Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə26/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   ...   22   23   24   25   26   27   28   29   ...   37

 
76
MM-lərin  təsisçiləri  bağlanmış  müqavilələrə  müvafıq  olaraq  sərbəst  surətdə 
öz  müəssisələrinin  strukturlarını  müəyyənləşdirir,  maddi  ehtiyatlar  və  istehsal 
vasitələri  əldə  edərək  konkret  istehsal-təsərrüfat  fəaliyyətini  həyata  keçirir,  MM-
lərin  təsisçiləri  bağlanmış  müqavilələrə  müvafıq  olaraq  sərbəst  surətdə  öz  müəs-
sisələrinin  strukturlarını  müəyyənləşdirir,  maddi  ehtiyatlar  və  istehsal  vasitələri 
əldə edərək konkret istehsal-təsərrüfat fəaliyyətini həyata keçirir, müəyyən edilmiş 
həcmdə, çeşiddə, nomenklaturda və keyfiyyətdə məhsul istehsal edir və satırlar. 
Təşkilati  strukturu  müxtəlif  olan  bu  müəssisələrdə  fəaliyyət  heç  də  həmişə 
məhsuldarlıqla müşaiyət edilməmişdir. Bu fikir ondan irəli gəlir ki, uzun müddətli 
fəaliyyətə baxmayaraq həmin təşkilatlarda əsaslı struktur və status modernizasiyası 
ləng aparılmış, özəl formatlı diversifıkasiya işləri görülməmişdir. Belə ki, Rusiya-
nın  neft  sektorunda  mövcud  MM-lərdə  artıq  özəl  formatlı  səhmləşmə  prosesi 
aparılmış, dövlətə məxsus səhmlər YEN-ə deyil, federal  qtisadi  nkişaf və Ticarət 
Nazirliyinin sərəncamına  verilmişdir.  Bununla  belə  Azərbaycanın neftqazçıxarma 
kompleksində MM-lər təşkil edilən zaman onlara yetərli iqtisadi və istehsal güzəşt-
ləri  tətbiq  olunmuş,  hasilat  norması  aşağı  salınaraq  əmlakın  qəbulunda,  işləmə 
şərtlərində xarici tərəfı daha çox qane edən kompromislərə yol verilmişdir. Digər 
tərəfdən onların fəaliyyəti üzrə uzun müddət ümumi mərkəzi koordinasiya sistemi 
təşkil  olunmamış,  mümkün şəffaflıq  təmin  edilməmişdir. MM-lərdə bütün  fəaliy-
yət dövrü ərzində plan tapşırığının yerinə yetirilməsinə baxmayaraq nəzərdə tutu-
lan  tempdə  artıma  nail  olunmamışdır.  Məsələn,  1994-cü  ildə  ABŞ-la  müştərək 
əməkdaşlıq  əsasında  yaranan  BMB  OYL  NK  şirkəti  5-6  illik  fəaliyyəti  ərzində 
heç bir irəliləyişə nail olmamış və 2000-ci ildə onun ləğvinə qərar verilmiş və mül-
kiyyəti yenidən Ə.Əmirov adına NQÇ -nin sərəncamına keçmişdir. «Muradxanlı» 
mədənlərinin də xarici sərmayədarların istifadəsinə verilməsi səmərə doğurmamış 
və 2001-ci ildə təşkilat yenidən NQÇ -lər sırasına qatılmışdır. 
Neft sənayesində fəaliyyət göstərən MM-lərdə hasilat dinamikası cədvəl 6-da 
verilmişdir. 
 
 


 
77
Cədvəl 6. 
 
ARDNŞ-də FƏAL YYƏT GÖSTƏRƏN XAR C  KAP TALI  
ŞTƏRƏK MÜƏS SSƏLƏRDƏ NEFT VƏ QAZ HAS LATI 
 
ƏSS SƏLƏR
 
NEFT (ton) 
TƏB  QAZ (min m
3
) 
2006 
2007 
2008 
2009 
2006 
2007 
2008 
2009 
Anşad Petrol 
MM 
42358 
41687 
43341 
42437 
28174 
29584 
29492 
30163 
Qarasu  
LTD 
187329  192638  190942 
191872 
5839 
5753 
5913 
5986 
Səlyan OYL  
MM 
389358  391233  393813   392865 
75638 
77824 
78235 
78942 
Azgerneft  
MM 
65359 
67846 
68529 
69503 
764 
736 
745 
768 
BMB OYL  
MM 
 






 
Ş
irvan OYL 
MM 
262429  268653  271415 
274382 
12894 
12723 
13325 
13492 
Qobustan LTD 
5872 
6328  
6458 
6514 
608 
624 
632 
645 
Muradxanlı Ko 
               
8711 



1360 


Cəmi MM 
952705  977096  974498 
977573  123917  128604 
128342 
129996 
 
Cədvəldən  göründüyü  kimi  hasilat  artımı  kəskin  dinamik  deyildir.  «Anşad-
Petrol»  MM-də  ümumi  hasilat  təsis  edildiyi  vaxtdan  orta  hesabla  iki  dəfə  aşağı 
enmışdir.  Əslində  isə  yeni  texnoloji  avadanlıqların  daşıyıcısı  olan  investisiyalar 
burada  yetərli  yüksəlişi  təmin  edə  bilməmişdir.  Bu  isə  onu  göstərir  ki,  xarici 
investorlar  sahəyə  həcmli  investisiya  qoymada  hələ  ki,  maraqlı  deyillər.  Misal 
olaraq  göstərmək  olar  ki,  Qarasu  ƏŞ  hasilat  artımını  təmin  etmək  üçün  140$ 
milyon,  «Qobustan»  LTD  900$  milyon  investisiya  qoyuluşu  proqnozlaşdırılır. 
Lakin  indiyə  qədər  bu  investisiyaların  cüzi  bir  hissəsi  hasilat  obyektinə  cəlb 
edilmişdir. Qeyd olunmalıdır ki, quru ərazidə neft hasilatının yarıya qədərini MM-


 
78
lər  təmin  edirlər.  Lakin  ənənəvi  NQÇ -lərdə  MM-lərə  nisbətdə  dinamiklik  daha 
artım templidir. Sahə üzrə hər il hazırlanan illik hesabatlarda MM-lərin fəaliyyəti 
əksərən  qənaətbəxş  hesab  olunmur.  Burada  hasilatın,  qazmanın  aşağı  düşməsi, 
quyu fondunun yeniləşməməsi, neftin keyfiyyətinin aşağı olması və digər texniki-
iqtisadi  göstəricilərin  qeyri-qənaətbəxşliyi  göstərilir.  Lakin  ədalət  naminə  qeyd 
olunmalıdır  ki,  MM-lərdə  məhsulun  maya  dəyəri,  rentabellik  göstəriciləri  NQÇ -
lərə nisbətdə xeyli normal səviyyədədir. Bu hal isə yetərli dərəcədə təşkil zamanı 
bir sıra əsas fondların, köhnə təsərrüfat avadanlıqlarının balansa daxil edilməməsi 
ilə əlaqədar olmuşdur. 
Azərbaycanın neftqazçıxarma kompleksində MM-lərin təşəkkülü və fəaliyyəti 
istiqamətindəki problemlərin müqayisəli təhlili belə bir nəticəyə gəlməyə əsas verir 
ki,  hələ  ki,  mövcud  bu  iş  birliyi  yetərli  səmərəliliyə  qovuşmamışdır.  Bu  qeyri-
səmərəlilik determinatlarını isə aşağıdakı təsnifatda vermək olar: 
Azərbaycan tərəfi aspektində: 
–  normativ-hüqüqi  əsaslı  mükəmməl  koordinasiya  və  nəzərət  şəbəkəsinin 
formalaşmaması; 
– investisiya prosesində dövriyyə vəsaitlərinin məhdudluğu; 
– fəaliyyət strategiyasında qarşı tərəfə üstün güzəştlərin verilməsi.  
Xarici investor müstəvisində: 
– hasilatın texnoloji çətinlikləri fonunda sərmayə qoyuluşlarının riskli olması; 
– qanunverici bazanın qeyri-təkmilliyinin aradan tam qaldırılmaması; 
– bahalı olan qazma prosesinin arxa plana çəkilməsi; 
MM-lərin  fəaliyyətində  qeyri-səmərəliliyə  görüntü  verən  amillər  çevrəsinin 
hər  iki  qütbündə  normativ-hüquqi  bazanın  qeyri-təkmilliyi  ilə  bağlı  məqamlar 
nəzərə  çarpır.  Hesab olunur  ki,  məhz  normativ-hüquqi  bazanın təkmilləşdirilməsi 
problemi  bu  istiqamətdə  səmərəli  fəaliyyətə  təkan  verən  mühüm  şərtdir.  Belə  ki, 
məlumdur  ki,  iqtisadiyyatın  normal  fəaliyyəti  biznes  işinin  legitim  çərçivədə 
inkişafına  əsaslanır.  Qeyd  olunduğu  kimi  müasir  Azərbaycan  iqtisadiyyatında 
xarici  kapitalın  iştirakı  prosesinin  təməli  artıq  çoxdan  qoyulmuşdur.  Bu  istiqa-
mətdə  beynəlxalq  tələblərə  uyğun  ilk  normativ-huquqi  aktlar  işlənmiş  və  onların 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə