Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə7/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   2   3   4   5   6   7   8   9   10   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
19
Azərbaycan Hərbi  İnqilab Komitəsinin  “Respublikanın gömrükxana, 
dəmiryolu və  gəmi anbarlarından yüklərin təhvil alınması qaydaları haq-
qında” 1920-ci il 3 iyun tarixli dekretində göstərilirdi ki, Azərbaycan 
Respublikası gömrükxanalarında, dəmir yolu və  dəniz limanı anbarlarında 
saxlanılan yüklər yalnız XTŞ-nin sərəncamı ilə çıxarılır, bundan öncə dərc 
edilən bütün sərəncam və dekretlər ləğv edilirdi [191, 1920, 5 июня; 42, 
16]. 
Aşağıdakı cədvəldə Bakı gömrükxanası əməkdaşlarının sayı və əmək 
haqlarının miqdarı göstərilir: 
Cədvəl 1.1 
Bakı gömrükxanası üzrə şəxsi heyətin ştat cədvəli 
(may, 1920-ci il) 
 
s/s Vəzifəsi 
Ştat 
vahidi
Aylıq 
əmək 
haqqı 
(manat) 
İllik 
məsrəf 
(manat) 
1. 
Rəis 
1 
6300 75600 
2. 
Rəis müavini 

5220 
62640 
3. 
Müfəttiş 1 
5220 
62640 
4. 
3-cü dərəcəli nəzarətçi 3 
4500 
54000 
5. 
4-cü dərəcəli nəzarətçi 2 
4140 
49680 
6. 
5-ci dərəcəli nəzarətçi 3 
3960 
47520 
7. 
Katib 1 
3960 
47520 
8. 
Katib köməkçisi 1 
3600 
43200 
9. 
Mühasib 1 
3960 
47520 
10.  Mühasib köməkçisi 1 
3600 
43200 
11.  Xəzinədar 1 
3960 
47520 
12.  Xəzinədar köməkçisi 1 
3600 
43200 
13.  Tərcüməçi 1 
3600 
43200 
14.  Pakhauz nəzarətçisi 1 
3960 
47520 
15.  Gəmi nəzarətçisi 1 
4140 
49680 
16.  Gəmi və Pakhauz nəzarətçisi köməkçiləri 15 
3600 
43200 
 
1-ci dərəcəli dəftərxana qulluqçuları 6 2880 34560 
17.  2-ci dərəcəli dəftərxana qulluqçuları 19 
2700 32400 
18.  Yoxlayıcılar 105 
2700 
32400 
19.  Yoxlayıcı qadın 1 
2340 
28080 
20.  Gözətçilər 2 
2340 
28080 
21.  Həyətə baxanlar 

2340 
28080 
22. Cəmi 
170 93780  991440 
Mənbə: ARDA, f. 85, siy. 3, iş 158, v. 34 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
20
Azərbaycan  İnqilab Komitəsinin sədri N.Nərimanovun imzaladığı 
“Tikinti materiallarının ixracının qadağan edilməsi haqqında” 1920-ci il 11 
iyun tarixli dekretdə göstərilirdi:  “Azərbaycan Sovet Sosialist Respublika-
sının sənayesi və nəqliyyatına lazım olan tikinti materiallarına olan kəskin 
ehtiyacı  nəzərə alaraq, Azərbaycan  ərazisindən tikinti materialları  hər bir 
ayrıca halda Azərbaycan  İnqilab Komitəsinin xüsusi icazəsi ilə  çıxarıla 
bilər.  
Bu dekretin pozulmasına görə məsuliyyət daşıyanlar inqilab dövrünün 
qanunları qarşısında bütün ciddiliyi ilə cavab verəcəklər” [8, 28].
 
Azərbaycan SSR XXTK-nin 1920-ci il 2 avqust tarixli kollegiya 
yığıncağında  İranla sərhəddə yerləşən Bəhramtəpə  və Maralyanda əvvəllər 
mövcud olmuş gömrük məntəqələrinin bərpa edilməsi qərara alınmış və bu 
məqsədlə Zaqafqaziya XXTK qarşısında təşəbbüs qaldırılmışdı [8, 113]. 
1920-ci il avqustun 14-də Azərbaycan SSR Maliyyə Komissarlığı 
haqqında  Əsasnamə  qəbul edildi. Əsasnaməyə görə, Maliyyə Komissar-
lığının tabeliyində olan Gömrük İdarəsi (keçmiş Gömrük hissəsi) Gömrük 
rüsumları və Sərhəd mühafizəsi şöbəsindən ibarət idi [191, 206]. 
Azərbaycan  İnqilab Komitəsinin xarici ticarətin milliləşdirilməsi və 
mal mübadiləsi üzərində müstəsna səlahiyyətin Xalq Xarici Ticarət Komis-
sarlığına verilməsi haqqında “Kommunist” qəzetinin 108-ci nömrəsində 
dekreti verildi. Bundan sonra xarici dövlətlərlə ticarət münasibətlərinin 
həyata keçirilməsi, ictimai təşkilat və fiziki şəxslərlə ticarət sövdələşmələri 
yalnız bu komissarlıqda aparılmalı idi. Bu dekretlə əlaqədar olaraq, 1920-ci 
il sentyabrın 13-də Maliyyə Komissarlığının Gömrük şöbəsində  aşağıdakı 
məzmunda təlimat hazırlanaraq yerli gömrükxanalara göndərilmişdi: 1) 
XXTK-nin icazəsi olmadan fiziki şəxslər və ya müəssisələr tərəfindən 
xaricdən gətirilən mallar müsadirə olunur. Saxlanılan yüklər haqqında 
XXTK-yə dərhal məlumat verilir və icazə verilmədən mallar yük sahiblərinə 
qaytarılmır; 2) yerlərdə “Kommunist” qəzetinin 108-ci nömrəsi və ya bu 
təlimatın nüsxəsi alınan gündən həmin dekret Azərbaycan SSR ərazisindən 
çıxarılan və ya aparılan bütün mallara şamil edilir; 3) Heç bir müəssisə, 
təşkilat və ya fiziki şəxsin XXTK və onun xaricdəki orqanlarının qərarı ilə 
müəyyən edilmiş qaydalar əsasında idxal-ixrac sövdələşməsi aparmağa 
hüququ yoxdur, bundan sonra idxal və ixracla bağlı sövdələşmələr yalnız 
mərkəzdə, yəni Bakıda həyata keçirilməlidir [8, 86].  
Azərbaycan SSR Maliyyə Komissarlığı Gömrük İdarəsindən bütün 
gömrükxanalara tapşırıq verilmişdi ki, 1919 - aprel 1920-ci illər  ərzində 
ölkəyə  gətirilən və aparılan malların miqdarı, dəyəri və daxil olan gömrük 
rüsumları haqqında hesabatlar tərtib edilsin. Hesabatlardan istifadə edil-
məsini asanlaşdırmaq üçün malların gömrük tarifində yerləşdiyi qaydada 
qruplaşdırılması  təklif olunurdu. Çox güman ki, bu məlumatlar məhz 
RSFSR-in xarici ticarət və gömrük idarəsinin rəhbərlərini yaxından maraq-


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
21
landırırdı. Lakin arxiv sənədlərində bu hesabatların yığılması haqqında 
sənədlər yoxdur. Məsələn, Azərbaycan SSR XXTK Gömrük şöbəsindən 
Bakı gömrükxanasına ünvanlanan 1921-ci il 20 yanvar tarixli 153 saylı 
məktubda yuxarıda qeyd edilən məlumatların göndərilməsi yenidən tələb 
olunmuşdu [8, 88, 95].     
1920-ci ildə Azərbaycan SSR Xalq Maliyyə Komissarlığı Gömrük 
rüsumları şöbəsinin tərkibinə aşağıdakı gömrükxana və gömrük məntəqələri 
daxil idi: Bakı, Ağstafa, Balakən, Astara, Lənkəran, Muğanlı, Biləsuvar 
gömrükxanaları  və Qovaqçöl, Marınçay, Yuxarı Kür (Bankə), Qızıl-Ağac 
(Pereval), Salahlı,  Şıxlı, Ağstafa gömrükxanasının ön məntəqəsinin 
(Çaxmaqlı-Cəfərli kəndi), Poylu (Poylu stansiyası) məntəqələri daxil idi 
[173, 13, 18]. 
Azərbaycan dəmir yolunun Yalama stansiyasında yerləşən gömrük-
xananın  şəxsi heyətinin sayının azlığı  və bir sıra texniki səbəblər  yük və 
sərnişin qatarlarının gömrük baxışının gecikdirilməsinə  səbəb olurdu. 
Rusiyaya daşınan təbii sərvətlərlə dolu yüklərin fasiləsiz hərəkətinə mane 
olurdu. Dəmir yolunda yaranmış “tıxac”ların aradan qaldırılması, qatarların 
normal hərəkətinin təmin edilməsi tələb olunurdu. Bakı gömrükxanasının 
göndərdiyi bildirişdə Azərbaycan Dəmir yolları idarəsinin nümayəndələrinin 
bu məqsədlə yaradılmış komissiyanın 1920-ci il sentyabrın 20-də gömrük-
xana binasında  (keçmiş Naberejnaya küçəsi, 17) keçiriləcək növbəti yığın-
cağa dəvət edilməsi göstərilir. Komissiya bu vəziyyətin qaydaya salınması 
üçün sərnişinlərin  əl yüklərinə gömrük baxışının sərnişin qatarlarının 
Bakıdan Yalamaya hərəkəti zamanı keçirilməsini səmərəli hesab etmişdi. 
Lakin növbəti aylar ərzində iki respublika arasında gömrük sərhədi tədricən 
aradan qaldırıldı və Yalama gömrükxanası da ləğv edildi [10, 203
arx.
, 215]. 
Azərbaycan SSR XXTK Gömrük nəzarəti  şöbəsinin  Əsasnaməsinə 
görə gömrük müəssisələri aşağıdakı funksiyalara malik idi: a) sərhəddən 
sərnişin və yüklərin buraxılması: b) bütün leqal surətdə gətirilən və aparılan 
malların qəbulu, qeydiyyatı mühafizəsi və yola salınması; c) tutulan qeyri-
leqal daşınan malların qəbulu, qeydiyyatı, mühafizə və müsadirəsi ilə bağlı 
işlərə baxılması. İşlərin həcminə görə gömrük müəssisələri 1-ci, 2-ci və 3-cü 
dərəcəli gömrükxanalara və gömrük postların bölünürdü. Postlardan yalnız 
sərnişin və  əl yüklərinin buraxılmasına icazə verilirdi. Malların idxal və 
ixracı gömrükxanalar vasitəsi ilə  həyata keçirilirdi. Hərbi və mülki 
hakimiyyət orqanlarının gömrük müəssisələrinin işinə müdaxilə etməsinə 
yol verilmirdi [8, 1920, статья 712]. 
Azərbaycanın sovet dövrü tarixində gömrük işinə aid ilk hüquqi-
normativ sənədlərdən biri də Maliyyə Komissarlığı gömrük rüsumları 
şöbəsindən respublikanın bütün gömrük müəssisələrinə göndərilən 1920-ci 
il 11 may tarixli təlimat xarakterli məktub olmuşdur. Respublikanın bütün 
gömrükxanalarına göndərilən məktubda xatırladılırdı ki, qaçaqmalların 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə