Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə22/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
45
 
İtaliyada BMqT qadınların istismarının dörd əsas sistemini müəyyənləşdirmişdir.  
•  Alban modeli: məcburetmə və zorakılıq tətbiq olunur.  
•  Nigeriya  modeli:  borc  asılılığı  (nəqliyyat,  pasport  və  vizanın  alınması  xərclərini  ödəməklə 
qurbanların xarici ölkələrə getmələrinə yardım etmə). 
•  Şərqi  Avropa  modeli:  yüksək  şəkildə  təşkil  olunmuş  və  yüksək  hərəkətli,  müəyyən  edilmiş 
müqavilə müddəti).   
•   Latın Amerikası modeli: yarı-könüllü və qeyri-tam iş günü. 
 
Köləlik  
Köləliyin anlayışı 1926-cı il Köləlik haqqında Konvensiyada aşağıdakı kimi verilir:  
“Şəxsin  üzərində  sahiblik  hüquqlarına  aid  olan  səlahiyyətlərdən  hər  hansı  birinin  və  ya 
hamısının həyata keçirildiyi vəziyyət və ya şərait”. 
Bu  anlayışdan,  eyni  zamanda,  UNODC-nin  İnsan  Alverinə  qarşı  Nümunəvi  Qanununun  5(1)(t) 
maddəsində də istifadə olunur. Bu, köləliyin mövcud beynəlxalq hüquqi anlayışıdır. Bu, iyirminci əsrin 
əvvəlinə aid edilsə də, onun hələ də etibarlılığı həm müqavilə, həm də presedent hüququnda təsdiq 
olunmuşdur.
 91
 
Prokurorun Kunaraç, Kovaç və Vukoviçə qarşı çıxış etdiyi işdə
92
, KYBM belə bir qənaətə gəlmişdir ki, 
“köləliyin” ənənəvi konsepsiyası köləliyin müasir formalarını əhatə edəcək qədər genişlənmişdir. Bu 
anlayış,  bu  gün  də,  həm  insan  alveri  ilə  bağlı  vəziyyəti  başa  düşmək  baxımından,  həm  də  insan 
alverinin yeni və meydana çıxan formaları baxımından uyğun olaraq qalır.  
Köləliyə oxşar hallar  
Köləliyin,  kölə  ticarətinin  və  köləliyə  bənzər  halların  aradan  qaldırılması  haqqında  Əlavə 
Konvensiyanın (1956-cı il) 1-ci maddəsində deyilir ki, bu Konvensiyanın iştirakçısı olan dövlətlərin hər 
biri  tədricən  uyğunlaşdırma  və  mümkün  qədər  qısa  müddətdə  aşağıdakı  institutların  və  halların 
tamamilə  aradan  qaldırılması  və  ya  ləğvi  üçün  praktik  baxımdan  mümkün  və  zəruri    olan  bütün 
qanunvericilik və zəruri tədbirləri görməlidir
“(a)  Borc  asılılığı,  yəni,  normal  halda  həmin  xidmətlərin  dəyəri  borcların  aradan  qaldırılması 
üçün  tətbiq  edilmədikdə  yaxud  bu  xidmətlərin  göstərilmə  müddəti  və  onların  xüsusiyyətləri 
uyğun şəkildə məhdudlaşdırılmadıqda və ya təyin olunmadıqda, borclu şəxs tərəfindən onun öz 
şəxsi  və  ya  onun  nəzarəti  altında  olan  şəxsin  xidmətlərinin  göstərilmə  vədindən  irəli  gələn 
vəziyyət və ya şərait
(b)  Təhkimçilik,  yəni,  qanuna,  adətə  və  ya  sazişə  əsasən  digər  şəxsə  məxsus  olan  yerdə 
yaşamalı  və  işləməli  və  haqqı  ödənilməklə  və  ya  ödənilməməklə  bu  cür  digər  şəxsə  müəyyən 
xidmət  göstərməli  olan  və  öz  statusunu  dəyişməkdə  sərbəst  olmayan  icarədarın  şəraiti  və  ya 
statusu;  
 (c) Aşağıdakıların yer aldığı hər bir institut və ya hal:   
                                                            
91
 UNODC 2015 İnsan Alverinə dair Protokolda “istismar” konsepsiyası barədə Araşdırma Sənədi.səh.6 
92
 İş No. IT-96-23 (22 fevral 2001-ci il) və İş No. IT-96-23/1-T (12 iyun 2002-ci il) (Apellyasiya Palataları). 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
46
 
(i)  İmtina etmək hüququ  olmadan, bunun müqabilində  pul və ya natural şəkildə valideynlərə, 
qəyyuma,  ailəyə  və  ya  hər  hansı  bir  digər  şəxsə  və  ya  qrupa  ödəniş  etməklə  qadının  vəd 
edilməsi yaxud ərə verilməsi; və ya  
 (ii) Qadının yoldaşının, onun ailəsinin və ya  onun tayfasının  qadını qəbul  edilən hər hansı bir 
qiymətə yaxud başqa bir şəkildə digər şəxsə ötürmək hüququna malik olmaları; və ya 
 (iii) Qadının həyat yoldaşı vəfat etdiyi halda onun digər bir şəxsə keçməli olması;  
 (d)  18  yaşadək  olan  uşağın  və  ya  gəncin  valideynlərdən  hər  hansı  biri  və  ya  hər  ikisi  yaxud 
onun qəyyumu tərəfindən, haqqı ödənilməklə və ya ödənilməməklə, uşağın və ya gəncin yaxud 
onun əməyinin istismarı məqsədilə, digər bir şəxsə verilməsi”. 
Köləliyə  bənzər  hallara  dəqiq  beynəlxalq  hüquqi  anlayış  verilmir.  Lakin  qanunvericilikdə  real  əhatə 
dairəsi və məzmunla bağlı ümumi anlayış vardır və “köləliyə bənzər hallar” kateqoriyasına aid edilən 
hallarla  bağlı  razılaşdırılmış  beynəlxalq  hüquqi  anlayışlar  vardır.  “Köləliyə  bənzər  hallar”,  hamısına 
beynəlxalq  hüquqda  anlayışı  verilməklə,  borc  asılılığını,  istismar  üçün  uşaq  alverini,  təhkimçiliyi  və 
nikahın  kölə  formalarını  əhatə  edir.
93
 Bunlar  Köləliyin  Aradan  Qaldırılması  haqqında  Əlavə 
Konvensiyadakı xüsusi qadağalara uyğundur. 
Orqanların çıxarılması  
Aİ-nin 2011/36/EU nömrəli Direktivində deyilir ki, orqanların çıxarılması məqsədilə insan alveri insan 
ləyaqətinin  və  fiziki  toxunulmazlığın  ciddi  pozuntusudur.  Orqanların  çıxarılması  üçün  insan  alveri 
hallarının  təqib  olunmasında  və  araşdırılmasında  artım  olsa  da,  hələ  də  problemin  həcmi  barədə 
dərin məlumat yoxdur və istismarın xüsusiyyətləri başa düşülmür.  
BMT-nin İnsan Alverinə dair Protokolunun 3(a) maddəsində “orqanların çıxarılmasına insan alverinin 
məqsədi  ola  bilən  istismar  forması  kimi  anlayış  verilir.  AŞ  Konvensiyasının  4(a)  maddəsi  də 
“orqanların çıxarılmasını” istismarın bir forması kimi nəzərdə tutur. 
Orqanların çıxarılması üçün insan alveri hallarının insan alveri anlayışının əhatə dairəsinə düşdüyünü 
sübuta  yetirmək  çətindir.Burada  razılıq  məsələləri  vardır  və  iddia  oluna  bilər  ki,  donorlar  öz 
orqanlarının çıxarılmasına razılıq vermişlər və razılıq həqiqətən verilmişdir və onlar buna görə ödəniş 
almış  ola  bilərlər.  Qurbanlar  bütün  fəsadlar  və  prosesin  təsiri  barədə  tam  məlumatlı  deyillərsə, 
demək olar ki, onlar ya buna məcbur  edilmişlər, ya  da müdafiəsiz vəziyyətdədirlər. Əksər dövlətlər 
orqanların  çıxarılması  üçün  insan  alverini  öz  insan  alveri  ilə  mübarizə  üzrə  milli  qanunlarına  daxil 
etsələr də, təqiblər hələ də məhduddur. 
Avropa  Şurasının  İnsan  Hüquqları  və  Biotəbabət  haqqında  Konvensiyası  və  orqanların  köçürülməsi 
barədə  ona  2002-ci  ildə  əlavə  olaraq  qəbul  edilmiş  protokol  insanın  bədən  orqanlarının  ticarətin 
maliyyə  gəlirinin  əldə  edilməsini,  habelə  “orqan  və  toxuma”  alverini  qadağan  edir.
 94
 Orqanların 
çıxarılması  insan  alveri  cinayəti  ilə  bağlı  olduqda,  etibarlı  razılığın  olmadığını  və  ya  iqtisadi  gəlirin 
mövcudluğunu  sübuta  yetirmək  çox  çətin  ola  bilər.  İnsan  alverini  bir  cinayət  əməli  kimi  təsbit 
etməklə, donorun sərbəst, məlumatlı və ayrıca razılığı olmadıqda və ya donora yaxud üçüncü tərəfə 
maliyyə  gəliri  təklif  edildikdə  və  alındıqda  insan  orqanlarının  çıxarılmasını  qadağan  edən  Avropa 
                                                            
93
 UNODC 2015 İnsan Alverinə dair Protokolda “istismar” konsepsiyası barədə Araşdırma Sənədi.səh.9 
94
 Avropa  Şurasının  İnsan  Orqanlarının  Alveri  əleyhinə  Konvensiyası  Avropa  Şurasının  Nazirlər  Komitəsi 
tərəfindən 9  iyul  2014-cü  il tarixdə  qəbul edilmişdir  (Konvensiya yaşayan  və ya  vəfat etmiş  donorun  sərbəst, 
məlumatlı  və  ayrıca  razılığı  olmadıqda  və  ya  donora  yaxud  üçüncü  tərəfə  maliyyə  gəliri  təklif  edildikdə  və 
alındıqda insan orqanlarının çıxarılmasını qadağan edir). 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə