  Nəsirvaz,  Yağlıdərə,  Parağacayvə  s.    rayonlarda  

müşahidə  olunur. Asılı  təknəvari  dərələrə  isə  Qapıcıq  zirvəsinin  şimal-qərb  və 

cənub-şərq yamacında 3600 m yuksəklikdə rastgəlinir. Moren cokuntuləri yuxarıda 

göstərdiyimiz  təknəvari  dərələrdə  daha  yaxşı  saxlanılmışdır  [13]. 

Naxçıvan  MR-in  Arazboyu  düzənlik  hissəsində  suakkumlyativ, alçaq  və 

qismən  orta  dağlıq  hissəsində  arid-denudasion, orta  dağlıq  hissədə  erozion-

denudasion  və  nəhayət,  yüksək  dağlıq  hissəsində  isə  nival-denudasion  relyef 

ə

mələgətirici   proseslər   üstünlük   təşkil  edir. Müasir landşaftın formalaşmasında 



bu   ekzogen  relyef  əmələgətirici  proseslərin  rolu  böyükdür.  

Naxçıvan  Muxtar  Respublikası  ərazisində  Yerin  müxtəlif  yaşlı  geoloji 

qatlarının    aydın    çıxışları,    təkrarolunmaz    və    cazibədar    intruziv    süxurların   

mövcudluğu  geoloq  və  səyyahların  diqqətini  hələ  XVIII  əsrdən  cəlb etmişdir. 

Bu,  istər  Qərbi  Avropa,  istərsə  də  Rusiya  geoloji  ədəbiyyatında  Alp  qurşağının 

stratiqrafik  məsələlərinin  həllində  öz  əksini  tapmışdır.  Alp  qurşağında  bənzəri 

olduqca  az  tapılan  Naxçıvan  lakkolitləri  və  Culfa  dərəsində  Paleozoyun  ardıcıl 



20 

 

qatları  dünya  şöhrəti  qazanmış  və  bu  günədək  klassik  qiymətini  itirməmişdir. 



Faydalı  qazıntı  sahələrində  (Duzdağ,  Darıdağ,  Şəkərdərə,  Gömür,  Quyuludağ, 

Qızılqaya  və  s.)  mağaraların,  quyuların  aşkar  olunması,  ibtidai  əmək  alətlərinin 

tapılması  Naxçıvan  ərazisində  hələ  qədim  vaxtlardan  duz,  mərgümüş,  mis,  qızıl, 

kükürd  və  sair  çıxarıldığını  göstərir.  Orta  əsrlərdə  Azərbaycanda  elmi-təsviri 

mineralogiya  traktatları  –  “Cəvahirnamə  yaranmışdır.  Ərazidə  ilk  geoloji 

tədqiqatlar və  mineral  sərvətlərin  öyrənilməsi  XVIII  əsrin  II yarısından başlamış, 

planauyğun  surətdə,  müntəzəm  öyrənilməsi  isə  Naxçıvan  MR-in  yaranmasından 

sonrakı dövrə aiddir.Muxtar respublikanın ərazisi geoloji cəhətdən Kiçik Qafqazın 

Naxçıvan  qırışıqlıq  tektonik  zonasında  yerləşir.  Digər  tektonik  zonalardan  fərqli 

olaraq,  geoloji  quruluşu  ümumi  qalınlığı  14  km-ə  qədər  Kaynozoy,  Mezozoy, 

Paleozoy  dövrlərinin  çökmə,  vulkanogen –  çökmə,  yerüstü  vulkanların püskürmə 

qatlarından  və  intruziv,  metamorfik  komponentlərindən  təşkil  olunmuşdur. 

Bunların  yer  üzərində  çıxışları  ərazinin  400  milyon  illik  geoloji  tarixini  bərpa 

etməyə  imkan  vermişdir.  Naxçıvan  qırışıqlıq  zonasının  tektonik  quruluşunda 

Hersen  qırışıqlığını  təmsil  edən  Şərur-Culfa  antiklinoriumu,  Alp  qırışıqlığında 

yaranmış  Ordubad  sinklinoriumu  və  Naxçıvan  çuxuru  iştirak  edir.  Tektonik 

quruluşunun  özülü  isə  Baykal  tektonik  siklində  (600  milyon  il  bundan  əvvəl) 

yüksək  dərəcədə  metamorfizmə  uğramış  müxtəlif  mənşəli  və  tərkibli  (çöküntü, 

maqmatik  və  sair)  süxur  qatları  təbəqələrindən,  Yer  qabığının  "qranit"  qatından 

ibarətdir.  Onların  yer  səthinə  yaxın  yatımlarında  Devon–Trias  çöküntülərinn 

çıxışları  sahəsində  təsadüf  olunur  və  Dəhnə  dayaq  quyusunda  331  m  dərinlikdə 

1414  m-ə  qədər  kəsiliblər.  Dəhnə  qalxıntısının  Arazın  sağ  sahilində  metamorfik 

süxurlar  Yer  səthinə  çıxır.  Ərazinin  dərinlik  quruluşunda  Yer  qabığının  qalınlığı 

48-54 km olaraq, “qranit” qatı 15-20 km-ə, “bazalt” qatı 20-25 km-ə çatır. 

Naxçıvan    Muxtar    Respublikasının    dağ    silsilələri    müxtəlif    geoloji  

dövrlərdə  formalaşmışdır. Ərazinin  müasir  relyefinin  formalaşması  başlıca  dağ  

ə

mələ    gəlmə    fazası    prosesi    dövrünün    axırında      baş    vermişdir.  Muxtar  



respublikanın  ərazisi  aşağıdakı 2 böyük  geomorfoloji vilayətə  ayrılır: 


21 

 

 



1.Relyefin denudasiya  formasının  üstünlük  təşkil  etdiyi  vilayət. Buraya  

Dərələyəz, Qonur-Alagöz  silsiləsinin  dağ  qırışları, Kiçik  Qafqazın  cənub  şərq  

hissəsinin  dağətəyi  sahələri  daxildir. 

 

 2.Relyefin    akkumlyativ    formalarının    üstünlük    təşkil    etdiyi    vilayət. 



Buraya    dağətəyi    düzənliklər  və    Araz    çayının    vadiləri    daxildir.  Göstərilən  

vilayətə  maili  düzənliklər, alçaq  dağlıq  və  yüksək  dağlıq  ərazilər  daxildir. 

 Maili    düzənliklər    dəniz    səviyyəsindən    700-1200  m    yüksəklikdə    Araz  

çayı  vadisi  boyunca  uzanır. Ərazinin  ümumi   meylliliyi  şimaldan-cənuba  və  

qərbdən    şərqədir.Cənub-qərb    və    cənub-şərq    istiqamətində    qobulara    rast  

gəlinir.Bu    qobular    Araz    və    Arpaçayına    qədər    uzanır.  Həmin    zonanın  

relyefinin  formalaşmasına  Naxçıvançay, Arpaçay, Şahbuz çay, Küküçay, Keçili 

çay və  başqaları  böyük  təsir  göstərmişdir. 

Muxtar    Respublikanın    ərazisində    maili    düzənliklər    dördüncü    dövrün  

(allüvial, allüvial-proluvüal) və  qismən  üçüncü  dövrün (gil, konqlomerat, merqel, 

tuf, qum) çöküntülərindən  təşkil  olunmuşdur. Burada  relyefin  formalaşmasında  

orogen    və    tektonik    proseslərdən    başqa      denudasiya    və    akkumulyasiya  

prosesləri    də    mühüm    rol    oynayır.  Bu    proseslər    müxtəlif    qalınlıqda    narın  

torpaq    qatlarının    formalaşmasında    mühüm    rol    oynayır.  Maili    düzənlik  

Naxçıvançay,  Şərqi    Ordubadçayın    iri    konusları    ilə    əhatələnmiş    və    özünə  

məxsus  (Duzdağ, Tapanan, Tazıyçan və s.) relyef  yaradır. 

 

Alçaq      dağlıq    zona    dəniz    səviyyəsindən    1200-1500m    hipsometrik  



yüksəklikdə  yerləşməklə   dar   bir  zolağı  əhatə  edir. Bura   Vəlidağ,  Dəhnə,  

Ucibiz,  Sarıdağ,  Boğazlıq  və  s.  daxildir. Zona  cənub-qərb  istiqaməti  boyunca  

tədricən  alçalaraq  maili  düzənliyə  keçir. 

 

Həmin  zona  gilli  şistlərdən,  kvars  qumlardan,  devon  dövrünün  əhəng  



daşlarından    formalaşmışdır.  Torpaq    əmələ    gətirən    süxurların    kimyəvi    analiz  

nəticələrindən  məlum  olur  ki,  bu  süxurlardan  sialit- gilli  əhəng  daşı  tiplərinin  

aşınma  məhsulları  mövcuddur. 

Ə

lincəçayın  aşağı  axınında  alçaq  dağlıq  zona  yuxarı  təbaşir  və  aşağı  



piliosenin  qum  və  gillərindən  təşkil  olunmuşdur. 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə