Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə24/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
49
 
bir  fəaliyyətə  çevrilmişdir.  Bu,  müəyyən  qədər,  xüsusilə  Avropada  və  ABŞ-da  ölkələrarası  övladlığa 
götürmə üçün tələbatdan irəli gəlir.
99
 
AŞ Konvensiyasına dair İzahlı Hesabatın 94-cü bəndində qeyd olunur ki“qanunsuz övladlığa götürmə 
Köləliyin  aradan  qaldırılması,  kölə  ticarəti  və  köləliyə  bənzər  halların  aradan  qaldırılması  haqqında 
Əlavə Konvensiyanın 1(d) maddəsində nəzərdə tutulan köləliyə oxşar hal olduqda, o, [Konvensiyanın 
tətbiq dairəsinə düşür]”. 
Qanunsuz övladlığa götürmə tək transmilli səviyyədə deyil, eyni zamanda ölkə hüdudlarında da baş 
verə  bilər.  Oğurlama  və  ya  övladlığa  verilmə  üçün  icazələri  saxtalaşdırmaqla,  cinayətkarlar, 
qanunvericilik,  hüquq-mühafizə,  doğum 
qeydiyyatı  və  sosial  təminat  sistemlərindəki 
çatışmazlıqlardan  yararlanırlar.
100
 Öz  körpələrini  və  ya  azyaşlı  uşaqlarını  satmaq  üçün  valideynlərə 
ödəniş  edilə  bilər,  uşaqlar  uşaq  evindən  qanunsuz  olaraq  övladlığa  götürülə  bilər  və  doğum  və  ya 
övladlığa  götürmə  ilə  bağlı  sənədlər  saxtalaşdırıla  bilər.  Bəzi  dövlətlərdə,  hüquqşünaslar  və 
notariuslar kimi qanuni fəaliyyət göstərdikləri güman edilən  vasitəçilər buna görə böyük haqq alırlar, 
beləliklə də, insan alverindən gəlir əldə edirlər.
 101
  
 
 
2.3.2 Uşaqların istismarı 
Uşaq  alveri  insan  alveri  hərəkəti  baş  verdikdə  başlayır.  Bəzi  hallarda,  uşaq  iş  tapmaq  üçün  hara 
getməli  olduğunu  öyrənmək  üçün  və  ya  başqa  yerdə  imkanlar  axtararaq  qaldığı  yeri  tərk  etmək 
ümidilə “onu cəlb edən şəxsə” yaxınlaşır. Bu şəxslər həqiqətən uşağa iş verən şəxs yaxud vasitəçi ola 
bilər, onların hər ikisi insan alverində iştirak edən şəxslərin şəbəkəsinə daxildirlər.  
İnsan alveri hərəkəti bir çox yollarla baş verir. Uşaqlar öz ailələrinə kömək etmək üçün iş tapmaqla 
bağlı  öz  ailələri  tərəfindən  təzyiq  altında  ola  bilərlər.  Çox  vaxt  insan  alverçisinə  inam  olur.  Öz  icma 
üzvləri  uşaqlara,  xüsusilə  də  qızlara  yaxınlaşa  bilərlər.  Onlar  qadınlara  maraq  göstərən  və  onlara 
sevgi, yaxşı iş və ya hətta nikah vəd edən kişilər tərəfindən aldadılmaq riski altında ola bilərlər.  
Yaşlı  insanların  alveri  ilə  bağlı  hallarda  olduğu  kimi,  uşaq  qurbanların  daha  geniş  sosial-iqtisadi 
vəziyyəti də  onları insan  alverçilərinin  qarşısında daha müdafiəsiz edə bilər.  Təcrübəsizlik asılılıq və 
yaşlı  insanlara,  daha  çox  qohumlara  və  müəyyən  mövqe  tutan  insanlara  inam  səbəbindən  uşaqlar 
xüsusilə  müdafiəsiz  vəziyyətdə  olurlar.  Onlar  istismar  vəziyyətlərindən  yayınmaq  üçün  daha  az 
imkanlara malik olurlar.
 102
 
Uşaq  qurbanlar  müxtəlif  formalarda  istismara  məruz  qalırlar.  Onlar  istismaredici  müəssisələrdə, 
tikinti  sahələrində,  ev  qulluqçuları  kimi  evlərdə,  dilənçi  kimi  küçələrdə,  uşaq  əsgərlər  kimi 
müharibələrdə,  fermalarda,  səyahət  edən  ticarət  gəmi  ekipajlarında  və  ya  restoranlarda  və 
mehmanxanalarda işləməyə məcbur edilə bilərlər. Bəziləri isə fahişəxana və striptiz klublarda və ya 
səyyar və masaj xidmətlərinin göstərildiyi yerlərdə işləməyə məcbur edilə bilərlər.
 103
 
İnsan alveri ölkə hüdudlarında, ölkə sərhədlərini aşmaqla və qitələrarası səviyyədə baş verə bilər. Bu, 
iş  şəraitində  və  rəftar  qaydalarında  uşaqların  hüquqlarının  kobud  şəkildə  pozulduğu  sahələrdə  və 
                                                            
99
 Basko,  F.  et  al.  2009  İnsan  alveri  modelləri  red.  Friesendorf,  C.  İnsan  alveri  əleyhinə  strategiyalar: 
təhlükəsizlik sektorunun rolu, səh.54. 
100
 Eyni mənbə. 
101
 Dottric, M. 2004 Uşaqlar satılan mallar kimi: uşaq alveri və bununla bağlı nə etməli. Terres des Hommes. 
102
 BM.I. 2006 Hüquq-mühafizə işçiləri üçün uşaq alveri ilə mübarizədə qabaqcıl təcrübələrə dair əyani vəsait
səh.27. 
103
 UNICEF, https://www.unicefusa.org/mission/protect/trafficking. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
50
 
işəgötürənlər  arasında  ucuz  tez  tabe  olan  və  itaərkar  əməyə  olan  tələbatla  qarşılıqlı  şəkildə 
əlaqəlidir. 
Uşaqlar  yaşlı  insanlar  kimi  insan  alverinin  eyni  formalarında  istismar  oluna  bilər.  Lakin  xüsusilə 
uşaqların cəlb olunduğu və buna tədricən tələbatın artdığı xüsusi istismar formaları da vardır. Bura 
uşaq  pornoqrafiyası,  uşaq  turizmi,  məcburi  nikah,  qanunsuz  övladlığa  götürmə  və  cibgirlik  və 
dilənçilik də daxil olmaqla cinayətkar fəaliyyətlər. 
Romalı atanın işi: Ölkə - Italiya 
Məhkəmə: Ali Kassasiya Məhkəməsi, Cinayət İşləri üzrə V Bölmə: Məhkum olunma tarixi: 6 oktyabr 
2010-cu il.  İstismarın məqsədi: Azyaşlılar tərəfindən cinayətkar fəaliyyət.  
Öz  azyaşlı  qızını  onu  oğurluq  etməyə  məcbur  edən  şəxslərə  “satmış”  Romalı  ata  kölə  vəziyyətinə 
salma  əməlində  ittiham  olunurdu.  O  öz  azyaşlı  qızını  onu  mənzillərdə  əşyaları  oğurlamağa  məcbur 
edən  ailəyə  200.000  avroya  satmışdı.  Müraciət  edən  tərəfin  həbs  olunmasına  səbəb  olan  hadisə 
uşağa oğurluq etmək üçün “təlim keçirildiyini” aşkar şəkildə göstərən telefon danışıqlarından sonra 
üzə çıxmışdır. Ona elə hədə-qorxu gəlinmişdir ki, cinayət yerində yaxalandığı təqdirdə, polisə istimara 
məruz  qaldığı  və  onun  oğurluq  etmək  üçün  satıldığı  barədə  heç  nə  deməyəcəkdir,  belə  ki,  bunu 
etməyə  hələ  uşaqlıqdan  onu  valideynləri  məcbur  eləmişlər.  Bu  mühakimədə  Ali  Hakimlər,  gəlirin 
qiyməti  kimi  qələmə  verdiyi  məbləğdən  fikri  yayındırmağa  çalışan  atanın  azadlığa  buraxılmamasına 
dair  Azadlıq  Tribunalı  tərəfindən  çıxarılmış  qərarı  qüvvədə  saxlamışlar.  Bu  bəhanə  Məhkəmədə 
(Romada) hakimlərin gözündən yayınmadı. Uşağı alan ailənin başçısının ödədiyi məbləğ məhz “alqı-
satqı predmeti hesab edilmiş” azyaşlının satışı üçün müəyyənləşdirilmiş məbləğ olmuşdur. Beləliklə 
də, kölə vəziyyətinə salma kimi ağır ittiham irəli sürülmüşdür.  
Aİ-nin  insan  alveri  əleyhinə  vebsaytı.  https://ec.europa.eu/anti-trafficking/legislation-and-case-law-
case-law/roma-father-case_en 
 
Ailələr tərəfindən cinayətkar fəaliyyətə məcbur edilmənin qarşısını alma 
 
2011-ci  ildə  Niderlandda  bələdiyyələrdən  olan  yerli  məmurlar  qaraçı  icmalarındakı  ailələrdə 
gördükləri  yüksək  sayda  və  müxtəlif  problemlərin  öhdəsindən  gəlmək  üçün  Təhlükəsizlik 
Nazirliyindən  dəstək  istəmişlər.  Bura  mənzil  məsələləri,  erkən  nikah  hallarının  yayılması,  təhsildən 
yayınma  və  sağlamlıq  və  prenatal  qayğı  ilə  bağlı  problemlər  aid  idi.  Belə  narahatlıq  doğuran  hallar 
arasında  bu  ailələr  tərəfindən  cəmiyyət  əleyhinə  davranış  və  cinayətkarlıq  hallarının  yüksək 
səviyyələrdə  olması  da  var  idi:  uşaqlar  hələ  az  yaşlarından  mağazalarda  oğurluq  və  cibgirlik  kimi 
cinayətkar əməllərə cəlb olunurdular. 
Bu  cinayətkar  hərəkətləri  istismar  etmə,  ailələrə,  bəzi  hallarda  sonradan  xarici  ölkələrə  yönəldilə 
bilən böyük gəlirlər gətirirdi. 
 
RACE 2015 Avropada cinayətkar fəaliyyətə və dilənçiliyə cəlbetmə üçün insan alveri 2015-ci il, səh.58.
 
 
2.4 Ölkə hüdudlarında insan alveri 
AŞ  Konvensiyasının  2-ci  maddəsində  təsdiq  edilmişdir  ki,  insan  alverinə,  mütəşəkkil  cinayətkarlıqla 
əlaqəli  olub-olmamasına  baxmayaraq,  həm  milli,  həm  də  transmilli  səviyyələrdə  insan  alveri  aid 
edilir. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə