İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
10
nəzərə alınması deməkdir. İnsan alverinə məruz qalan insanlarla ayrı-seçkiliyə yol verilən şəkildə
davranılmamalıdır. Bütün tədbirlər,xüsusilə gender, etnik mənsubiyyət, sosial status, immiqrasiya
statusu
insan alveri qurbanının əvvəllər insan alverinə məruz qalıb-qalmaması, yaxud fahişəlik və ya
digər qanunsuz fəaliyyətə cəlb edilib-edilməməsi baxımından ayrı-seçkiliyə yol verilmədən tətbiq
olunmalıdır.
5
İnsan alveri əleyhinə tədbirlər şəxslərin insan hüquqlarına və ləyaqətinə, xüsusilə də insan alverinə
məruz qalan şəxslərin hüquqlarına mənfi təsir göstərməməlidir.
6
İnsan alverinə qarşı mübarizə
aparmaq üçün insan hüquqlarına əsaslanan yanaşmada dövlətlərdən insan alverinə məruz qalan
şəxslərin insan hüquqlarının ciddi pozuntusunun qurbanı kimi müdafiə olunması və effektiv
araşdırma və insan alverçilərinin təqibi üçün hərtərəfli çərçivə yaratmaları tələb olunur.
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2016-cı il Milli Məclisə illik məlumatına
əsasən
2015-ci ildə 63 nəfər insan alveri qurbanı müəyyən edilmişdir. Onlardan 38 nəfəri Türkiyə
Respublikasında, 8 nəfəri Birləşmiş Ərəb Əmirliyində və 3 nəfəri Rusiya Federasiyasında istismara
məruz qalmışdır. Onlardan 14 nəfər, o cümlədən 7 əcnəbi ölkə daxilində istismara məruz qalmışdır.
7
Bu dərslik insan alveri və nəticədə transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq və insan
alverinin faktiki və potensial qurbanlarına müvafiq
yardım xidmətlərinin göstərilməsi üzrə müdafiə
mexanizmlərini təkmilləşdirmək istiqamətində Azərbaycan hökumətinin göstərdiyi səylərə yardım
etməyə çalışan “Azərbaycanda potensialı inkişaf etdirmə və texniki yardım vasitəsilə insan alveri ilə
effektiv şəkildə mübarizə aparmaq üçün əməkdaşlıq tədbirlərini gücləndirmə - IV Mərhələ” layihəsi
çərçivəsində işlənib hazırlanmışdır.
Bu dərsliyin tərtib olunmasında məqsəd, Ədliyyə Akademiyasının formal təhsil proqramı çərçivəsində
təlimçilər və daha sonra təlim keçənlər tərəfindən hakimlər, prokurorlar və hakimliyə namizədlər
üçün istifadə olunacaq insan alveri əleyhinə təlim materiallarını təmin etməklə insan alverinə qarşı
mübarizədə milli səyləri gücləndirməkdir.
5
ATƏT 2011-ci il.
İnsan alveri: potensial və təxmin edilən qurbanların müəyyənləşdirilməsi. İcma siyasət
yanaşması. səh.27
6
UNODC
İnsan alveri Protokolunu tətbiq etmək üçün beynəlxalq fəaliyyət çərçivəsi. 2009-cu il, səh.8.
https://www.unodc.org/documents/human-trafficking/Framework_for_Action_TIP.pdf
7
http://www.meclis.gov.az/?/az/stenoqram/413
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
11
1. Beynəlxalq çərçivə - hüquq vasitələri
Bu fəsildə insan alveri ilə mübarizəyə dair beynəlxalq hüquqi çərçivənin vacibliyi və beynəlxalq
hüquqda insan alverinə necə anlayış verildiyi izah olunur.
8
Burada beynəlxalq hüquqi sənədlərin
təsiri, o cümlədən Azərbaycan Respublikasının da qoşulduğu Birləşmiş Millətlər Təşkilatının
Transmilli
Mütəşəkkil Cinayətkarlıq əleyhinə Konvensiyasının
9
və ona əlavə Protokolların, Avropa Şurasının
İnsan Alverinə Qarşı Mübarizə haqqında Konvensiyasının (AŞ Konvensiyası)
10
və Avropa İnsan
Hüquqları Məhkəməsinin (AHİM) qərarlarının təsiri nəzərdən keçirilir.
Beynəlxalq və regional qanunvericilik Azərbaycan Respublikası hüdudlarında hüquqi baxımdan riayət
edilməli olan beynəlxalq standartları müəyyənləşdirir. Bu standartlar milli qanunvericiliyin və
siyasətin işlənib hazırlanmasında istifadə edilməlidir. İnsan alveri transmilli cinayət ola bilər və buna
görə də beynəlxalq səviyyədə tədbirlərin görülməsi tələb olunur və eyni əhəmiyyət kəsb etməklə,
milli səviyyədə beynəlxalq qanunvericiliyin uyğunluğunu və təsirini başa düşmək zəruridir.
Beynəlxalq
qanunvericilik, həmçinin beynəlxalq əməkdaşlığın özülüdür.
11
Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatına (ATƏT) və Müstəqil Dövlətlər Birliyinə (MDB) üzvlükdən də beynəlxalq öhdəliklər və
beynəlxalq vəzifələr yaranır.
Üzv-dövlətlər
də
bu öhdəliklərə riayət etməlidirlər.
ATƏT onun fəaliyyətinin hər üç istiqamətində
insan alveri ilə mübarizədə aktiv rol oynamaq
öhdəliyini üzərinə götürmüşdür. 2000-ci ildə insan alveri ilə mübarizəyə dair onun Nazirlər Şurası
tərəfindən ilk qərar qəbul edildiyi vaxtdan bəri ATƏT insan alveri ilə mübarizəni prioritet məsələ kimi
qarşıya qoymuşdur. 2003-cü ildə ATƏT-in Nazirlər Şurası ATƏT-in İnsan Alverinə qarşı Mübarizə üzrə
Fəaliyyət Planını təsdiq etmiş və ATƏT-in İnsan Alverinə qarşı Mübarizə üzrə Xüsusi Nümayəndəsi və
Əlaqələndiricisi vəzifəsini təsis etmişdir.
12
ATƏT-in Fəaliyyət Planı ATƏT-in iştirakçı dövlətlərinin insan
alveri əleyhinə səyləri üçün yanaşmanı və çərçivəni təmin edən əsas sənəddir.
1.1 İnsan alveri üzrə beynəlxalq qanunvericilik
İnsan alveri üzrə beynəlxalq qanunvericilik, Birləşmiş Millətlər Təşkilatının Transmilli Mütəşəkkil
Cinayətkarlıq əleyhinə Konvensiyası (UNTOC) və ona əlavə protokollardan irəli gəlir. Konvensiyanın
iştirakçısı olan dövlətlər BMT-nin İnsan Alverinə dair Protokolunun da iştirakçısıdırlar. Bunlar bir
yerdə təfsir olunmalıdır və bəziləri cinayətkarlıqla mübarizəyə və digərləri isə insan hüquqlarına dair
olmaqla bir sıra beynəlxalq hüquqi sənədlərə əsaslanır.
13
BMT-nin İnsan Alverinə dair Protokolu
cinayət məsələləri ilə bağlı protokoldur və insan alveri ilə mübarizədə beynəlxalq əməkdaşlığı
genişləndirmək üçün nəzərdə tutulmuş sənəddir.
Beynəlxalq qanunvericiliyin başlıca vəzifələrindən biri insan hüquqlarının müdafiəsidir. Ötən on il
ərzində, beynəlxalq birlik daxilində tədricən belə bir ümumi fikir dəstəklənmişdir ki, insan alverinin
özü insan hüquqlarının ciddi pozuntusudur. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, İnsan
Hüquqları Şurası və bir çox beynəlxalq insan hüquqları mexanizmi dəfələrlə insan alverinin əsas insan
8
Beynəlxalq qanunvericilik bir sıra mənbələrdən, o cümlədən dövlətlər qoşulduqları və ratifikasiya etdikləri
təqdirdə konvensiyaların və müqavilələrin iştirakçısı olduqlarına görə onların üzərinə öhdəlik qoyan beynəlxalq
konvensiyalardan, müqavilələrdən və sazişlərdən yaranır.
9
https://www.unodc.org/documents/treaties/UNTOC/Publications/TOC%20Convention/TOCebook-e.pdf.
10
https://www.conventions.coe.int/Treaty/EN/Treaties/Html/197.htm
11
Beynəlxalq əməkdaşlıq adlı 7-ci Fəslə bax.
12
ATƏT
ATƏT regionunda insan alverinin qarşısının alınması və onunla mübarizəyə dair məlumat, 23 noyabr
2010-cu il. https://www.osce.org › Resources.
13
İAQİƏQ
2012 İnsan Alverinə qarşı İdarələr-arası Əlaqələndirmə Qrupu,
İnsan alveri ilə mübarizəyə dair
beynəlxalq hüquqi çərçivələr səh.2.