Microsoft Word lviyy lsahib q z m mm dovan n docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə20/25
tarix27.03.2018
ölçüsü0,58 Mb.
#35187
1   ...   17   18   19   20   21   22   23   24   25

 

 

60 



hesab  olunur.  Bu  xərclər  bir  sıra  qərarların  qəbulunda  müstəsna  amil  olaraq  nəzərə 

çarpır.  Bu  səbəbdən  də  xərclərin  bu  ünsürü  həmin  səviyyədə  material  və  əmək 

xərcləri kimi müstəqim xərclər qismində nəzərdə tutulmuşdur. 

      Funksional  metoddan  istifadə  zamanı  ABC  sistemindən  istifadə  olunur.  ABC 

sistemi  məqsəd  olaraq  məhsulların  istehsalı  yönündə  istehsal  fəaliyyətinin  həyata 

keçirilməsidir.  stehsal  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  resurslardan  geniş 

istifadə edilir. Resurslar isə öz növbəsində müxtəlif dəyərdə olan xərclərə əsaslanır. 

ABC  sistemi  tətbiq  edildiyi  zaman  istehsal  xərclərinin  uçotu  iki  mərhələdə  həyata 

keçirilməkdədir.  lk mərhələdə bütün xərclər aid olunan fəaliyyətlər üzrə uçota alınır. 

kinci  mərhələdə  isə  xərc  bölgü  bazaları  vasitəsilə  faəliyyətinin  məhsul  tərəfindən 

istifadə  olunan  dərəcəyə  əsasən  dəqiq  hesablanan  formada  istehsal  xərcləri 

məhsulların maya dəyəri üzərində keçirilir. 

       ABC metodunda dörd əsas səbəbi göstərmək olar: 

1.  Beynəlxalq  standartlarda  vacib  sayılan  satış  dərəcəsi  və  dövriyyə  vaxtı  kimi 

qeyri-maliyyə göstəriciləri nəzərdə tutulur; 

2.  ABC  sisteminin  tətbiqi  zamanı  mükəmməlləşdiriləcək  fəaliyyət  növlərinin 

aşkara çıxarılması; 

3.  Son  vaxtlar  ümumistehsalat  və  ümumtəsərrüfat  xərclərinin  payının  artması 

daha dəqiq sistemin tətbiqini tələb edir; 

4.  Hər bir məhsul növünə görə maya dəyərinin hesablanılması dəqiqləşir. 

       ABC  sistemi  gizli  mənfəət  və  zərəri  çıxartmaq  imkanına  malikdir.  Bu  nəticəyə 

ilk gələn alim, ABC sisteminin yaradıcılarından biri sayılan Kaplan olmuşdur.  

2004-cü ildə aparılan təcrübələr onu göstərdi ki, 1985-ci ildən bəri bu sistem istehsal 

uçotunun innovasiyaları haqqqında ən çox  yazılanıdır. Bu qənaətə Broun, Cakkobe, 

Buz və s. alimlər gəlmişlər. 

       ABC  metodunun  digər  metodlardan  bir  sıra  üstünlükləri  vardır.  ABC  metodu 

müəyyən  proseslər  tərəfindən  tələb  olunan  resurslara  əsaslanır.  ABC  metodunda 

istifadə  olunan  bölüşdürmə  bazalarının  inzibati  xərclərlə  bir  sıra  sıx  əlaqələri 




 

 

61 



mövcuddur. Bu səbəbdən də istehsal xərclərinin uçotu daha dəqiq aparılmaqdadır və 

ona qoyulan qiymətlər daha da reallıqla üst-üstə düşür. 

       Bir  sıra  ümumistehsalat  və  ümumtəsərrüfat  xərcləri  məhsul  xərcləri  və 

bölüşdürülmə bazaları ilə zəif əlaqəyə malikdir.  



 

 

 

 

 

 

 

 

 

 


 

 

62 



III  Fəsil.  Beynəlxalq  və  Milli  Mühasibat  uçotu 

Standartları  əsasında  gəlirlərin  uçotda  əks  etdirilməsi 

xüsusiyyətləri 

3.1    Malların  satışından  və  xidmətlərin  göstərilməsində

alınan gəlirlərin sintetik və analitik uçotu 

       Mühasibat  uçotu  informasiyalarından  istifadə  edənlər  ümumilikdə  müxtəlif 

ə

mlak növləri göstəricilərinə, onların formalaşması mənbələrinə və həm də ayrı-ayrı 



təsərrüfat  proseslərinə  dair  məlumatları  əldə  etməlidirlər.  Həmin  informasiyaların 

istifadə  olunması  xarakterindən  və  mahiyyətindən  asılı  olaraq,  onlar  cəmlənmiş  şə-

kildə müəyyən ölçü vahidləri üzrə tərtib olunur. Müxtəlif informasiyalardan istifadə 

edənlər, onların tərtib olunması formasına qarşı müxtəlif tələblər irəli sürürlər. 

         Məsələn,  hər  bir  firma  rəhbərini  istehsal  ehtiyatlarının  təmin  olunması 

vəziyyəti,  sex  rəisini  isə  istehsal  ehtiyatlarının  çeşidi  informasiyaları  nisbətən  daha 

çox  maraqlandırır.  Bu  göstəricilərdən  sexin  istehsal  proqramının  yerinə  yetirilməsi, 

müəyyən  olunmuş  çeşidlər  üzrə  hazır  məhsul  buraxılışı,  avadanlıqların  istehsal  gü-

cündən  istifadə,  fəhlə  qüvvəsindən  istifadə  olunması  və  s.  asılıdır.  Bütün  bunlara 

uyğun olaraq mühasibat uçotunda tələb olunan göstəricilərin əldə olunması üçün sin-

tetik və analitik hesablardan istifadə olunur. Buradan da aydın olur ki, bütün iqtisadi 

subyektlərdə  sintetik  və  analitik  uçot  aparılır.  Belə  uçotun  təşkili  və  aparılması 

sistemi mühasibat uçotunun əsasını müəyyənləşdirir. 

       Bu  əsasda  da  mühasibat  uçotu  hesabları  müəssisə  balansı  maddələrinə  uyğun 

olaraq sintetik və analitik hesablara bölünür. 

       Mühasibat  uçotunun  sintetik  hesablarında  müəssisə  əmlakının  iqtisadi  qrupları 

göstəriciləri,  onların  formalaşdırılması  mənbələri   və  bütün  təsərrüfat  əməliyyatları 

pul  ifadəsində,  cəmləşmiş  formada  əks  olunur.  Lakin  iqtisadi  subyektin  istehsal  və 

təsərrüfat-maliyyə  fəaliyyətinin  idarə  olunması,  bazar  iqtisadiyyatı  şəraitində  onun 



 

 

63 



yerini  qiymətləndirmək,  ayrı-ayrı  təsərrüfat  əlaqələri  olan  müəssisələrlə  hesablaşma 

vəziyyətinə nəzarət etmək üçün ümumi göstəricilər kifayətli deyildir və bunun üçün 

hər bir satıcı təşkilatın verdiyi materiallara dair ətraflı məlumat olmalı, hər bir alıcıya 

satılan məhsulun həcmi, çeşidi, istehsal olunmuş məhsulun çeşidi, müəssisədə işləyən 

bütün  işçilərin  göstəriciləri  və  s.  barədə  göstəricilərin  olması  vacibdir.  Ona  görə  də 

analitik  hesabların  açılması  vacibdir.  Buna  səbəb  sintetik  hesabların  iqtisadi 

göstəricilərini  genişləndirməkdir.  Analitik  hesablarda  aparılan  uçot  analitik  uçot 

adlanır. 

       Mühasibat uçotunda sintetik hesab əmlakın, kapitalın, maliyyə nəticələrinin və s. 

müəyyən  edilmiş  növü  üzrə  təyin  edilmiş  əlamətlərinə  görə  ümumiləşdirilmiş 

məlumatların  qruplaşdırılmasına  xidmət  edir.  Analitik  hesab  isə  sintetik  hesabın 

daxilindəki  şəxsi,  material  və  başqa  hesablardakı  məlumatları  daha  təfsilatı  ilə 

qruplaşdırır. 

          Müəssisədə  əsas  əməliyyat  gəlirləri  601  N-li  "Satış"  ,  602  N-li    "Satılmış 

malların  qaytarılması  və  ucuzlaşdırılması",  603  N-li  "Verilmiş  güzəştlər" 

hesablarında  uçota  alınır.  601  N-li  "Satış"  hesabında  əsas  fəaliyyətlə  bağlı  malların 

satışı,  ximət  göstərilməsi,  royalti,  tikinti  müqavilələrindən,  icarədən  və  s.  satış 

ə

məliyyatlarından daxilolmalar uçota alınır. 



       601  N-li  "Satış"  hesabının  kreditində  tikinti  müəssisələrində  başa  çatdırılmış 

tikinti  obyektlərinin,  və  ya  subpodrat  müqavilələri  əsasında  yerinə  yetirilmiş  işlərin 

sifarişçilərlərlə podratçı, yaxud subpodratçı arasında hesablaşmalar üçün əsas sayılan 

sənədlər əsasında müəyyən olunmuş dəyəri əks etdirilir. Bu əks olunmalar 171 və 211 

N-li hesbalar ilə müxabirləşir. 

       Hesabat  ilinin  sonunda  maliyyə  nəticələrini  müəyyən  etmək  məqsədilə  satış 

hesablarında heç bir qalıq qalmamaq şərtilə 801 N-li hesabat silinməkdədir.  

       Əgər  müəssisədə  satılmış  malların  geri  qaytarılmasını  qəbul  etmək  siyasətini 

tətbiq  olunursa,    qaytarılmış  malların  məbləği  602  N-li  hesabın  debetində,  pul 

vəsaitlərinin uçota alındığı hesabların isə kreditinə silinir. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə