Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə96/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   90   91   92   93   94   95   96   97   98

Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
236
2 iyul 1945-ci il: SSRİ XKS yanında Dövlət ştat komissiyasının təsdiq 
etdiyi yeni ştat cədvəlinə görə Bakı gömrükxanasının şəxsi heyətinin sayı iki 
dəfə ixtisar edildi  
1950-ci il: Bakı gömrükxanasının ştat cədvəlində əməkdaşlarının sayı 
azaldılaraq 9 nəfərə çatdırılmışdı 
14 avqust 1951-ci il: SSRİ Ali Soveti Rəyasət heyətinin fərmanı ilə 
gömrük xidmətinin rəhbər işçilərinə ilk dəfə  fərdi rütbələrin verilməsi 
nəzərdə tutulurdu 
1955-ci il: Bakı gömrükxanasında “Gəmiçilik  şöbəsi” ilə “Yük 
şöbəsi” birləşdirilərək “Gəmi-yük şöbəsi”, “Müsadirə şöbəsi” isə “Qaçaq-
malçılığa qarşı mübarizə qrupu” adlandırıldı  
1956-cı il: Bakı gömrükxanası 27 yanvar 1989-cu ilə  qədər SSRİ 
Nazirlər Soveti yanında Gömrük Nəzarəti Komitəsi Baş gömrük idarəsinin 
strukturuna daxil idi 
11 avqust 1961-ci il: SSRİ Nazirlər Sovetinin 722 saylı qərarı ilə  yeni 
(güzəştli) Gömrük tarifi 1961-ci il oktyabrın 1-də qüvvəyə mindi  
21 dekabr  1964-cü il: SSRİ Nazirlər Sovetinin 1021 saylı  qərarı ilə 
1965-ci il yanvarın 1-dən başlayaraq inkişaf etməkdə olan Asiya, Afrika və 
Latın Amerikası ölkələrindən idxal edilən mallara gömrük rüsumunun 
tətbiqi ləğv edildi  
5 may 1964-cü il: SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə SSR 
İttifaqının Gömrük Məcəlləsi təsdiq edildi 
1968-ci il: yeni yaradılan “Şərqxariciticarət” ümumittifaq Birliyinin 
Bakı  şöbəsi vasitəsi ilə Türkmənistan və  Cənubi Qafqaz respublikalarının 
İranla sərhədyanı ticarət əlaqələri həyata keçirilirdi 
1970-ci il: Bakı gömrükxanasının yeni inzibati binasının başlanılan 
tikintisinə başlanıldı (Neftçilər prospekti, 62)  
1970-ci il: Bakı gömrükxanası üzrə xaricə üzən gəmilərin sərnişin-
lərinin gömrük baxışından keçirilməsinə görə 48272, poçt bağlamalarına 
görə 3122 manat gömrük rüsumu tutulmuş, plandankənar daxilolmalar 
58385 manat olmuşdu 
1971-ci il: valyuta və valyuta tutumlu qiymətli  əşyaların qaçaq-
malçılığına görə inzibati məsuliyyətin gücləndirilməsi 
22 avqust 1973-cü il: Azərbaycan KP MK Bürosunun “Azərbaycan 
SSR Nazirlər Soveti Rəyasət Heyətinin xarici ölkələrlə iqtisadi əlaqələr 
komissiyasının yaradılması haqqında” qərarı 
1 avqust 1974-cü il: Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər 
Sovetinin “İxrac malları istehsalının artırılması  və keyfiyyətinin yüksəl-
dilməsi haqqında” qərarı 
1974-cü il: Bakı gömrükxanası üzrə qaçaqmalçılıq faktlarının aşkar 
edilməsi nəticəsində 163 min manatlı müxtəlif mallar müsadirə edilmiş


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
237
gömrük rüsumları hesabına dövlət büdcəsinə 105,2 min manat vəsait 
köçürülmüşdü 
1975-ci il: 1971-ci illə müqayisədə Bakı gömrükxanası üzrə qeydə 
alınan xarici ticarət yüklərinin həcmi 507,9 min tondan 605,5 min tona 
yüksəlmişdi 
3 aprel 1979-cu il: Azərbaycan KP MK-nın “Azərbaycan SSR-dən 
ixrac edilən malların keyfiyyətinin yaxşılaşdırılması, istehsal həcminin daha 
da artırılması vəziyyəti və görülən tədbirlər haqqında” qərarı 
1979-cu il: gömrük statistikasına görə bir il ərzində Bakı gömrük-
xanasında 57 ölkəyə məxsus 6466 ədəd beynəlxalq poçt bağlaması və kiçik 
həcmli paketlər (tranzit göndərişlər istisna olmaqla) gömrük baxışından 
keçirilmişdi 
31 mart 1981-ci il: Azərbaycan KP MK Bürosu Azərbaycanın xarici 
iqtisadi  əlaqələrində Bakı gömrükxanasının mühüm əhəmiyyət daşıdığını 
nəzərə alaraq, Heydər  Əliyevin imzası ilə “Bakı gömrükxanasının 175-ci 
ildönümü ilə əlaqədar tədbirlər haqqında” qərar qəbul etdi 
1982-ci il: Bakı gömrükxanasında beynəlxalq poçt göndərişləri ilə 86 
dövlətdən göndərilən 13602 bağlama, xarici ölkələrə göndərilən 2214 
bağlama və 3504 ədəd tranzit iri həcmli bağlamalar qeydə alınmış, bu 
hesaba 262542 manat gömrük rüsumu yığılmışdı 
1970-1980-ci illər: Bakı gömrükxanasının  əməkdaşları Azərbaycanın 
Plovdiv (Bolqarıstan), Leypsiq (ADR), Praqa (Çexoslovakiya), Bağdad 
(İraq), Qahirə (Misir), Dehli (Hindistan), Poznan (Polşa), Zaqreb 
(Yuqoslaviya), Cakarta (İndoneziya), Boqota (Kolumbiya), Oslo (Norveç), 
Saloniki (Yunanıstan), Hanoyda (Vyetnam) keçirilmiş beynəlxalq sərgi və 
yarmarkalarda, həmçinin xarici şirkətlərin iştirakı ilə Bakıda keçirilən 50-
dən çox beynəlxalq sərgiyə gömrük nəzarətini təmin etmişdi 
12 fevral 1986-cı il: xarici Ticarət Nazirliyinin Baş Gömrük İdarəsi 
ləğv edilərək əvəzində Nazirlər Soveti yanında Dövlət Gömrük Nəzarəti Baş 
İdarəsi təsis edildi, sovet gömrüyü tarixində ilk dəfə olaraq müstəqil 
təşkilata çevrildi 
28 sentyabr 1986-cı il: Azərbaycan KP MK-nın “Xarici iqtisadi fəaliy-
yətin əsaslı surətdə təkmilləşdirilmək tədbirləri haqqında” tarixli qərarı 
13 iyul 1987-ci il: SSRİ Nazirlər Soveti Dövlət Gömrük Nəzarəti Baş 
İdarəsi haqqında Əsasnaməni  təsdiq etdi 
1987-ci il: SSRİ gömrük orqanlarının  şəxsi heyətinin geyim forma-
sında və fərqləndirici nişanlarda dəyişiklik edildi 
1 avqust 1988-ci il: SSRİ Nazirlər Soveti yanında Dövlət Gömrük 
Nəzarəti 107 saylı  əmri ilə Bakı gömrükxanasının tərkibində  əlavə 3 
əməliyyat şöbəsi yaradıldı 
27 yanvar 1989-cu il: SSRİ Nazirlər Soveti yanında Dövlət Gömrük 
Nəzarəti Baş gömrük idarəsinin tarixli 17 saylı  əmri ilə Bakı gömrük-


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə