Microsoft Word kitаб asas semaye muellime haz?r



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə49/51
tarix14.02.2018
ölçüsü4,51 Kb.
#27088
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   51

__________Milli kitabxana__________ 
 
195
 
konqresin necə qərar çıxartması İngiltərə ilə Yaponiya arasındakı 
qarşılıqlı münasibətlərin xarakterindən asılı olacaqdır. 
 
İngiltərə-Yaponiya sazişi Britaniya imperiyasının öz 
daxilində  də narazılıq doğurmağa başladı. 1921-ci ilin iyulunda 
Kanada və Cənubi Afrika ittifaqının nümayəndələri bildirdilər ki, 
onlar İngiltərənin dominionları kimi belə hesab edirlər ki, ABŞ-la 
yaxşı münasibətlər yaratmaq və onu qorumaq İngiltərə-ABŞ 
münasibətlərinin  əsasını  təşkil etməlidir. Yaponiya ilə saziş isə 
bu münasibətləri pozur, korlayır.  İmperiya konfransında çıxış 
edən Kanada baş naziri Meyson təklif etdi ki, İngiltərə-Yaponiya 
sazişinin  əvəzində dörd dövlət sazişi – ABŞ, Böyük Britaniya, 
Yaponiya, Fransa müqaviləsi bağlansın. İki digər dominionların – 
Avstaliya və Yeni Zelandiyanın nümayəndələri belə təklif etdilər 
ki, ingilis-yapon sazişində yeniləşmə getsin. Yaponiyaya hücum 
əleyhinə  təminat verilsin, həmçinin bir sıra dəyişikliklər edilsin 
ki, onlar amerikanları razı salsın.   
 
İmperiya konfransı nəticədə bu məsələni həll etmək üçün 
xüsusi konfrans çağırmaq və  burada ABŞ-ın da iştirakını  təmin 
etmək haqqında qərar qəbul etdi.  
Bütövlükdə götürsək,  İngiltərənin özü də Yaponiya ilə 
sazişin yeniləşməsinin  əleyhinə idi. Çünki Birinci dünya 
müharibəsi dövründə Yaponiyanın mövqeyinin Çində möhkəm-
lənməsi  İngiltərənin maraqlarına ciddi zərbə vurmuşdu. 
İmperialist dövlətlərinin, xüsusilə  İngiltərənin Avropada 
başlanmış müharibəyə başlarının qarışmasından istifadə edən 
Yaponiya 1914-1918-ci illərdə Çində nüfuzunu möhkəmlətməyə 
xüsusi diqqət yetirdi. Bu dövrdə Çinə kapital qoyuluşunun 
həcmini artıraraq  bu sahədə  İngiltərə ilə yaxınlaşmaq həddinə 
çatdı. Bu Çinlə bağlı məsələlərə baxan təşkilat olan və Londonda 
fəaliyyət göstərən “Çin assosasiyası”nı da narahat etməyə başladı. 
Yapon kapitalının sürətlə İngilis kapitalını sıxışdırdığını görən bu 
assosasiya hansı ki, iri İngiltərə  sənayeçiləri, qabaqcıl ticarət 
nümayəndələrini birləşdirirdi, 1921-ci ilin iyulun 22-də  İngiltərə 
xarici işlər nazirinə xüsusi məktubla müraciət etdi. Məktubda 
göstərilirdi ki, 1902-ci il ingilis-yapon sazişi hazırki dövrdə 
İngiltərənin xarici siyasət kursuna və siyasi maraqlarına uyğun 
__________Milli kitabxana__________ 
 196
 
gəlmir. Xüsusilə Yaponiyanın son dövrlərdə yeritdiyi siyasət 
İngiltərənin maraqları  əleyhinədir. Ona görə  də biz xahiş edirik 
ki, bu saziş  ləğv edilsin və  İngiltərənin mənafeyinə uyğun olan 
dörd dövlət sazişi ilə əvəz edilsin. 
 Yaponiyanın Çində  və Sakit okeanda sahib olduğu 
ərazilər, həmçinin iqtisadi gücünün artması ABŞ-ın rəhbər 
dairələrini, xüsusilə inhisarçı dairələri narahat edirdi. Doğrudan 
da, Paris sülh konfransı  nəticəsində Çinin Şandun  əyalətinin 
(müharibəyə  qədər  Şandun  əyaləti Almaniyanın təsir dairəsində 
idi. Birinci dünya müharibəsi başlayarkən Yaponiya Almaniyadan  
tələb etdi ki,  Şandun  əyaləti ona verilsin. Lakin Almaniya bu 
tələbi rədd etdi. Belə olduqda, Yaponiya Antantanın tərəfində 
1914-cü il avqustun 23-də müharibəyə girdi.) həmçinin Sakit 
oeandakı Marşall, Karolina, Mariya adalarının Yaponiyaya 
verilməsi onun nüfuzunu xeyli gücləndirmişdi. Birinci dünya 
müharibəsi nəticəsində ABŞ-dan sonra ən çox qazanan dövlət 
Yaponiya idi. ABŞ isə bununla barışmaq istəmirdi. Hələ 
müharibənin sonuna yaxın Yaponiyanın Çindəki nüfuzunu ABŞ 
sarsıtmağa və zəiflətməyə çalışmağa başladı. Bu məqsədlə  1918-
ci ilin iyununda ABŞ beynəlxalq bank konsersiumu təşkil etmək 
layihəsini irəli sürdü ki, bu layihəyə  əsasən Çinə kredit 
verilməsinin bütün növlərini bu qrup inhisara almalı idi. 
Danışıqlar iki ilə qədər davam etdi. Yaponiya formal olaraq ona 
maraq göstərsə də, heç bir fəallıq nümayiş etdirmədi.  
 
Şandun  əyalətinin Yaponiyaya verilməsi Çində böyük 
həyacana səbəb oldu. 1919-cu il may ayının 4-də Çində bununla 
əlaqədar kütləvi hərakat başladı. Çində baş verən hərəkat bir daha 
sübut etdi ki, imperialist dövlətlər artıq bu ölkə ilə istədiklər kimi 
rəftar edə bilməzlər. Bu ölkə ilə münasibətlərdə dəyişiklik etmək 
çox vacibdir. Həmçinin bu hərəkatdan sonra Çin hökuməti də 
konsersiumun təklifini qəbul edə bilmədi və bundan ehtiyat etdi. 
ABŞ planının müvəffəqiyyətsizliyə  uğramasının digər səbəbi isə 
Yaponiyanın rəhbər dairələrinin buna müqavimət göstərməsi idi. 
Çünki bu layihəyə  dəstək vermək Çinin açarını ABŞ-a vermək 
demək idi. 


__________Milli kitabxana__________ 
 
197
 
 Müharibədən sonra dünyanın maliyyə  mərkəzi də ABŞ 
oldu. Məhz bunun nəticəsi idi ki, amerikan burjuaziyası üçün 
Uzaq  Şərq bazarlarının  əhəmiyyəti daha da artırdı. 1920-ci ildə 
Panama kanalının açılması ABŞ-ın Uzaq Şərqlə  dəniz yolunu 
qısaltmış oldu. Uzaq Şərq, xüsusilə Çin uğrunda mübarizə ABŞ 
xarici siyasətində əsas yer tutdu. 
İstər ABŞ-da, istərsə  də Yaponiyada irticaçı dairələr yenidən bu 
iki dövlət arasında toqquşmalar baş verəcəyini söyləməyə 
başladılar. ABŞ donanmasının  əsas qüvvələri Atlantik okeandan 
Sakit okeana gətirildi.  
 Çin 
və Uzaq Şərq uğrunda mübarizədə Yaponiyanın 
vəziyyəti ABŞ-la müqayisədə daha əlverişli idi. ABŞ-da bunu 
yaxşı başa düşürdülər. Yaponiyanın hərbi dəniz qüvvələri Tayvan 
və Rüküdə idi, dayaq məntəqəsi isə Saxalin, Kuril, Mariana, 
Karolin, Marşall adaları idi. Bu da imkan verirdi ki, manevr etsin 
və dənizdən olacaq hər hansı bir hücumdan özünü müdafiə etsin. 
Sakit okeandan uzaq bir məsafədə yerləşən ABŞ üçün yenidən 
Yaponiya ilə müharibə aparmaq  çətin idi. Konqres ancaq 1921-ci 
ildə qərar qəbul etdi ki, Filippin və Quam adalarında silahlanmanı 
gücləndirmək üçün hazırlıq işləri aparılsın. 
 Sovet 
Uzaq 
Şərqinə  münasibətdə  də Yaponiya ilə ABŞ 
arasındakı münasibətlər kəskinləşdi. Amerika imperialistləri 
əvvəlki kimi yenə  də Sovet Rusiyasını tanımaq və onunla 
münasibət yaratmaq əleyhinə idilər. 1920-ci il seçkilərində 
demokratların məğlubiyyətindən sonra prezident seçilmiş 
respublikaçılar partiyasından olan Hardinq antisovet kursu davam 
etdirməklə bərabər, onu daha da dərinləşdirdi. Yaponiyanın Uzaq 
Şərq Respublikası üzərində tam hökmranlığa nail olmaq cəhdi, 
Sovet Uzaq Şərqində möhkəmlənmək istəyi ABŞ hakim 
dairələrində böyük narahatçıılığa səbəb oldu. ABŞ hökuməti 
yapon işğalçılarının Uzaq Şərqdə Sovet hökumətinə  qarşı 
təcavüzünü bəyənsə  də, Yaponiyanın daha çox əl-qol açmasını 
istəmirdi.  
 1921-ci 
ilin 
mayında Uzaq Şərq respublikası hökuməti 
razılaşdı ki, Saxalinin Cənubundakı neft yataqlarını ABŞ-ın 
Sinkler neft kompaniyasına təqdim etsin və onlar Saxalinin şərq 
__________Milli kitabxana__________ 
 198
 
sahilində iki liman tiksinlər. Dövlət departamenti bunun üçün 
lazımi tədbirlər həyata keçirdi.  
1921-ci ilin avqustunda Dayrend (Dallində) Uzaq Şərq 
Respublikası nümayəndələrinin konfransında tələb edildi ki, 
Yaponiya öz qoşunlarını təcili surətdə Uzaq Şərqdən köçürsün və 
heç bir şərt irəli sürmədən Sovet Rusiyasının nümayəndələri 
konfransda iştirak etsinlər. Lakin yapon tərəfi bu təklifi qəbul 
etmədi. Yaponiya Uzaq Şərq respublikasına təzyiqi artırdı. 
Yaponiya konfransa “17 tələb” təklifini irəli sürmüşdü ki, onun 
mahiyyəti faktiki olaraq Uzaq Şərq respublikasını Yaponiyanın 
müstəmləkəsinə çevirmək idi.  
 Yapon 
imperialistləri çalışırdılar ki, rusların Vladivastok 
rayonunda və Koreya sərhədlərindəki qalaları  ləğv edilsin. Uzaq 
Şərq respublikası dəniz donanması yaratmaqdan imtina etməli idi. 
Yaponiyanın iş adamlarının Uzaq Şərq respublikasının ərazisində 
yerli vətəndaşlarla bərabər hüquqda ticarət və  sənətkarlıqla 
məşğul olmaq azadlığı təmin edilməli idi. Uzaq Şərq respublikası 
təminat verməli idi ki, öz ərazisinə “kommunist rejimi”nin  ayaq 
basmasına imkan verməyəcəkdir. Həmçinin o, Saxalinin şimal 
hissəsini Yaponiyaya icarəyə verməli idi.  
 Uzaq 
Şərq respublikasının nümayəndələri bu təklifləri 
rədd etməklə  bərabər yaponlarla danışıqları da davam etdirdilər. 
Çünki onlar imkan vermədilər ki, yaponlar onları konfransın işini 
pozmaqda ittiham etsinlər. 
1921-ci ilin oktyabrında Yaponiya tərəfindən silahlandırılan 
ağqvardiyaçılar  Uzaq Şərq respublikasına hücuma keçdilər. 
Lakin Uzaq Şərq respublikasının ordusu onlara ciddi müqavimət 
göstərdi. Asiyada başlanan milli azadlıq hərəkatı  Yaponiya və 
ABŞ-a imkan vermədi ki, onlar Sovet Rusiyasını  məhv etsinlər. 
Əksinə, Uzaq Şərqdə  və Çində başlanan milli-azadlıq hərəkatı 
onların bu ərazini müstəmləkəyə çevirmək planını pozdu. Lakin 
bütün bunlara baxmayaraq bu və ya digər dərəcədə Yaponiya bu 
regionda müdaxiləçilik siyasətini davam etdirirdi. Bu isə 
Yaponiya-ABŞ münasibətlərinə öz təsirini göstərməyə bilməzdi.  
Göstərdiyimiz səbəblər Amerika diplomatiyasına konfrans 
çağırmaq təşəbbüsünü də irəli sürməyə imkan verirdi. Konfrans 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə