Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə25/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
51
 
 “Konvensiya  milli  və  ya  transmilli  səviyyələrdə  olmasına,  mütəşəkkil  cinayətkarlıqla  əlaqəli 
olub-olmamasına baxmayaraq, insan alverinin bütün formalarına şamil edilir”. 
Ölkə  hüdudlarında  insan  alveri  halları  artmaqdadır  və  bu  kimi  hallar  bütün  dövlətlərdə  baş 
verməkdədir. İnsan alverinə məruz qalan uşaqların sayı da artmaqdadır. UNDOC-nin 2014-cü il üçün 
Qlobal  Hesabatında  deyilir  ki,  insan  alverinin  18  yaşadək  olan  qurbanları  2010-2012-ci  illər  ərzində 
aşkar olunmuş qurbanların 30 faizindən çox hissəsini təşkil edir. 
Ölkə hüdudlarında insan alveri üçün daha az hazırlıq və təşkilatçılıq tələb olunur və bu hallarda yol 
sənədləri  və  məsrəf  baxımından  təyyarə  biletləri  tələb  olunmur.  Lakin  bu,  ya  məlumatsızlıq,  ya  da 
insan  alverinin  yalnız  transmilli  cinayət  olduğuna  dair  fikirlərdən  irəli  gələrək  insan  alverinin 
əhəmiyyət verilməyən sahəsidir və bu halların lazımi qaydada müəyyənləşdirilməsi və təqib olunması 
vacibdir.  Ölkə  hüdudlarında  insan  alverinin  həcmi  lazımi  qədər  qiymətləndirilməmişdir  və  o 
artmaqdadır  və  bunun  qəbul  edilməməsi  qurbanları  onları  müdafiə  və  yardım  almaq  hüququnun 
məhrum edir.  
 
2.5 Miqrant qaçaqmalçılığı 
UNODC-nin hesablamalarına görə, miqrantların Avropaya və Şimali Amerikaya qaçaqmalçılıq yolu ilə 
aparılmasının  iki  əsas  marşrutu  bu  növ  qaçaqmalçılıqla  məşğul  olan  şəbəkələrə  ildə  təxminən  7 
milyard ABŞ dolları məbləğində gəlir gətirir.  
Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) bildirmişdir ki, “2000-ci ildən bəri, ən azı 40.000 miqrant daha 
yaxşı həyat axtarışında öz həyatını itirmişdir. Miqrant qaçaqmalçılığı minlərlə miqrantı qəbul edilməz 
risklərə  məruz  qoyan  və  beynəlxalq  sərhədlərin  toxunulmazlığında  problemlər  yaradan  artmaqda 
olan qlobal bir cinayətdir”.
 104
 Təyinat kimi seçdikləri dövlətə qanuni şəkildə getmək üçün vasitələrə 
malik  olmayan  bir  çox  miqrantlar,  miqrant  qaçaqmalçılığında  səriştə  toplamış  cinayətkar  qrupların 
ovuna düşürlər”. 
Miqrant  qaçaqmalçıları  dövlətin  öz  suverenliyini  qorumaq  və  həm  ölkə  hüdudlarında,  həm  də  öz 
sərhədləri boyu cinayətkarlıqla və korrupsiya halları ilə mübarizə aparmaq potensialını təhlükə altına 
alır.  Mənbə,  tranzit  və  təyinat  ölkələrinin  orqanları  miqrant  qaçaqmalçılığının  qarşısını  almaq  üçün 
effektiv  şəkildə  əməkdaşlıq  etmədikləri  halda,  qaçaqmalçılar  cinayətlər  törətmək  niyyətilə  yeni 
marşrutlar  düşünmək  üçün  sadəcə  belə  ölkələrin  bəzilərində,  zəif  cinayət  təqibi  tədbirlərindən 
yararlana bilirlər.
 105
 
 
2.5.1 Miqrant qaçaqmalçılığının anlayışı 
Birləşmiş  Millətlər  Təşkilatının  Mütəşəkkil  Cinayətkarlıq  Əleyhinə  Konvensiyasına  (2000-ci  il)  əlavə 
olan  Birləşmiş  Millətlər  Təşkilatının  Yer,  Dəniz  və  Hava  ilə  Miqrant  Qaçaqmalçılığına  qarşı 
Protokolunun (miqrant qaçaqmalçılığı Protokolu) 3-cü maddəsində deyilir: 
                                                            
104
 BMqT  İmmiqrasiya  və  Sərhəd  İdarəçiliyi  Proqramları.  Miqrant  Qaçaqmalçılığı.  https://www.iom.int/.../10-
IOM-IBM-FACT-SHEET-People-smuggling.pdf. 
105
 UNODC  2011  Miqrant  qaçaqmalçılığı  haqqında  Protokolun  yerinə  yetirilməsi  üçün  beynəlxalq  fəaliyyət 
çərçivəsi, səh.3. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
52
 
“Miqrant  qaçaqmalçılığı  dedikdə,  birbaşa  və  ya  dolayı  yolla  maliyyə  və  ya  digər  maddi  gəlir 
əldə
 
etmək məqsədilə şəxsin vətəndaşı və ya daimi sakini olmadığı iştirakçı dövlətin ərazisinə 
qanunsuz daxil olmasını təşkil etmə anlaşılır”. 
Miqrant  qaçaqmalçılığı  Protokolunun  2-ci  maddəssində  deyilir  ki,  protokolun  məqsədi  aşağıdakılar-
dan ibarətdir:  
“Miqrant qaçaqmalçılığının qarşısını almaq və onunla mübarizə aparmaq, habelə bu məqsədlə 
iştirakçı  dövlətlər  arasında  əməkdaşlığı  təşviq  etmək,  eyni  zamanda,  qaçaqmalçılıq  yolu  ilə 
başqa ölkələrə aparılan miqrantların hüquqlarını müdafiə etmək”. 
Miqrantların cinayət məsuliyyətinə dair 5-ci maddədə deyilir:  
“Miqrantlar Protokolun 6-cı maddəsində nəzərdə tutulan davranışın obyekti olma faktına görə 
Protokola əsasən cinayət təqibi qaydasında məsuliyyətə cəlb olunmamalıdırlar”. 
 
Miqrant  qaçaqmalçılığına  qarşı  Protokolu  cinayətkar  qaçaqmalçıları  hədəfə  almaq  və  onların 
qaçaqmalçılıq  yolu  ilə  başqa  ölkələrə  apardıqları  şəxsləri  müdafiə  etmək  üçün  əməkdaşlığın  təşviq 
olunmasını  nəzərdə  tutur.
106
 Dövlətlərin  qurbanların  hüquqlarına  hörmətlə  yanaşmaları  və  onları 
təxirəsalınmadan ölkə hüdudlarından kənara çıxarmamaları vacibdir. 
Müdafiə və yardım tədbirlərinə dair 16-cı maddədə deyilir:  
“1.  Bu  Protokolu  yerinə  yetirərkən,  hər  bir  iştirakçı  dövlət,  beynəlxalq  hüquqdan  irəli  gələn 
öhdəliklərinə  uyğun  olaraq,  bu  Protokolun  6-cı  maddəsində  nəzərdə  tutulmuş  davranışın 
obyekti  olmuş  şəxslərin  tətbiq  edilə  bilən  beynəlxalq  hüquq  əsasında  verilmiş  hüquqlarını, 
xüsusilə  də  yaşamaq  hüququnu  və  işgəncə  və  ya  digər  qəddar,  qeyri-insani  və  ya  ləyaqəti 
alçaldan  rəftara  və  ya  cəzaya  məruz  qalmamaq  hüququnu  qorumaq  və  müdafiə  etmək  üçün 
bütün müvafiq tədbirləri, zəruri olduqda qanunvericiliklə bağlı tədbirləri görməlidir.  
2. Hər bir iştirakçı dövlət bu Protokolun 6-cı maddəsində nəzərdə tutulmuş davranışın obyekti 
olma  səbəbindən  miqrantlara  qarşı  fərdlər  və  ya  qruplar  tərəfindən  yol  verilə  bilən  zorakılıq 
əleyhinə onların müvafiq müdafiəsini təmin etmək üçün müvafiq tədbirləri görməlidir.  
3. Hər bir iştirakçı dövlət bu Protokolun 6-cı maddəsində nəzərdə tutulmuş davranışın obyekti 
olma səbəbindən yaşayışı və ya təhlükəsizliyi təhdid altında olan miqrantlara müvafiq yardımı 
göstərməlidir.  
4. Bu maddənin müddəalarını tətbiq edərkən, iştirakçı dövlətlər qadınların və uşaqların xüsusi 
ehtiyaclarını nəzərə almalıdırlar. 
5.Bu Protokolun 6-cı maddəsində nəzərdə tutulmuş davranışın obyekti olmuş şəxs saxlanıldığı 
halda,  hər  bir  iştirakçı  dövlət  zərurət  yarandıqda  Konsulluq  Münasibətləri  haqqında  Vyana 
Konvensiyasından  irəli  gələn  öhdəliklərinə,  o  cümlədən,  təxirəsalınmadan  müvafiq  şəxsə 
konsulluq  əməkdaşlarına  bildirmə  və  onlarla  əlaqə  saxlama  ilə  bağlı  müddəalar  barədə 
məlumat vermək öhdəliyinə riayət etməlidir”.  
                                                            
106
 UNODC  2011  Miqrant  qaçaqmalçılığı  haqqında  Protokolun  yerinə  yetirilməsi  üçün  beynəlxalq  fəaliyyət 
çərçivəsi, səh.4. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə