Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə42/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   38   39   40   41   42   43   44   45   ...   53

 
 
hamı ona dəyməyə getdi. Rəbi ibn Mütəhhər də  gəlib onun 
qabağında oturdu, rəsm olduğu üçün Sahibdən soruşdu: "Nə 
şərabı içirsən?". Sahib dedi: "filan şərabı". Soruşdu: "hansı 
xörəklərdən yeyirsən?". Dedi: "Sən düzəltdiklərindən", yə'ni 
"müzəvvəri"
263
. Katib anladı ki, Sahib işdən xəbərdardır, dedi: 
"Ey ağam, and olsun başına, bir də etmərəm". Sahib dedi: 
"Tövbə etsən, etdiyini sənə bağışlaram". 
Bil ki, belə saxta sənədləri düzəldə bilmək çox böyük işdir, 
ondan ehtiyatlı ol hər  şeyi dərindən özün öyrən, özün düşün, 
tap. Mən hər məsələ haqqında sənə özümdən tam və bitkin 
mə'lumat verə bilmərəm, söz uzanar, məqsəddən uzaq düşərəm. 
Deməmiş də keçə bilmirəm. Ona görə hər məsələdən işə yaraya 
biləcək bir neçə söz deyirəm ki, mə'lumatın olsun. Hər  şeydən 
bir az danışdıq, əgər diqqətlə qulaq asıb fikirləşsən, özün də bir 
sıra nəticələr çıxardarsan, çünki bir çırağla çox çiraqları 
yandırmaq olar. 
Bəlkə, Allah-taala sənə  mərhəmət göstərdi, katiblik 
dərəcəsindən vəzirlik mərtəbəsinə qalxdın, onun üçün vəzirlik 
şərtlərini də bil, çünki ən şərəfli vəzifə və elm budur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
168 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qırxıncı fəsil 
ŞAHA VƏZİRLİK ŞƏRTLƏRİ HAQQINDA 
Bil, ey oğul, iş  gətirsə, vəzir olsan, hesabda, müamilədə, 
alıb verməkdə, rəftarda dəqiq və mahir ol, öz ağana sadiq qal, 
ne'mət sahibinin haqqını itirmə, hər  şeyi yalnız özün üçün 
istəmə ki, deyiblər: "hər  şeyi özünə istəyən, heç şeysiz qalar". 
Hər  şeyi sənə verməzlər, versələr də bir azdan sonra geri 
istərlər. Əvvəl əl çəksələr də, sonra əl çəkməzlər. 
Deməli, ağanın var-dövlətini qoru, yesən, iki barmaqla ye 
ki, boğazında qalmasın. Lakin mə'murların əl-qolunu birdəfəlik 
bağlama. Çırpını manqaldan əsirgəyən çiy kabab yeyər. 
Başqalarına bir dang verməsən, özün bir dirhəm yeyə 
bilməzsən, yesən də məhrum olanlar qoymazlar ki, gizli qalsın. 
Öz ne'mət sahibinə qarşı insaflı ol, lakin ondan daha çox 
ordu və  rəiyyətlə insafla dolan, xırdaçılıq etmə, diş dibindən 
çıxarılan ət qarın doydurmaz. Elə gəlirin zərəri qazancından çox 
olar. Kiçik verkilər qoşunu düşmən edər, rəiyyəti isə ağana qarşı 
qaldırmış olarsan. 
Vergi toplamaqdan məqsədin vəzifə göstərməkdirsə
quruculuqla məşğul ol, ölkənin viran qalmış yerlərini 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
abadlaşdır. Həm gəlirin birə on artsın, həm Allah bəndələrinin 
ruzisini əlindən alma. 
Hekayət. Bil, Pars şahlarından birinin vəzirinə acığı tutdu 
və vəzifədən azad etdi, onun yerinə isə başqasını qoydu. Sonra 
azad edilmişə dedi: "İxtiyarında olmuş vilayətlərdən özünə bir 
yer seç, onu bağışlayım, öz dövlət və xidmətçilərinlə oraya köç. 
Vəzir dedi: "Var-dövlət istəmirəm, olanlarını da hökmdara 
bağışlayıram, heç bir abad yer də istəmiəm ki, mənə 
bağışlayasınız,  əgər lütf etmək fikriniz varsa, məmləkətinizdən 
bir uçuq kənd bağışlayın, mən də öz adamlarımla gedib oranı 
abad edim və orada qalım".  Şah  əmr etdi, neçə uçuq kənd 
istəyirsə, ona versinlər. Şahın bütün məmləkətini axtardılar, ona 
vermək üçün bir xaraba kənd, bir uçuq daxma tapa bilmədilər. 
Şaha xəbər verdilər. Vəzir dedi: "Şahım, mən bilirdim ki, 
mənim ixtiyarımda olan vilayətlərin heç birində bir dənə  də 
xaraba yoxdur, indi ki, ölkəni məndən geri alırsai, heç olmasa 
elə adama tapşır ki, ondan da geri almaq istəsən, mən qaytaran 
kimi sənə qaytara bilsin". 
Bu söz mə'lum olduqdan sonra şah azad edilmiş  vəzirdən 
üzr istədi, ona xələt göndərib vəzirliyi yenidən ona tapşırdı. 
Buna görə  vəzirlikdə qurucu, abadedici və  ədalətli ol ki, 
dilin və  əlin də uzun olsun. Belə halda həyatın da təhlükədə 
olmaz Ordu sənə qarşı  çıxsa, ağan çarəsizlikdən sənin  əlini 
gödəldəcək ki, onun öz əlini gödəltməsinlər. 
Demək, sən zülmü yalnız özünə deyil, orduya, ağana və 
özünə etmiş olarsan, o cüz'i vergi sənin işində böyük nöqsan 
yaradar. 
Şahı ordu və  rəiyyətə yaxşılıq etməyə vadar et, çünki 
məmləkət rəiyyət və orduya görə, kənd isə  kəndliyə görə abad 
olar. Demək, abadlığa çalışsan, ölkə dolandırmış olarsan. Bil ki, 
ölkəni ordu ilə saxlamaq olar, ordunu isə pulla, pulu isə 
abadlıqla qazanmaq olar, abadlığı isə ədalət və insafla yaratmaq 
olar. Demək, ədalət və insafı unutmaq olmaz. 
 Nə qədər sadiq və ehtiyatlı olsan, yenə də həmişə şahdan 
qorx, hamıdan çox şahdan qorxası bir adam varsa o da vəzirdir. 
Şah nə  qədər kiçik olsa, sən onu kiçik hesab etmə,  şahzadələr 
ördək balaları timsalındadır, ördək balalarına isə üzmək 
öyrətməzlər, çox keçməz ki, o sənin yaxşı  və pis işlərindən 
xəbər tutar. Şah həddi-büluğa çatmışsa, iki haldan biri olar: ya 
ağıllı olacaq ya axmaq. Ağıllı olsa, sənin xəyanətinə dözə 
bilməyib üsulluca sənin  əlini gödəldəcək, yox, Allah 
göstərməsin, axmaq və nadan olsa, ən çirkin yolla səni 
170 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
vəzirlikdən qovacaq. Ağıllıdan canını qurtara bilsən də 
axmaqdan heç bir vəchlə qurtara bilməzsən. Bir də  şah hara 
getsə, onu tək buraxma, qoyma düşmənlərin fürsət tapıb sənin 
haqqında pis sözlər deməyə  və onun fikrini, dəyişməyə nail 
olsunlar. Öz ne'mət sahibinin halından xəbərdar olmağı heç vaxt 
unutma, elə et ki, onun yaxın adamları  sənin casusun olsunlar, 
onun hər çəkdiyi nəfəsdən xəbər tutasan, vaxtında hər zəhərə 
qarşı bir padzəhr hazırlayasan. 
Ətraf  şahların vəziyyətindən xəbərdar ol, elə etmək 
lazımdır ki, hər hansı bir ölkədə sənin dost və ya düşmənin bir 
qurtum su içsə belə, onların adamları  sənə  mə'lumat versinlər, 
onların məmləkətinin vəziyyətini öz şahının məmləkətini 
bildiyin kimi bilməlisən. 
H e k a y ə t. Eşitmişəm ki, Fəxrüddövlənin
264
 vaxtında 
Sahib  İsmayıl ibn Əbbad
265
 iki gün saraya gəlib divanxanada 
oturmur və heç kəsi qəbul etmir. Xəbərçi bunu Fəxrüddövləyə 
çatdırır. Fəxrüddövlə bir adam göndərib deyir: "Sənin qanıqara 
olduğunu eşitdim,  əgər ölkədə qanıqaralığa səbəb olan bir şey 
varsa, de, çarə qılaq, yox bizdən küsübsənsə, üzr istəyək". Sahib 
deyir: "Allah eləməsin, mən hökmdarımdan küsüm, şah öz 
kefində olsun, məmləkətin işləri də öz qaydasındadır, mənim bu 
qanıqaralığım da tez keçər". 
Üçüncü gün o, əvvəlki kimi kefi kök, damağı çağ, saraya 
gəlir, Fəxrüddövlə soruşur: "Nə üçün qanın qara idi?" Deyir: 
"Mənim casusum Kaşğardan yazmışdı ki, Xaqan filan sərkərdə 
ilə söhbət etmişdir. Bilmirdim nə barədə danışıblar, çörək 
boğazımdan getmirdi, qanım qaralmışdı ki, nə üçün Türküstan 
xaqani Kaşğarda söz danışsın, biz burda bilməyək niə deyibdir. 
Bu gün başqa bir məktub gəldi,bildim o nə məsələ imiş, ürəyim 
şad oldu". 
Deməli, dünya şahlarının halından xəbər tutub onları öz 
hökmdarına çatdırmaq lazımdır ki, dost və düşməndən arxayın 
olasan, sənin iş bacarığın da meydana çıxa. 
 İş tapşıranda layiq adama tapşır, tamah xatirinə dünyanı 
zalım adamların  əlinə vermə, Büzürcmehrdən soruşdular: "İş 
başında sənin kimi adam ola-ola nə üçün Sasanilərin işi belə 
xarab oldu?" 
 Dedi: "çünki böyük işlərdə kiçik xidmətçilərdən kömək 
gözlədilər, ona görə bu kökə düşdülər". Müflis mə'mura iş 
tapşırma, o, öz yükünü tutmayınca, sənin yükünü 
qaldırmayacaq. Görmürsənmi, tarlaları  və  ləkləri sulayarkən, 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə