Ömür yolunun 60 -cı baharı



Yüklə 168,98 Kb.
tarix26.11.2017
ölçüsü168,98 Kb.
#12682

Ömür

Yolunun


c:\documents and settings\user\рабочий стол\hhhhh.jpg

60-cı


BAHARI

Zaqatala-2017

Yasəmən Məmmədova

Ömür yolunun 60 –cı baharı”



Həşim İsmayılov-60

Zaqatala -2017



İdeya müəllifi və redaktoru : Gülniyar Məmmədova-MKS-nin direktoru

Tərtib edən : Yasəmən Məmmədova -MKS-nin baş biblioqrafı

Ömür yolunun 60- cı baharı” /biblioqrafik xronika.-//Zaqatala 2017.- Mərkəzi kitabxana



Göstərici Rayonumuzun tanınmış ziyalısı, tədqiqatçı, pedaqoq, pedaqoji elmlər namizədi xalq təhsili əlaçısı, Azərbaycan jurnalistlər Birliyinin üzvü,”Qızıl qələm” və”Akademik Mehdi Mehdizadə “ mükafatı laureatı Həşim İsmayılovun 60 illik yubileyinə həsr olunmuşdur. Burada Həşim İsmayılovun kitabları haqqında məlumat,çıxışları, elmi məqalələri, dövrü mətbuatda nəşr olunmuş müxtəlif yazıları, haqqında məlumatlar toplanmışdır.
Mərkəzi kitabxana tərəfindən hörmətli Həşim İsmayılova hədiyyə edilir.

c:\documents and settings\user\рабочий стол\изображение 011.jpg

Söz qiymətli daşlar kimidir.Bu daşları yaxşı yonub, cilalandırıb ən şərəfli sarayların mərmər divarlarını bəzəmək üçün işlədirlər.........

M.İbrahimov

Həşim İsmayıl oğlu İsmayılov-həyat səhifələri

Həşim İsmayılov 1957 – ci il mart ayının 20- də Zaqatala rayonunun Sumaylı kəndində anadan olmuşdur.Sumaylı kənd səkkizillik , Göyəm kənd orta məktəblərini və Azərbaycan Pedaoqoji Universitetinin filologiya fakultəsini bitirmişdir. Hər üç məktəbi əla qiymətlərlə başa vurmuşdur. O bir neçə il Azərbaycan ETPEİ-nın dissertantı olmuş və 1994-cü ildə müvəfəqiyyətlə dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. H.İsmayılov daim öz üzərində çalışır , elmi ,bədii ,publisist yaradıcılıqla məşğul olur.

O 14 kitabın, 200 dən çox elmi –publisist məqalənin müəllifidir.H.Ismayilov yaradıcılığında Zaqatala mövzusu xüsusi yer tutur . Hörmətli alimimiz, yaradıcı və tədqiqatçı müəllim, pedaqoji elmlər namizədi, xalq təhsili əlaçısı, yazıçı – publisist, akademik M. Mehdizadə adına pedaqoji mükafata layiq görülmüşdür. Həşim İsmayıl oğlu İsmayılov haqqındamərkəzi kitabxana tərəfindən tərtib olunmuş bu biblioqrafiya onun yaradıcılığını əks etdirən 2-ci göstəricidir.Bu göstəricini Həşim müəllimin 60-illik yubileyinə həsr etmişik .

Rayonumuz, ictimaiyyətimiz üçün onun zəngin və çoxşaxəli yaradıcılığı bu günümüz və gələcəyimiz üçün əvəzolunmazdır.

Həşim müəllim öz dövrünün müəyyən mənada tarixini yazıb. Bəli onun yazıları konkret bir dövrün insanlarını tarixə çevirib. Bu tarixə çevrilmiş insanlar indi və indidən sonra yaddaşlara həkk olunacaqlar.

Bu gün ömrün müdriklik zirvəsindən geri boylanaraq arxada qalmış 60 ilinə vüqarla nəzərsalan Həşim müəllimin yaşanmış şərəfli ömrü iə fəxr etməyə tam haqqı var.Çünki bir yandan dolub, obiri yandan boşalan bu işıqlı dünyamızda öz əməli, öz işi ilə iz qoyanlar həmişə sevilmiş , həmişə sevilir və həmişə seviləcək

Kitabları

Kitab yorulmayan müəllimdir......
Marsel Prust

1.”Zaqatala maarifi”.Bakı,1999

2.”Zaqatala qartalı”,Bakı,1996.

3.”Zaqatala”Bakı,1997.

4.”Zaqatala”,”Azərbaycan (Kiril,latın əlifbaları) rus dilində ,Bakı,1999

6. “ Varxıyanlı Aşıq Məhəmməd – Zaqatalalı ustad” ( folklorçu Qurban Şabanovla birlikdə) , Bakı,2000.

7.” Zaqatala ədəbiyyatı ”, Bakı,2001.

8. “Zaqatala inciləri”,Bakı,2001

9. “ Zaqatala idmanı”,Bakı,2002

10.” Zaqatala aşıqları”,( folklorçu Qurban Şabanovla birlikdə) Bakı,2004

11. “ Zaqatala ədəbiyyatı”. Bakı, 2001

12. “ Zaqatala “, XI kitab,Qadınlar Bakı, 2007.

13. “ Zaqatala –Görkəmli şəxsiyyətlər “.I hissə-2009.Bakı. Agrıdağ nəşriyyatı.

14. “ Zaqatala görkəmli şəxsiyyətlər”. II hissə .2011. Bakı. Agrıdağ nəşriyyatı.

15.” Zaqatala görkəmli şəxsiyyətlər”. III hissə. 2015. Bakı. Agrıdağ nəşriyyatı.
Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü nəsillərdən-nəsillərə daşıyan fikir gəmisidir...

Frensis Bekon


c:\documents and settings\user\рабочий стол\новая папка\1996.jpg

H.İ.İsmayılov “Zaqatala qartalı”

Pedoqoji elmlər namizədi, Respublikanın xalq təhsili əlaçısı h.i.İsmayılovun yazdığı bu kitabda respublikamızın ərazi bötövlüyü və müstəqilliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidolmuş Asif Arif oğlu Qurbanovun qısa və mənalı ömür yolundan , döyüş şücaətindən bəhs olunur.
c:\documents and settings\user\рабочий стол\новая папка\1997.jpg

Həşim İsmayılov.Zaqatala Bakı, “Ağrıdağ” nəşriyyatı ,1997, 108 səh.

Kitabda yurdumuzun ən füsunkar bölgələrindən birinin –Zaqatala rayonunun ictimai-sosial,mədəni-mənəvi həyatından , dünənki və bu günkü qəhrəmanlıq səhifələrindən , elinə Vətəninə şöhrət və baş ucalığı gətirən dəyərli övladlarından bəhs edilir.


c:\documents and settings\user\рабочий стол\новая папка\99.jpg

Həşim İsmayılov .Zaqatala maarifi,,Bakı,”Ağrıdağ”,1999.

Kitabda Azərbaycan Respublikası Zaqatala rayonuun maarifi, elm və təhsil adamları haqqında dolğun məlumat verilmişdir.

c:\documents and settings\user\рабочий стол\новая папка\2000.jpg

Qurban Şabanov, Həşim İsmayılov.Varxiyanlı Aşıq Məhəmməd- Zaqatalalı ustad .Bakı.”Ağrıdağ” nəşriyyatı .-2000

Kitab XX əsr aşıq poeziyamızın mötəbər nümayəndələrindən biri olan Varxiyanlı Aşıq Məhəmmədə həsr olunur.Aşiq Məhəmməd aşıq şernin demək olar ki bütün növlərində yüksək səviyyəli əsərlər yaratmışdır. Onun ustadnamələrinin hər biri qulaqda sırğa eləməyə layiq sənət nümunələridir

c:\documents and settings\user\рабочий стол\новая папка\2001.jpg

Həşim İsmayılov.Zaqatala ədəbiyyatı.Bakı,”Ağrıdağ” nəşriyyatı,2001

Kitabda Zaqatalada yaşayıb yaradan onlarca söz ustasının şerlərindən nümunələr toplanmışdır.Aşıq Məhəmməd , Muxaxlı Ramazan , Məmməd Osmanov, Fatma İsrafilova, Şıxəmir Soltanov, ,Abdulla Əfəndi , Allahyar Atayaev, Şirin İbrahimov ,Həşim İsmayılov , Əhməd Borayev, Musa Qəribli ,Adilə Yusifovanın , Südabə Musayevanın, Mollavəsi Mollayevin, Havva Vasalovanın,Valeh Həmzəyevin, Zümrüd Rəsulovanın,Natiq Əhmədovun,Müşkünaz Məmmədovanın ,İsfəndiyar Çaşqın və digərlərinin yaradıcılığı oxucular üçün maraqlı olacaq.

c:\documents and settings\user\рабочий стол\новая папка\201.jpg
Həşim İsmayılov,Zaqatala inciləri.Bakı, “Ağrıdağ” nəşriyyatı.-2001

Bu kitabda qızılgüllər diyarının tanınmış ağsaqqalları, və ağbirçəkləri , el sənətkarları, bu dilbər guşəni Azərbaycana və dünyaya tanıdan ziyalıları ,müalicəvi bulaqları ,uzunömürlüləri , folkloru haqqında imkan daxilində söz açılır


. c:\documents and settings\user\local settings\temporary internet files\content.word\изображение 009.jpg

Həşim İsmayılov. Zaqatala idmanı.-Bakı “Ağrıdağ “ nəşriyyatı,2002

Azərbaycanın dilbər guşəsi olan Zaqatala həm də idman uğurları ilə fəxr edir.

Kitabda Zaqatala idmanından söz açılmışdır.


c:\documents and settings\user\рабочий стол\новая папка\2004.jpg

Həşim İsmayılov, Qurban Şabanov.Zaqatala aşıqları.Bakı,”Ağrıdağ” nəşriyyatı ,2004,104 səh.

Oxuculara təqdim olunan bu kitabda Zaqatalada yaşayıb fəaliyyət göstərmiş aşıqlar və onların yaradıcılığı barədə imkan daxilində məlumat verilir . Zaqatalada da aşıq sənəti sevilmiş və müxtəlif dövrlərdə bu sənətin çox görkəmli nümayəndələri yetişmişdir.

c:\documents and settings\user\рабочий стол\новая папка\2007.jpg

Həşim İsmayılov,Zaqatala, XI kitab, Qadınlar ,Bakı,”Nurlan”,2007.-160 səh

Bu kitabda sənə Azərbaycan qadınlarının mübariz və qabaqcıl dəstələrindən birini təşkiledən qızılgüllər diyarı Zaqatladadoğulub boya-başa çatmış, Zaqatalada ölkəmizin paytaxtı Bakı şəhərində Azərbaycanın digər bölgələrində , xarici ölkələrdə fəaliyyət göstərən , parlaq əmək göstəriciləri , yüksək idman nəticələri , elmi uğurları , fədakar işi , ədəbiyyata , sənətə vurğunluğu , və məhəbbəti ilə seçilən qadınlarımız haqqında məlumat verilir.


c:\documents and settings\user\рабочий стол\новая папка\изображение 008.jpg

Həşim İsmayılov,Zaqatala, XII kitab, Görkəmli şəxsiyyətlər,

I hissə,Bakı,”Nurlan”,2011.-160 səh

Bu kitabda Zaqatalanı ölkə miqyasında tanıdan ,doğma rayonumuz üçün fədakarlıq göstərən insanlardan bəhs olunur



c:\documents and settings\user\рабочий стол\новая папка\2011.jpg

Həşim İsmayılov,Zaqatala, XIII kitab, Görkəmli şəxsiyyətlər,ıı hissə,Bakı,”Nurlan”,2011.-160 səh

Görkəmli şəxsiyyətlər seriyasından olan bu ikinci kitabda Zaqatalanın 70 tanınmış şəxsiyyətlərinin həyatı və əmək yolundan bəhs olunur. Qəhrəmanlarımızın bir hissəsi respublikamızın Milli Təhlükəsizlik və hüquq-mühafizəorqanlarında çalışır, dövlətçiliyimizə , doğma Azərbaycanımızın daha da qüvvətlənməsiə xidmət edirlər. Müəllif müasir gəncliyimizə örnək olan bu insanların hər birinə yeni-yeni uğurlar arzulayır ,haqq dünyasına qovuşanlara isə Ulu Tanrıdan qəni-qəni rəhmət diləyirik.
c:\documents and settings\user\рабочий стол\новая папка\2015.jpg

Həşim İsmayılov,Zaqatala, XIV kitab, Görkəmli şəxsiyyətlər,III hissə,Bakı,”Elm və təhsil”,2015.-160 səh

Görkəmli şəxsiyyətlər adlı bu kitabda gözəl Zaqatalanın 40-a yaxın tanınmış şəxsiyyətlərin şərəfli ömür yoluna işıq saçılmışdır.

Həşim İsmayılovun şeirlərindən nümunələr
Zaqatala

Övladların cəsur, mətin,

Günlər gördün ağır , çətin

,Ünvanısan səadətin,

Xoş avazım Zaqatala

Güllü sazım Zaqatala

Bulaqların abi-kövsər,

Ruh oxşayır bənövçələr

Nə gözəldir bu guşələr,

Xoş avazım ,Zaqatala

Güllü sazım ,Zaqatala
Hüsnün gğzəl qonun cənnət

Qızılgülün sənə zinət,

Möcüzədir bu təbiət

Xoş avazım Zaqatala

Güllü sazımZaqatala

Mərd gənclərin zəhmətsevər,

Gözəllərin üzügülər,

Qazanmısan min-min zəfər,

Xoş avazım Zaqatala,

Güllü sazım Zaqatala


Min-min güldən , çiçəkdən

Sonsuz arzu-diləkdən,

Çələng hörrəm ürəkdən

Sənə doğma Zaqatala,

Ey Vətənim Zaqatala.
Zaqatala

Sən arzular gülşəni

Gözəlliklər məskəni

Mərd igidlər vətəni

Zaqatala
Qarlı dağlar vüqarın

Əbədidir baharın

Ay mənim gözəl yarım

Zaqatala
Qızılgül ətir saçar

Arzular çiçək açar

Burda qəm gendən qaçar

Zaqatala

Səfalıdır yaylaqlar

Nəğmə qoşur bulaqlar

Burda arzular çağlar

Zaqatala
Ay arzum ay diləyim

Ay gülüm ay çiçəyim

Ay gözəlim, göyçəyim

Zaqatala
Sən necə də gözəlsən

Bu qəlbimi bəzərsən

Qurban ollam istərsən

Zaqatala
Aşıb daşır hər sərvət

Qoz-fındığın bərəkət

Gətirib sənə şöhrət

Zaqatala
Rəfiqə xanıma

Alimlər anası ey əziz qadın,

Elmin yollarında məğrur dayandın

Maarif tarixinə adını yazdın

Fikrin ,əqidənlə daim ucaldın

Elmin yolları hamar olmadı,

Dözdün çətinliyə əngəllərə sən

Oçətin yolları, müşkül yolları

Gör nə məharətlə gəlib keçmisən

Həmişə beləcə cavan qalasan

Əqidə yolunda, inam yolunda

Elmin zirvəsini sən fəth etmisən

Həyat tək şirindir sənin adın da

Arzun çiçək açsın daima sənin

Dostların ümidi, həm fərəhisən

Səninlə fəxr edir yetirmələrin

Gün o gün olsun ki yüzü görəsən



Elmi məqalələri

1.İsmayılov H. “ Məktəblilərin Əmək tərbiyəsi “ Əmək və politexnik təlim.// Bakı . -1984. -№ 4

2.“ Şkolo i proizvodstvo “ SSRİ. Təhsil Nazirliyinin aylıq elmi metodik jurnalı.// Kolxoznaya simena // 1986 . -№6

3. 1.İsmayılov.H. “ Məktəblə baza müəssisəsinin əlaqəsinə dair ”: “Əmək və politexnik təlim” .// Bakı. – 1986.- №1 . 2.” Ana ürəyi» - //Azərbaycan qadını .-1990 .-№ 9 – 10

4.İsmayılov H. “ Həzrəti Peyğəmbərin kəlamlarında tərbiyə məsələləri.//AMEA Folklor İnstitututu Elmi Axtarışlar toplusu. – № XXII.- 2006.

5.İsmayılovH. “ Aşıq Dibrovun yaradıcılığında tərbiyə məsələləri” ,- Elmi axtarışlar.//Azərbaycan Respublikası Təhsil Nazirliyi- 2004. – XI toplu .- 6.İsmayılov.H.“ İlk maarifçilərimiz .// AMİ “Elmi əsərlər” bületeni. - 2004 .- №3

6.İsmayılov H. “ Aşıq yaradıcılığında əxlaqi motivlər“//Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqatlar.-2009.-XV .toplu . -№ XV

7.H. İsmayılov “ Məktəblilərin hərbi – vətənpərvərlik tərbiyəsi”.“Müasir mərhələdə pedaqogika

elminin inkişaf perspektivləri ” Respublika elmi –praktik

konfransı. – 2004.- № XI. -26-27 noyabr.2004.Bakı. BDU.

8.İsmayılov H. “Həzrəti Peyğəmbərin kəlamlarında tərbiyə məsələləri” BDU. İlahiyyət fakultəsinin “ Elmi məcmuəsi.-2009.-11 aprel

9.İsmayılov H. “Məktəblilərə Varxiyanlı Aşıq Məhəmmədin həyat və yaradıcılığının öyrədilməsi.Metodik tövsiyyə.//Bakı .-2005 .

10. İsmayılov H. “Aşıq Məhəmməd yaradıcılında tərbiyəvi fikirlər,Azərbaycan Pedoqoji Universitetinin Pedaqoji tədqiqatlar Elmi məqalələr məcmuəsi ”Bakı.-2005.- № 1 (23 ) –.- səh 127- 130

11.İsmayılov H.“Novruz mərasimlərində tərbiyə məsələləri” AMEA Folklor İnstitutu. //Elmi axtarışlar toplusu . – 2006.- № XXIX

12. İsmayılov H.”Qori seminariyasının məzunu AMEA Folklor İnstitutu.Elmi axtarışlar toplusu. – 2010.- № vı

13.H. İsmayılov H. “ Haqsızlığın qurbanı olan aşığın qəriblik duyğuları “ Folklor və etnoqrafiya.//Beynəlxalq elmi jurnalı.-2014.-№3 – 4.-. səh 64-69

14.H.İsmayılov.”Dərsdə müasir təlim metodlarından səmərəli istifadə təcrübəsindən Respublika pedaqoji mühazirələri”.- 18.05.2003.
Ölkə və xarici mətbuatda çap olunmuş yazıları

1.“ Doğma iş “ . //Azərbaycan müəllimi . – 1984.-26.oktyabr.

2.“Elmi praktik konfrans. //Azərbaycan müəllimi 08 noyabr.-1985.

3. “Qarşılıqlı əlaqə fayda verir. //Azərbaycan müəllimi - 09oktyabr.-1985.

4.“Dostluq möhkəmlənir”.//Azərbaycan müəllimi .-12 fevral.-1986

5. “ABŞ- ı III minilliyə aparan prezidentə məktub”.//Xalq qəzeti.- 28fevral.- 1997

6. “Realist nəslin banisi kimdir yaxud Fizuli haqqında nəyi bilmirik” .//Azərbaycan gəncləri .-19noyabr.-1994.

7. “ Günahsız bağlandı qollarlm mənim “.//Zaman qəzeti 4 - 5 iyun.-2002.

8..“Təhsil işçilərinə yeni tövhələr”. //Azərbaycan qəzeti. – 24may. - 2003.

9.“12 yaşlı məktəbli,altı alman desantını necə ram etdi” .//Zaman qəzeti .– 7 – 9 may.- 2005

10. “ Haqsızlığın qurbanı olan aşığın qəriblik duyğuları. //525 –ci qəzet .- 24yanvar.-2007.

11.”Mənim anam ”.// Tələbə press . – 14aprel.

12. “ Unudulmaz görüş “ .//Elimiz günümüz – iyul №7. -2010

13.”Kırımdan başlanan yol”.//Paralel qəzeti.-24-26 yanvar.2015.

14.”Generalın sorağı ilə”.//Zaman qəzeti.-13 fevral. 2015

15.” Hollandiyanın milli qəhrəmani bizim Medo”. //Zaman qəzeti.-14 May.-2015.


Qırmızı bayraq”– “Zaqatala”qəzetində çap olunmuş məqalələri

1. İsmayılov H. “ Milyonlardan biri “.// Qırmızı bayraq.- 12 aprel.- 1975.

2. İsmayılov H. “Əmək bahadırı “.// Qırmızı bayraq .- 3 iyul.- 1975.

3. İsmayılov H. “ Tədbirlər planı əsasında. // Qırmızı bayraq .-22 oktyabr .- 1981.

4. İsmayılov H.“ Maraqlı müzakirə“.//Qırmızı bayraq.-5 dekabr.- 1981 .

5.İsmayılovH.“ Məktəblilərin əmək tərbiyəsi “.//Qırmızı bayraq .- 12 iyul.- 1983.

6. Ismayılov H. “ Şagirdlər kömək edirlər “.// Qırmızı bayraq .-1 oktyabr.1983.

7. İsmayılov H.“ “Onlar indi başqalaşıblar “..//Qırmızı bayraq .-7 oktyabr .-1983.

8. İsmayılov H “ Yarış qələbələrə aparır “.//Qırmızı bayraq .-20 oktyabr.- 1983.

9..İsmayılov H. “ Əzəldən qardaşdır ellərimiz “.//Qırmızı bayraq.- 7 noyabr.- 1985.

10. İsmayılov H “ Ümidim boşa çıxdı “ ( şeir) .//Qırmızı bayraq - 28 aprel.- 1984.
11. İsmayılov H. “Məktəblərdə son zənglər “.//Qırmızı bayraq .-28 may.- 1984.

12.İsmayılov H. “Şagirdlərdə əməyə yaradıcı münasibətin tərbiyə edilməsi. //Qırmızı bayraq .- 12 iyun.- 1984

13.İsmayılovH. “Məktəb dərsə hazırdır. //Qırmızı bayraq .- 28 avqust .-1984

14. İsmayılovH. “Veteranların nailiyyəti “.//Qırmızı bayraq .-22 sentyabr.- 1984.

15.İsmayılovH. “ Maqov məktəbindən xəbərlər“.//Qırmızı bayraq .-20 oktyabr .-1984.

16.İsmayılovH.“ Elmi – proktikkonfrans “.//Qırmızı bayraq .-27 noyabr .-1984.

17. İsmayılov H. “Dost gəlişi bayram olar “.//Qırmızı bayraq .25 may.- 1985.

18. İsmayılov H. “ Sakit imtahan gedir” .// Qırmızı bayraq . -8 iyun .-1985.

19. İsmayılov H. “ Kolxoza köməyimiz” .//Qırmızı bayraq. -1 oktyabr .-1985.

20.İsmayılov H. “ Kollektivimizin qabaqcılları “// Qırmızı bayraq . 5 oktyabr.- 1985.

21. İsmayılov H. “ Təhsil və təcrübə “.//Qırmızı bayraq .-28 noyabr. -1985 .

22. H. İsmayılov “Məktəb və baza müəssisəsi “.// Qırmızı bayraq.- 26 mart.- 1985

23.İsmayılov H. “Demə Səməd Vurğun gəldi gedərdi “ . //Qırmızı bayraq .- 8 mart .-1986.

24. İsmayılov H. “Festivaldan təltiflərlə “ .//Qırmızı bayraq. -10 aprel.- 1986.

25. İsmayılov H. “Kosmonavtika gününə həsr edildi” 17 aprel .-1986.

26. İsmayılov H. “ 904 № hesab “.// Qırmızı bayraq .-3 iyul .-1986.

27.İsmayılov H. “Yeni dərs: Ailə həyatının etika və psixologiyası”. //Qırmızı bayraq. -6 sentybr.- 1986.

28. İsmayılov H.“Vurğun keçib bu yerlərdən”.//Qırmızı bayraq.- 25 sentyabr.-1986

29. İsmayılov H. “ Abunə yazılışı bir başa çatdırılmışdır“ .//Qırmızı bayraq .- 2 oktyabr .-1986.

30. İsmayılov H. “Zəhmətin sevinci”.//Qırmızı bayraq.-1 noyabr .-1986.

31.İsmayılov H. “Baxışın qalibləri”.//Qırmızı bayraq.- 18 noyabr.- 1986.

32. İsmayılov H. “Böyük ədib”.//Qırmızı bayraq.-20 dekabr .-1986.

33.İsmayılov H. “Kütləvilik olanda”.//Qırmızı bayraq.-16 dekabr .-1986.

34.İsmayılov H. “Məktəblilər hədiyyə almışlar”.//Qırmızı bayraq.- 26 fevral .-1987.

35.İsmayılov H. “Məktəb xəbərləri”.//Qırmızı bayraq. -24 mart .-1987.

36. İsmayılov H. “Birincilik başa çatır”.//Qırmızı bayraq.- 4 aprel .-1987.

37.İsmayılov H. “Tərbiyəyə kompleks yanaşdıqda”.//Qırmızı bayraq.-16 may .-1987.

38. İsmayılov H. “Səylə, həvəslə” .//Qırmızı bayraq.-16 iyun .-1987.

39. İsmayılov H. “Müəllim sevinci”.//Qırmızı bayraq.-18 iyun.- 1984.

40.H İsmayılov “Lələyevlər ailəsi” “Qırmızı bayraq” 29 sentyabr .-1987

41. İsmayılov H. “Rayon seminarı”.//Qırmızı bayraq.-31 oktyabr .-1987.

42. İsmayılov H. “Vladimir müəlim”.//Qırmızı bayraq.-17 noyabr .-1987.

43.İsmayılov H. “İdmanı sevdirir”.//Qırmızı bayraq.-14 noyabr .-1987.

44.İsmayılov H. “Uğurlar arzulayırıq”.//Qırmızı bayraq.-5mart.- 1988.

45.İsmayılov H. “Nə tez keçdi bu illər,”(Rəcəb müəllim) //Qırmızı bayraq.- 27 oktyabr.- 1987.

46. İsmayılov H. “Vətən mənə oğul desə” .// Qırmızı bayraq.-”11 aprel.- 1989.

47.NəsibovaZ. Bukitabı oxuyun –“Zaqatala şəhidləri “..//Zaqatala .-13 sentyabr .-1995.

48.Fərəcullayev F.Zaqatala – gözəl diyar “..//Xalq qəzeti .26 dekabr .-1997.

49.Tapdıq G. Yeni kitab- “ Zaqatala inciləri.“.// Zaman qəzeti.- 1 – 2 Noyabr .- 2001.

50.Hüseynova İ.“Zaqatala aşıqları “ kitabının təqdimat mərasimi keçirildi.// Zaqatala” – 7 may.- 2005.

51.“Onu hər yerdə tanıyırlar“(S.Qazıyeva haqqında konvert).// Qırmızı bayraq,- // Zaqatala qəzeti məqalələrim.6 mart 2004.

52. İsmayılov H.“Ana ürəyi” .//Qırmızı bayraq. - 11 yanvar -1990.

53.İsmayılov H.“Təşəkkür məktubu” .//Qırmızı bayraq.- 21 aprel .-1990.

54. İsmayılov H. “Briqadir” .//Qırmızı bayraq.- 11 dekabr.-1990.

55. İsmayılov H.“Dostluq səfəri. // Zaqatala 25 yanvar.1991.

56.İsmayılov H.“Səfyə nənə” “Zaqatala” 5 fevral.-1991

57.İsmayılov H.“Dostların görüşü” .//Zaqatala.-26aprel.- 1991.

58.İsmayılov H. “Dostluğumuz möhkəmlənir” //.Zaqatala. -20 oktyabr.- 1991.

59. İsmayılov H. “Gəl baharım” ( mənsur şeir) .//Zaqatala. -14 mart .-1992.

60.İsmayılov H. “Bayram hədiyyəsi” (Qarabağa yardım) .//Zaqatala.- 25 Mart.- 1992.

61/.İsmayılov H. “Başqa bir həyatdır müəllim ömrü” .//Zaqatala.- 26 avqust .-1992 (İmran müəllim).

62.İsmayılov H.“Səbrinizə qurban olum”.//Zaqatala.-30 yanvar.- 1993.

63.İsmayılov H. “Füzuli Azərbaycan dramaturgiyasının banisidir və yaxud ədəbiyyatımızın ağ ləkələri”. //Zaqatala. -13.oktyabr. -1994.

64.İsmayılov H. “Bayramınız mübarək” .//Zaqatala. 30 noyabr .-2011.

65..İsmayılov H. “Biz onunla fəxr edirik”.// Zaqatala.- 17 aprel .-2012.

66. İsmayılov H. “12 yaşlı qəhrəman”.//Zaqatala.-19 aprel .-2005.

67.İsmayılov H. “Bakatinə meydan oxuyan həmyerlimiz” //.Zaqatala.-19 yanvar .-2013

68.İsmayılov H. “Azərbaycan dilçilik elminin görkəmli nümayəndəsi ” Əhməd Mahmudov - 100 .//Zaqatala.-14 fevral .2013.

69.İsmayılov H. “Ulu öndərin mükafatlandırdığı alim həmyerlimiz” .//Zaqatala.- 10 may.- 2013.

70. İsmayılov H. “Unutsaq unudularıq” .//Zaqatala. -17 may -2013.

71/.İsmayılov H. “Vəsilə xanlmın vəfası”.//Zaqatala.-27 iyun.- 2013.

72. İsmayılov H. “Usta neftçımız”.//Zaqatala.-23 sentyabr. -2013.

73.İsmayılov H.“Tarixi -mədəni irsimizin təbliği”.//Zaqatala. -9 noyabr.- 2013.

74.İsmayılov H. “Azərbaycana səfərini Zaqatala şəhərindən başlamış Avropalı ilk səyyah qadın Karla Serenanın ermənilər haqqında söylədikləri”.//Zaqatala. -16 dekabr.- 2013.

75.İsmayılov H. “Əgər yaşasaydı ” .//Zaqatala”.- 4aprel.- 2014.

76.İsmayılov H. “Generalın sorağı ilə”.//Zaqatala.-18 avqust.- 2014.

77.İsmayılov H. “İlk maarifçilərimiz - Məhəmməd bəy Muradov”. //Zaqatala. -18 sentyabr .-2014.

78.İsmayılov H. “Elmimizə qiymətli hədiyyə”.//Zaqatala.-29 oktyabr.- 2014.

79.İsmayılov H. “Mühazirələr başa çatdı”.//Zaqatala.-14 iyun -2003 .

80.İsmayılov H. “Sabahımıza böyük qayğının nümunəsi”. //Zaqatala.- 20 fevral – 2004.

81.İsmayılov H.“Elm xadimlərimiz: Akademik Cavanşir Atayev” .//Zaqatala. -26 oktyabr.- 2004.

-30-


82.İsmayılov H.“Elm xadimlərimiz: professor Məsud Əfəndiyev” .//Zaqatala.-11 dekabr .-2004.

83.İsmayılov H.“Əməkdar artist Fərhad Qandahov”. //Zaqatala.-14 fevral .-2005.

96. İsmayılov H. “Zaqatala qadınlarının töhvəsi”. //Zaqatala.-7 mart .-2005.

84. İsmayılov H. “Fəxrimiz ziyalılar”.//Zaqatala.- 22 aprel .-2005.

85.İsmayılov H. “Azərbaycanın dilbər guşəsi”( Zaqatala rayonu – 75 .//Zaqatala.- 30 noyabr.- 2005.

86.İsmayılov H.“Şərəfli ömür”( N. Molcanov neftçi) //Zaqatala. -11 fevral.- 2006.

87.İsmayılov H.“Zaqatalada Vurğunla bağlı xatirələr” .//Zaqatala.- 24 fevral.- 2006.

88.İsmayılov H. “Adın şərəflidir, sənin ey qadın” “Zaqatala” 7 mart 2006

89.İsmayılov H. “Aslan bəy Qardaşov ” .//Zaqatala. -30 may.- 2006.

90.İsmayılov H. “İstədim ki, sözüm qalsın dünyada ” //Zaqatala.-20 iyul.- 2006.

91. İsmayılov H. “Məhəmməd Peyğəmbərin kəlamlarında tərbiyə məsələləri” .//Zaqatala .-01.07 oktyabr .-2006.

92.İsmayılov H.“Şəhərimizin neçə yaşı var”.//Zaqatala .-23 dekabr .-2006.

93.İsmayılov H. “Həmyerlimiz Avropa şurasında komitə -sədridir. (Möminət Ömərova).//Zaqatala .18 – 26 iyul-2007

94.İsmayılov H. “Gərgin əməyin nəticəsi”.//Zaqatala. -23 dekabr .-2007.

95. İsmayılov H. “Unudulmaz görüş”.//Zaqatala..-25 yanvar.- 2008.

96.İsmayılov H.“ Zaqatala qadınları müharibə illərində ”. //Zaqatala.-8 mart .-2010.

97.İsmayılov H “Qori seminariyasının məzunu”.//Zaqatala.-31 may.- 2011

98.İsmayılov H.“Mübarizin Mübarizlik zirvəsi”..//Zaqatala.-14 iyun.- 2011

99. İsmayılov H. “Şərəfli ömür yolu”.//Zaqatala.-19 noyabr. -2011

100.İsmayılov H.” Maraqlı müzakirə”.//Zaqatala.-21 fevral .1981.

101.İsmayılov H.”Babamı xatırlayarkən”.//Zaqatala.-21 fevral.

102.İsmayılov H.” Novruz saflığa və gözəlliyə çağıran bayramdır.//Zaqatala.- 19 mart 2015.

103.İsmayılov H.“1936 –cı ilin Zaqatala zəlzələsi”.//Zaqatala .- 5 iyun.2015

104.İsmayılov H.”Cüdo üzrə Türkiyə çempionu olmuş həmyerlimiz “.//Zaqatala.- 13iyu -31-




Çıxışları, iştirak etdiyi tədbirlər

1. Mehdiyeva E. Qurultay nümayəndəsi məktəblilər arasında .//Qırmızı bayraq./ - 28 May.- 1981.

2. Abdullayev H. - RXTŞ- nın metod kabinetinin müdiri. “Xalq müəllimi” ./Məqalədə qabaqcıl müəllim kimi Həşim müəllimin adı çəkilib. // Qırmızı bayraq. - 2 oktyabr.- 1982.

3.Osmanova Ə. – “Pedaqoji mühazirələr yekunlaşdırıldı”. . /Məqalədə H.İsmayılovun “Şagirdlərdə əmək fəallığının tərbiyə edilməsi“ mövzusundakı mühazirəsi yüksək qiymətləndirilmişdir/.//Qırmızı bayraq.- 1 dekabr. - 1983.

4.Respublika Pedaqoji Cəmiyyəti və Zaqatala Rayon Xalq Maarif şöbəsinin birgə təşkil etdiyi “/ Məktəb islahatının tələbləri baxımından müasir dərsə verilən tələblər” mövzusunda zona elmi- praktik konfransında , məruzəsi.//Zaqatala qəzeti .1985.- 27 oktyabr

5. Məmmədov Q. “Vurğunu da salar yada”. /Rayon mədəniyyət evində Səməd Vurğunun 80 illiyinə həsr olunmuş ədəbi – bədii gecədə çıxışı/.// Qırmızı bayraq. - 25 oktyabr .- 1986 .

6.Abdullayev H.:”Dərsin səmərəliliyinin artırılması yolları“ məqaləsində göstərilir ki, “ İctimai- faydalı və məhsuldar əməyin məktəb və baza müəssisəsi şəraitində təşkili formaları” mövzusundakı məruzəsi Respublika turuna məsləhət görülüb./Abdullayev.H. //Qırmızı bayraq. 1986.- 4 dekabr -

7.“ Xalq şairinə ehtiram“.. /S. Vurğunun 80 illiyi ilə əlaqədar tədbirə həsr olunub. İlyas Tapdıq, Vidadi Babanlı iştirak edib “Baza müəssisəsi şəraitində təşkil formaları” mövzusunda çıxışı.Rayon mədəniyyət evi./ . // Zaqatala qəzeti . - 21 oktyabr. - 1986 .

8. Bulayev Ə. ”Hüquq axşamı“ Maqov məktəbində təşkil edilmiş hüquq axşamında çıxışı:/Ə.Bulayev // Qırmızı bayraq. 1987. - 27 Aprel . -

9.Əliyeva.F.“Elmi praktik konfrans”./ /. Konfransda “ Ədəbiyyat dərslərində peşəyönümü tərbiyəsi “ mövzusunda çıxışı./ƏliyevaF//Qırmızı bayraq.1988.- 16 aprel

10. “Ümumtəhsil məktəbi şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməsinin 10 illiyi“ mövzusunda RXTŞ xətti ilə baş tutan konfransda “Dərsliklərin qorunması sahəsində qabaqcıl iş təcrübəsi”mövzusunda

çıxışı.//Qırmızı bayraq. -1988.- 9 Aprel

11.“Yenidənqurmanın fəal iştirakçısı” mətbuat günü münasibətilə çıxan redaksiya məqaləsində rayon qəzetinin qabaqcıl ştatdankənar müxbiri kimi adı qeyd

olunub. //Qırmızı bayraq . -1988.- 5 May

12.“Ştatdankənar müxbirlərin seminarında.çıxışı

redaksiya məqaləsi..//Qırmızı bayraq. -1989.-16 Mart -

13.Abdullayev H. : Elmi praktik konfrans“.

Konfransda “Sinifdənxaric və məktəbdənkənar tədbirlərdə şagirdlərin əmək tərbiyəsi peşəyönümü işinin təşkili təcrübəsindən“ mövzusunda çıxışı./Abdullayev.H//Qırmızı bayraq.-22 may.-1990.

14.Maliyev E. :“Bir yaz günü”:Sumaylı məktəbində,H.İsmayılovun rəhbərliyi ilə. Mingeçevir şəhər 11 nömrəli məktəblə birgə keçirilən dostluq görüşünə həsr olunub./Maliyev E. .//Qırmızı bayraq . –1992.-Aprel.

15.Vüqarlı E. “Qalx ayaga Azərbaycan“ devizi və Rayon Gənclər Təşkilatı, RXTŞ və Mədəniyyət şöbələrinin iştirakı və rayon məktəbləri arasında mahnı və şeir müsabiqəsiində çıxışı./Vüqarlı.E .// Qırmızı bayraq . – 1993.-28 May.

16.“Zaqatala RXTŞ –da M.Fizulinin 500 illiyinə həsr olunmuş“ Ümumtəhsil məktəblərində M. Fizuli yaradıcılığının tədrisi problemləri”mövzusunda konfransda “Fizuli yaradıcılığının tarixi – ictimai və ədəbi əsasları “ mövzusunda məruzəsi.//Qırmızı bayraq .- 1994.-10 İyun .

17. Türkiyənin Trabzon şəhərində “ Türk kültürünü, Milli Egitim Sistemini tanıtma” mövzusunda seminarda iştirakı .-1997.- 14-25 iyul. məqaləsi (redaksiya). Tədbir 5 apreldə keçirilib.

18. 20 Yanvar faciəsinin 8 illiyi ilə əlaqədar rayon tədbirində çıxış. 20 yanvar 1998.

19. 31 Mart Soyqırımı ilə əlaqədar rayon tədbirində çıxış. 1998.

20.”Zaqatala qəzetinin 8 mininci” sayının təqdimatı ilə əlaqədar tədbirdə çıxışı.//Zaqatala qəzeti.-2011.- 12 dekabr .

21.Həmzəyeva V. AMİ – nin Zaqatala filialında keçirilən Azərbaycanın xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı,akademik M. İbrahimovun anadan olmasının 100 illiyinə həsr olunmuş konfransda məruzə ilə çıxışı./Həmzəyeva.V//Azərbaycan müəllimi . -2011.- 16 dekabr.

22. “ Şimal Qərbi Azərbaycan tarixi keçmişi müasir reallıqlar” mövzusunda AMEA – nın Zaqatala, Balakən,Qax rayon İcra Hakimiyyətləri ilə birgə keçirdikləri elmi praktik konfransda çıxış.-2002.-22 iyun

23. AMİ Zaqatala filialının 26 – iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə “ N “ saylı hərbi hissənin komandanlığı və şəxsi heyəti ilə keçirilən görüşdə çıxışı. -28 iyun .2006 -10-

24.AMİ Zaqatala filialında “ 18 Oktyabr –

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 15 –ci ildönümünə həsr olunmuş elmi praktik konfransda Müstəqilliyimiz daimidir, dönməzdir”mövzusunda çıxışı.

25. Zaqatala Rayon İcra hakimiyyəti və AMİ

Zaqatala filialının birgə təşkil etdiyi 12 Noyabr Konstitutusiya və 17 NoyabrMilli Dirşəliş günlərinə həsr edilmiş elmi – praktik konfransda “ Milli Dirçəliş günü – Azərbaycan xalqının milli özünüdərkinin və özünə qayıdışının təvəllüd günüdür mövzusunda məruzə edib.AMİ Zaqatala filialı./17 oktyabr./ -2006.-noyabr .

26. AMİ Zaqatala filialında 15 İyun Milli Qurtuluş günü münasibəti ilə keçirilən konfransda, “Tarixi qayıdış və xalqın qurtuluşu “ mövzusunda məruzə.-2007.-14 iyun.

27. Ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan “ mövzusunda Zaqatala RİH- nin keçirdiyi konfransda çıxış.-2008.- 6 may.

28.“1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili” gününə həsr olunmuş Zaqatala İcra Hakimiyyətinin keçirdiyi elmi- praktik konfransda (“ Dil böyük bir aləmdir ”), “ Heydər Əliyev və ana dili “mövzusunda məruzə. -31 İyun.- 2008.

29. 2008 – ci ilin yekunlarına dair Zaqatala rayon İcra

Hakimiyyəti başçısının hesabat yığıncağında çıxış.-2009.- 12 fevral 30. Zaqatala RİH- nin “ Azadlıq uğrunda mübarizənin 20 Yanvar zirvəsi” mövzusunda elmi- praktik konfransında “ 20 yanvar hadisələrinin

beynəlxalq əks – sədası “ mövzusunda çıxışı. -2010.- 19 yanvar.

31. Zaqatala RİH – nin Sevil Qaziyevanın 70 illik yubileyinə həsr olunmuş “ Xatirə gecəsi ”ndə çıxış. -8 aprel.- 2010.

32. AMİ Zaqatala filialının Azərbaycanın xalq yazıçısı , tanınmış ictimai – xadim , Akademik Mirzə Əjdər oğlu ibrahimovun 100 illiyinə həsr olunmuş ” Filaloji elminin kamil tədqiqatçısı”.2011.- noyabr .

33. Zaqatala RİH – nin Azərbaycan Xalq Cumhuriyyətinin 94 illiyinə həsr olunmuş “ Xalq Cumhuriyyətinin tariximizdəki rolu əvəzsizdir ” mövzusundakı konfransda “ Tarixi birincilik və çağdaş liderlik mövzusunda çıxış . -2012.-28 may.

34.“Qafqaz Universiteti”,“Türk xalqlarının Uşaq ədəbiyyatı” beynəlxalq konqresi, “Uşaq Ədəbiyyatı əsərlərinin təhlili”( X. Hasilovanın yaradıcılığı əsasında.).2012.-11-13 oktyabr

35. AMİ Zaqatala filialı 20 Yanvar Ümumxalq hüzn gününə həsr olunmuş elmı-nəzəri konfransda çıxış. “20 Yanvar Azərbaycan xalqının tarixindi dönüş nöqtəsidir”.//Zaqatala .-18yanvar.-2013

36. AMİ-da keçirilmiş “H.Əliyev ideya-nəzəri irsində insan amili”elmi praktik konfransda “İnsan amilinə H. Əliyev yanaşmaları” .//Bakı.- 2013.- 27 aprel-

37. Sərhəd Qoşunlarının Zaqatalada yerləşən N saylı hərbi hissəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş tədbirdə “ Heydər Əliyev və ordu quruculuğu “ mövzusunda məruzə.2013. -06 may-.

38.Zaqatala şəhəri, rayon Mədəniyyət evində. Zaqatala şəhərinin 2013 – cü ildə Azərbaycanın folklor paytaxtı” elan olunmasına həsr edilmiş “Azərbaycan folkloru, milli sərvətimizdir ” mövzusunda dəyirmi masada “ Zaqatala folklor nümunələrinin tətbiqi və təbliği”məruzəsi .-2013.-20 iyun.

39. AMİ – də Respublika konfransı “ Tarixi – mədəni irsin tədqiqi, tədrisi,təbliği, mühafizəsi və diyarşünaslıq işinin təşkilində təhsil müəssisələrinin rolu” mövzusunda, Respublika konfransında məruzə edib. -“Aşıq sənətimizin görkəmli nümayəndəsi- aşıq Məhəmməd”mövzusunda məruzə edib.. //Bakı.- 26 oktyabr.- 2013.

40. Professor müəllim heyəti tərəfindən 2013 – cü ildə yerinə yetirilmiş elmi - tədqiqat və elmi – metodik işlərin yekunlarına həsr olunmuş Elmi–proktik

konfransda “ Məhəmməd Peyğəmbərin ( S.Ə. S.) kəlamlarında tərbiyə məsələləri” mövzusunda məruzə Zaqatala şəhəri.- 2013.-noyabr .Məruzə I yerə laiq görülüb.

41.Ümummilli Lider Heydər Əliyevin anım gününə

həsr olunmuş “Müstəqil Azərbaycan dövlətinin memarı”mövzusunda elmi praktik konfransda “Müstəqil-Azərbaycan H.Əliyevin şah əsəridir”mövzusunda məruzəsi. – 2013.-12-dekabr

42.8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə AMİ Zaqatala filialında 6 mart 2014-cü ild tarixində keçirilən “Dünyanı gözəllik xilas edəcək” mövzusunda keçirilən təntənəli yığıncaqda “Azərbaycan qadını” mövzusunda məruzəsi. 6 Mart . –2014.

43.Sərhəd qoşunlarının Zaqatalada yerləşən “N” saylı hissəsində 20 Ynvara həsr olunmuş xatirə tədbirində məruzəsi. – 17 yanvar.-2014

44.“Zaqatala” qəzetinin ilk sayının çıxmasının 90 illiyinə həsr olunmuş yığıncaqda çıxış. Elmira Mehdiqızı sözün, fikrin bayramı məqaləsində bu haqda yazıb.30.xll.2013.

45. AMİ Zaqtala filialında keçirilən “31 Mart – tarixin qanlı salnamısi” mövzusunda elmi-praktik

konfransda “Əsrin əvvəllərində soyqırım” mövzusunda məruzə. - 31 mart.- 2014

46. AMİ Zaqtala filialında keçirilən”İslam dünyasının müqəddəs günü-Qurban bayramı” mövzusunda elmi-praktik konfransda “İslam dünyasının müqəddəs günü-Qurban bayramı ”mövzusunda məruzə.2014.-3 oktyabr.

47.AMİ Zaqatala filialında İ.Əfəndiyevin həyat və yaradıcılığına həsr edilmiş elmi-praktik konfransda çıxışı .2014.-14 oktyabr

48.AMİ Zaqatala filialında keçirilən “12 noyabr Konstitusiya günü”nə həsr olunmuş elmi-praktik konfransda “Mənim qanunum” mövzusunda məruzə 2014.-12 noyabr

49.AMİ Zaqatala filialında keçirilən “17 noyabr Milli Dirçəliş Ğünü”nə həsr olunmuş elmi-praktik konfrasda “ İstiqlalın əzablı yolları” mövzusunda məruzə 2014.--17 noyabr

50. Zaqatala rayon MKS-də mənim yaradıcılığıma həsr olunmuş “Elmin saçdığı işıq” adlı yaradıcılıq gecəmdə iştirak və çıxış etmişəm. Zaqatala rayon Mərkəzi kitabxanası.2014.- 17 noyabr

51.AMİ Zaqatala filialında keçirilən “AMİ Zaqatala filialının professor-müəllim heyəti tərəfindən 2014- cü ildə yerinə yetirilmiş elmi-tədqiqat və elmi metodik işlərin yekunları”na həsr olunmuş elmi-praktik konfras-da “Pedaqogika və psixologiya bölməsinin sədri olub2014.-.27 noyabr



Haqqında çıxan məqalələr, H. İsmayılovla aparılan müsahibələr
1. Məmməd Ş.“ Sevinc “.//Qırmızı bayraq . -13 Yanvar-1979

2. İsmayılov H.“Ştatdan kənar müxbirlərimiz – ”redaksiya məqaləsi.//Qırmızı bayraq.- 5 may – 1991.

3.Nəsibova Z.“ Tamaşaçı gözü ilə”.//Zaqatala . – 27 Aprel -1994.

4.Nəsibova Z, Əzizov N. “ Həşim müəllim”.//Zaqatala .- 17 İyun – 1994.

5. “Təbrik edirik – Akademik M. Mehdizadə adına mükafatın laureatları. //Azərbaycan müəllimi . – 5 oktyabr- 1998.

6. Vasalova H.“ Demokratiya qəzeti“.//İşıqlı yollarla. 30 may – 7 iyun – 2002.

7 . Rəsul G.“ Zaqatalanı dünyaya tanıdan insan”.//Zaman. -fevral - 2013

8. Talalı Ə. “Tikmədim özüm qalam, Tikirəm “ izim qala “.//İnkişaf .- 01 may .-2007.

9. Mehdiyeva E.“ Həm təəcüb , həm də heyrət. // Zaqatala -12 iyun .-2012

10. “ Şəhidlər “. Biblioqrafiya.Biblioqrafiyada səh.29,30,338 – 339,367,391 Zaqatala şəhidləri haqqında yazdığım “Zaqatala şəhidləri” və “Zaqatala qartalı” kitablarının adları,şəhidlərin siyahısı və mənim adım çəkilir..Kitab 20 Yanvar faciəsinin 20 illiyinə həsr olunub.// Bakı.-2010

11. Mehdiyeva E.” Redaksiyada səmimi söhbət” .//Zaqatala.-15 iyun .- 2013.

12. “ Folklorumuz milli sərvətimizdir” redaksiya məqaləsi. Mədəniyyət evində keçirilən “Azərbaycan Folkloru milli sərvətimizdir “ adli “ Dəyirmi masa “da . Zaqatala folklor nümunələrinin tədqiqi və təbliği mövzusunda çıxışı.//Zaqatala .– 27 iyun. -2013.

13.Abdulov R. ” Folklorumuz zəngin mənəvi sərvətimizdir, ona sahib çıxmalıyıq”.Müsahibə.// Zaman. – 19 Noyabr - 2013

14.Guman edirəm ki, problemimi çözə biləcək iş adamları peyda olacaqlar.// Zaman qəzeti. – 4 iyun .2015.

H. İsmayılovla müsahibəni qəzetin əməkdaşı Q. Məhəbbətoğlu aparıb.

15.Folklorumuz zəngin mənəvi sərvətimizdir, ona sahib çıxmalıyıq”.//Zaman qəzeti.-19 noyabr.2013


Fotoqalereya

c:\documents and settings\user\рабочий стол\20160804_130245.jpg

c:\documents and settings\user\рабочий стол\img_1573.jpg

http://img.sia.az/upload/2016/20160802_14701285372.jpg

http://zagatala.cls.az/front/files/libraries/2476/images/thumbs/thumb_302_962351438686707.jpg

image result for həşim &idot;smayılov

c:\documents and settings\user\рабочий стол\20160804_131918.jpg

c:\windows\temp\20160519_115516.jpg

c:\documents and settings\user\мои документы\downloads\20160519_115139.jpg

c:\documents and settings\user\рабочий стол\img_4642.jpgc:\documents and settings\user\рабочий стол\img_4655.jpg

c:\documents and settings\user\рабочий стол\img_4581.jpg

c:\documents and settings\user\рабочий стол\img_4612.jpg

Həşim İsmayılovun 60 illik yubileyinə



Tanınmış ziyalımıza ən yaxın təqibçi və oxucusunun ürək sözləri

Deyirlər insan ömrü əslində 20-25 ildir. Belə ki, bu dövürdə hər bir kəs gördüyünü beyninə, yaddaşına yığır köçürür. Bundan sonra bu yaddaşa köçürülmüş görüntüləri hərə bir cür həyata tətbiq edir, yaşadır.

Həşim müəllim bu gördüklərini həyat bəhrələrindən təkcə öz ömür yolunda istifadə etmir, onu həm də yazıları, çıxışları və söhbətləri ilə hamıya paylayır. Onunla hər hansı ədəbi mövzuda söhbət etdikdə bu söhbətdən doymaq bilmirsən. Onun gözəl nitqi, fikirlərini bir ipə düzülmüş muncuq kimi, dağ şəlaləsi tək dinləyicisinə çatdırması adamı valeh edir. Əslində onun kitablarını oxumayıb söhbətlərinə qulaq asmaq özü bir məktəbdir.

Həşim müəllim çox təvazökar ziyalıdır. Özü cəmiyyətə xüsusilə də zaqatalalılara çox şey verib, çox xidmət edib. Bu xidmətlərin müqabilində kimdənsə nə isə umduğu hiss olunmur. Hər kəsi olduğu kimi qəbul edir. Və bu onun, mənə elə gəlir ki, yaşamsını asanlaşdırır. O bir vətəndaş, bir insan, bir şəxsiyyət kimi borcunu ödədiyinə görə vicdan rahatlığı tapır.

Həşim müəllim çox zəhmətkeş insandır. Özünün dediyi kimi Zaqatala rayonunda sadə bir ailədə dünyaya gəlib. Gözünü açandan atasını əlil görüb, çox çətinliklərlə üzləşib. Oxuya- oxuya işləyib. Bütün bu çətinliklərə baxmayaraq orta və ali təhsil alıb, aspiranturada oxuyub. Hər üç təhsilini fərqlənmə diplomu ilə başa vurub. Fəlsəfə elmləri doktoru, pedoqoji elmlər namizədi, 14 kitab, 200-dən çox elmi və publisistik məqlənin, üç müraciətin müəllifidir. Həşim müəllim bütün bunlara ancaq və ancaq öz zəhməti sayəsində nail olub.

Həşim müəllim gözəl pedoqoqdur. O, Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetini bitirdikdən sonra Mazıx, Muxax kənd orta məktəblərində müəllim, Makov, Sumaylı kənd orta məktəmlərində tərbiyə işləri üzrə direktor müavini işləmişdir. Eyni zamanda Azərbaycan Aqrar Ekologiya İnstitutunun Zaqatala filialında, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialında müəllimlik etmiş, minlərlə insanın yetişməsində , ali təhsilli mütəxəssislərin hazırlanmasında xidmətləri olmuşdur.

Həşim müəllim eyni zamanda tədqiqatçıdır. O, rayonumuzun folklorunu, görkəmli şəxsiyyətlərini təqiq edib O, folklorçu Qurban Şabanovla birlikdə “Varxiyanlı Aşıq Məhəmməd-Zaqatalalı ustad” kitabının və bu mövzuda bir neçə məqalənin müəllifidir. Eyni zamanda Həşim müəllim 3 hissəli “Görkəmli şəxsiyyətlər” kitabının müəllifidir. Burada Zaqatalada doğulub boya-başa çatmış elm sahəsində, hüquq-mühafizə orqanlarında, idman, sənaye sahələrində, dövlət qulluğunda çalışan, elinə obasına baş ucalığı gətirən 200-ə qədər tanınmış zaqatalalı haqqında məlumat verilib.

Həşim müəllim həm də vətənpərvərdir. O, “Zaqatala şəhidləri”,”Zaqatala qartalı” kitablarında “Zaqatala” adlı bukletində həm vətənimiz, torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimiz haqqında, həm də Zaqatala haqqında məlumatları oxucularına çatdırır.

Mən deyərdim bir vətəndaş kimi ən qiymətli vətənpərvərlik xidməti onun “ABŞ-ı III minilliyə aparan prezidentinə məktub” udur. Bu məktubla müəllif 1997-ci ildə Amerikanın prezidenti Bill Klintona Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üçün müraciət etmişdir. Məktubu oxuduqca fikirləşirsən ki, Amerika ilə Azərbaycan arasındakı tarixi bağlılıq ondan xəbər verir ki, bu münaqişənin həllində də Amerika bizə kömək edə bilər. Bir də düşünürsən ki, Azərbaycanın bu qədər ziyalıları, vətəndaşları arasında ilk olaraq belə addım atmaq nə qədər cəsarət tələb edir.

Biz onun “Zaqatala maarifi”, “Zaqatala ədəbiyyatı”, “Zaqatala inciləri”, “Zaqatala qadınları XI kitab”, 3 hissəli “Görkəmli şəxsiyyətlər” kitablarını hazırlayıb çap etdirməklə öz təəssübkeşliyini sübut etdiyini görürük. O, bu kitabları ilə rayonda seçilən, sayılan ziyalılar haqqında məlumatları tarixə çevirmiş onların tanınmasına imkan vermişdir.

O, həm gözəl oxucu, gözəl kitab təbliğçisidir. Kitabxanamızla yaxından əməkdaşlıq edən Həşim müəllim keçirdiyimiz tədbirlərdə yaxından iştirak edir. Hər bir tədbirdə mövzu ilə bağlı tədbir iştirakçılarına öz töhfəsini verir. O, bizim arzuolunan fəxri oxucularımızdandır.

Həşim müəllim gözəl ailə başçısı, yaxşı atadır. O, ömrünün ən gözəl çağını yaşayır. İnsan 50 yaşına çatanda sanki həyata baxdığı pəncərə tamamilə dəyişir. Hər şeyə baxışın, düşüncən dəyişir. 60 yaşında isə çevrilib yaşadığın illərə baxanda bir qədər nisgilli olursan. Gəncliyinin keçdiyini düşünürsən və hər şeyə daha müdrik baxırsan. Həyat belədir. Allahın verdiyi hər bir saata, hər bir günə şükürlər olsun. Həşim müəllim xoşbəxt insandır. Gözəl ziyalı, gözəl ailə başçısı, əsil vətəndaşdır. Hamı tərəfindən sevilir, hörmət olunur. Ona bütün kitabxana kollektivi adından uzun ömür, cansağlığı arzulayırıq. Ömrünün 60-cı baharını təbrik edirik.

Gülniyar Məmmədova

Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru



Görkəmli şəxslərin Həşim İsmayılov haqqında dedikləri:

Alimin , şairin yaratdığı əsər onun mənəvi simasının aynasıdır.. Həşim müəllimin gözəl Zaqatalaya yazdığı əsərlər də onun mənəvi dünyasının aynası, əqli-mənəvi kamilliyinin parlaq ifadəsidir. Onun dəyərli əsərləri gənc tədqiqatçılarımız üçün nümunə məktəbidir.Bu müqəddəs yolda Həşim müəllimə uğurlar arzulayıram.
Lətif Hüseynzadə

Filologiya elmləri namizədi,103 yaşlı əməkdar müəllim

Elmin zirvələrinə inamla irəliləyən gözəl insan və humanist bir alim olan əziz dostum Həşim müəllim! Elmdə müəllimlikdən alim-pedaqoq səviyyəsinə qədər yüksəlmişsiniz.İnanıram ki bundan sonra da nikbin , tükənməz enerjili təbiətinizlə xalqımıza ləyaqətlə xidmət edəcəksiniz.

Əziz Ələkbərli

AMEA Folklor İnstitutunun şöbə müdiri, “Ağrıdağ” nəşriyyatının direktoru


Səmimiyyət və mehribanlığı, nəcib insani keyfiyyətləri ilə hamının hörmətini qazanmış əziz aspirantım Həşim müəllim !Sizi yubileyiniz münasibətilə təbrik edirəm.Bilirəm ki şərəfli ömrünüzün hər bir səhifəsində zəhmət və istedad qoşa qanadınız olmuş və sizi elmin daşlı- kəsəkli yolunda inamla irəliyə aparmışdır.

Ömrünüzün bu şərəfli çağlarında sizə möhkəm can sağlığı , uzun ömür, gələcəkdə 100 illik zirvəni fəth etməyinizi arzulayıram.

Rəfiqə Mustafayeva

Azərbaycanda ilk pedoqoji elmlər doktoru , professor, akademik ,.Həşim müəllimin elmi rəhbəri

Həşim müəllim sadəliyi, insanpərvərliyi, dərin zəkası ,elmi və pedoqoji fəaliyyətiylə təkcə Zaqatalanın yox həm də Azərbaycanın fəxr edə biləcəyi bir ziyalıdır...
Fikrət Şiriyev

Bakı Dövlət Universiteti həmkarlar təşkilatının sədri

Qızılgül ətirli 11 kitabın

Gərgin əməyinin bar-bəhrəsidir

Həşim İsmayılov! Yazıç ıadın

Doğma diyarına şandır-şərəfdir
Zümrüd Rəsulova

Sözlər toxunaraq çox səssiz simə

Bir sevgi yaradır orda sən demə

Bu gündən Eldar da Həşim müəllimə

Böyük yer ayırdı söz dəftərindən

Onunla fəxr etdik biz də könüldən


Eldar Kərimov

Həşim müəllimin tələbəsi

Zaqatala varlığınla fəxr edir

Şan-şöhrətin gündən-günə yüksəlir,

El-obamız sənə min alqış deyir,

Yaşa səni yaşa Həşim müəllim!

Yaşa səni yaşa Həşim müəllim
Nəbi Mülkümov
Sən bu yudun , bu elin ən cəfakeş oğlusan

Ürəkdən bu torpağa , sən bu elə bağlısan

Sən tarixlər yaddaşlı, tarixlər soraqlısan

Yaz mənim alim dostum, mənim alim qardaşım

Biz sənə minnətdarıq biz sənə Həşim...
Həsən Abdullayev
Həşim müəllimin kitabları nəşr olunduqca bir – birinin ardınca kitablarının təqdimat mərasimi keçirilmiş və dövrü mətbuat səhifələrində onun kitabları haqqında ürək sözləri və keçirilmiş təqdimatlar haqqında materiallar dərc olunmuşdur.

Bundan əlavə kitabda müxtəlif insanların Həşim müəllimin şəxsiyyətinə olan hörmətini ifadə edən ürək sözləri də qeyd olunmuşdur.

Burada müəllifin kitabları, elmi məqalələri, haqqında dərc olunan yazılar, Zaqatala qəzetində çap olunmuş məqalələri və s. kimi materiallar toplanmışdır.

Göstəricidə olan materialları toplayaraq sistemləşdirilmiş şəkildə bizə təqdim etdiyinə və bizim işimizi yüngülləşdirdiyinə görə Həşim müəllimə təşəkkürümüzü bildiririk.

Onu da nəzərinizə çatdırım ki, vəsaitdə məlumatlar dərc olunma tarixinə görə xranoloji ardıcıllıqla verilmişdir.

Hörmətli oxuculardan xahiş edirik rəy və təkliflərini bizə bildirsinlər.

Ünvan :AZ- 0062, Zaqatala şəhəri 28 May küçəsi 71. Mərkəzi Kitabxana Email:Zaqatala-mks@mail.ru

Əvvəlcədən sizə minnətdarlığımızı bildiririk.


MÜƏLLİF


Mündəricat

  1. Həşim İsmayılov-həyat səhifələri.......................5

  2. Kitabları...............................................................6

  3. Şerləri...................................................................13

  4. Elmi məqalələri ..................................................19

  5. Ölkə və xarici mətbuatda çap olunmuş

yazıları........................................................................20

  1. Qırmızı bayraq”–“Zaqatala” qəzetində çap olunmuş məqalələri.....................................................20

7.Çıxışları, iştirak etdiyi tədbirlər........................24

8. Fotoqalereya.........................................................26

9. Haqqında çıxan məqalələr. H.İsmayılovla aparılan

müsahibələr............................................28

10.Həşim İsmayılovun 60 illik yubileyinə...............27

11. Görkəmli şəxslərin Həşim İsmayılov haqqında dedikləri.............29


Yüklə 168,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə