Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə19/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
39
 
R  Roci və Ismailaj-a qarşı [2006] 2 Cr.App.R. (S.) 15. (UK) 
Cinsi  istismar  məqsədilə  insanların  Birləşmiş  Krallığa  gətirildiyi  işdə,  şikayətçilər  qazanc  məqsədilə 
cinsi xidmətlər göstərmək istəyən yaşlı qadınların Litvadan immirasiyasını təşkil etmişdilər.  Qadınlar 
ölkəyə öz istəkləri ilə gəlsələr də, onlar sonradan xoşa gəlməyən şəraitdə və öz arzularına zidd olan 
tərzlərdə işləməyə və qazanclarının çoxunu ödəməyə məcbur edilmişlər.  
Hakim  qəbul  etmişdir  ki,  qadınlar  Birləşmiş  Krallığa  fahişəlik  etmək  məqsədilə  gəlmişlər  və  heç  bir 
yolla ələ alınmamışdır. Onlar işləməli olduqları şərait səbəbindən məcbur edilmişlər. Burada yüksək 
səviyyədə planlaşdırma və təşkilatçılıq olmuşdur və qadınlara qarşı hədələri və onların azadlıqlarının 
məhdudlaşdırılmasını və onların pasportlarının əllərindən alındığını göstərən bəzi dəlillər olmuşdur. 
Bütün  bu  məsələlərə  aidiyyəti  olan  şikayətçinin  məhkum  olunduğu  cəza  on  bir  il  həbs  cəzasından 
doqquz il həbs cəzasına kimi azaldılmışdır. 
https://www.legislationline.org/documents/action/popup/id/7040. 
 
BMT-nin İnsan Alverinə dair Protokolunun 3(c) maddəsində deyilir:  
“Uşağın  istismar  edilməsi  məqsədilə  cəlb  edilməsi,  daşınması,  təhvil  verilməsi,  gizlədilməsi  və 
ya alınması, hətta bu maddənin (a) yarımbəndində göstərilən hər hansı bir təsir vasitələrindən 
istifadə edilmədiyi halda belə, ″insan alveri″ hesab edilir; 
18 yaşadək uşaqlar istismara razılıq verə bilməzlər və istismar məqsədilə cəlb edilmiş, daşınmış və ya 
təhvil  verilmiş  uşaq,  məcbur  edilib-edilməməsindən  yaxud  aldanılıb-aldanılmamasından  asılı 
olmayaraq, insan alverinin potensial qurbanı hesab edilir. Bu, o səbəbdəndir ki, uşaqların məlumatlı 
şəkildə razılıq verməsi mümkün hesab edilmir və buna görə də razılıq nəzərə alınmır. 
 
2.3 İstismar 
İnsan  alverinin  məqsədi  qurbanın  istismar  edilməsidir  və  o,  insan  alveri  əməlinin  əsas  ünsürüdür. 
İnsan  alveri  əməli  istismar  baş  verənədək  yaranır,  bu,  insan  alverçisinin  niyyətidir,  insan  alveri 
cinayətinin üçüncü ünsürünü tamamlayan faktiki istismar deyildir, məsələn, insan alveriçisi istismar 
etmək niyyətindədir.  
BMT-nin  İnsan  Alverinə  dair  Protokolunda  istismarın  anlayışı  verilmir  və  bu  anlayışı  vermək  hər  bir 
dövlətin öz üzərinə düşür. 
Palermo Protokolunun 3(a) bəndində deyilir:  
 “İstismara,  ən  azı  digərlərinin  fahişəliyinin  istismarı  yaxud  digər  formalarda  cinsi  istismar, 
məcburi əmək və ya xidmətlər, köləlik, köləliyə oxşar hallar və orqanların çıxarılması aid edilir” 
Aİ-nin 2011/36/EU nömrəli Direktivinin 2-ci maddəsində nəyin insan alveri hesab edilməli olmasına 
dair geniş anlayış verilmiş və istismarın əlavə formaları da əhatə olunmuşdur. Bunlar məcburi əməyin 
bir  forması  kimi  başa  düşülməli  olan  “məcburi  dilənçilik”  və  cinayət,  eyni  zamanda,  cibgirlik, 
mağazadan  oğurluq,  narkotiklərin  qanunsuz  dövriyyəsi  və  cəzalanmalı  olan  və  gəlir  əldə  etmək 
niyyəti  daşıyan  digər  oxşar  əməlləri  törətmək  üçün  şəxsin  istismarı  kimi  başa  düşülməli  olan 
“cinayətkar hərəkətlərin istismarı” olmuşdur. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
40
 
UNODC-nin “İstismar” konsepsiyasına dair Araşdırma Sənədində
78
   vurğulandığı  kimi “istismar yaxşı 
və  ya  vahid  şəkildə  anlaşılmır”  və  “istismarın  bəzi  formaları  xüsusilə  praktiki  və  dəlillərlə  bağlı 
məsələləri  qaldırır”.  Bu,  istismarın  anlayışının  verilməsində  və  onun  milli  qanunvericiliyə  daxil 
edilməsində  problemlər  yarada  bilər.  Bu,  həm  də  istismar  vəziyyətlərində  olan  qurbanları  başa 
düşməyi və ya müəyyənləşdirməyi və istismarın müxtəlif formalarını qəbul etməyi çətinləşdirə bilər.  
 
2.3.1 İstismarın formaları 
İstismar  insan  alveri  hallarında  gəlir  mənbəyi  və  buna  görə  də  öz  cinayətlərini  törətməkdə  insan 
alverçiləri üçün əsas hərəkətverici qüvvədir. İstimar müxtəlif formalarda ola bilər, lakin prinsip budur 
ki,  insan  alverçiləri  qurbanların  nə  qədər  çox  məhsuldar  səy  göstərməsinə  nail  olarsa,  insan  alveri 
əməlini törətmək üçün maliyyə stimulu da bir o qədər böyük olacaqdır.
79
 
BMT-nin İnsan Alverinə dair Protokolunda və ya beynəlxalq hüquqi sənədlərdə istismarın anlayışının 
olmaması o deməkdir ki, istismarın formalarının müəyyənləşdirilməsi hər bir dövlətin öz öhdəliyinə 
buraxılmışdır. Dövlətlərə ya yeni anlayışlar qəbul etməklə, ya da təyin edilməmiş anlayışları müvafiq 
ölkədə və ya mədəni kontekstdə uyğun gələn müəyyən davranışı əhatə edəcək şəkildə təfsir etməklə 
bu siyahını genişləndirməyə icazə verilir.
80
  
İnsan alveri yalnız cinsi istismar məqsədilə insan alverini əhatə etmir, eyni zamanda, bura istismarın 
bir  sıra  digər  formaları  da  aiddir.  İnsan  alverini  əmələ  gətirən  istismarın  müxtəlif  və  yeni  meydana 
çıxan  formalarına  dair  biliklər  tədricən  artmaqdadır.  Son  araşdırmalar  onu  göstərir  ki,  əməyin 
istismarı,  işləmək  üçün  xarici  ölkələrə  üz  tutan  səriştəsiz  insanlarla  böyük  bir  problemə  çevrilir.
81
 
İstismarın  yeni  meydana  çıxan  və  dəyişən  formalarından  əlavə,  istismara  görə  məsuliyyət  daşıyan 
insan alverçiləri davamlı şəkildə bu əməli törətmə üsullarını da dəyişir və inkişaf etdirirlər. Buna görə 
də,  insan  alverçilərinin  insan  alveri  əməlini  necə  törətmələrini  başa  düşmə  istismarın  müxtəlif 
formalarını başa düşmə kimi vacib ola bilər. 
Məcburi əmək (köləliyə bənzər hallar) 
Dünyada  məcburi  əməyin  istismarı  halları  getdikcə  daha  çox  müəyyən  edilir,  təqiblərin  sayı  isə 
məhduddur.  Buna  tədricən  tək  dövlətlərin  üzərinə  öhdəliklər  qoyan  insan  hüquqlarının  pozulması 
kimi  deyil,  eyni  zamanda,  həm  milli,  həm  də  beynəlxalq  səviyyədə  cinayət  qanunvericiliyinin  bir 
norması  kimi  baxılır.  Ayrı-ayrı  fərdlər  məcburi  əməyə  görə  cinayət  məsuliyyətinə  cəlb  edilir  və 
dövlətlər belə cinayətləri təqib etmək kimi öhdəliklər daşıya bilərlər.
 82
  
Əsas  problemlərdən  biri  odur  ki,  müxtəlif  hallar  cinayət  ədliyyə  məsələsi  kimi  qəbul  edilmir  və  ya 
müəyyən olunmur və onlara inzibati məhkəmələrdə əmək qanunvericiliyinin pozuntusu kimi baxılır. 
Təhlükəsizlik  qaydalarını  pozma,  müəyyən  edilmiş  iş  vaxtını  aşma  və  məvaciblərin  saxlanması  kimi 
əməyin  istismarının  ən  yungül  formaları  işəgötürənlər  tərəfindən  əmək  qanunvericiliyinin 
pozulmasıdır.  Bu  pozuntulara  görə  işəgötürən  əmək  və  inzibati  qanunvericiliyə  görə  məsuliyyət 
daşıyır.  Bu pozuntulardan əlavə, işəgötürən özü və ya başqa insanlar vasitəsilə işçiləri istismara cəlb 
etmək və belə vəziyyətlərdə saxlamaq üçün qanunsuz vasitələrdən istifadə etdikdə, bu hal məcburi 
                                                            
78
 UNODC 2015 İnsan Alverinə dair Protokolda “istismar” konsepsiyası barədə Araşdırma Sənədi. 
79
 UNODC 2014 İnsan Alverinə dair Qlobal Hesabat p33. 
80
 UNODC 2015 İnsan Alverinə dair Protokolda “istismar” konsepsiyası barədə Araşdırma Sənədi.səh.7 
81
 ATƏT 2013 Resurs polis təlim bələdçisi: İnsan alveri səh.58. 
82
 BƏT 2009  Məcburi əmək və insan alveri: məhkəmə qərarlarının qeydiyyat kitabı, səh.7. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə