Microsoft Word kitаб asas semaye muellime haz?r



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə48/51
tarix14.02.2018
ölçüsü4,51 Kb.
#27088
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   51

__________Milli kitabxana__________ 
 
191
 
konfrans” adını aldı. 20-ci illərin əvvəllərində Uzaq Şərq və Sakit 
okeanda ağalıq üstündə imperialist dövlətləri arasındakı 
ziddiyyətlər daha da kəskinləşdi. ABŞ bu dəfə mübarizənin 
önündə getməyə başladı. ABŞ, hər  şeydən  əvvəl, Çinin 
müstəmləkə  işğalında özünün birinciliyini nəzərə çarpdırmağı 
qarşısına məqsəd qoydu. Məhz buna görə də ABŞ diplomatiyası 
1921-ci ildə konfrans çağırmaq təşəbbüsündə olduğunu bildirdi. 
Həmçinin ABŞ bildirdi ki, bu konfransı çağırmaqda onun 
məqsədi müharibədən sonrakı beynəlxalq münasibətlərin yeni 
sisteminin təşkilini başa çatdırmaqdı. Həmçinin ABŞ kapitalizm 
dünyasında sülh üçün böyük fasilə yaratmaq fikrində olduğunu da 
elan etdi. Əlbəttə, bütün bunların arxasında ABŞ-ın öz maraqları 
dururdu. O, Sakit okean, Uzaq Şərq və Çində hegemonluğa nail 
olmaq fikrində idi. Bunun üçün onun kifayət qədər iqtisadi  və 
müdafiə qüdrəti vardı. İmperialist dövlətləri arasında bir şeyə nail 
olmaq üçün ən güclü vasitə isə qüvvə idi.  
Birinci dünya müharibəsi ABŞ-ın inkişafına güclü təkan 
verdi. ABŞ üçün əlverişli  şərait yarandı. Avropa hərbi 
əməliyyatlar meydanına çevrilsə  də, ABŞ bundan kənarda qaldı. 
ABŞ ordusu hərbi  əməliyyatlarda ancaq 1918-ci ilin yayından 
iştirak etməyə başladı. Ona görə də canlı insan itkisi müharibədə 
iştirak edən digər dövlətlərlə müqayisədə ABŞ-da az oldu. 50 
minə yaxın insan həlak oldu, 230 min isə yaralandı.  
Hərbi materialların, ərzağın və xammalın Avropa ölkələrinə 
ixracı ABŞ-ı dünyanın  ən qüdrətli sənaye ölkələrindən birinə 
çevirdi. 1920-ci ildə ABŞ dünyada istehsal edilən avtomobillərin 
85%-ni, neftin 67%-ni, qara metalların 60%-dən çoxunu verirdi. 
ABŞ-da bu dövrdə polad istehsalı 4,5 dəfə artdı. Fransaya 
nisbətən bu artım 14 dəfə çox oldu. ABŞ-ın milli sərvəti 1914-
1920-ci illərdə 2,5 dəfə artdı. 
Müharibə ABŞ-da dövlət inhisarçı kapitalizmi gücləndirdi. 
Milli gəlirin 60%-i 2% amerikalıya, 5%-i isə ölkə əhalisinin 66%-
nə məxsus idi. ABŞ-ın xarici ölkələrə kapital qoyuluşu əgər 1913-
cü ildə 2,6 milyard dollar idisə, 1922-ci ildə 7 milyard dollar 
təşkil edirdi.  
__________Milli kitabxana__________ 
 192
 
ABŞ-da güclü urbanizasiya prosesi getməyə başladı. 1920-
ci il siyahıya alınmasına görə ABŞ əhalisi 105,7 milyon nəfər idi 
ki, bunun da 54,2 milyonu artıq şəhərlərdə yaşayırdı. Bu ABŞ-ın 
tarixində yeni bir hadisə idi ki, şəhər  əhalisi artıq kənd  əhalisini 
ötüb keçmişdi.  
İqtisadiyyatda dövlətin vəziyyəti ABŞ-da güclü inhisar 
birləşmələrinin yaranmasına səbəb olmuşdu. Bütün bunlar isə 
ABŞ-a imkan verdi ki, dünya ağalığı fikrinə düşsün. ABŞ bu 
planını ilk növbədə Cənub-Şərqi Asiyada, xüsusilə Çində həyata 
keçirmək istəyirdi.  
ABŞ bütün Çin ərazisində üstünlüyü ələ almağa çalışaraq 
20-ci illərin  əvvəllərində, xüsusilə Çinin təsir dairələrinə 
bölünməsinin ləğv edilməsini tələb edirdi. Bu tələb bütün 
imperialist dövlətlərinə, birinci növbədə isə  İngiltərəyə aid idi. 
Həmçinin ABŞ kapitalı daha çox bu dövrdə Çinə nüfuz etməyə 
başladı. ABŞ xüsusilə Yantszı çayı hövzəsində  və Çinin 
cənubunda bu sahədəki fəaliyyətini genişləndirdi. Bu isə aydındır 
ki,  İngiltərənin mənafeyinə toxunmaya bilməzdi.  İngiltərə  və 
ABŞ-ın maraqları  həmçinin Cənub-Şərqi Asiyanın digər 
ölkələrində də toqquşurdu. İngiltərə və ABŞ münasibətlərində ən 
kəskin problemlər dənizdə silahlanma və ingilis-yapon sazişi 
məsələsində idi. İngiltərə ilə Yaponiya arasında bu saziş 1902-ci 
ildə bağlanmış, hər iki dövlət müəyyən sahədə birgə öhdəlik 
götürmüşdülər. Bu isə ABŞ-ın, Uzaq Şərq, Çin və Sakit okean 
planlarına maneçilik törətdiyinə görə ABŞ  hər vəchlə bu sazişin 
ləğv olunmasına çalışırdı.  
1919-cu ildə ABŞ konqresi hələ müharibə illərində  hərbi-
dəniz quruculuğu haqqındakı proqramını hazırlayıb təsdiq etdi. 
Bu proqramda göstərilirdi ki, elə etmək lazımdır ki, ABŞ-da 
hərbi-dəniz quruculuğu 1924-cü ilə qədər dünyada ən qüdrətli və 
güclü olsun. 
Bu proqramın qəbul edilməsi  əslində  İngiltərə üçün bir 
çağırış demək idi. Çünki ABŞ bu proqramı  qəbul etməklə 
İngiltərənin dənizdə hökmranlığını  əlindən almaq, “dənizlər 
hökmdarını” məğlub etmək istəyirdi. Dənizdə sürətlə silahlanma 
məsələsində 20-ci illərin  əvvəllərində  İngiltərə ABŞ-la rəqabətə 


__________Milli kitabxana__________ 
 
193
 
girə bilməzdi. Çünki buna iqtisadi gücü yox idi. Buna səbəb isə o 
idi ki, İngiltərə müstəmləkə imperiyası idi. Onun öz ərazisindən 
109 dəfə çox əraziyə malik müstəmləkələri var idi. Birinci dünya 
müharibəsindən sonra isə bu müstəmləkələrin bir çoxunda milli-
azadlıq hərakatı başlandı.  
Müstəmləkələrdən gələn gəlirlər hesabına dolanan İngiltərə 
Birinci dünya müharibəsinə  qədər  “dünya faytonçusu”, “dünya 
emalatxanası”, “dünya maliyyə  mərkəzi” hesab edilsə  də 
müharibədən sonra bu keyfiyyətlərdən məhrum olmuşdu. ABŞ-ın 
anası hesab edilən və ona həmişə borc verən  İngiltərə 
müharibədən sonra ABŞ-a borcu olan bir dövlətə çevrilmişdi.  
İrlandiyada baş verən hadisələr,  İngiltərənin özünün daxili 
və beynəlxalq vəziyyəti ona imkan vermirdi ki, ABŞ-la 
münasibətləri kəskinləşdirsin. Bir sözlə, onun ABŞ-ın istəyi ilə 
hesablaşmamağa gücü yox idi. Bu vəziyyəti ABŞ hakim dairələri 
də çox gözəl başa düşürdü. Ona görə  də  əlverişli imkandan çox 
bacarıqla istifadə edirdi. 
ABŞ  İngiltərəyə  təzyiq vasitələri içərisində ilk növbədə 
İngiltərənin maliyyə sahəsindəki çətinliklərindən  istifadə etdi. O, 
İngiltərədən tələb etdi ki, əgər konfransın çağırılmasına razılıq 
verməsə, onda ABŞ ondan müharibə dövründə verdiyi hərbi 
borcunu, yəni 850 milyon funt-sterlinqin, (4 milyard dollar) 
qaytarılmasını  tələb edəcəkdir. Amerikanlar İngiltərənin kredit 
bazarındakı  mənafeyinə  də toxunurdular. Amerika banklarının 
təzyiqi altında 1920-ci ildə  İngiltərə funt-sterlinqinin qızıl 
paritetini 79%-ə qədər aşağı endirdi. Ümumiyyətlə, funt-sterlinqin 
kursu aşağı düşdü.  
ABŞ-la  İngiltərə arasında birinci dünya müharibəsindən 
sonra kapital qoyuluşu, satış bazarları  və xammal mənbələri 
uğrunda  mübarizə gücləndi.  
Çin üzərində  İngiltərə  və ABŞ arasında ziddiyətlər daha 
kəskin xarakter daşıyırdı. Məsələlərə aydınlıq gətirmək üçün 
deyək ki, Çin hələ orta əsrlərdən bütün qabaqcıl dövlətlərin diqqət 
mərkəzində olsa da heç birinin müstəmləkəsinə çevrilməmiş, daha 
doğrusu, kapitalist dövlətləri bunu bacarmamışdılar. Çin həmişə 
özünə xas olan təcridçiliyini saxlaya bilmişdir. Çini müstəmləkə 
__________Milli kitabxana__________ 
 194
 
edə bilməyən dövlətlər onun ancaq ayrı-ayrı limanlarında 
möhkəmlənə bilmişdir. Məsələn, Rusiya Port-Arturda, Fransa 
Quançjouda, Almaniya Tzsyançjouda, İngiltərə isə Veyxoveyidə, 
Honkonqda özünü möhkəmlətmişdir. Yantszı çayı hövzəsində və 
Mərkəzi Çində isə İngiltərənin təsiri daha güclü idi. Demək olar 
ki, bu ərazi  İngiltərənin təsir dairəsi hesab edilirdi. XIX əsrin 
sonunda isə ABŞ bütün bunları diqqətlə izləyirdi.  
İngiltərənin nüfuzlu siyasi dairələri dənizdə silahlanma 
məsələsində ABŞ-la kompromisə meyl etməyə başladılar. 1921-ci 
ilin martında  İngiltərənin hərbi dəniz donanması naziri Lord Li 
belə bir nitqlə çıxış etdi ki, buna nail olmaq lazımdır ki, dənizdə 
İngiltərə  və ABŞ donanması arasında paritet, yəni bərabərlik 
yaransın. Bir aydan sonra İngiltərə hökuməti ABŞ-a öz fikrini 
belə  bəyan etdi ki, o dənizdə silahlanmada və donanmada 
üstünlüyü daim öz əlində saxlamaq ideyasında deyildir. O, ABŞ-
la sazişə gəlməyə və bu sahədə onunla paritet yaratmağa razıdır. 
O, İngiltərə və ABŞ donanmalarının bərabər səviyyədə olmasına 
etiraz etmədiyini bildirdi. Bunun üçün İngiltərə Atlantik okeanda 
ABŞ-ın təhlükəsizliyini təmin etməyi vəd etdi ki, bu da imkan 
verməli idi ki, Sakit okeanda amerikanlar öz donanmalarını 
cəmləşdirməyi bacarsınlar.  
İngiltərə məcburiyyət qarşısında qaldı ki, həmçinin ABŞ-la 
1902-ci il ingilis-yapon sazişi barədə  də danışıqlara girsin. Bu 
saziş həm antialman, həm antirus, həm də antiamerikan ruhunda 
bağlanmışdır. 1920-ci ildə ABŞ senatoru Lodc bildirmişdi ki, 
ingilis-yapon sazişi bizim Sakit okeanda və Uzaq Şərqdə qarşılıqlı 
münasibətlərimiz üçün təhlükəli elementdir. O, təkcə ABŞ-da 
deyil, həmçinin Kanada da həyacan doğururdu. Həmçinin bu saziş 
Yaponiyanın hərbi ruhunu müdafiə edir və onun dənizdə  və 
quruda yeni münaqişələr törətməsinə imkan verirdi. 
ABŞ diplomatiyası  qətiyyətlə ingilis-yapon sazişinin ləğv 
edilməsini tələb etdi. İngiltərəyə  təzyiq göstərmək üçün ABŞ 
İrlandiya məsələsindən bacarıqla istifadə etdi. 1921-ci ilin 
iyununda ABŞ konqresi İrlandiya respublikasının tanınması 
məsələsini  müzakirə etdi. Müzakirə zamanı ABŞ-ın o zamankı 
dövlət katibi Yuz İngiltərənin ABŞ-dakı  səfirinə bildirdi ki, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə