Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə2/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   2   3   4   5   6   7   8   9   ...   123

 
6
içində onun fotoşəklini tapıb fotoqrafa böyütdürürlər 
və sonra da gətirib portret kimi asırlar divardan? Bir 
qədər varlı ailələr (kübarlar) isə əzizləri vəfat edən 
kimi rəssama yaxud heykəltəraşa portret (büst və ya 
heykəl) sifariş verirlər. Aydın məsələdir və burada 
müəmmalı heç nə yoxdur. Dünyasını dəyişmiş adama qarşı 
belə münasibət hörmətdir, xatirədir, sevginin, vəfanın 
təzahürürüdür və i.a. və s. Bəs bu adətin kökü haradan 
gəlir?  Əvvəlcə Orta çağlarda, sonradan isə zadəgan 
nəcabətli Avropa nəsillərində, xüsusilə  də ingilis 
ailələrində ölmüş  əcdadların, ata və ana tərəfdən 
qohum olan uluların portretlərini çəkdirib saxlamaq 
dəb olmuşdur. Belə portretləri adətən nəslin miraslıq 
malikanəsində yerləşdirərdilər. Çox vaxt bu 
malikanələr iri portret qalereyalarını xatırladırdı. 
Zaman  keçdikcə bu portretlərdən biri və ya bir 
neçəsi, əksərən naməlum tərzdə yoxa çıxmış (yəni ölüm 
faktı  dəqiqləşdirilməmiş)  əcdadın portreti, qeyri-adi 
bir qüvvənin, enerjinin, ruhun daşıyıcısı kimi 
tanıtdırılırdı. Bununla bildirilirdi ki, həmin əcdadın 
(təkcə ölümünün müəmması ilə deyil, həm də 
şəxsiyyətinin tipinə görə  fərqlənən) ruhu malikanənin 
müasir varislərilə birgə yaşayır, onların düşdükləri 
bütün həyati vəziyyətlərdə  iştirak edir, liberallıq 
gözləməyən kabus-seyrçi olur. Şübhəsiz, burada müəyyən 
mənada mistika var. Lakin hansı bir adət, hansı bir 
ənənə, hətta hər hansı bir dəb və ya vərdiş mistik 
təlqin dışındadır? Unutmayaq ki, mistika həmişə 
psixoloji təlqindir. Mistikanın müəllifi təsəvvürdür. 
Bizim təsəvvürdə yaratdığımız “mən” isə  həmişə 
potensial  əcdaddır. Çünki əcdad daim ideal kimi 
qavranılır. Və  nəhayət, qısası budur ki, çağdaş 
dövrümüzdə ölmüş  şəxsin xatirəsinə hörmət kimi onun 
şəklini 
əzizləmək Avropa mədəniyyətində 
nəslin 
əcdadlarının kultu ilə ilişiklidir. Məhz bu kult 
nəticəsində adi şəkil, tablo mistik portretə çevrilib. 
Çağdaş dövrdə portretlərə (fotolara, şəkillərə) olan 
sevginin kökü, ənənəsi buradan gəlir. Hərçənd tarix bu 


 
7
ənənəni qədim-qədim zəmanələrə aparıb çıxarır.  Əgər 
boylanıb maarifçilik Avropasından və Orta əsrlərdən 
bir qədər də o yana baxsaq görəcəyik ki, antik Romada 
əcdadların portretinə “iməcines” (latınca) 
deyərmişlər.  İngilis dilində “imic” sözü “təsvir, 
obraz” mənalarında işlənir, “iməcin” kəlməsisə 
“təsəvvür etmək” kimi anlaşılır. Qəribə də olsa bu üç 
anlam, - “əcdadın portreti”, “təsvir” və “təsəvvür 
etmək”, - arasındakı  məna uyarlığı, məna bağlantıları 
bu məqalənin ilk nisbi, tam improvizə  şəklində öz-
özünə meydana gəlmiş  nəticəsidir: yəni  əcdadın obrazı 
təsvir (portret)  kimi təsəvvür edilir. “Mən” isə 
həmişə 
təsəvvürdə 
təsvirdir, imaginativdir. Bu 
baxımdan bir “mən”in min maskasını törədən 
təsəvvürdür. Belə ki, insan özünü daim fikirləşir və 
imaginasiyada özünün optimal (bəlkə  də ideal) 
variantını yaratmağa çalışır. Ancaq bir şey 
dəyişməzdir: hər necə olursa olsun təsəvvürdə “mən” 
əcdad portretinin təsvir-modifikasiyasıdır. Bu 
məsələni də bir az səngidək və düşünək görək 
insanlarda portretləri,  şəkilləri  əzizləmək, urvata 
mindirmək meylinin səbəbi nədir? Təkcə “bu, babamdır, 
o da nənəmdir” məntiqinə görəmi? Əlbəttə ki, yox. Oncə 
ondan başlayaq ki, qədim Misir camaatında ölülərin 
maskalarını  çıxarıb saxlamaq adəti vardı.  Əslində bu 
nəsnə üzün güzgüvari əksindən başqa bir şey deyildi. 
Bu mənada qədim misirlilərin bütün portretləri 
həqiqidir, orijinalı olduğu kimi görükdürür. Orijinal 
isə qədim Misirdə bir qayda olaraq ölü üzü idi. Digər 
tərəfdən o da faktdır ki, insan öləndə onun üzü 
üzlükdən çıxıb maskalaşır, yəni donuqlaşır, 
ifadəsizləşir, statikləşir. Sanki onun simasında əbədi 
bir qorxu daşlaşıb qalır. Maska haradasa donuq, ölü üz 
deməkdir.  Misirlilər də eləməyib tənbəllik həmin bu 
maskalardan panteon düzəldirdilər və güman edirdilər 
ki, nə vaxtsa bədəndən uçmuş ruh geri dönərkən çaş-baş 
düşməyib öz əvvəlki üzünün, təzahür cismiliyinin 
simvolu arxasında rahatlanacaq. Maska simvoldur, 


 
8
işarədir, bildiricidir. Məhz buradaca yeni maraqlı 
düşüncələrə  təkan verəcək başqa bir paralel ortaya 
çıxır. Qədim Şərq məmləkətlərində, həmçinin Yunanıstan 
və Romada ipli kukla bir növ maskanın ekvivalenti kimi 
qavranılırdı. Bu mədəniyyətlərin kontekstində ipli 
kuklalar ölüləri və lalları eyhamlaşdırırdı. Maska (və 
eyni zamanda ipli kukla) ölümün ən fəci,  ən müdhiş 
görkəmli ifadəçisidir. Heç şübhəsiz ki, (əgər müsəlman 
dünyaduyumundan çıxış eləsək) maska və ipli kuklada 
nəsə bir bayquşluq, sonsuz bir hüzn nişanəsi var. 
Maska totemin, yəni  əcdadın ölümündən sonra guya ki 
onun ruhunun köçüb məskunlaşdığı heyvanın, simvoludur, 
ayrı cür desək, totemik heyvanın  şərti vizual 
obrazıdır. Avstriya psixoanalitiki Z.Fğoyd (ruslar bu 
soyadı “Freyd” kimi yazıb oxuyurlar) özünün “Totem və 
yasaq” risaləsində totemin meydana gəlməsini Öcül 
(potensial ata) və onun oğulları konfliktinin sürü 
intizamını dağıtması ilə bağlayır. Gərçi biz bu 
versiyanı  qəbul eləsək, o zaman ilk maskanın yaranma 
tarixi bəşər miqyasında ilk qətl hadisəsilə 
əlaqələnir. Məhz öcül-atanın ruhunu yaşadan totemik 
heyvan tezliklə maskalaşır. Artıq maska qadağa, yasaq 
işarəsidir: o həm totem olmuş heyvanı obrazlaşdırır, 
həm də Atanın ruhuna hörməti hifz edib aktuallaşdırır. 
Bu kontekstdə maska kollektiv şüursuzluğun sonucudur, 
fərdiyyətin təntənəsinin tarixi faktıdır.  Deməli, 
maska totemin üzüdür, ətini yemək yasaq buyrulmuş 
müqəddəs heyvanın kəllə görünüşünün üçölçülü formada 
təzahürüdür.  Maska  şərti Atadır,  Əcdaddır.  Ölülərin 
üzündən qədim mədəniyyətlərdə maska çıxarmaq və 
onlardan panteon yaratnaq ənənəsi də elə burdan gəlir. 
Yapon No(h) teatrosunun maskaları da panteon 
xislətlidir. Onlar da müqəddəs sayılır. Aktyor maskanı 
üzünə taxmamışdan öncə hökmən sake, düyü və duzla qüsl 
eləməlidir (sake içilir, düyü maskanın üzünə  səpilir
duz çiyinlərin üstündən arxaya atılır). No(h) 
teatrosunda maska həmişə  nə vaxtsa ölmüş  qəhrəmanın 
ruhunun maskasıdır. Kukla da maska variantıdır, sanki 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə