Microsoft Word Qezenfer pashayev net son doc



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə17/72
tarix21.07.2018
ölçüsü1,43 Mb.
#57453
1   ...   13   14   15   16   17   18   19   20   ...   72

  B i b l i o q r a f i y a      
 
71
“Əməkdə şücaətə görə” medalı ilə təltif olunmuşdur. SSRİ Ali 
Təhsil Nazirliyinin və Azərbaycan SSR Təhsil Nazirliyinin tə-
şəkkürünə layiq görülmüşdür. 1976-cı ildə Q.Paşayev xaricdə 
çoxillik uğurlu işinə görə SSRİ Nazirlər Kabinetinin Fəxri Fər-
manı ilə təltif edilmişdir. 
Murtuz Sadıqov, 
professor 
 
“Altı il Dəclə-Fərat sahillərində” kitabı azərbaycanlı ədib, 
prof. Qəzənfər Paşayevin tariximiz və mədəniyyətimiz barədə 
fikir və mülahizələrini özündə ehtiva edir. Müəllif böyük şövq 
və  məhəbbətlə bizim haqqımızda yazır. Ondan heç nə  tələb 
olunmadan, o, özü heç nə tələb etmədən İraqı sevir. Onun bu 
kitabının  ərəb dilinə  tərcümə edilməsi qədirbilənliyə cavabın 
ən gözəl nümunəsidir. 
Dr. Cəlil Kəmaləddin, 
“Əl-Cümhuriyyə” – (“Respublika”)  
qəzeti, Bağdad 
 
Otuz ilə yaxın müddət ərzində İraq türkman folklorunu 
aramsız olaraq toplayan, nəşr edən, elmi əsaslarla tədqiq və 
təbliğ edən Qəzənfər Paşayevin hər bir əsəri gərgin elmi zəh-
mətin bəhrəsidir. 
 
 
 
 
 
 
Musa Adilov, 
professor 
 
Pedaqoq, folklorşünas, ədəbiyyatşünas, dilçi, yazıçı-publi-
sist, tərcüməçi Qəzənfər Paşayevi bircə cümlə ilə belə səciyyə-
ləndirmək olar: “Azərbaycanı dünyanın hər yerində  ləyaqətlə 
təmsil edə biləcək müdrik alim, vətənpərvər ziyalı“. 
Nahid Hacızadə, 
yazıçı 
 
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
72 
Qardaşımız, dostumuz Qəzənfər Paşayev təkcə Azərbay-
can xalqının deyil, həmçinin İraq xalqının oğludur. 
Dr. Mehdi İbrahim Ət-Tai, 
İraqın Azərbaycandakı sabiq səfiri 
 
Elmi ictimaiyyətin tanınmış folklorşünas və  ədəbiyyatşü-
nas alim, dilçi, publisist, tərcüməçi kimi tanıdığı professor Qə-
zənfər Paşayev, həm də aşıq sənətinin bilicisi və təbliğatçısıdır. 
Azərbaycan Aşıqlar Birliyinin İdarə Heyətinin üzvü olan Qə-
zənfər Paşayevin elmi yaradıcılığında aşıq sənətinə dair tədqi-
qatlar mühüm yer tutur. Böyük iftixarla demək istəyirəm ki, bu 
sahədə bir sıra sanballı əsərlər Qəzənfər müəllimin adı ilə bağ-
lıdır. Son illərdə bir çox tanınmış ustad aşıqları irsinin toplaya-
raq kitab halında çap olunmasında professor Qəzənfər Paşaye-
vin gərgin əməyi xüsusilə qeyd olunmalıdır. 
Zəlimxan Yaqub, 
Хаlq şairi 
 
O, vətəndaş və alim vəzifəsini bütün ömrü boyu xalqa xid-
mət etməkdə görmüşdür. Xalq şairi Bəxtiyar Vahabzadə onun 
kitablarını xəzinə adlandırmışdır. O, etnik sərhədlərimizin Ur-
miyanın cənubundan deyil, Mosuldan, Ərbildən, Kərkükdən 
keçdiyini sübut etmişdir. Təkcə bu iş onun bir ömür boyu üzü 
ağ, başıuca gəzməyinə kömək edər.  
Sabir Rüstəmxanlı, 
Xalq şairi 
 
Bu gün Qəzənfər Paşayevin adı təkcə Azərbaycanda deyil, 
onun sərhədlərindən kənarda da böyük şərəflə çəkilir, onun hə-
yat və yaradıcılığı, yaratdığı əsərlər internet vasitəsilə maraqla 
oxunur və öyrənilir. Artıq onun adı böyük şəxsiyyət kimi tarix-
ləşib. Əminliklə deyə bilərəm ki, onun əbədiyaşar əsərləri, ya-


  B i b l i o q r a f i y a      
 
73
radıcılığı, ədəbiyyatımızın, ədəbiyyatşünaslığımızın zənginləş-
məsində müstəsna rol oynayıb. 
Nəsib Nəbioğlu, 
Azərbaycan Yazıçılar Birliyinin 
 Moskva bölməsinin katibi  
 
Hamının vətəndaş-alim kimi tanıdığı  Qəzənfər Paşayev 
haqqında yazılmış “Ömrün əbədiləşən illəri” kitabında “Yaxın 
dost, gözəl insan, əsl vətəndaş,  əqidəli ziyalı” (Sabir Rüstəm-
xanlı) təşbihləri ilə süslənə-süslənə təqdim olunan professor Qə-
zənfər Paşayev fenomeninin ədəbi mühitin gözündə və sözündə 
necə canlandırılmasını, necə qiymətləndirilməsini özündə ehtiva 
edir. Kitabı oxuduqca qürur hissi keçirirsən ki, belə bir müasi-
rim var, belə bir azərbaycanlı var, belə bir ziyalı var... Əslində 
Qəzənfər Paşayev yaradıcı şəxsiyyətində, niyyətində və istəyin-
də özündən  əvvəlki böyük azərbaycanlı ziyalılara məxsus  ənə-
nələrin, əqidənin, məsləkin daşıyıcısına çevrilmişdir. 
Qurban Bayramov, 
tənqidçi ədəbiyyatşünas 
 
Mənsub olduğu xalqın, millətin tarixi yaddaşını elmi-pub-
lisistik yaradıcılığında yaradan və uca tutan, özünəməxsus 
məktəb yaradan nüfuzlu ziyalılardan biri də zəngin dünyagörü-
şünə, dərin biliyə, qibtə ediləcək təfəkkürə sahib olan professor 
Qəzənfər Paşayevdir. 
Akif Musayev, 
 AMEA-nın müxbir üzvü 
 
Dilçi, tənqidçi, publisist, tərcüməçi, ədəbiyyatşünas, mətn-
şünas, folklorşünas kimi yüksək keyfiyyətlər professor Qəzən-
fər Paşayevdə  cəm halında birləşib. Daha doğrusu o, özünün 
zəhmətsevərliyi, vətəndaş  əzmkarlığı, bilik və bacarığı, səmi-
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
74 
miyyət dolu  həssaslığı ilə həmin keyfiyyətləri əldə edib, onla-
ra sahib çıxıb.  
Nə yazdı, ortaya hansı töhfəni qoydusa orijinal oldu. Ərsə-
yə    gətirdiyi mənəvi sərvət “Şah  əsər” kimi dəyərləndirildi, 
Azərbaycanda  İraq, Kərkük folklorşünaslığının banisi oldu. 
İraq Kərkük folklorunun janr əlvanlığını nəzəri cəhətdən təhlil 
etdi, bir dilçi kimi topladığı folklor mətnlərinin-tapmaca, lətifə, 
atalar sözləri, alqış və qarğışların (dualar və bədduaların) fone-
tikasına sadiq qaldı, onların orijinallığını qoruyub saxlamaqla, 
koloritli dil mətnlərinin ilkinliyinə toxunmadı. Bununla bir çox 
folklor toplayıcılarına həm də örnək oldu. 
  Alxan Bayramoğlu 
         filologiya elmləri doktoru, professor 
 
Professor Qəzənfər Paşayev folklor nümunəsinə mücərrəd 
bir fakt kimi baxmır. Folklor  nümunələrində insanların arzu və 
istəklərinin, hiss və duyğularının ifadəsinin mükəmməlliyini 
görür. Bunlarla yanaşı, Qəzənfər müəllim, bəlkə də, bizim fok-
lorşünaslığımızda heç vaxt rast gəlinməyən bir cəhətin də əhə-
miyyətinə həmişə önəm vermişdir. Bəs bu cəhət nədən ibarət-
dir? Qəzənfər Paşayev insanların dəyərini də folklora görə 
müəyyənləşdirir.  
Qəzənfər müəllim üçün hər hansı bir folklor nümunəsi, saz 
musiqi aləti, yaxud el havası və rəqs insanı dərk etməyin vasi-
təsinə çevrilir. Bu, elə bir müdrik yanaşma və dəyərləndirmədir 
ki, insanı həyata möhkəm tellərlə bağlamağın, həm də şəxsiy-
yət səviyyəsinə qaldırmağın yolu da məhz ordan keçir. 
Professor Qəzənfər Paşayevin həyatı folklora bağlı bir 
ömrün simvoludur. 
       Kamran Əliyev, 
          Əməkdar elm xadimi 
 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə