Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə18/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   14   15   16   17   18   19   20   21   ...   123

 
55
Təsadüfi deyil ki, pyesin finalında naəlac qalıb 30 
yaşlı qulluqçu Sənəmlə  kəbin kəsdirməyə razılıq verən 
Məşədi özünü uduzmuş, aldadılmış bilir. Halbuki o, 
Sənəmdən düz iyirmi yaş böyükdür. Hərçənd pyesin 
iştirakçılarının hamısı  Sənəmi Məşədiyə tay görür, 
onların evlənməsini məqbul, normal sayır. Hətta 15 
yaşlı Gülnaz da Sənəmə öz dayəsi (və ya süd anası) 
kimi yanaşır. Deməli, Gülnazla Məşədinin aralarındakı 
yaş fərqinin də qısa bir vaxt intervalında itəcəyi ilə 
bağlı  mənim gəldiyim qənaət həmin dövrün sosial-
psixoloji portretinə tam uyğundur. 
     Və... bundan əlavə... bir komediya qəhərmanı kimi 
Məşədi İbadın heç bir mühüm qüsuru, defekti yoxdur: nə 
şürbidir, nə kələkbaz, nə qoçudur, nə də ədəbaz; halal 
çörək yeyib, halal dolanıb. Evlənməyə  də ixtiyarı 
çatır. Bu, onun hüququdur. Məşədi hörmətli tacirdir 
(pyesin teksti onu tacir kimi, məna qatları isə baqqal 
kimi tanıtdırır), pullu adamdır, yaşayışı firavandır. 
Cəsarəti, fiziki enerjisi də fontan vurur ki, toy 
eləyib təzə arvad almaq istəyir. Amma di gəl ki, bu 
əməli-saleh müsəlman kişi  KEÇƏL VƏ  HƏPƏNDDİR.  Məşədi 
bir də ona görə gülüş obyektidir ki, köhnəsidir, 
toplum içrə “naftalinli” münasibətlərin, köhnə yaşam 
tərzinin təmsilçisidir. Köhnəyə, həpəndə gülmək isə 
maarifçiliyin şüarıdır, maarifçilərin şakəridir. 
     Lakin  Məşədi  İbad bir obraz kimi “Leyli və 
Məcnun” operasını  bəstələmiş bir insanın dühası 
qənşərində olduqca cılız fiqur kimi görükmürmü? Eləcə 
də digər personajlar: zirək “student baba” Sərvərdən, 
cüvəllağı ziyalılardan, mal-dövlətilə birgə qeyrətini 
də itirmiş Rüstəm bəydən, “dil pəhləvanı” qoçu 
Əskərdən tutmuş ta abır-həyasının qayğısına qalmayıb 
cavan bir oğlanla öz atası evində xəlvəti görüşən gül 
üzlü Gülnaza, qulluqçu Sənəmə, zəvzək hambala qədər 
kim varsa, hamısı haqqında bu ifadəni işlətmək mümkün. 
Məhz burada əsər müəllifinin maarifçi mənsubiyyətini 
nəzərə alıb demək olar ki, “Məşədi İbad” operettasında  
Ü.Hacıbəylinin məqsədi azəri türklərinin 


 
56
“zamansızlaşmış” adət-ənənələrinə, onların 
qarabasmaya çevrilmiş 
vərdişlərinə, 
əda və 
davranışlarına, divanə  məntiqli iddialarına gülmək, 
xalqa həpəndlər səltənətinin üz və astarını 
göstərməkdir. Olsun, lap yaxşı. Ancaq bunun üçün 
Hacıbəyli cənablarına onun yazdığı felyeton və 
məqalələr azlıq edirdimi? Bu sual isə artıq heç bir 
məntiqə tablamır. İstedadlı adama, o da ola ədəbiyyat 
dünyasında, nə  çərçivə, nə yasaq? İstədiyini yazacaq. 
Onda mən sualı bir qədər dəyişdirirəm. Əgər Üzeyir bəy 
həpəndlər mühitinin yaratdığı  Məşədi  İbadı sosial bir 
tip kimi rüsvayi-cahan etmək fikrindəydisə, o zaman 
nəyə görə öz əsərində mütəmadi surətdə “Leyli və 
Məcnun” sərgüzəştinə eyham vurmalıydı? 
     İş bu ki, “O olmasın, bu olsun” Üzeyir bəy 
tərəfindən “Leyli və Məcnun” operasına MƏSXƏRƏ, ŞƏBƏDƏ 
kimi düşünülmüşdü. “Məsxərə” maska, zarafat, lağ 
eləmək mənalarında işlənən və ərəb dilindən alınma bir 
söz olub Azərbaycan milli mədəniyyətində  həm də 
məzhəkə oyun növünü bildirir. Mənşəcə saray tamaşaları 
ilə bağlanan, sonralar isə meydanlarda, karvansara və 
çayxanalarda göstərilən məsxərələrdə ayrı-ayrı peşə 
sahiblərinin, müxtəlif etnoslardan olan insanların 
davranışına, nitqinə, görkəminə  şəbədə edilirdi. 
Avropa teatr mədəniyyətində isə  məsxərəyə tuş  gələn 
janr  BURLESK adlanır. Burlesk şişirtmə forması olub 
alicənab və ülvi mövzulara çox adi yozumlar verir və 
beləliklə, ciddi janra qrotesk, ya da loru dillə 
yazılmış parodiya donu geyindirir. Burlesk janrında 
yazılmış pyesə  PARODİYA deyilir. Onda belə  çıxır ki, 
məsxərə burleskdir, parodiya şəbədə. Avropa teatr 
mədəniyyətinin tarixində məşhur ədəbi-bədii nümunələrə 
məsxərə yazmaq, onlara lağ eləmək vaxtilə bir ənənə 
olub, bir dəb olub. Məhz bu baxımdan “O olmasın, bu 
olsun”  milli mədəni kontekstin bənzərsiz hadisəsidir 
və Azərbaycan teatrının ilk ədəbi məsxərəsidir. “Leyli 
və  Məcnun” müsəlman  Şərq poeziyasının gələnəksəl 
alicənab, ülvi mövzusudur, “Məşədi  İbad” isə onun 


 
57
parodiyasıdır,  şəbədəsidir.  Əgər elədirsə, onda 
faktları ortaya qoymaq bir zərurət. 
     “O  olmasın, bu olsun” məsxərəsinin elə birinci 
məclisində xor seyrçilərə çox vacib bir mətləbi bəyan 
edir: “ƏBƏS SÖZDÜR BU ƏFSANƏ, DÜŞÜBDÜR XƏLQİN AĞZINA, 
GƏRƏK LEYLİ, GƏRƏK MƏCNUN, VERİBDİRLƏR CANIN CANƏ”. 
Qəribədir, Üzeyir bəyə birdən-birə nə oldu ki, məşhur 
operadan iki il sonra “Leyli və  Məcnun”u “əbəs söz” 
adlandırdı? Məsələ bu ki, Hacıbəyli cənabları xorun 
diliylə bir sıra yeni sosiaL, psixoloji və kulturoloji 
məqamları öz maarifçi qavrayışına uyğun bir tərzdə 
açıqlayır: “Leyli və  Məcnun” bədii uydurmadır, 
təxəyyüldən törəmədir, gerçək dünyanın sevgilərilə heç 
bir bağlantısı yoxdur, onun hadisələrini ciddi həyat 
olayları sanmaq mənasızdır, sadəlövhlükdür. Çünki bu 
sevgi  əhvalatının vaxtı çoxdan keçib qurtarıb, indisə 
başqa bir əyyamdır; elə bir əyyamdır ki, aşiq və 
məşuqənin dəyəri pulla ölçülür. “Leyli və  Məcnun” 
“əbəs söz”, “əfsanə” kimi qiymətləndirdikdən 
(M.F.Axundzadə  ənənəsimi?) sonra müəllif məsxərəni 
bütövlükdə maarifçilik şüarına doğru yönəldir. Bu 
şüarı doğuran bir qızdan ötrü səhralara düşmüş Qeysin 
məcnunluğuna Azərbaycan maarifçisinin ironik 
münasibətidir. Bu xüsusda XX yüzilin maarifçi şüarının 
mətni təqribən belə ola bilər: “Əzmli ol, mübariz ol, 
çevik ol ki, öz sevginə qovuşasan”. Təbii ki, burada 
sətiraltı  məna da mövcuddur: “Evlənmək istəyəndə daha 
məcnunluq eləmə, zəiflik göstərmə, məğmun olma. Lazım 
gələrsə, ya “o olmasın, bu olsun” deməyi bacar, ya da 
kələk qurmağı”. Bu fikirləri konkretləşdirərkən mən 
yalnız və yalnız “Məşədi  İbad” pyesinin təhlilinə 
əsaslanmışam. Elə isə görək bu məsxərənin  əsl 
gerçəkliyi nəmənədir?  
     Proloqda xorun mətni qurtaran kimi Üzeyir bəy öz 
qəhrəmanları Gülnaz və Sərvəri səhnəyə çıxarır. Rüstəm 
bəyin mülkü sevgililərin görüş yeridir. “Yaxşı 
döşənmiş” otaq. Sərvərlə Gülnaz ünsiyyət yaxınlığından 
və evdə kimsənin olmadığından “şaşırıb” qəzəl 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə