İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
16
prosessual vəzifə qoyur (69-cu paraqraf). Həmin vaxt Birləşmiş Krallıqda qüvvədə olan qanunvericilik
müddəaları Konvensiyanın 4-cü maddəsinin tətbiq dairəsinə düşən rəftar əleyhinə
praktiki və effektiv
müdafiəni təmin etmək kifayət qədər olmamışdır.
Məhkəmə qeyd etmişdir ki, ev köləliyi insan alverindən və istismardan fərqlənən ayrıca bir əməldir.
Burada açıq və nəzərə çarpmayan məcburetmə formalarından istifadə olunaraq, itaətə məcbur
etmək üçün mürəkkəb dinamika olur. Buna görə də belə davranışlardan şikayətlərin tam şəkildə
araşdırılması şəxsin digər bir şəxsin nəzarəti altına düşə biləcəyi nəzərə çarpmayan bir çox yolların
başa düşülməsini tələb edir.
1.5 “Yumşaq hüquq”
Beynəlxalq hüquq çərçivəsində yumşaq hüquq dedikdə mahiyyətcə ciddi məcburi xarakterə malik
olmayan, lakin hüquqi baxımdan tam şəkildə əhəmiyyətsiz hesab edilməyən normalar anlaşılır.
Bunlar tövsiyələr, siyasi bəyannamələr və ya davranış standartlarını müəyyənləşdirən, lakin birbaşa
tətbiq edilməyən davranış məcəllələridir.
35
Yumşaq hüquq sənədləri yeni yaranan adət normaları ilə bağlı rəy, hüquq təcrübəsi və hətta dövlət
təcrübəsini təmin etməklə yeni hüquq normalarının və standartların işlənib hazırlanmasına kömək
edə bilər.
36
Müqavilə orqanları və xüsusi prosedurlar və insan alverinə məruz qalan şəxslərin
repatriasiyası və reinteqrasiyası kimi məsələlərlə bağlı ölkələr arasında qeyri-müqavilə sazişləri kimi
beynəlxalq insan hüquqları mexanizmlərinin qətnamələri və hesabatları da yumşaq hüquqa aiddir.
Yumşaq hüquq sənədlərinin bəzi nümunələri.
İnsan hüquqları və insan alveri ilə mübarizə üzrə tövsiyə olunan prinsiplər və rəhbər müddəalar
(İnsan alveri ilə mübarizə üzrə prinsiplər və rəhbər müddəalar), 2002-ci il.
Beynəlxalq insan hüquqları hüququnun ümumi pozuntularının və beynəlxalq humanitar hüququn
ciddi pozuntularının qurbanları üçün bərpa və təzminat hüququna dair əsas prinsiplər və rəhbər
müddəalar (Bərpa hüququna dair əsas prinsiplər və rəhbər müddəalar).
UNİCEF İnsan alverinin uşaq qurbanlarının müdafiəsi üzrə rəhbər müddəalar
ı
(UNİCEF-in Rəhbər
Müddəaları).
İnsan alverinin qarşısının alınması və onunla mübarizəyə dair Brüssel Bəyannaməsi (Brüssel
Bəyannaməsi).
ATƏT-in İnsan alveri ilə mübarizə üzrə Fəaliyyət Planı (ATƏT-in Fəaliyyət Planı).
İnsan alveri ilə mübarizə və onun qarşısının alınması üçün qabaqcıl təcrübələrə, standartlara və
prosedurlara dair Aİ Planı (Qabaqcıl Təcrübələrə dair Aİ Planı).
Yumşaq hüquq mənbələri birbaşa şəkildə dövlətlərin üzərinə öhdəliklər
qoymasa da və şəxslərə və ya
qruplara hüquqlar verməsə də, onlar ayrı-ayrı hüquqi meyllərin müəyyənləşdirilməsinə yardım
etməklə və insan alverinin hər hansı bir xüsusi aspekti ilə bağlı beynəlxalq adət hüququnun inkişaf
etdirilməsinə kömək etməklə beynəlxalq hüquqi çərçivənin bir hissəsini təşkil edə bilər. Yumşaq,
35
http://definitions.uslegal.com/s/soft-law/.
36
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı 2010-cu il
İnsan hüquqları və insan alveri
ilə mübarizə üzrə tövsiyə olunan prinsiplər və rəhbər müddəalar, səh. 25
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
17
müqavilə-əsaslı normaların müəyyənləşdirilməsi, ən azı insan alveri ilə mübarizə sahəsində, kifayət
qədər irəli doğru bir prosesdir. Əksər hallarda, belə normalar heç də tam şəkildə hüquqi mahiyyətsiz
deyillər və ümumiyyətlə, tələb olunan davranışı obyektiv şəkildə müəyyənləşdirmək mümkün
olacaqdır. Mühüm sənədlər və UNTOC olduğu halda, belə təyinat hazırlıq sənədlərinin,
qanunvericilikdə bələdçilik və şərhlərdən ibarət olan təfsir materiallarının geniş tərkib hissəsini
nəzərdə tuta bilər.
37
1.6 Uşaqlar
Uşaqlar cəmiyyətdə ən müdafiəsiz olanlar sırasındadır və insan alverinin potensial qurbanı kimi
müəyyənləşdirilmiş hər bir uşaq müdafiə ilə təmin edilməlidir. “Müdafiəsizliyin” qəbul edilmiş
anlayışı olmasa da, mövcud qanunvericilik və siyasət çərçivəsi, habelə müvafiq ədəbiyyat uşaqları
qurbana çevrilməkdə ən müdafiəsiz qruplardan biri kimi müəyyən edir. Vurğulanmalıdır ki, uşaqların
müdafiəsizliyi sabit bir anlayış deyildir, belə ki, o, insan alverinin qurbanına çevrilməyə təsir göstərə
biləcək faktorlara görə dəyişir.
Müxtəlif zəiflik faktorları arasında qarşılıqlı təsiri və birgə və sahələrarası təsirləri hərtərəfli şəkildə
anlamağa mane olan məlumatsızlıq uşaqları cəmiyyətimizdə ən müdafiəsiz vəziyyətdə qoyur. İnsan
alveri halları ilə mübarizə üzrə beynəlxalq hüquqi və siyasət çərçivəsində uşaqlar məxsusi olaraq
insan alverinə qarşı müdafiəsiz qrup kimi müəyyənləşdirilmişdir.
Uşaqlarla bağlı beynəlxalq hüquqi sənədlər
Uşaqların müdafiəsi üzrə beynəlxalq hüquqi çərçivədə, o cümlədən insan alverinə dair sənədlərdə
uşağın ən əsas maraqları prinsipi birlavasitə və ya bilvasitə önəmli yer tutur (bax, 5-ci Əlavə).
BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsində deyilir:
“Dövlət və ya özəl sosial təminat institutları, məhkəmələr, inzibati orqanlar və ya qanunvericilik
orqanları tərəfindən həyata keçirilməsindən asılı olmayaraq uşaqlarla bağlı bütün fəaliyyətlərdə
uşağın əsas maraqları nəzərə alınmalı başlıca məqamdır
BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasında aşağıdakı əsas prinsiplər rəhbər tutulur
:
2-ci maddə - Ayrı-seçkiliyin yolverilməzliyi;
6-cı maddə - Yaşamaq hüququ;
9-cu və 10-cu maddələrdə ailənin yenidən
birləşməsi nəzərdə tutulur;
12-ci maddə - Uşağı dinləmə (uşağın eşidilmək hüququ);
BMT Konvensiyasına Fakültativ Protokol – “Uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyasına dair
Fakültativ Protokol” ayrıca olaraq diqqəti uşaqların hüquqlarının ciddi şəkildə pozulması hallarının
cinayət əməli kimi təsbit edilməsinə yönəldir.
38
“İnsan alveri” ifadəsi yalnız Protokolun preambula
hissəsində qeyd olunur, lakin Protokolun 3-cü maddəsində deyilir:
37
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı 2010 İnsan hüquqları
və insan alveri ilə
mübarizə üzrə tövsiyə olunan prinsiplər və rəhbər müddəalar, səh. 28
38
BƏT 2012
Öhdəlikdən fəaliyyətə qədər uşaq əməyinin qarşısını alma, səh.4.