Mövlud SÜleymanli oxucunu özüylə aparan misralar



Yüklə 50,67 Kb.
tarix05.10.2017
ölçüsü50,67 Kb.
#3374

Mövlud SÜLEYMANLI

Oxucunu özüylə aparan misralar : Hamlet İsaxanlının “Təzadlar” kitabını oxuyarkən // Xəzər Xəbər.-2002.-15 sentyabr( № 129).-s.6-9.
Hamlet sözün ifadəsində sərbəstdir,

məncə, bu həm də onun düşüncəsindən, hər şeyin riyazi dəqiqliklə mahiyyətinə varmaq istəyindən irəli gəlir. Hər şeydə bir məna tapır və fəlsəfi fikir görür, onu ifadə etməyə çalışır və bacarır da.
***

Onun misralarındakı işıq

yaylaq dumanının-çiskininin içindən sızılan günəş nuru kimidir...

Onun misraları, bizim ara şairlərimizin "kəklini yandan qoyan " ədəbaz misraları kimi öz-özündən havalanmır, boş yerə hay-küy salmır, sözlər qanadlı deyil, ağırdır, düşündürücüdür. Oxucunu özüylə aparandır...

***


Hamlet İsaxanlı qafıyə quraşdırmır. Oxucuları üçün gözlənilməz və yeni olan poetik tapıntılarını üzə çıxardıb işləyir, riyazi səlistliklə axıracan gedir, sonsuzluğun ağlasığmayan məntiqi qarşısındakı heyrətini ifadə edir.
***

Hamlet İsaxanlı canfəşanhq etmədən, qafıyələr quraşdırmadan

öz içinin şerlərini yazır.

***
"Təzadlar" kitabında Hamlet İsaxanlının bir şair kimi düşüncə əhatəsi, içdən görmək, duymaq hissi çox genişdir, mövzu baxımından çox rəngarəngdir.

Hamlet İsaxanlının şerləri ilk öncə yeni düşüncə tərzi, sərbəst, daha doğrusu, heç bir ənənə cığırına sığışmayan, azad ifadə formasıyla seçilən poeziya nümunələridir, ona görə də diqqətimi çəkdi.

Hamletin şer yazdığını bilməmişəm, bəlkə də bu şerlərdən heç kəsin xəbəri yoxmuş. Amma Hamlet İsaxanlını riyaziyyat sahəsində özünəməxsus yenilikləri olan bir alim kimi, Azərbaycan xalqının gözəl bir ziyalısı kimi tanıyıb hörmət bəsləmişəm... İlk tanışlığımızsa təxminən 20-25 il bundan qabaq yaylaq günlərinə təsadüf edir. Bəlkə də daha çox olduğumuz məkanla bağlıdır... О görüşü heç vaxt unuda bilmədim. Az danışıb, olanlara-olacaqlara gendən baxmağı bacaran, soyuqqanlı görünsə də insana çox yaxın, çox doğma cizgiləri, qalın eynəyinin altından baxan, bir az da şehli-nəmli kimi görünən baxışları yadımdan çıxmamışdı. Görünüşü-görkəmi şairanəlikdən çox-çox uzaqdı, pafossuz, sadə...

Bəlkə də ona görə hər şeyi bir baxmaqla apaydm anlamışdım.

İndi mən H.İsaxanlının "Təzadlar" adlı şerlər kitabını bu gün, yəni 20-25 il sonra oxuduqca tanışlığımızın həmin ilk gününü xatırlayıram...

Hamlet ailəsiylə indiki Ermənistanın Qaraxaç dağlarına yaylağa çıxmışdı. Qaraxaç bizim kənddən 5-6 km aralıda yerləşir. Mərhum dostum, gözəl şairimiz Isa Ismayılzadə həmin Qaraxaç yaylağında bizi tanış etdi.

Havada çiskin vardı, həm də günəşliydi, yəni elə bil bizə görə günəş ayrıca bir yerdən -Hamletin ailəsi üçün qurduğu kilim dəyəsi -alacığı səmtdən qəribə, sirli parıltılarla sızırdı.

Oy (Ov) dərəsinin çayı dumduru, arıdan arı sularıyla bir addımlığımızdan axırdı, qarşıda, -lap gözümüzün qarşısında xəyalımızın belə quca bilmədiyi Dəlidağ dayanmışdı. Hamlet alacığın ağzında о zamanlar 3-cü sinifdə oxuyan qızıyla şahmat oynayırdı... Sonra mən də oynadım, uduzdum... О qızcığaz sonralar şahmat üzrə dəfələrlə çempion adını qazandı, Avropa çempionatında Azərbaycanı təmsil etdi.

Bütün bunların hamısı bir-birinə çox bağlı olsa da о zamanın, daha doğrusu, о anın mahiyyətində bir uyuşmazlıq, təzad vardı.

İndi bu qənayətdəyəm ki, bu çağacan şer yazdığını bilmədiyim Hamlet İsaxanlı "Təzadlar" kitabındakı şerlərində həmin təzadlı anları, duyğuları məharətlə ifadə edib. Bu şerləri oxuduqca qəribə bir anlayışla о çənli, çiskinli havanı, günəşin güclə sızan işartılarını, şahmat taxtasından başqa hər şeyi unutmuş qızcığazı, yaşıllıqla üz-üzə durmuş sıldırım qayalıqları, səssizliyin içində itib-batan yaylaq hay-küyünü xatırlayıram və dərk edirəm.

Özünün xəbəri var-yox, deyə bilmərəm, amma mən bu şerləri oxuduqca, - bir az da qanlı duyğularla - (о yerlər-yurdlar əlimizdən çıxdığına görə) о zamanların sizin də təsəvvürünüzə gətirməyə çalışdığım mənzərəsini bütün aydınlığıyla yenidən xatırladım.

Şerlərin ifadə etdiyi məna da təxminən həmin anlayışdadır: dumandan-çiskindən daralmış kimi görünən, sərt və anlaşılmaz yaylaq mühiti, sağı qayalıqlar, solu yaşıllıq olan Ov dərəsi, günəşin dumandan-çiskindən süzülüb, sıyrılan nurlu işartıları... bunların hamısını H.İsaxanlının şerlərinin ruhunda hiss etdim.

Hamlet sözün ifadəsində sərbəstdir, məncə, bu həm də onun düşüncəsindən, hər şeyin riyazi dəqiqliklə mahiyyətinə varmaq istəyindən irəli gəlir. Hər şeydə bir məna tapır və fəlsəfı fıkir görür, onu ifadə etməyə çalışır və bacarır da.

H.İsaxanlı deyir:


Tarix mürgü içindədi,

yaddaşında yatır nələr,

Bir tərəfdə qurd ulayar,

bir tərəfdə quzu mələr.

Sükunətin sinəsində

rəqs eyləyir vəlvələlər,

Ölüm-dirim davasıdı,

aramsız cəngidi dünya.
"Səssizliyin rahunda vəlvələlər yaşayır", bu doğrudur. Və bunu, - bu həqiqəti duymaq gözəldir... əslində də belədir: elə bir duyğu varmı ki, ruhunda vəlvələlər "rəqs etməsin".

Bizim öyrəşdiyimiz qanadlı poeziya H.İsaxanlı qələmində bir az soyuqqanlıdır, bir az torpağa, yerə, ən nəhayət, insana daha yaxındır, toxunmaq istədiyi materiala, mövzulara tələsik söz demək yox, gendən baxmağı bacarandır. Onun misralarındakı işıq da yuxarıda dediyim yaylaq dumanının-çiskininin içindən sızılan günəş nuru kimidir... Onun misraları, bizim ara şairlərimizin "kəklini yan-dan qoyan" ədəbaz misraları kimi öz-özündən havalanmır, boş yerə hay-küy salmır, sözlər qanadlı deyil, ağırdır, düşündürücüdür. Oxucunu özüylə aparandır...

Bütün həyatım boyu yalnız bircə dəfə riyaziyyatdan məsələ həll etmişəm, səhv etmirəmsə 8-ci sinifdə oxuyurdum. Öz başıma məsələnin həllini tapdım. Onun sevinci indi də yadımdadır.
Zərif şamdır hər yanan,

yanır, yanır, yoxa çıxır,

Kim yandırır, kim söndürür,

bu gərdisə kimlər baxır?

Göylər sonsuz, vaxt hüdudsuz,

bilinməyir əvvəl-axır,

Ənginlikdən ağıl çaşır,

tanrı ahəngidi dünya.
Bu da Hamlet müəllimin həllini tapa bilmədiyi varlığın-gərdişin qanunları...

H.İsaxanlı qafıyə quraşdırmır. Oxucuları üçün gözlənilməz və yeni olan poetik tapıntılarını üzə çıxardıb işləyir, riyazi səlistliklə axıracan gedir, sonsuzluğun ağlasığmayan məntiqi qarşısmdakı heyrətini ifadə edir.

Əslində insanın içindəki söz qafıyəli deyil, sadəcə sahmanlıdır, bitgi kimi yuxarısı-aşağısı yoxdur, yalnız suya bənzətmək olar, köklü, qırılmaz, ayrılmaz, bir-birinə bağlı.

Yəni, sözü şer şəklinə biz salırıq. Mənim özümün də nə zamansa yazdığım belə bir şerim vardı: "sözü şer səmtində yazanlara yazıq".

H.İsaxanlı canfəşanlıq etmədən, - dediyim kimi, - qafıyələr quraşdırmadan öz içinin şer-lərini yazır.

Istanbul, Boğaziçi,

Tüğyan edir dalğalar.

Dayan bir an, gəmiçi,

Dənizdə bir quş ağlar.
Güvəndiyi göy sular

О quşa qənim oldu.

Üzüntülü duyğular,

Ağrılar mənim oldu...
Kitabı birinci kərə oxuyandan sonra elə bil yaddaşımda çöküntüsü ("sıxıntı" desəm daha dəqiq olar) - sıxıntısı qaldı. Lap elə bu"İstan­bul, Boğaziçi" şerini oxudum, səmimi olaraq deyim ki, dünyanm bütün ayrılıqlarını xatırladım. Şer əslində elə də böyük mətləblərdən danışmır. İnsanın təsəvvüründə ani olan, amma unudulmaz etüdlər cızır. Dogma bir nəğməyə qulaq asmış kimi о mənzərənin anlatdığı duyğulara qapılırsan.

"Lalə" şerinə fıkir verin:


İncə alov tək dikəldi,

Parladı, yandı lalə.

Gözümüzə işıq gəldi,

Könül cumdu xəyalə.
Yanağı al-qırmızıdı,

Göydə yazılmış yazıdı,

Allahın doğma qızıdı,

Əhsən о mahcəmalə...
Lalələr haqda çox şerlər oxumuşuq, yəqin ki, hələ çox da oxuyacağıq. H.İsaxanlının bu dörd bənddən ibarət olan "Lalə" şeri əbədi olan BÖYÜK SÖZÜN ifadəsidir.

"Təzadlar" kitabında H.İsaxanlının bir şair kimi düşüncə əhatəsi, içdən görmək, duymaq hissi çox genişdir, mövzu baxımından çox rəngarəngdir. İlk baxışdan bir-birinə yad kimi görünən mövzular əslində bir-birinə bağlı, bir-birindən qopmuş mənada dərk edilib, işlənilib. H.İsaxanlı görün uşaqlığını necə xatırlayır:


Bir uşaqdım, vurulmuşdum,

Asta yağan yağışlara.

Həsrətli bir sevgim vardı

Dağ başına düşən qara.

Bir uşaqdım, vurulmuşdum

Göydə gəzən buludlara.

H.İsaxanlı bir şair kimi uşaqlığını sevdikləriylə, sevib də unuda bilmədikləriylə xatırlayır. Bu hiss hər halda orijinal və gözəldir. Həmin şerdə müəllif:



Uşaqlıqda qalan bulud

Kövrək uşaqlığım kimi

daha geri dönməz oldu, -

deyəndə nə qədər səmimidisə,


Yolları örtdümü dumanlı pərdə,

Təmiz hava qalmadımı göylərdə,

Daha yoxmu, sizi sevən bu yerdə,

Küsdünüzmü qadir haqdan, durnalar? -
deyəndə də о qədər səmimi və inandırıcıdır. "Durnalar" şerini oxuyanda M.V.Vidadinin, M.P.Vaqifın "Durnalar"ını xatırladım, istər-istəməz. Milli sərvətimiz olan bu gözəl, klassik şerlərlə yanaşı görün H.İsaxanlının "Durnalar"ı necə yenidir, təsirlidir, fıkir baxımından, ifadə baxımından necə bu günündür. "Təmiz hava qalmadımı göylərdə?.."

H.İsaxanlı Azərbaycanımızın sevinciylə yaşayan, ağrısıyla ağrıyan, dostunu düşmənindən seçən, böyüklüyüylə böyük, azadlığıyla azad olan, fəaliyyətini, işini də bu yöndə quran ziyalılarımızdandır.

Öz imkanı daxilində nə iş görürsə, bu işlər milli-mənəvi dəyərlərimizin təbliği, yayılması üçün geniş mənalar daşıyır.

"Təzadlar" kitabında klassik rus poeziyasından etdiyi tərcümə nümunələri də həmin fikrə xidmət edir. Azərbaycanın poetik düşüncəsini zənginləşdirmək mənasında gərəkli işlərdir.



Yeni-yeni uğurlar arzulayıram.
Yüklə 50,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə