Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə90/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   86   87   88   89   90   91   92   93   ...   98

Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
220
Azərbaycan SSR-nin müstəqil gömrük-tarif siyasəti yeritmək cəhd-
lərinə imkan verilmədi. Gömrük orqanları xarici ticarətin tənzimlənməsi 
işindən demək olar ki, kənar edilmişdi. Sovet hökuməti dövlət sərhədinin 
gömrük baxımından mühafizəsinin gücləndirilməsi üçün əlavə  tədbirlər 
görürdü. Lakin Azərbaycan SSR-in birbaşa nəzarətində olan gömrük-
xanalarda rüsum və vergilərin yığılması RSFSR hökumətini narahat etdi-
yindən ZSSFR İttifaq Soveti sovet respublikaları arasında ticarəti sərbəst 
elan edərək bütün gömrük məhdudiyyətlərinin ləğv edilməsi haqqında qərar 
qəbul etdi. Bunun əksinə olaraq, cənub sərhədində yeni gömrük məntə-
qələrinin açılmasına təşəbbüs edilirdi. RSFSR XKS-nin 1922-ci il 30 dekabr 
tarixli dekretinə  əsasən Cənubi Qafqaz ərazisi üç gömrük dairələrinə 
bölünmüşdü: 1) Gürcüstan və Abxaziya; 2) Azərbaycan; 3) Ermənistan və 
Naxçıvan ölkəsi. Azərbaycan SSR-in inzibati sərhədləri daxilində fəaliyyət 
göstərən Naxçıvan gömrük ərazisi heç bir zərurət olmadan süni olaraq yeni 
yaradılan Erməni-Naxçıvan gömrük inspektorluğunun tərkibinə daxil edil-
mişdi. Hər bir gömrük dairəsinə gömrük müfəttişi rəhbərlik edirdi.  
1922-ci ildə SSRİ-nin yaradılması ilə bir dövlət halında birləşdirilən 
sovet respublikalarının xarici ticarətinin vahid mərkəzdən idarə edilməsinə 
başlanıldı. Respublikamızın xarici iqtisadi əlaqələri mərkəzi idarəetmə 
orqanlarına tabe edildi. Xarici ticarət bütünlüklə sovet dövlətinin inhisarında 
idi. Gömrük əməliyyatları ittifaq hökuməti tərəfindən həyata keçirilirdi. 
SSRİ-də gömrük işinin təşəkkülü və inkişafı mürəkkəb və ziddiyyətli 
xarakter daşıyan mərhələlərdən keçdi.  
1922-1930-cu illərdə SSRİ-nin bütün gömrük təşkilatları kimi 
Azərbaycan  ərazisində yerləşən gömrükxanalar həddindən artıq məhdud 
hüquqlara malik idi. Sözsüz ki, sovet rejimi dövründə gömrük xidməti 
orqanları xalqımızın Azərbaycanın milli maraqlarına xidmət etmirdi. 
Gömrük  əməliyyatlarından daxil olan pul gəlirləri sovet dövlətinin xəzinə-
sinə axıb gedirdi. Gömrük orqanları daxilində milli mənsubiyyətin  əsas 
götürüldüyü “kadr təmizliyi” aparılırdı. Bu işi gömrükxanaların yerləşdiyi 
rayonların qəza komitələrində yaradılan komissiyalar həyata keçirirdi. Digər 
hüquq-mühafizə orqanlarında olduğu kimi, gömrük xidmətində  də  rəhbər 
vəzifələrə başlıca olaraq qeyri-azərbaycanlılar təyin edilirdi. Xarici ticarət 
və gömrüyün idarəetmə aparatının məsul işçiləri sırasında qeyri-azər-
baycanlılar, xüsusi ilə rus, erməni, gürcü və digər millətlərin nümayəndələri 
əksəriyyət təşkil edirdi. Sovet dövlət quruculuğunun ilk mərhələsində 
Azərbaycan dilində yazılan gömrük rəsmiləşdirilməsi sənədləri və statistik 
hesabatların tərtibi 1922-ci ilin sonundan başlayaraq tamamilə rus dilində 
aparılırdı.  
Sovet gömrük siyasətinin xarakteri və məzmunundan asılı olaraq aşa-
ğıdakı meyllər müşahidə olunurdu: yerli fabrik qiymətləri ilə xaricdə isteh-
sal edilən malların qiymət fərqi nəzərə alınaraq yüksək idxal rüsumlarının 


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
221
tətbiqi; sənaye xammalı, yarım fabrikatlar, ölkədə istehsal edilməyən və 
milli sənayenin inkişafına gərəkli olan maşınqayırma avadanlıqlarının 
rüsumsuz idxalı; ölkədə zəruri miqdarda istehsal edilən eyni adda malların 
idxalına yüksək rüsumların və qadağanedici tədbirlərin tətbiqi; pambıq və 
yun mahlıcına mütərəqqi rüsumların tətbiqi; yerli sənayenin istehsalı olan 
qənd, spirt, neft və toxuculuq məhsullarının rüsumsuz idxalı  həyata 
keçirilirdi. Gömrük xidməti qarşısında yeni vəzifə qoyuldu - rüsum və vergi 
yığılması funksiyası arxa plana keçirilir, gömrükxanaların fəaliyyətində əsas 
yeri xidmətin nəzarətçi funksiyası, xüsusilə qaçaqmalçılığa qarşı mübarizə 
tuturdu. 
Araşdırmalar təsdiq edir ki, ikinci dünya müharibəsi illərində 
Azərbaycan SSR ərazisindəki gömrükxanalar iqtisadi əlaqələrin hərbi 
qaydada yenidən qurulmasında fəal iştirak etmişdir. Qonşu ölkələrdən quru 
və dəniz yolu ilə daşınan müxtəlif təyinatlı hərbi-strateji yüklər Azərbaycan 
ərazisindəki gömrükxanalarda ciddi surətdə yoxlanılırdı. Lend-liz üzrə 
SSRİ-yə  gətirilən strateji malların bir hissəsi  İran körfəzindən keçməklə 
Culfa gömrükxanasında, digər hissəsi isə  və Bakı gömrükxanasında qeydə 
alınırdı. Azərbaycan SSR ərazisindəki gömrükxanalar təsərrüfatın hərbi 
qaydada yenidən qurulmasında fəal iştirak edirdi. Respublikanın neft 
sənayesi, ağır və yüngül sənayesi ilə yanaşı, mövcud nəqliyyat qovşağı, 
dəmiryolu və  Xəzər dəniz nəqliyyatının ilə yanaşı Azərbaycan SSR əra-
zisindəki gömrük müəssisələrinin mühüm rolu oldu. 
Öz sıralarının yarısından çoxunu itirmiş olan Bakı, Culfa gömrük-
xanaları  və Astara gömrük postu xaricdən Qırmızı Xaç və Aypara Cəmiy-
yətinin xətti ilə ölkəyə gələn böyük həcmdə yüklərin vaxtında buraxılmasını 
təmin etməklə gömrük sərhədində sayıqlıqlarını da əldən vermirdilər. 
Müharibədən sonrakı dövrdə SSRİ-nin tərkibinə daxil olan digər 
müttəfiq respublikalar kimi Azərbaycana da müstəqil xarici iqtisadi əlaqələr 
yaratmaq imkanı verilmirdi. Respublikamızın xarici ticarət dövriyyəsinin 
əsas hissəsini Sovet İttifaqına daxil olan respublikalar və  QİYŞ üzvü 
ölkələri ilə mal mübadiləsi təşkil edirdi.  
Bir sıra sosialist ölkələri arasında gömrük əməkdaşlığı, gömrük işi 
sahəsində qarşılıqlı yardımın yeni forma və metodlarının tətbiqi əsas etibarı 
ilə xarici ticarət  və valyuta üzərində dövlət inhisarının təmin edilməsi ilə 
yanaşı gömrük qaydalarının sadələşdirilməsinə də səbəb olurdu. Azərbaycan 
SSR 1970-ci illərdən başlayaraq, həmin ölkələrlə iqtisadi-ticarət və turizm 
əlaqələrinin inkişaf etdirilməsindən faydalana bildi. Həmin illərdə 
Azərbaycan SSR-nin ölkəmizdə və ya xarici ölkələrdə keçirilən beynəlxalq 
sərgi və yarmarkalarda iştirakı gömrük nəzarətinin  əsas fəaliyyət sahəsinə 
daxil idi.  
Sözsüz ki, o dövrdə Azərbaycan müstəqil dövlət olmasa da, Ümum-
milli lider Heydər  Əliyevin müdrikliyi, uzaqgörənliyi və siyasi iradəsi 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə