Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə19/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   15   16   17   18   19   20   21   22   ...   123

 
58
oxuyurlar. Cavan oğlan və  qızın boş bir otaqda 
əyləşib müqəvva kimi, kukla kimi davranması, razılaşaq 
ki, bir o qədər də  məntiqi və  ağlabatan deyil. Necə 
ola bilir yəni? Axı iki sevgilinin bu cür rəftarı süni 
təsir bağışlayır. Ekspozisiyada personajlar inert, 
əfəl, sadəlövh  şeir bülbülləri qismində görünürlər. 
Halbuki  əsərin inkişaf xətti boyunca bu “neqativ” 
informasiya təkzib ediləcək və aydın olacaq ki, Gülnaz 
və  Sərvər,  əslində, diribaş, gözüaçıq, qadağa və 
yasaqları veclərinə almayan vücudlardır. Elə isə 
məntiqsizlik adamı bir az da çaşdırır. Bəyəm Sərvər 
milli adət, şakər və yasaqlarla bağlı min bir əngəli, 
qorxu-hürkünü, hər tin başından boylanan bir lopabığ 
qoçunun hədəsini gözünün qabağına gətirib Rüstəm bəyin 
malikanəsinə ona görə dürtülüb ki, Gülnazla birgə 
FÜZULİDƏN  qəzəl oxusun? Qəzəl oxumağa yermi qəhətdi? 
Əlbəttə ki, yox. Onda belə bir səhnə dramaturqun 
nəyinə lazım? Bəzi nəzəriyyə “əskər”ləri söyləyəcəklər 
ki, bu, normaldır, operetta mətni belə  tələb edir. 
Afərin! Amma, maarifçilər demişkən, gəlin, bir balaca 
huşyar olaq. Məgər bu səhnə Qeys ilə Leylinin 
məktəbdəki görüşünü xatırlatmır? Bəyəm Sərvər və 
Gülnaz eşq barəsində çoxlu şeir 
əzbərləmiş 
“məktəblilər” kimi davranmırlar? Üzeyir bəy  əsərin 
əvvəlində İDİLLİYA OVQATI yaratmaqla, haradasa səhnəni 
DONUQ TABLOYA,  qəhrəmanları isə  təzəcə  rəsm edilmiş 
PORTRETLƏRƏ  bənzətməklə, miniatür müsəvvirliyinə xas 
teatrallığı bir az da gücləndirib personajları 
“oxuyan” kuklalara çevirməklə  məlum bir sərgüzəşti 
sanki yenidən tamaşaçıların yadına salır, Leyli və 
Məcnunu bərbəzəkli  HAŞİYƏ içində bir EMBLEM  kimi 
məsxərəyə daxil edir, sitatlaşdırır. Daha doğrusu, 
pyesin başlanğıcında Gülnaz və Sərvər LEYLİ ilə QEYSİ 
“oynayırlar”, haradasa Şərq aləmində  qəbul edilmiş 
AŞİQ  və  MƏŞUQƏ  rəmzlərini  “göstərirlər”, öz ədəbi 
“şəcərə”lərini eyhamlaşdırırlar. Lakin bu kübar 
“idilliya” XX yüzilin eşqlə bağlı ən böyük və ən hay-
küylü azərbaycanlı 
fırıldağının təsirilə tez 


 
59
dağıdılır. Nə üçün? Çünki zəmanə aşiqlərinin xəmiri, 
onların məsumcasına qəzəl oxumalarına baxmayaraq, 
tamam başqa mayadan yoğrulub. Eşq oduna şam tək əriyən 
Leyliylə (bu adda bir su kimilik, yumşaqlıq, 
tükənməzlik var) gözəl Gülnazın (bu adın səs 
partiturasından isə XX əsrin  ərköyünlüyü boylanıb 
adamın gözünün içinə dik baxır) heç bir oxşar cəhəti 
yoxdur. Gülnaz öz sevgisi naminə  hər bir kələyə razı 
olan, heç nədən utanıb-çəkinməyən, abır-həyasından vaz 
keçmiş  və Avropa həyat tərzinə meyl edən bir 
pərizaddır. Sərvər isə  işbaz, cüvəllağı bir “student 
baba”dır, yəni məcnunluqdan uzaq bir adamdır. Bu cür 
eyham xarakterli sadə dekorativ ekspozisiya ilə Üzeyir 
bəy artıq pyesin əvvəlində  “Leyli və  Məcnun”a 
zarafatyana öcəşməyə, lağ  və  şəbədə eləməyə hazır 
olduğunu bildirir və odur ki, elə  məclisin ilk 
epizodunda Leyli və  Məcnunun XX yüzilin tərs 
perspektivindən görünən portretini verir. Bu, xalis 
məsxərə  əlamətidir, məsxərə nişanəsidir,  şəbədə 
elementidir, məsxərənin başlanmasına işarədir. 
     “O olmasın, bu olsun” məsxərəsinin əsas “məcnun”u 
Sərvər yox, Məşədi  İbaddır. Pyesdə  Məşədi barəsində 
hamıdan öncə onun birbaşa “rəqib”i Sərvər danışır, 
deyir ki, İbad kişi “dövlətli, ancaq qorxunc bir 
qocadır”, potensial xortdandır,  əprimiş bir vücuddur. 
Məşədinin həqiqətini 
şişirdib ona şayiə donu 
geyindirməklə, Məşədinin “qara piar”ını  Sərvər burada 
öz rəqibinin məğlubiyyətinə çalışır, Sənəmin və 
Gülnazın yanında onu gözdən salır, İbad kişinin arvad 
almaq şansını bilərəkdən azaldır.  Çox çəkməyəcək ki, 
bu, artıq Üzeyir bəyin bir ədib kimi məharətidir, 
Rüstəm bəyin özü də mahiyyətə varmadan Sərvərin 
məlumatını  təsdiqləyəcək, qızına Məşədidən qorxmamağı 
məsləhət görəcək və bununla da gələcək kürəkəninin 
evlənmək iddiasına növbəti zərbə endirəcək. Bu vaxt 
Sənəm də fürsəti qaçırmayacaq, barıt çəlləyi kimi 
partlayıb  mikroşivən qoparacaq və  Məşədinin qarasına 
ürəyindən keçəni söyləyəcək, onu biabır edəcək. 


 
60
Soruşula bilər: Məşədi  İbadın özü hələ araya 
çıxmamışdan öncə bu nə haray-həşirdi (qara piardı) 
belə? Məsələnin çox sadə izahı var: hamı qeyri-rəsmi 
şəkildə  Məşədiyə, - “yox”, - deyir və istəmir ki, 
gözəl Gülnaz “qoca” və “kifir”  İbad kişinin arvadı 
olsun, halbuki artıq iş-işdən keçib, Rüstəm bəylə 
Məşədi danışıb, sövdələşib, behləşiblər. Qız onundur, 
vəssalam. Belə bir çətin psixoloji duruma düşmüş 
Rüstəm bəydən ötrü ən vacib problem rədd cavabını 
RƏSMİLƏŞDİRMƏKDƏN ibarətdir. Lakin necə? Heç elə  şey 
olurmu ki, Qafqazda kişi vədə xilaf çıxsın, verdiyi 
sözə  əməl eləməsin?  Əsla. Elə bütün OYUN, MƏRƏKƏ  də 
məhz bu məqam üzərində qurulub. Bu oyunun baş 
tutmasını gerçəkləşdirən fakt isə “hə” və “yox” 
cavablarının yerinin səhv düşməsidir, onlar arasındakı 
məsafənin aradan götürülməsidir. “O olmasın, bu olsun” 
şəbədəsində “hə” “yox”a bağlıdır, “yox”  da “hə”yə. 
Öncə Rüstəm bəy Məşədi  İbada birmənalı  şəkildə “hə” 
deyib. Mənim 
şərti 
şəkildə 
“elçilik-həngamə” 
adlandırdığım səhnədə bu “hə” rəsmiləşdirilməlidir. 
Amma ziyafətdə tamam ayrı bir oyun oynanılır: faktiki 
olaraq Məşədiyə qeyri-rəsmi  şəkildə anladılır ki, 
iddiasından  əl çəksin. Soruşan lazım ki, bahalı bir 
qonaqlıq gün-gündən kasıblaşan Rüstəm bəyin nəyinə 
gərək?  Əslində müflisləşmiş  bəy hay-küy salmadan 
qızını ər evinə köçürməlidir ki, eşidib-bilən ona tənə 
vurmasın,  şəbədə bağlamasın. Lakin Rüstəm bəy bunun 
tərsinə  iş görür: camaatı toplayır evinə ki, bəs nə 
var, nə var... öz gözəl qızı “madmazel” Gülnazı 50 
yaşlı dul kişiyə  ərə verir... Ziyafət məhz “hə”nin 
“yox”a çevrilməsi üçün bir şansdır. 
     “Elçilik”  adına düzənlənən hər bir məclis toyun 
afişasıdır, bir növ qohum-qonşu qarşısında açıq 
hesabatdır. Hərçənd Rüstəm bəy vəziyyəti nəzərə alıb 
ziyafətdən vaz keçə bilərdi. Amma o bunu eləmir. Nə 
səbəbə? Məncə, Rüstəm bəyin özü, hələ Sərvərdən xəbəri 
olmaya-olmaya, Məşədini tələyə salmaq istəyir: ziyafət 
bəhanəsiylə “kürəkəni” camaata göstərir,  əgər belə 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə