Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə94/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   90   91   92   93   94   95   96   97   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
231
223. Guliev R.  The creation of the soviet customs services in Azerbaijan 
SSR (may-december 1920) / Azərbaycan və Azərbaycanlılar, 2012, 
№113-114, pp.102-106. 
224. Guliev R. Azerbaijan: the organization of customs control in the years 
of World War II  / Materials of the I international Scientific Conference 
Vol.
 
I, December 17-18
th
, 2013, Cikaq
o, USA. – pp.215-220.  
 
İnternet resursu:  
225.www.pogranec.ru/showpost.php?p=1499848&postcount=49.Контроль-
но-пропускной  пункт  “Джульфа”  Нахичеванского  пограничного 
отряда. Müraciət edilib: 19.05.2014. 
 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
232
Azərbaycan SSR-də gömrük işi tarixinin xronologiyası 
 
28 aprel, 1920 - 13 avqust, 1920-ci il: Bakı gömrükxanası Xalq 
Maliyyə Komissarlığının Gömrük hissəsinin tabeçiliyinə keçmişdir 
6 iyul 1920-ci il: Azərbaycan Hərbi  İnqilab Komitəsinin dekreti ilə  
Bakı gömrükxanası müvəqqəti olaraq Hərbi-dəniz işləri Komissarlığına 
tabeliyinə keçdi  
22 may 1920-ci il: Azərbaycan XTŞ  qərarı ilə xüsusi icazə olmadan 
bütün gömrükxana, dəmiryolu stansiyalarına, nəqliyyat kontorlarına məxsus 
anbarlardan, o cümlədən ictimai və  şəxsi müəssisələrdən  müxtəlif növdə 
xam dəri, sulfat turşusu, anilin boyaq və s. malların buraxılması qadağan 
edildi  
27 may 1920-ci il: Azərbaycan SSR Xalq Ərzaq Komissarlığının 
“Ərzaq məhsullarının və ilkin tələbat mallarının sərbəst daşınması nor-
maları haqqında” qərarı  dərc olundu 
3 iyun  1920-ci il: Azərbaycan HİK-in “Respublikanın gömrükxana, 
dəmiryolu və  gəmi anbarlarında yüklərin təhvil alınması qaydaları 
haqqında” adlı dekreti dərc olundu 
19 iyul 1920-ci il: Azərbaycan XTŞ-nin əmrinə əsasən pambıq mahlıcı, 
yun (yerli və ispan növlü), barama, ipək və frizonun ixracı qadağan edildi 
19 iyul 1920-ci il: Azərbaycan HİK dekreti ilə xarici ticarətə aid bütün 
məsələlərin həlli Xüsusi müvəkkilin səlahiyyətinə verildi 
29 iyul 1920-ci il: Azərbaycan SSR Xalq Xarici Ticarət Komissarlığı 
(XXTK) yaradıldı 
14 avqust 1920-ci il: Azərbaycan SSR Maliyyə Komissarlığı haqqında 
Əsasnaməyə görə Gömrük İdarəsi bütün gömrükxana və gömrük məntə-
qələrinin tabe olduğu Gömrük rüsumları  və  Sərhəd mühafizəsi  şöbəsindən 
ibarət idi 
1920 21 dekabr -23 sentyabr 1922-ci il: Bakı gömrükxanası 
Azərbaycan SSR Maliyyə Komissarlığının “Gömrük nəzarəti  şöbəsi”nin 
tərkibində olmuşdur 
21 dekabr 1920-ci il: Azərbaycan HİK Azərbaycan SSR “Gömrük 
Nəzarəti haqqında Əsasnamə”ni təsdiq etdi 
23 dekabr 1920-ci il: Azərbaycan HİK “Azərbaycan SSR-in gömrük 
müəssisələrinin sərhəd mühafizəsi ilə qarşılıqlı münasibətləri haqqında 
Təlimat”ı təsdiq etdi 
11 iyul 1921-ci il: Ali İqtisad  Şurasının qərarı ilə sovet respub-
likalarının sərhədlərində yerləşən gömrük müəssisələri ləğv edildi 
aprel 1922-ci il: Azərbaycan SSR XKS və Xalq Maliyyə Komissarlığı 
“Azərbaycan SSR-də  gömrük nəzarəti haqqında Əsasnamə”ni təsdiq etdi 
15 iyul 1922-ci il: Avropa üzrə ilk sovet gömrük tarifi təsdiq olundu 


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
233
20 avqust 1922-ci il:  Ağstafa gömrük nəzarət məntəqəsinin ləğv 
edilməsi və  əməkdaşlarının müsadirə edilən malları  yığılan gömrük 
rüsumları ilə Bakıya ezam edilməsi haqqında göstəriş verildi 
5 sentyabr 1922-ci il: RSFSR hökumətinin təsiri ilə vahid Zaqafqaziya 
Gömrük İdarəsi yaradıldı və Rusiyanın gömrük orqanları ilə birləşdirildi  
24 sentyabr 1922-ci il:  Nəriman Nərimanov “Zaqafqaziya Sovet 
Respublikası Gömrük İdarəsinin təşkili haqqında” Dekreti imzalamışdır 
11 oktyabr 1922-ci il: ZSFSR İttifaq Sovetinin “İdxal və ixrac 
vergilərinin tətbiq edilməsi haqqında”  tarixli Dekreti  
17 oktyabr 1922-ci il: ZSFSR XXTK-nin  103 saylı qərarı ilə  Gömrük 
İdarəsinin Əsasnaməsi təsdiq edildi 
30 dekabr  1922-ci il: RSFSR XKS-nin  72 nömrəli dekretinə  əsasən 
Cənubi Qafqaz ərazisi üç gömrük dairəsinə bölündü: 1) Gürcüstan və 
Abxaziya; 2) Azərbaycan; 3) Ermənistan və Naxçıvan ölkəsi 
1923-cü il: SSRİ Xalq Komissarları  Şurası  tərəfindən müttəfiq 
respublikalardakı bir neçə  təşkilat və birliklərə, o cümlədən “Azneft”ə 
sərbəst xarici bazarlara çıxmaq “hüquqları” verildi 
9 may 1923-cü il: ZSFSR XKŞ-nin “Qaçaqmalçılıqla mübarizə 
tədbirləri haqqında” qərarı ilə Zaqafqaziya Gömrük İdarəsində ZSFSR 
Maliyyə Komissarlığı  və Zaqafqaziya Fövqəladə Komissiyası nümayən-
dələrindən ibarət qaçaqmalçılıqla mübarizə Komissiyası yaradıldı 
8 yanvar 1924-cü il: ikinci sovet Gömrük tarifi təsdiq olundu 
1 aprel 1924-cü il: Azərbaycan ərazisində 7 gömrükxana və  6 gömrük 
postu fəaliyyət göstərirdi 
29 aprel 1924-cü il: Bakı gömrükxanası rəisinin əmri ilə əməkdaşlara 
türk (Azərbaycan) dili öyrədilən kurslar təşkil edildi 
14 dekabr 1924-cü il:  SSRİ MİK SSRİ-nin Gömrük Məcəlləsini təsdiq 
etdi, bununla SSRİ  ərazisində gömrük işinin həyata keçirilməsi XXTK-nin 
tərkibində olan Baş Gömrük İdarəsinə verildi   
22 dekabr 1924-cü il: Zaqafqaziya Gömrük İdarəsinin statusu dəyiş-
dirilərək SSRİ XXTK Baş Gömrük İdarəsinin Zaqafqaziya bölməsi adlan-
dırıldı  
1 yanvar 1925-ci il: Zaqafqaziya Gömrük müfəttişliyi, o cümlədən 
Azərbaycan rayon Gömrük müfəttişliyi ləğv edildi. SSRİ Baş Gömrük 
İdarəsinin  Belorus SSR, Ukrayna SSR, ZSFSR, Orta Asiya bölmələri və  11 
Rayon gömrük müfəttişliyi yaradıldı  
24 yanvar 1925-ci il: SSRİ Baş Gömrük İdarəsinin “Xəzər dənizində 
üzən kabotaj gəmilərinə baxışın keçirilməsi qaydasının tətbiq edilməsi 
haqqında” təlimatı Bakı gömrükxanasının fəaliyyət dairəsini  genişləndirdi 
5 may 1925-ci il: gömrük müəssisələrinin işçi orqanı olan texniki 
müşavirələr haqqında Əsasnamə təsdiq edildi 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə