Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə95/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   90   91   92   93   94   95   96   97   98

Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
234
5 iyun 1925-ci il: SSRİ XXTK Baş Gömrük İdarəsinin rəisi İ.Potyaye-
vin 57 saylı  əmrində 21 iri gömrükxanada, o cümlədən Bakı gömrük-
xanasında gömrük-əmtəə muzeyinin yaradılması nəzərdə tutulurdu 
11 fevral 1927-ci il: sayca üçüncü sovet Gömrük tarifi qəbul edildi 
16 fevral  1927-ci il: Azərbaycan SSR XKS-nin qərarı ilə Bakı şəhər 
Sovetinə  və  qəza icraiyyə komitələrin SSRİ gömrük Məcəlləsinin 275-ci 
maddəsinə  əsasən gömrükxanalar tərəfindən təyin edilən cərimələri ödə-
məyənlərə inzibati cəza tətbiq edilməsi hüququ verildi 
23 noyabr 1927-ci il: Tehranda SSRİ ilə  İran arasında Bakı-Tehran 
hava xəttinin açılması haqqında razılıq protokolu imzalandı. SSRİ Baş 
Gömrük  İdarəsinin 1928-ci il 8 may tarixli təlimatına  əsasən, SSRİ-dən 
İrana və əksinə baqaj və poçt bağlamaları, həmçinin yüklərin Bakı-Tehran 
hava xətti ilə buraxılışı Bakı gömrükxanasına tapşırıldı 
3 may 1928-ci il: Culfada SSRİ Baş Gömrük İdarəsi və Cənubi Qafqaz 
Baş Gömrük  İdarəsinin iştirakı ilə keçirilən xüsusi müşavirədə idxal 
mallarının sərhəddən buraxılışı qaydalarının təkmilləşdirilməsi məsələsi 
müzakirə edildi 
15 iyul 1928-ci il: Azərbaycan KP (b) MK Bakı  şəhər Komitəsinin 
keçirilən yığıncağında Bakı gömrükxanasının hesabatı dinlənilmiş  və 
gömrükxanada partiya və dövlət intizamının möhkəmləndirilməsi haqqında  
qərar qəbul edilmişdir 
30 avqust 1928-ci il: ZSFSR XKS-nin tarixli 19 nömrəli qərarı ilə 
Naxçıvan və Ordubad gömrükxanalarının fəaliyyəti dayandırılmışdı 
19 dekabr 1928-ci il: ÜMİK və SSRİ XKS SSRİ-nin yeni Gömrük 
Məcəlləsini təsdiq etdi 
1930-cu il:  Bakıda,  ixrac mallarının saxlanılması üçün iri tutumlu 
soyuducu istifadəyə verildi 
16 mart 1931-ci il: Moskvada SSRİ ilə Türkiyə arasında ticarət və 
dənizçilik haqqında beş il müddətinə imzalanan 2-ci müqavilənin 17-ci 
maddəsində tranzit xərcləri və gömrük rüsumları qeyd olunmuşdu 
1930-1931-ci illər:  İrandan Azərbaycan sərhədlərindən üçüncü 
ölkələrə daşınan tranzit yüklərin 74 faizi Culfa, 36 faizi isə Bakı 
gömrükxanasında qeydiyyata alınırdı 
13 avqust 1935-ci il: SSRİ-nin  İranla bağladığı ticarət müqaviləsi 
iqtisadi-ticarət  əlaqələrinin və gömrük əməliyyatlarının genişlənməsinə 
səbəb oldu 
9-12 fevral 1936-cı il: gömrük işçilərinin “SSRİ-nin ən yaxşı gömrük-
xanası” devizi altında keçirilən və 22 gömrükxananın iştirak etdiyi 
müsabiqədə  Bakı gömrükxanası 2-ci yerə layiq görüldü 
8 oktyabr 1937-ci il: Ankarada “SSRİ ilə Türkiyə Cümhuriyyəti 
arasında ticarət və  gəmiçilik haqqında” 3 il müddətinə imzalanan müqa-


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
235
vilənin  17-28-ci maddələri gəmiçilik, gömrük və rüsum məsələlərini əhatə 
edirdi 
3 mart 1940-cı il: SSRİ XXTK və  Bakı Liman Gömrükxanasının 1940-
cı il 10 avqust  tarixli  müvafiq əmrləri ilə avqustun 15-dən Biləsuvar 
gömrük postu ləğv edildi 
1940-cı il: bir il ərzində Bakı gömrükxanasından İrana 158,8 min ton 
tranzit yük buraxılmışdı 
6 yanvar 1941-ci il: Bakı gömrükxanası əməkdaşları tərəfindən İrana 
daşınan tranzit yüklərin içərisində 20 minə yaxın tüfəng və pulemyot 
lülələri, habelə  həmin lülələrdə kanalların emalı üçün iki ədəd xüsusi 
dəzgah, həmçinin sənəddə qeyd olunmayan hərbi xarakterli əleyhqazlar 
aşkar edilmişdi 
1941-ci il: ümumi uzunluğu 125 km və 182 km  olan Culfa-Mincivan 
və Osmanlı-Astara dəmiryollarının istismara verilməsi gömrükxanaların 
fəaliyyət dairəsini daha da genişləndirdi 
19 mart 1941-ci il: SSRİ XXTK-nin tarixli 48 saylı  əmri ilə “SSRİ 
ərazisindən xarici malların tranzitinə icazə verilməsinə görə  yığımlar 
haqqında” əmri ilə rüsumların həcmi yükün dəyərindən asılı olaraq hesab-
lanırdı: 20 min manatdan yuxarı  dəyəri olan mallara görə  dəyərinin 0, 2 
faizi qədər rüsum ödənilməli idi.  
31 mart 1941-ci il: SSRİ XXTK-nin tarixli “SSR İttifaqına malların 
ixracına icazələrin verilməsi qaydaları haqqında” 61 saylı  əmrinə görə 
SSRİ ərazisinə malların ixracı müvafiq formada tərtib edilmiş icazə sənədi 
əsasında  həyata keçirə bilərdi. Xüsusi formada tərtib edilən yol vəsiqəsi 
olmayan mallar gömrük məntəqəsindən buraxılmırdı 
1942-ci il: Baş Gömrük İdarəsi qaçaqmalçılığa aid işlərin aparılması 
haqqında yeni təlimatı təsdiq etmişdir 
1942-ci il: lend-liz üzrə SSRİ-yə gətirilən strateji malların bir hissəsi 
İran körfəzindəki Xürrəmşəhr və  Bəndər-Şahpur limanlarından avtomo-
billərlə Culfa gömrükxanasında, digər hissəsi isə  İranın Xəzər dənizindəki 
limanlarından Azərbaycana məxsus “Kaspflot” və “Kasptanker” gəmiçilik 
şirkətləri tərəfindən daşınaraq Bakı gömrükxanasında qeydə alınırdı 
25 dekabr 1943-cü il: SSRİ XKS yanında Dövlət  Ştat Komissiyası 
tarixli qərarı ilə Bakı gömrükxanasının  ştat cədvəlinə 25 ştat vahidi əlavə 
edildi 
1943-cü il: humanitar yüklərin sərhəddən gömrük rüsumu tutulmadan 
buraxılmasına başlanılması  
12 avqust 1944-cü il: SSRİ XTK Bakı gömrükxanasının şəxsi heyətinin 
sayını 10 ştat vahidi artırdı 
1945-ci il: Bakı gömrükxanasının tərkibində əlavə olaraq iki gömrük 
postu: Mahaç-Qala, Hacıqabul və Bakı (Abşeron) postları təşkil olundu  


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə