Microsoft Word Rovs?n-dissertasiya doc



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə5/39
tarix18.04.2018
ölçüsü0,9 Mb.
#39285
1   2   3   4   5   6   7   8   9   ...   39

11 

 

 



səciyyələnir.  l ərzində şaxtasız dövrün davamiyyəti 250 gün və daha çox, havanın 

temperaturunun 0ºC-dən aşağı olan günlərin sayı isə Abşeronda 10-20 gün təşkil 

edir.  l ərzində qar örtüyü olan günlərin sayı 10 və daha az olur. Ərazi rəngarəng 

landşaft müxtəlifliyinə malikdir. Belə ki, ərazidə səhra, yarımsəhra, bozqır və dağ-

çəmən landşaftları vardır. 

        Abşeron yarımadası dünya okeanı səviyyəsindən 28 metr aşağıda yerləşir. 

Bakının və Abşeronun iqlimi mülayim- isti, yarımsəhra və çöl iqlimi olub yalnız 

Abşerona xas olan küləklərlə səciyyəvidir. "Xəzri" deyilən şimal küləyi yayda 

havanı sərinləşdirir, qışda isə hədsiz dərəcədə soyudur. "Gilavar" deyilən cənub 

küləyi yayda isti gətirir, qışda isə soyuğu bir qədər mülayimləşdirir.  

        Ümumiyyətlə müasir Bakının iqlimi bakılıların sevə-sevə becərdikləri 

bağların və parkların sayəsində xeyli mülayimləşmişdir. XX əsrin əvvəllərində 

güclü külək və toz əldindən Bakının küçələrinə çıxmaq mümkün deyildi, bu gün 

isə Bakı ilıq və rahat həyat tərzi ilə seçilən bir şəhərə çevrilmişdir. 

  Ərazinin  iqlimi  mülayim-isti,  yarımsəhra  və quru səhra tipinə  malikdir.  Yay 

aylarında isti, qış aylarında isə soyuq iqlim üstünlük təşkil edir. Bakı meteoroloji 

stansiyasının  çox illik müşahidələrinə görə havanın orta illik hərarəti 14.2 ºC təşkil 

edir.  Hərarətin  mütləq  maksimumu  42  ºC  iyul,  mütləq  minimumu  isə  mənfi  (-

15ºC) yanvar ayları üçün xasdır. Yay aylarında torpağın hərarəti 47º-48 ºC-yə çatır. 

Qışda torpağın donma dərinliyi 0.4 m-dən artıq olmur. 

  Ərazidə il boyu əsasən  şimal (“nord”) küləkləri əsir və ümumi küləklərin 1/3 

hissəsini təşkil edir. Onların orta illik sürəti 6.7 m/s, bəzən 15-20 m/s və hətta 30-

40  m/s  –yə  çatır.  Cənub  və  cənub-qərb  küləklərinin  orta  illik  sürəti  7  m/s  təşkil 

edir.  Müsbət  hərarətli  günlərin  sayı  255-293  arasında  dəyişir.  Atmosfer 

yağıntılarının illik həcmi 240-260 mm təşkil edir.  llik buxarlanma çox yüksəkdir 

və 1150-1250 mm arasında  dəyişməklə əsas həcmi may-sentyabr aylarında qeydə 

alınır.  Havanın  orta  illik  nisbi  nəmliyi  68-71  %  olmaqla,  qışda  (dekabr-yanvar 

aylarında) 79-84 %, yayda isə 52-58 % təşkil edir. 

 Geomorfoloji  quruluşuna  görə  tədqiqat  sahəsi  terraslaşmış  abraziya-

akkumlyativ  düzənlikdir.  Qeyd  etmək  lazımdır  ki,  gölün  qərb  hissəsindəki 

yamacda yerüstü suların fəaliyyəti ilə yaranmış və gölə istiqamətlənmiş dərinlikləri 

7-8 m, eni 5-6 m-ə qədər olan 5 yarğan mövcuddur. 

 

 

       1.3.Abşeron yarımadasının torpaq ehtiyatları.  



          

Respublikada həlli vacib olan məsələlərdən biri də ekoloji problemlərdir. Ölkə 

ə

halisinin 40%-i, sənaye potensialının isə 70%-i Abşeron yarımadasında yerləşir. 



Yarımada da ekoloji problemlərin yaranmasında əsas səbəblərdən biri neft-qaz 

hasilatıdır. Belə ki, neft və lay suları torpağın üst qatını çirkləndirir, gölməçələr və 

süni göllər yaranır. Abşeron yarımadasının ümumi sahəsi 222 min hektardır, onun 

33 min hektarı yararsız torpaqlardır. Neftlə çirklənmiş torpaqların sahəsi 10,6 min 

hektar təşkil edir.Digər ekoloji problem yarımadada kanalizasiya sistemlərinin 

lazımi vəziyyətdə olmaması ilə əlaqədardır.  




12 

 

 



       Ümumilikdə, Bakı şəhəri ərazisində il ərzində təqribən 560 mln kub metr 

həcmində tullantı suları formalaşır. Bu suların 164 mln kub metr bioloji, 23 mln 

kub metr mexaniki təmizləmədən keçdiyi halda, 373 mln kub metr tullantı suları 

isə təmizlənmədən dənizə və daxili su hövzələrinə axıdılır. Tullantılarla yanaşı su 

hövzələrinə neft məhsulları, asılı maddələr, sulfat birləşmələri, xlorid duzları, səthi 

aktiv maddələr, fenol və müxtəlif ağır metallar atılır.  

         Abşeron yarımadasının ən ciddi ekoloji problemlərindən biri məişət 

tullantılarının idarə olunması ilə bağlıdır. Yarımadada olan 5 məişət tullantıları 

poliqonunun ümumi sahəsi- 232,5 ha-dır. Qeyri-qanuni zibilliklərin sahəsi isə 

448,6 ha-dır ki, bunların da sayı 128-dir. Bakı şəhərində rəsmi fəaliyyət göstərən 

poliqonlar ekoloji norma və standartlara cavab vermir. Civə üsulu ilə kaustik soda 

və xlor istehsalı zamanı əmələ gələn təhlükəli tullantılar Sumqayıt şəhərində və 

ümumilikdə Abşeron yarımadasında böyük ekoloji problemlər yaradan amillərdən 

biridir. Atmosfer havasının çirklənməsi də Bakının əsas ekoloji 

problemlərindəndir.  

        Son illər əsasən köhnə avtomobillərin hesabına nəqliyyat vasitələrinin sayının 

artması, poliqonlarda tullantıların yandırılması səbəbindən atmosfer havasına atılan 

zərərli maddələrin miqdarının artması atmosfer havasının çirkləndirməklə ətraf 

mühit və insanların sağlamlığı üçün ciddi təhlükə yaradır. Abşeron yarımadasında 

ümumi sahəsi 3325 ha qədər olan 200-dən artıq göl mövcuddur.  

       Bu göllərin ətraf mühitə təsiri torpaqların deqradasiyaya uğraması və 

ş

oranlaşmasından, səviyyənin qalxması nəticəsində əlavə torpaq sahələrinin su 



altında qalmasından, buxarlanma nəticəsində karbohidrogenlər və digər zərərli 

maddələrin atmosferə atılmasından, yaşayış məntəqələrinə, müəssisələrinə, yollar 

və digər kommunikasiya xətlərinə xələl yetirilməsindən ibarətdir. Daha çox 

çirklənməyə məruz qalmış göllər - Böyük Şor, Bülbülə, Qırmızıgöl, Hacı Həsən və 

Çuxurdərə gölləridir.  

        Böyük Şor Abşeron yarımadasının ən böyük gölü olmaqla Binəqədi, Sabunçu 

və Nərimanov rayonları ərazisində yerləşir. Əvvəllər adıçəkilən göl əsasən yeraltı 

sularla qidalanırdı. Su səthi 1300 ha, uzunluğu 10 km, eni - 1,5-2,0 km, dərinliyi 4-

8 m olan bu gölə hal-hazırda axıdılan çirkab suların gündəlik həcmi- 15,2 min kub 

metr təşkil edir. Suların tərkibində neft məhsullarının, fenolların, səthi-aktiv 

maddələrin, ağır metalların və digər zəhərli maddələrin qatılığı yol verilən 

normadan dəfələrlə çoxalıb, dib çöküntülərində radionuklidlərin artması müşahidə 

olunur.  

      Yaşayış massivlərində kanalizasiya sistemləri tikilmədiyindən təsərrüfat-məişət 

tullantı sularının gölə və ətraf ərazilərə axıdılması göl ərazisində ekoloji vəziyyəti 

daha da kəskinləşdirir. Abşeronun neft və neft məhsulları ilə ən çox çirklənmiş 

torpaq sahələri Qaradağ, Binəqədi, Sabunçu, Suraxanı, Əzizbəyov və Səbail 

rayonlarının ərazilərindədir.  

       Gərgin ekoloji sahəsi olan digər ərazi Bakı buxtasıdır. Ümumi sahəsi 50 

kvadrat metr, sahil xəttinini uzunluğu 20 km, ora axıdılan çirkab suların gündəlik 

miqdarı-937,0 min kub metr təşkil edir ki, bunun da 750 min kub metr məişət 

çirkab sularının payına düşür. Sumqayıt Səthi Aktiv Maddələr Zavodunda hazırda 




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə