Microsoft Word kitаб asas semaye muellime haz?r



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə50/51
tarix14.02.2018
ölçüsü4,51 Kb.
#27088
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   51

__________Milli kitabxana__________ 
 
199
 
Sakit okean və Uzaq Şərqlə bağlı olan problemlərə baxmalı  və 
onları həll etmək yollarını göstərməli idi.  
 
1921-ci ilin iyulun 10-da ABŞ dövlət katibi  Yuz 
Vaşinqtonda beynəlxalq konfrans çağırmaq təklifi ilə  çıxış etdi. 
Avqust ayının 11-də dünyanın  böyük dövlətlərinə  dəvətnamə 
göndərildi.  
 
Lakin konfransa nə Uzaq Şərq, nə  də Sovet Rusiyası  
dəvət edilmədi. Sovet Rusiyası  məsələsi konfransın gündəliyinə 
daxil edilməsə də aydın idi ki, konfransın işində əsas yer tutmalı 
idi. ABŞ-ın nüfuzlu qəzetlərindən birində yazılmışdır ki, “Rus 
məsələsi  şübhəsiz, Vaşinqton konfransında Hardinq və digər 
nümayəndələr tərəfindən  ən çox müzakirə edilən məsələlərdən 
biri olacaqdır. 
 Sovet 
Rusiyası iki dəfə 1921-ci il iyulun 19-u və noyabrın 
2-də etirazını bildirdi ki, o da Sakit okean dövlətidir və 
konfransda iştirak etməlidir. Lakin konfrans qəti bildirdi ki, 
konfransın qərarı ilə  o, qanuni qüvvəyə malik olmayacaqdır.  
Konfrans 14 dövlətin iştirakı ilə 1921-ci ilin noyabrın 12-də 
Vaşinqtonda açıldı.  
Konfransın iclasları açıq keçirilirdi. Nümayəndələrin 
çıxışları da çap edilirdi. Burjua mətbuatı nümayiş etdirirdi ki, 
gizli diplomatiya, bağlı qapı arxasında söhbətlərin artıq sonu 
çatmışdır. Həqiqət isə bundan çox uzaq idi. İkinci dərəcəli 
məsələlər xalqa bildirilsə də, əsas məsələlər ancaq dar dairədə həll 
edilirdi. Gizli keçirilən müşavirələrdə ancaq dörd dövlətin – ABŞ, 
İngiltərə, Yaponiya, Fransanın nümayəndələri iştirak edirdilər. 
Konfransda iştirak edən digər dövlətlərin rəyi ilə, demək olar ki, 
çox az hallarda razılaşırdılar. Bəzən isə bu nümayəndələrin 
çıxışına heç diqqət verilmirdi.  
Konfransın rəsmi gündəliyinə  aşağıdakı  məsələlər daxil 
edilmişdir: 1) Dəniz silahlarının məhdudlaşdırılması, həmçinin 
müharibədə yeni silahlardan istifadə qaydaları; 2) Sakit okean və 
Uzaq Şərq məsələləri (Çin, Sibir və Mandat altında olan ölkələr)  
İngilis-Yapon sazişi haqqında məsələ konfransın gündəliyinə 
daxil edilməmişdi. Lakin bir şey aydın idi ki,  başqa problemlər 
üzrə sazişə gəlmək üçün onun həlli vacib idi.  
__________Milli kitabxana__________ 
 200
 
Konfransda başlıca rolu ABŞ oynayırdı. O, Versal sülh 
müqaviləsində buraxdığı  səhvləri düzəltməyi qarşısına məqsəd 
qoymuşdu. ABŞ nümayəndə heyəti konfransda özünün birinci 
vəzifəsini ingilis-yapon sazişini ləğv etməkdə görürdü. Bu digər 
məsələlərin həlli üçün açar rolunu oynayırdı. Bu məsələ ilə bağlı 
gizli şəkildə üç dövlət—  ABŞ, İngiltərə, Yaponiya arasında ciddi 
söhbət və müzakirə keçirildi. Danışıqlarda ABŞ  tərəfindən Yuz, 
İngiltərə  tərəfindən Balfur, Yaponiya tərəfindən Kato əsas rol 
oynayırdı. Balfur əvvəl məsələni belə qoydu ki, saziş  ləğv 
edilməsin, İngiltərə, Yaponiya və ABŞ arasında üç tərəfli sazişlə 
əvəz edilsin və bu hərbi müdafiə sazişi olsun. ABŞ dövlət katibi 
Yuz  İngiltərənin ingilis-yapon sazişini yeni formada saxlamaq 
cəhdini qəti rədd etdi və təkid etdi ki, Fransa da bu danışıqlarda 
iştirak etsin. ABŞ belə hesab edirdi ki, Fransanın ABŞ-a borclu 
olması, həmçinin İngiltərə ilə Fransa arasında Yaxın Şərq, alman 
və digər məsələlərlə bağlı ziddiyyətlər Fransanın  İngiltərə  və 
Yaponiya əleyhinə olmasına səbəb olacaq və ABŞ-ın mövqeyini 
müdafiə edəcəkdir. 
1921-ci il dekabr ayının 10-da konfransın nümayən-
dələrinin əksəriyyəti üçün gözlənilməz şəkildə ABŞ nümayəndəsi 
belə bir təklif irəli sürdü ki, Sakit okeandakı adaların 
toxunulmazlığına təminat haqqında dörd dövlət – ABŞ, 
Yaponiya,  İngiltərə, Fransa arasında saziş bağlansın  İtaliyanın 
sazişdə iştirak etmək haqqında tələbləri nəzərə alınmadı və qəbul 
edlmədi. Lodcun çıxışından sonra İngiltərə nümayəndə heyətinin 
başçısı Balfur çıxış edərək göstərdi ki, ABŞ-ın təklifini sevinclə 
qəbul edir, çünki bu onun ABŞ, İngiltərə, Yaponiya və Fransanın 
dostluğunu möhkəmləndirmək haqqında arzusunun həyata 
keçməsi deməkdir. Balfurun çıxışı da əslində  nəzakətli formada 
ingilis-yapon sazişinin ləğv olunduğu demək idi. Təsadüfi 
deyildir ki, yapon nümayəndəsi açıq formada ingilis 
nümayəndəsinə bildirdi ki, “Siz hər halda bizim ittifaqımız üçün 
əla dəfn yaratdınız”.  
Vaşinqton konfransının mühüm məsələlərindən biri də 
“Dörd dövlət müqaviləsi”nin bağlanması idi. Bu müqavilə ABŞ, 
İngiltərə, Yaponiya, Fransa arasında 1921-ci ilin dekabrın 13-də 


__________Milli kitabxana__________ 
 
201
 
bağlandı. Müqavilədə qeyd edilirdi ki, müqavilə ratifikasiya 
olunduqdan sonra ingilis-yapon müqaviləsi qüvvədən düşür. Bu, 
ABŞ diplomatiyasının böyük qələbəsi demək idi. Çünki burada 
rəhbər rolu ABŞ oynamalı, İngiltərə isə ona tabe olmalı idi.  
Bununla birlikdə müqavilə müstəmləkə  və asılı 
ölkələrdəki milli-azadlıq hərəkatlarına qarşı çevrilmişdi.  
Müqavilənin mətni cəmi dörd maddədən ibarət idi. Bunlar 
aşağıdakıları  əhatə edirdi: Sakit okean regionunda olan ada 
mülklərinə  və ada ərazilərinə qarşılıqlı hörmət hüququnu 
saxlamaq, hər hansı digər dövlət tərəfindən bu ərazilərə  təhlükə 
yarandıqda “hərəkət tədbirləri” haqqında birgə qərar qəbul etmək; 
Avtomatik olaraq uzatma şərti ilə müqavilənin müddətini on il 
müəyyən etmək; 1902-ci ildə bağlanmış İngiltərə-Yaponiya sazişi 
artıq  əhəmiyyətini itirir və bu dörd dövlət müqaviləsi onu əvəz 
edir. 
Amerika inzibati idarəsi, o cümlədən ABŞ tarixçiləri bu 
müqaviləni  cəmi dörd maddədən ibarət  olduğuna görə ikinci 
dərəcəli hesab edirlər.  Əslində isə dörd dövlət müqaviləsində 
ABŞ məharətlə öz məqsədini gizlətməyi bacarmışdır. Bu məqsəd 
əslində ABŞ-ın özünəməxsus formada və öz rəhbərliyi altında 
“Uzaq Şərq Antantası”nı yaratması idi. Məhz bu baxımdan dörd 
dövlət müqaviləsi  əslində ABŞ-ın “Millətlər assosasiyası” 
yaratmaq ideyasının qismən ifadə edilməsi demək idi və bu 
mənada da prinsipial əhəmiyyət kəsb edirdi. Təsadüfi deyildir ki, 
o konfransda ilk imzalanan müqavilə idi.  
Müqavilənin 4-cü bəndi 1902-ci il İngiltərə-Yaponiya 
sazişinin ləğvinə aid idi ki, bu əslində Vaşinqtonun böyük 
qələbəsi demək idi. Çünki bu Uzaq Şərqdə ABŞ-ın  əsas 
rəqiblərini bir-birindən ayırdı. Yaponiyanı dayağından məhrum 
etdi ki, hansı ki, onun vasitəsilə Yaponiya bir çox adaları  işğal 
etmişdir. 
Müqavilənin birinci maddəsi də az əhəmiyyət kəsb 
etmirdi. Belə ki, bu maddə ABŞ-ın Sakit okeanda Millətlər 
Cəmiyyəti vasitəsilə olan bölgünü tanıdığını bildirirdi. Bu maddə 
həmçinin o demək idi ki, əgər Çin ipə-sapa yatmasa, onun 
əleyhinə dörd dövlət birgə hərbi çıxış təşkil edə bilərlər. Əslində 
__________Milli kitabxana__________ 
 202
 
bu maddə həm Çinə, həm də Sovet Rusiyasına qarşı yönəlmişdi. 
Həmin planda suda, havada və quruda silahlanmanın məhdudlaş-
dırılması öz əksini tapmışdır. Lakin bütün bunlar əslində formal 
xarakter daşıyırdı. Qısa müzakirələrdən sonra məlum oldu ki, 
Fransa Avropada qayda-qanunu saxlamaq üçün ən böyük quru 
qoşunlarına malikdir. Yaponiya xüsusi Uzaq Şərq situasiyasını 
saxlamaq üçün silahlanmışdır. Nəticədə  iştirakçılar belə fikrə 
gəldilər ki, quruda və havada hələlik tərkisilah mümkün deyildir. 
Bu ABŞ dövlət katibini tamamilə razı saldı.  Əslində ABŞ-ı bu 
məsələ o qədər də narahat etmirdi. Onu narahat edən İngiltərə və 
Yaponiyanın dənizdə silahlanması idi. Aviasiyaya gəldikdə isə 
ABŞ özü də bu sahənin yeni texnika əsasında inkişaf 
etdirilməsində maraqlı idi.  
Konfransda yeganə birgə müzakirə edilməsi mümkün olan 
məsələ müharibənin gedişində kimyəvi vasitələrdən istifadə 
etmək üzrə  məsələyə baxılmasına dair beş dövlət, ABŞ, Böyük 
Britaniya, Yaponiya, Fransa və  İtaliya komitəsinin təşkili idi. 
Lakin komitənin yaradılmasında dövlətlər yekdil qərara gələ 
bilmədilər. Konfransda müharibədə kimyəvi vasitələrdən istifadə 
haqqında ümumi müzakirədən sonra əlavə beş dövlət müqaviləsi 
bağlandı. Bir sözlə, Vaşinqton konfransında ancaq dənizdə 
“tərksilah” məsələlərinə baxıldı. 
Dənizdə silahlanmanın məhdudlaşdırılmasına Hardinq 
hökuməti xüsusi əhəmiyyət verirdi. Yuzun məruzəsində 
göstərilirdi ki,  ABŞ, İngiltərə və Yaponiya xətt gəmilər aşağıdakı 
nisbətdə müəyyən edilsin. Belə ki, ABŞ və İngiltərə 500 min ton 
su tutumu, Yaponiyaya isə 300 min ton su tutumu olan gəmilər 
istehsal edə bilərdi. Nisbət 5:5:3 olmalı idi. ABŞ-ın məqsədi 
İngiltərəyə çatmaq, Yaponiyanı isə ikinci yerdə saxlamaq idi. 
Həmçinin Yuz belə bir bəhanədən də istifadə etdi ki, guya böyük 
gəmilər xüsusi təhlükə  təşkil edir, ona görə  də 35 min ton su 
tutumundan yuxarı gəmilər tikilməsin. Bu həm də ona görə lazım 
idi ki, ABŞ üçün Atlantik okeandan Sakit okeana, Sakiit 
okeandan Atlantik okeana donanma köçürmək çətinlik 
törətməsin. Böyük dövlətlərin mənafeyinə uyğun olaraq dənizdə 
yeni silahlanmanın əsası qoyulmuş oldu. Yuz çox böyük çətinlik 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə