Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə24/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   ...   20   21   22   23   24   25   26   27   ...   37

 
70
bilər.  Öncə  qapalı  səhmdar  cəmiyyəti  yaratmaqla  neftçi  kollektivlərini  müəssisə-
lərin müvafıq pay iştirakçısına çevirmək olar. Belə istiqamət sonrakı mərhələlərdə 
açıq  tipli  cəmiyyət  formasına  və  tam  özəlləşməyə  keçidə  zəmin  yaradar.  Səhm-
ləşmə  divident  xüsuslu  olduğundan  o,  iqtisadi  maraqları  daha  dolğun  əks  etdirir. 
Özəl mülkiyyətin birliyi əsasında biznes fəaliyyətinin mühüm iqtisadi mexanizmi 
olan  səhmləşmə  imkan  verir  ki,  iştirakçılarının  maraqları  baxımından  resurslar 
daha səmərəli istifadə olunsun. 
Neft sektorunda bu gün milli sahibkarların sərəncamına veriləsi xeyli istehsal-
xidmət  obyektləri  vardır.  Milli  neft  strategiyasının  mühüm  elementlərindən  biri 
kimi, müasir məqamda neft sektorunda səhmdar əməkdaşlığının inkişaf etdirilməsi, 
geniş özəlləşdirmə prosesinin gerçəkləşdirilməsi və yerli sahibkarların servis işinə 
cəlb  edilməsi  dayanır.  Real  olaraq  2001-2003-cü  illlərdə  köhnə  quru  və  dəniz 
yataqlarında  və  habelə  qaz  sənayesi  və  təchizatı  sistemində  fəaliyyət  göstərən 
istehsalat  komplekslərinə  məxsus  bir  sıra  xidmət-servis  təşkilatlarının,  yardımçı 
istehsal  qurumlarının  özəlləşdirməyə  açıq  elan  edilməsi  bu  istiqamətdə  atılan 
mühüm  addımlardandır.  Bununla  belə  özəlləşdirmə  prosesində  müvafıq  tələblərə 
cavab verən çevik investorun tapılması, səhmləşmədə yerli sahibkarların hərtərəfli 
iştirakının  təminatı  problemləri  də  mövcuddur.  Digər  tərəfdən  növbəti  inkişaf 
mərhələlərində  milli  neft  sektorunda  daha  geniş  özəl  sektorun  formalaşdırılması, 
köhnə istismar obyektlərində konsessiya və lisenziya sisteminin tətbiqi, böyük neft 
biznesində  səhmdar  formalı  şaquli  inteqrasiya  olunan  qurumların  yaradılması  da 
strateji istiqamətli məsələlərdəndir. 
Yaranınış  yeni  geosiyasi  vəziyyət  fonunda  Xəzərdə  aşkarlanan  nəhəng  neft 
ehtiyatları  obyektiv  olaraq  ölkəni  dünya  neft  bazarının  iştirakçısına  çevirmişdir. 
Böyük biznesdə səriştə və vərdişləri mükəmməl olmayan Azərbaycan Respublika-
sına  dünya  neft  arenasına  çıxışda,  ilk  partiyalarda  iri  neft  kontraktlarındakı  əsas 
tərəfdaşları  yardımçı  olmuşlar.  Lakin  yetişən  mərhələdə  inteqrasiyanın  dərinləş-
məsi, bu geniş bazarda əlahiddə iştirak məqamını daha yaxın etmişdir. Böyük neft 
biznesinə daxil olmaqda mühüm bir cəhəti nəzərə almağı unutmamalıyıq ki, bizim 
iqtisadiyyatımızın  yüksəlişi  formalaşmış  müvafıq  qaydalarından  asılı  olacaqdır. 


 
71
Buna görə də, konyektur situasiyanı dəyərləndirərək dirçəliş naminə ümumi real-
lıqdan daha çox faydalanınaq lazımdır. 
Azərbaycanda  neft  biznesinin  inkişafının  müasir  vəziyyətinin  təhlili  və  qiy-
mətləndirilməsi  və  habelə  milli  neft  strateqiyasının  reallaşdırılması  istiqamətində 
biznes mühitinin yaxşılaşdırılması problemlərini təhlil edərkən aşağıdakı nəticələr 
müəyyən olunmuşdur: 
–  ölkədə  neft  biznesi  üçün  mühiti  əsasən  formalaşmış  və  ilkin  olaraq  geniş 
miqyasda müvafıq biznes işi böyük biznes aləmində təşəkkül tapmışdır; 
– neft biznesinin mütərəqqi təşkilati formalarının tətbiqi və biznes inteqrasi-
yasını genişləndirmək üçün normativ-hüquqi bazanın təkmilləşməsi zəruridir; 
–  neft  sektorunun  xidmət  sferasında  özəlləşdirmənin  dərinləşməsi  təmin 
edilməli, müvafıq müəssisə və təşkilatlarda aparılacaq mülkiyyət dəyişkənliyi pro-
sesində  səhm  paketinin  mühüm  hissəsi  işçi  kollektivlərin  sərəncamına  keçiril-
məlidir; 
–  neft  sektorunda  biznes  «bazarı»  köhnə  istismar  zonasına  transformasiya 
edilməli, ilkin yataqlarda hasilatı həyata keçirən kompleksdə dövlət «qızıl səhmi» 
əsasında  mərhələli  özəlləşdirilməsinə  keçid  edilməli,  investisiyon  cəlbediciliyi 
artırmaq üçün restruktizasiya və geniş diversifıkasiya prosesi aparılmalıdır; 
– emal və təhcizat sektorunda restruktizasiya və diversifıkasiya prosesi geniş 
miqyasda aparılmalıdır; 
– neft emalı zavodlarının universal standartlara uyğun modifıkasiyasını real-
laşdırmalı,  onların  müvafıq  monoqramlar  almasını  və  kontraktlar  çərçivəsində 
Azərbaycana çatacaq neftin hazır məhsul istehsalına qədər emalı təşkil edilməlidir; 
– neft sektorunda kiçik və orta biznes sferasına daxilolmada milli sahibkarlar 
üçün imtiyaz mexanizmli dövlət proqramı hazırlanmalıdır. 
 
 
 
 
 


 
72
2.3. Neft sənayesində müştərək müəssisələrin fəaliyyətinin qiymətləndirilməsi 
 
Azərbaycanın neft sektorunda biznes fəaliyyətinin genişləndirilməsi istiqamə-
tində yaradılan MM-lər burada bağlanan çoxsaylı beynəlxalq investisiya müqavilə-
ləri əsasında formalaşmışdır. Təbii ki, karbohidrogen ehtiyatlan ilə bol olan sahə-
nin investisiyaları geri qaytarmaq potensialı prosesdə riskləri mülayimləşdirən amil 
kimi qiymətləndirilir. Neft kontraktlarının reallaşdırılması ölkənin neft sektorunda 
işləyən  şirkətlərin  sayının  artmasına  səbəb  olmuşdur.  Statistikaya  əsasən,  hazırda 
respublikada neft işi ilə məşğul olan 400-dək müxtəlif şirkət fəaliyyət göstərir ki, 
bunların da içərsində xeyli miqdarda xarici kapitala əsaslan MM-lər vardır. 
Adətən  MM-lər  artıq  mövcud  müəssisələr  bazasında  istehsal  miqyaslarının 
dəyişdirilməsi,  səmərəliliyin  artırılması  nöqteyi  nəzərində  xarici  kapitalın  cəlb 
olunması məqsədi ilə yaradılır. Yaradılan MM tərəflər arasında investisiya sazişi-
nin bağlanması ilə müşaiyət olunur. Sazişdə birgə fəaliyyəti tənzimləyən məsələlər 
əksini tapır və bu sırada istehsal miqyasının təyinatı, məhsulun bölgü və satışı, ver-
gilərin  ödəniş  qaydaları,  idarəetmə  sistemi  və  əməkdaşlığın  müddətləri  göstərilir. 
Pul  və  material  təminatı  ilkin  olaraq  təsisat  kapitalına  əsaslanan  MM-in  nizam-
namə fonduna istinad edir və bu fond mütəmadi olaraq artırılır. Bir qayda olaraq 
xarici  partnyorun  investisiya  qoyuluşlarının  əsasını  maşın  və  avadanlıqlar  təşkil 
edir. Yerli tərəf isə özünə mənsub daşınmaz mülkiyyətlə – torpaq, təbii resurslar, 
bina  və  qurğular,  qismən  də  investisiya  imkanları  ilə  müvafıq  biznes  layihəsində 
iştirak edir. Bu zaman material dəyərləri hər iki tərəf üçün dünya bazarının mövcud 
qiymətləri əsasında hesablanır və qiymətlər qeyri-müəyyən olduqda tərəflər razılı-
ğa gələrək yeni dəyər formalaşdırırlar. 
MM-lərdə  biznes  fəaliyyətinin  təşkili  və  reallaşmasında  bir  sıra  səmərəli 
metod  və  nıexanizmlərdən  istifadə  olunur.  Xarici  investor  əməkdaşlıq  niyyətində 
olduğu MM yaratma obyektinin imkanlığını və perspektiv səmərəliliyini öyrənməli 
və  müayinə  etməlidir.  Bu  iş  isə  əsaslı  dərəcədə  maliyyə  təhlilinin  aparılması  ilə 
bağlıdır.  Məqsədin  fövqündə  maliyyə  stabilliyinin  sərhədlərini  və  investisiya 
təminatlığını öyrənmək dayanır [72, 7 9]. 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə