Microsoft Word kitаб asas semaye muellime haz?r



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə51/51
tarix14.02.2018
ölçüsü4,51 Kb.
#27088
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   51

__________Milli kitabxana__________ 
 
203
 
bahasına linkorların nisbətini aşağıdakı qaydada müəyyən edə 
bildi.  ABŞ və İngiltərə üçün 525 min tona qədər, Yaponiya üçün 
315 min tona qədər, Fransa və  İtaliya üçün isə 175 min tona 
qədər. Bu nisbətin qəbul edilməsi əslində ABŞ-ın daha iri gəmilər 
tikməsinə  şərait yaradılması demək idi. İngiltərə  və Fransa 
arasında kəskin müzakirələr kreyserlərin və sualtı qayıqların 
məhdudlaşdırılmasına imkan vermədi. 
Konfrans həmçinin təyyarə daşıyan gəmilərlə  əlaqədar 
razılığa gələ bilmədi. Bu münasibətlə elə ilk təqdim edilən layihə 
rədd edildi. Bütün bu sahələrdə müqavilələrin bağlanmamasının 
səbəkarı isə Fransa və güzəştə getməyi bacarmayan İngiltərə oldu.  
ABŞ-ın müvəffəqiyyətləri tam olmadı,  o bir neçə güzəştə 
getməyə  məcbur oldu.  Bu, onun Yaponiyaya yaxın  ərazilərdə 
hərbi baza yaratmamağı öhdəsinə götürməsi idi. Nəticədə onun 
hərbi bazalarının hamısı Perl-Xarbor və Sinqapurla 
məhdudlaşdırılmış oldu. Bu özü ABŞ-ın konfransı müntəzəm 
davam edən orqana çevirmək planından imtina etməsi demək idi. 
ABŞ-ın planına görə  həmin orqan Millətlər Cəmiyyətinə qarşı 
çevrilməli və iqtisadi və maliyyə məsələlərini əhatə edən fəaliyyət 
sahəsini əhatə etməli idi.  
Beş dövlət müqaviləsinin müzakirəsi göstərdi ki, Avropa 
dövlətləri və Yaponiya ABŞ-ın hegemonluq iddiasını qəbul etmək 
istəmirlər. Hətta ayrı-ayrı istiqamətlərə  də bunu şamil etmək 
niyyətində deyildilər. Bununla bərabər Yuz ona müvəffəq olmağı 
bacardı ki, Vaşinqton konfransında iki qətnamə  qəbul etdirsin. 
Bunlardan biri “tərksilah” məsələsinin gələcəkdə müzakirə 
edilməsi zəruriliyi, digəri isə konfrans iştirakçılarının 8 ildən 
sonra bir daha konfrans çağırıb xətt gəmilərinin tonnajını  təsdiq 
etmək öhdəliyi haqqında idi. Bu nisbət belə müəyyən edilirdi. 
5:5:3:1,75:1,75. Bu qətnamələr ABŞ-a imkan verdi ki, dənizdə 
silahlanmanı öz nəzarəti altına alsın və  tərksilah məsələsi üzrə 
növbəti konfrans çağırmaq təşəbbüsünü öz əlində  saxlamış olsun. 
Vaşinqtonda silahların məhdudlaşdırılması  məsələsinin 
müzakirəsinin nəticələri ABŞ senatında kəskin müzakirəyə səbəb 
oldu.Tənqidçilər hökuməti fövqəladə güzəştlərə getməkdə 
təqsirləndirirdilər. Göstərirdilər ki ABŞ, nümayəndələri hədsiz 
__________Milli kitabxana__________ 
 204
 
dərəcədə sülh xülyalarına qapılmışlar. Senator C. Rid təsdiq 
edirdi ki, müqavilə göstərir ki, biz ingilislərə necə xeyirxahlıq 
göstəririk. Digərləri isə ABŞ-ın Yaponiyaya gözəştə getməsini 
pisləyirdilər. Debat belə bir amilə imkan verdi ki,  sağlar bundan 
istifadə edərək hərbi hazırlığı gücləndirməyi, müəssisələrin hərbi 
sifarişlər qəbul etməsinə icazə verilməsini tələb etsinlər.  
Soldan tənqiddə senator Bora, Uilyam, Uinq və digərləri 
qeyd edirdilər ki, Sakit okeanda bazalarını möhkəmləndirməkdən 
imtina edən ABŞ çalışmalıdır ki, Filippin və Quamda 
möhkəmlənməkdən imtina etməməklə  bərabər özünə geniş 
imkanlar yaratsın.  İngiltərə  və Yaponiya isə Sakit okeanın qərb 
hissəsində möhkəmlənməməlidir. Bütün böyük dövlətlərin 
donanmalarını azaltmamalı, əksinə onlar daha güclü olmalıdırlar. 
Xərclər qoy çox olsun, lakin sürətlə silahlanmada kreyser, sualtı 
qayıq və təyyarələr istehsalı artırılsın.  
Beş dövlət müqaviləsinə  senatda cəmi bir nəfər səs 
vermədi, ancaq 24 senator bu məsələdə bitərəf qaldı, qalanlar 
leyhinə səs verdi. 
Müqaviləyə  əlavədə Yuz göstərdi ki, dənizdəki hərbi 
gəmilər və köməkçi döyüş vasitələrinin nisbəti dünyanın böyük 
dövlətləri arasında proporsional qaydada bölünməlidir. Bundan 
ABŞ-ın birinci növbədə  məqsədi o idi ki, İngiltərənin xətt 
gəmilərinin ABŞ üzərindəki üstünlüyü ləğv edilsin. Çünki 
İngiltərə artıq xətt gəmilərinin tikintisinə başlamışdı, ABŞ-da isə 
hələ bu tikinti başlamamışdı.  İngiltərə üçün ABŞ-ın təklifini rədd 
etmək çətin idi. Çünki bu dövrdə  İngiltərə çox böyük maliyyə 
çətinlikləri ilə qarşılaşmışdı, dənizdə donanma saxlamaq isə ona 
çox baha başa gəlirdi. Ona görə də Balfur Yuzun təklifini müdafiə 
etməli oldu. Yapon nümayəndəsi Kato isə ABŞ-ın təklifi ilə 
əlaqədar olaraq öz proporsional sazişini elan etdi. Bununla belə 
konfransda ABŞ-ın layihəsi konkret şəkildə müzakirə edildikdə 
müxtəlif məsələlər meydana gəldi. Yaponlar təkid edirdilər ki, 
ABŞ,  İngiltərə  və Yaponiya arasında xətt gəmilərində nisbət 
10:10:7 olsun. Halbuki Yuz təklif edirdi ki, bu nisbət 10:10:5 
olsun. Cavabında ABŞ bildirirdi ki, əgər Yaponiya inadkarlığını 
davam etdirərsə, ABŞ  hər bir yapon gəmisinə  qarşı dörd gəmi 


__________Milli kitabxana__________ 
 
205
 
tikintisinə başlayacaqdır. Belə olduqda yaponlar ABŞ-ın təklifinə 
razı olduqlarını bildirməyə  məcbur oldular. Lakin onlar belə bir 
şərt qoydular ki, ABŞ Sakit okeanda belə  gəmilərin tikintisi ilə 
məşğul olmayacaqdır və  hərbi-dəniz bazası yaratmayacaqdır. 
ABŞ nümayəndəsi Yaponiyanın bu tələblərinə etirazını bildirdi,  
xüsusilə Havay adalarına da bunu şamil etməsinə razılşmadığını 
bildirdi. Öz növbəsində Fransa da təkid etdi ki, ona 35 min tonnaj 
su tutumu olan 10 linkor tikintisi üçün icazə verilsin. İtaliya da 
onun Fransa ilə  bərabərhüquqlu səviyyədə tutulmasını  və 
Fransaya aid ediləcək proporsiyanın ona da şamil edilməsi 
tələbini bildirdi.   
ABŞ nümayəndələri konfransda İngilislərin köməyi ilə   
quru qoşunlarının və aviasiyanın ixtisarı haqqında məsələ 
qaldırdı.  Əslində  nə ABŞ, nə  də  İngiltərə ümumi  formada 
silahlanmanı ixtisar etmək istəmirdilər. Bundan məqsəd 
Yaponiyanın mövqeyini Çində, Fransanın mövqeyini isə 
Avropada və Yaxın  Şərqdə sarsıtmaq idi. Manevr alınmadı. 
Fransa  quruda silahlı qüvvələrin qəti surətdə ixtisar edilməsi 
əleyhinə  çıxdı. Fransız nümayəndə heyətinin başçısı Brian 
konfransda antisovet əhval-ruhiyyəsini biruzə verərək göstərdi ki, 
Fransaya böyük ordu lazımdır ki, Polşa və  Qərbi Avropanı 
bolşevizm təhlükəsindən qoruya bilsin. Həmçinin o göstərdi ki, 
Almaniya istənilən an özünə yarım milyonluq ordu yarada bilər. 
Quru qoşunlarının ixtisarına qarşı Yaponiya, İtaliya, Belçika da 
öz etirazlarını bildirdi. Kəskin fikir ayrılıqlarının meydana 
çıxması nəticəsində quru qoşunlarının, həmçinin sualtı donanmanı 
və  hərbi hava qüvvələrini məhdudlaşdırmaq məsələsi də  həll 
edilməmiş qaldı. Bununla belə  İngiltərə  və ABŞ-ın təzyiqi 
nəticəsində Fransa onların hərbi-dıniz tonnajı haqqında təkliflərini 
qəbul etməli oldu.  
Nəhayət üç aylıq gərgin mübarizədən sonra ABŞ, Böyük 
Britaniya Yaponiya, Fransa və İtaıiya birgə 1922-ci il fevralın 6-
da beş dövlət sazişini imzaladılar ki, bu “Dəniz qüvvələrinin 
məhdudlaşdırılması haqqında” saziş adlanır. Saziş dövlətlər 
arasındakı nisbəti bu şəkildə müəyyən etdi:5:5:3:1,75:1,75. Bu 
__________Milli kitabxana__________ 
 206
 
müqavilə 1936-cı ilin 31 dekabrına qədər qüvvədə hesab 
olunurdu.  
Beş dövlət sazişi  İngiltərə ilə ABŞ arasında xətt 
gəmilərində bərabərliyi rəsmiləşdirdi. Amerika nümayəndə heyəti 
həmçinin hərbi kreyserlərin də  məhdudlaşdırılmasını  təklif etdi, 
çünki  İngiltərə bu sahədə birinci yeri tuturdu. Lakin İngiltərə 
nümayəndə heyəti bunu qətiyyətlə  rədd etdi, çünki kreyser 
donanması dənizdə kommunikasiya xətlərinə nəzarət etmək üçün 
mühüm  əhəmiyyət kəsb edirdi və  İngiltərə onun vasitəsi ilə 
müstəmləkələri ilə əlaqə saxlaya bilirdi. Beləliklə İngiltərə bir sıra 
sahələrdə dənizdə üstünlüyünü qoruya bildi.   
ABŞ-ın Sakit okeanda yeni dəniz bazaları tikməsi sazişə 
əsasən qadağan edilirdi. Lakin bu qadağa ABŞ-ın adalarına, 
Kanadaya, Avstraliyaya, Yeni Zelandiyaya, Panama kanalı 
zonasına, Havay adalarına aid edilmirdi.  
Konfransın müzakirə etdiyi mühüm məsələlərdən biri də 
Çin məsələsi idi. Vaşinqton konfransında Pekin hökuməti 
nümayəndələri Çinin maraqlarını müdafiə etmək qabiliyyətinə 
malik deyildi. Cənubi Çin hökumətinin nümayəndələri, hansı ki, 
ona Sun-Yatsen başçılıq edirdi, konfransa buraxılmamışdı.  
Ancaq Çində baş verən antiimperialist hərəkatlar Çin 
nümayəndə heyətini məcbur etmişdi ki, konfransda Çinin milli 
maraqlarını qismən olsa da, müdafiə edən tələblər proqramı  irəli 
sürsün. Çin böyük dövlətlərdən tələb edirdi ki, onun ərazi 
bütövlüyünə toxunulmasın və ona hörmət edilsin., həmçinin onun 
siyasi və iqtisadi müstəqilliyi təmin edilsin. Çin nümayəndə 
heyəti habelə öz tərəfindən vəd edirdi ki, öz ərazisinin müəyyən 
hissəsini xarici kapitalistlərə icarəyə verə bilər. Çin nümayəndə 
heyəti “Açıq qaplar və bərabər imkanlar” prinsipi ilə razılaşdığını 
bildirdi. Lakin Çin nümayəndə heyəti bağlanan sazişlərdə özünün 
bərabərhüquqlu dövlət kimi iştirakını  tələb edirdi, hansı ki, bu 
sazişlər Sakit okeanla və Çinlə birbaşa bağlı idi. Çin nümayəndə 
heyətinin irəli sürdüyü “on maddə”də  həmçinin bir sıra mühüm 
tələblər vardı ki, bunlar Çin ərazisində bütün xarici dövlətlərin hər 
cür imtiyaza və üstünlüyə malik olmasının  qadağan edilməsi, 
Şandunun Çinə qaytarılması  və Yaponiyanın 17 tələbinin rədd 


__________Milli kitabxana__________ 
 
207
 
edilməsi”, “nüfuz dairəsi” və “icarə”lər formasında xarici 
dövlətlərin Çin ərazisində  ağalığının ləğv edilməsi, xarici 
qoşunların çıxarılması və başqaları idi.   
Bu proqram xarici dövlətləri, ilk növbədə ABŞ-ı  təmin 
etmirdi. ABŞ ancaq o maddələri müdafiə edirdi ki, onlar 
Yaponiyanın  əleyhinə çevrilmişdir. ABŞ özü də Çinə 
müdaxiləsini genişləndirmək istəyirdi, lakin bunu hərbi təzyiq 
yolu ilə yox, özünəməxsus xüsusi vasitələrlə  həyata keçirmək 
istəyirdi. Çində ABŞ-ın “Standart Oyl” inhisarının, Düponun 
konserninin, “Betlaxem Stil”in, “Vesteri Elektrikin” və 
başqalarının filialları yerləşirdi. ABŞ-ın təşəbbüsü ilə 1920-ci ilin 
oktyabrında burada beynəlxalq bank konsersumu da  təşkil 
edilmişdi. Bundan məqsəd Çinə  dəmiryol, sənaye müəssisələri, 
iqtisadi islahatlar üçün təqdim edilən istiqrazları  cəmləşdirmək 
idi. 1919-cu ilin martılndan ABŞ-ın təşəbbüsü ilə  dəmiryollara 
aid saziş imzalanmağa başlandı. ABŞ çalışırdı ki, ideoloji metodla 
Çinə nüfuz etməyə xüsusi diqqət yetirsin. Çinli tələbələrin ABŞ 
universitetlərində oxumasına xüsusi şərait yaradılırdı. Həmçinin 
Çinin özündə ABŞ-ın köməyilə  tədris müəssisələri açılırdı. 
Məsələn 1920-cı ildə Çindəki 16 universitetdın 8-ni ABŞ özü, 3-
nü isə Kanada və İngiltərə birlikdə açmışdır. 
ABŞ çalışırdı ki, Çində  İngiltərə, Yaponiya və Fransanın 
təsir dairələrini ləğv etsin. O əslində istəyirdi ki, Çinin birləşməsi 
Amerikapərəst Çin hökuməti tərəfindən yenidən təşkil edilsin. 
Yaponiyanın Çinə  hər cür müdaxiləsinin məhdudlaşdırılması 
Vaşinqton konfransında ABŞ-ın başlıca məqsədlərindən biri idi. 
ABŞ-ın digər məqsədi Çində milli-azadlıq hərakatını  zəiflətmək 
idi, çünki bu dövrdə etiraf etmək lazımdır ki, Çində Rusiyadakı 
Oktyabr çevrilişinin təsiri ilə milli-azadlıq hərəkatı başlanmış, və 
geniş vüsət almışdı. Kommunist partiyası yaranmışdı. Çində 
milli-azadlıq hərəkatının ən bariz nümunəsi özünü 1919-cu ilin 4 
may hərəkatında tapdı. Bu hadisə Şandun əyalətinin Yaponiyaya 
verilməsi haqqında Paris sülh konfransının qərarına qarşı 
yönəlmişdi. Bu hərəkat Pekin hökumıtini məcbur etdi ki,  o, 
Versal müqaviləsini imzalamaqdan imtina etsin. Belə bir şəraitdə 
isə maraqlı tərəf kimi ABŞ çıxış etməyə başladı.  
__________Milli kitabxana__________ 
 208
 
ABŞ-ın Çinə münasibəti Vaşinqton konfransında hər 
şeydən əvvəl, iri kapital nümayəndələrinin planına uyğun gəlməli 
idi. Onları isə  ən çox Çində baş verən siyasi hadisələr narahat 
edirdi. ABŞ köhnə müstəmləkə metodlarının  əleyhinə  çıxış 
etməklə  bərabər, Çindəki inqilabi demokratik antiimperialist 
hərəkatdan qorxaraq ona dominion hüququ verilməsini təklif 
edirdi. 
Konfransda Kantondakı demokratik hökumətin 
nümayəndələrinin iştirakına icazə verilməmişdi. Çinin tələbləri 
içərisində mərkəzi yeri Şandun məsələsi tuturdu.  
1922-ci il fevralın 4-də Yaponiya və Çin saziş bağladılar. 
Yaponiya öz qoşunlarını  Şandundan çıxartmağı öz öhdəsinə 
götürdü. Kömür və  dəmir filizi mədənləri Çin-Yaponiya birgə 
kompaniyasının  əlinə keçdi. Taidao-Teinan dəmiryol xətti Çinə 
qaytarıldı. Yaponiya Çinə istiqraz təqdim etdi. Şandun əyaləti ilə 
bağlı Versal müqaviləsinə yenidən baxılması Yaponiyanın 
məğlubiyyəti, ABŞ diplomatiyasının isə böyük qələbəsi demək 
idi. 
1922-ci ilin  fevralın 6-da konfransda “Doqquz dövlət 
müqaviləsi” adlanan müqaviləni ABŞ,  İngiltərə, Fransa, 
Yaponiya, Belçika, İtaliya, Hollandiya, Portuqaliya, Çin imzaladı. 
Müqavilənin iştirakçıları üzərlərinə öhdəlik götürdülər ki, Çinin 
suverenliyinə hörmət edirlər, onun ərazi və inzibati bütövlüyünə 
toxunmayacaqlar. Lakin Çinin  suverenliyini təmin etmək üçün 
böyük dövlətlər heç bir təminat vermədilər. 
ABŞ “Doqquz dövlət sazişi”nin bağlanmasını özünün ən 
böyük nailiyyəti hesab edirdi. Yuz göstərirdi ki, bu sazişə 
minnətdar olmaq lazımdır ki, o “açıq qapılar”ı reallığa çevirdi. Bu 
yolla onlar Çin bazarında ağalıqlarını  həyata keçirmək 
istəyirdilər.  
Çin üçün “açıq qapılar” doktrinası onun müsətqilliyinə 
böyük zərbə demək idi. Çin böyük dövlətlərin sövdələşmə 
obyektinə çevrildi. Bu müqavilə Çinin milli-azadlıq hərəkatını 
boğmaq üçün imperialistlərin birləşməsi demək idi. Çində 
xaricilərin rabitə şöbələri və radiostansiyaları  ləğv edilmədi. Çin 
gömrük məsələsində bərabər hüquq almadı, xarici dövlətlər polis 


__________Milli kitabxana__________ 
 
209
 
və qoşununu onun ərazisindən çıxartmadı. Mühüm strateji ərazilər 
yenə  də böyük dövlətlərin sərəncamında qaldı. Yaponiya 
Lyaodun yarımadasını, İngiltərə isə Honkonqu öz əraziləri hesab 
etdilər.  
“Doqquz dövlət müqaviləsi” Uzaq Şərqə dair imperialist 
dövlətləri arasındakı ziddiyətləri həll etmədi.  Şandun məsələsinə 
36 iclas həsr edilmişdi ki, burada yapon  diplomatları ilə  kəskin 
mübarizə getmişdi. ABŞ  və  İngiltərə burada “barışdırıcı” 
mövqedə olan tərəflər kimi çıxış edərək bildirirdilər ki, Şandun 
dəmiryolu konsersiuma verilsin. Tsindao limanı açıq limana 
çevrilsin.  Bu isə əslində Şandunun ABŞ və İngiltərənin olmasının 
təmin edilməsi demək idi.  
“Doqquz dövlət sazişi”nə əlavə olaraq dörd əlavə saziş də 
bağlandı. Gömrük tarifi haqqında müqaviləyə görə Çin gömrüyü 
5 % yüksəldə bilərdi. Qiymətləri isə 1843-cü ildəkindən cəmi 7,5 
% yüksəldə bilrərdi. Halbuki Çin nümayəndə heyəti tələb edirdi 
ki, 12,5 % yüksəltməyə hüququ olsun. Həmin doqquz dövlət 
qətnamə  qəbul etdilər ki, Çindən xarici qoşunlar çıxarılsın. 
Nəhayət,  qərar qəbul edildi ki, səkkiz dövlətin iştirakı ilə 
komissiya yaradılsın ki, bu komissiya eksterritoriallıq hüququnun 
təxirə salınması haqqında məsələni diqqətlə öyrənsin.  
Paris sülh konfransında olduğu kimi, Vaşinqton 
konfransında da “rus məsələsi” vacib yer tuturdu. Dövlətlərin 
Sovet Rusiyasını  və Uzaq Şərq Respublikasını konfransa dəvət 
etməkdən imtina etmələri Sovet Rusiyasının bəyanat verməsinə 
səbəb oldu.  
Konfransın antisovetizm əhval-ruhiyyəsində olması 
burada tez-tez ŞÇDY (Şərqi Çin Dəmir Yolu) məsələsinin 
müzakirə obyektinə  çııxarılmasında da özünü göstərirdi. ABŞ 
hakim dairələri çalışırdılar ki, ya onu neytrallaşdırsınlar, ya da 
onun üzərində, beynəlxalq nəzarət qoysunlar. Konfransda texniki-
ekspertlər komissiyası yaradıldı  ki, o yolun idarə edilməsini yeni 
şəkildə təşkil etməli idi. 
RSFSR hökuməti qəti surətdə buna etirazını bildirdi və 
göstərdi ki, bu məsələ Çin və Rusiyaya aid məsələdir. Sovet 
hökumətinin qəti mövqeyi və  iştirakçılar arasında fikir 
__________Milli kitabxana__________ 
 210
 
müxtəlifliyi konfransda bu məsələ ilə  əlaqədar qərar qəbul 
edilməsinə mane oldu. 
Konfransa dəvət edilməsə  də, Uzaq Şərq respublikasının 
nümayəndə heyəti konfransa gəldi və öz bəyanatını ABŞ 
nümayəndə heyətinin başçısı Yuza 1921-ci il dekabrın 22-də 
təqdim etdi. Burada Uzaq Şərq respublikasının kənarlaşdırıl-
masına etiraz öz əksini tapmışdı. Həmçinin Yaponiyanın Uzaq 
Şərq respublikasına aid verdiyi “17 tələb” də rədd edilirdi.  
1922-ci ilin yanvarın 23-də konfransınUzaq  Şərq 
komissiyasının iclasında Yaponiyanın nümayəndəsi Sidexara 
bildirdi ki, o, Rusiyanın  ərazi bütövlüyünə hörmət edir və 
Priamuryedən və Saxalindən qüvvələrini evakuasiya edəcək. 
Lakin bunun saxtalığı o idi ki, burada müddət göstərilmirdi. ABŞ 
sözdə Yaponiyanın fikri ilə razılaşsa da həqiqətdə isə Sovet 
hakimiyətinə qarşı mübarizədə Yaponiyadan istifadə etmək 
istəyirdi Ona görə  də konfrans Sovet Uzaq Şərqindən yapon 
qoşunlarının çıxarılması məsələsinin üzərindən sükutla keçdi.  
Vaşinqton konfransı Sakit okeanda qüvvələrin yeni 
quruluşunu müəyyənləşdirdi. Konfransın qərarları 1919-1920-ci 
illərin Paris konfransının qərarlarını müəyyən dəyişikliklərlə 
tamamlamış oldu.  
Vaşinqtonda bağlanmış sazişlər  əslində ilk növbədə ABŞ 
imperialistlərinin maraqlarına cavab verirdi. Yaponiya bir sıra 
güzəştlərə getməli oldu. Onlardan ən vacibi Şandundan imtina idi. 
Lakin bununla belə o Şimal-Şərqi Çinin cənub hissəsində və Sakit 
okeanın qərb hissəsində güclü hərbi-dəniz bazalarını saxlaya 
bildi.  İngilis-Yapon sazişinin ləğv edilməsi də Yaponiyanın 
məğlubiyyəti idi.  
Həm ABŞ  və  İngiltərənin təzyiqi Uzaq Şərqdə yapon 
müdaxiləsinə qarşı qalxan uğurlu mübarizə, həm də ölkənin daxili 
vəziyyəti Yaponiyanın güzəştə getməsinə  səbəb olan amillərdən 
idi. .  
Çin xalqının milli azadlıq mübarizəsi də göstərdi ki, artıq 
Çinlə  əvvəlki kimi rəftar etmək qeyri-mümkündür. Bununla 
bərabər konfransdan sonra imperialst dövlətləri Çin uğrunda 
mübarizəni gücləndirdilər. Vaşinqton konfransı  həmçinin sovet 


__________Milli kitabxana__________ 
 
211
 
dövlətinə qarşı çevrilmişdi. Konfransın qərarları vahid antisovet 
cəbhə yaradılmasında əməkdaşlıq yaratmağa kömək edirdi. Onlar 
Uzaq  Şərqdə “hasar” yaratmaq və sovet ölkəsini mühasirəyə 
almaq istəyirdilər.  
Vaşinqton konfransının qərarları bir sıra məsələlərdə tam 
müvəffəqiyyətsizliyə  uğradı. Belə ki, Uzaq Şərqdə Sovet 
hakimiyyəti quruldu. Sovet Rusiyasının Sakit okean dövləti kimi 
rolu artmağa başladı. Çində milli azadlıq hərəkatının yüksəlişi də 
Vaşinqton konfransının qərarlarının möhkəm olmadığını göstərdi. 
Həmçinin Uzaq Şərqə aid ingilis-yapon və yapon-amerikan 
ziddiyyətləri nəinki ləğv olunmadı, əksinə daha da artdı.  
__________Milli kitabxana__________ 
 212
 
Ədəbiyyаt 
 
1.
 
Новая  история (1870-1918) Под  ред.  И.С.Галкина, 
Н.Е.Застенкера.  В.М.Хвостова 2-е  изд.  М.,  Высшая 
школа, 1973. 
2.
 
История дипломатия. М., Госполитиздат 1959, т. Ы, ., 
1963, т. 2.  
3.
 
Верти Ф. За кулисами Антанты. Дневник британского 
посла в Париже. М-Л, 1927. 
4.
 
Бюлов Б. Воспоминания (1914-1918). М-Л., 1935. 
5.
 
Бисмарк О. Мысли и воспоминания. Т. 1. 3, М., 1940. 
6.
 
Ерофеев Н. Очерки по истории Англии 1815-1917. М., 
1959. 
7.
 
Ллойд Джордж Д. Военные мемуары. Т. 1-6, М., 1934-
1938. 
8.
 
Пуанкаре Р. Воспоминания 1914-1918. М., 1936. 
9.
 
Хауз Э. Архив полковника Хауза. 1914-1917 гг. т. 1-4, 
М., 1937-1944. 
10.
 
Зубок Л. Экспансионистская политика США в начале 
ХХ в. М., 1969. 
11.
 
История США. Т.II (1877-1918) . М., 1985. 
12.
 
Мортон А. История Англии. М., 1954. 
13.
 
Манфред  А.  Внешняя  политика  Франции 1871-1891 
годов. М., 1952.  
14.
 
Очерки новой и новейшей истории США. М., 1960. 
15.
 
Бовыкин  В.  Из  истории  возниконвения  первой 
мировой войны. 1961. 
16.
 
Отношения  России  и  Франции  в 1912-1914 гг.  М., 
1964. 
17.
 
А.И.Уткин. Первая мировая война. Москва, 2001. 
18.
 
Новейшая  история  зарубежных  стран  Европы  и 
Америки ХХ века. Москва, 2004. 
19.
 
Musа Qаsımlı. Müаsir tаriх. I hissə.Bаkı, 2004. 
20.
 
S.M.Mustаfаyеvа. Аvrоpа və Аmеrikа ölkələrinin ən yеni 
tаriхi. I hissə. Bаkı, 2007.  


__________Milli kitabxana__________ 
 
213
 
 
MÜNDƏRİCАT 
 
GİRİŞ……………………………………………………………3 
 
Birinci Dünyа mühаribəsinə hаzırlıq dövründə  
bеynəlхаlq münаsibətlər………………………………………4 
 
Birinci Dünyа mühаribəsinin gedişi və bu  dövrdə  
bеynəlхаlq münаsibətlər……………………………………..71 
 
Birinci Dünyа mühаribəsindən sоnrаkı ilk illərdə  
bеynəlхаlq münаsibətlər…………………………………….159 
 
__________Milli kitabxana__________ 
 214
 
 

Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə