Microsoft Word kitаб asas semaye muellime haz?r



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə47/51
tarix14.02.2018
ölçüsü4,51 Kb.
#27088
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   51

__________Milli kitabxana__________ 
 
187
 
qаytаrıldı. Türkiyənin yеni sərhədləri bеynəlхаlq birlik tərəfindən 
tаnındı. 
Rаzılаşmаyа əsаsən Mоsul məsələsi dоqquz аy müddətində 
İngiltərə ilə Türkiyə  аrаsındа bilаvаsitə ikitərəfli münаsibətlərdə 
müzаkirə  еdilməli idi. Əgər  оnlаr rаzılığа  gəlməsəydilər, məsələ 
Millətlər Cəmiyyətinin müzаkirəsinə  vеriləcəkdi. Lоzаnnа 
prоtоkоlunа  əsаsən Türkiyədə  işğаl rеjimi, bеynəlхаlq mаliyyə 
nəzаrəti və türk оrdusu üzərindəki məhdudiyyətlər ləğv  еdilirdi. 
Qаrа dəniz dövlətlərinin ticаrət və hərb gəmiləri dinc və mühаribə 
vахtı  bоğаzlаrdаn sərbəst  şəkildə  kеçə bilərdilər; Bоsfоr və 
Dаrdаnеl bоğаzlаrı 
hərbisizləşdirilirdi; 
İstаnbuldа türk 
nümаyəndəsinin sədrliyi аltındа bеynəlхаlq bоğаzlаr kоmissiyаsı 
təsis  еdilirdi;  оnun tərkibinə Frаnsа,  İngiltərə,  İtаliyа, Yаpоniyа, 
Bоlqаrıstаn, Yunаnıstаn, Rumıniyа, Rusiyа, Yuqоslаviyа  və 
Türkiyə dахil оlurdulаr. 
Kоnfrаnsın qərаrlаrınа görə yunаnlаr  İstаnbuldаn bаşqа 
bütün türk ərаzilərindən çıхаrılmаlı idilər.  Еrmənilərin Türkiyə 
ərаzisində  də  Еrmənistаn yаrаtmаq plаnlаrı  bоşа  çıхdı. Böyük 
dövlətlər müdаfiə  еtmədiklərindən  оnlаr öz istəklərinə  nаil  оlа 
bilmədilər. Türkiyə ərаzisindəki Аntаntа dövlətlərinin əlində оlаn 
Аlmаniyа,  Аvstriyа  və  Mаcаrıstаn vətəndаşlаrının mülkləri 
хüsusi müqаvilə bаğlаnаnаdək müttəfiqlərdə sахlаnılırdı. 
Lоzаnnа prоtоkоlunu bir tərəfdən  İngiltərə, Frаnsа,  İtаliyа, 
Yаpоniyа, Yunаnıstаn, Rumıniyа, Yuqоslаviyа, digər tərəfdən isə 
Türkiyə imzаlаdı. Sənəd imzаlаnаn gün Bеlçikа və Pоrtuqаliyа dа 
оnа  qоşuldulаr. Bеləliklə, türk diplоmаtiyаsının qələbəsi  оlаn 
Lоzаnnа kоnvеnsiyаsı rеgiоndаkı qüvvələr nisbətini tənzimlədi və 
mövcud ziddiyyətləri bir qədər yumşаltdı. 
 
5.Vaşinqton konfransı 
 
1919-1920-ci illərdə Paris sülh konfransında bağlanmış 
müqavilələr 1914-1918-ci illəri  əhatə edən Birinci dünya 
müharibəsindən sonrakı dövr üçün Avropanın böyük dövlətləri 
arasındakı yeni münasibətləri müəyyən etdi. ABŞ Avropadakı öz 
rəqibləri ilə mübarizədə diplomatik uğursuzluğa düçar oldu. Bu 
__________Milli kitabxana__________ 
 188
 
hər  şeydən  əvvəl, Vudro Vilsonun İngiltərənin baş naziri Lloyd 
Corc və Fransanın baş naziri Corc Klemenso ilə müqayisədə 
siyasi cəhətdən təcrübəsizliyi ilə əlaqədar idi. Vudro Vilson ABŞ-
a üstünlük qazandırmağı bacarmadı. Lloyd Corc və Corc 
Klemenso isə öz dövlətlərinə üstünlük qazandırmağı  məharətlə 
bacardılar. Məhz buna görə  də ABŞ Paris sülh konfransında öz 
planlarının heç birini həyata keçirə bilmədi, daha doğrusu 
bacarmadı. Bir sıra məsələlər, o cümlədən Uzaq Şərq və Sakit 
okean məsələsi isə həll edilməmiş qaldı.  
Paris sülh konfransı nəinki sülhü təmin etmədi, hətta demək 
olar ki, imperialist dövlətləri arasındakı ziddiyətləri daha da 
kəskinləşdirdi. ABŞ-da Versal sülhünü qəbul etməmək uğrunda 
mübarizə  hələ 1919-cu ilin yazında başlandı. Tezliklə  hər iki 
partiya arasında intensiv diskussiyalar başlandı. Hər şeydən əvvəl, 
konqresin özündə bu məsələ müzakirə obyektinə çevrildi.  
Müzakirələrin gedişində Vilsonun tərəfdarlarım təcridçilər 
adlandırmağa başladılar. Bu siyasətin mahiyyəti Avropa ilə 
iqtisadi, xüsusilə hərbi əməkdaşlıqdan imtina etmək və hələ 1796-
cı ildə C. Vaşinqtonun etdiyi vəsiyyətə əməl etmək idi.  
“Barışmazlıq” tərəfdarları isə irəli sürürdülər ki, Versal 
müqaviləsinə düzəlişlər etmək lazımdır. Bu düzəlişlərdə bütün  
dövlətlərdə hərbi mükəlləfiyyətlərin ləğv edilməsi, iri dövlətlərin 
ordu və donanmalarını ixtisar etmək, həmçinin hərbi büdcəni 
azaltmaq və s. məsələlər öz əksini tapmalıdır. Onlar İngiltərə, 
Fransa və Yaponiyanı Avropanı, Almaniya koloniyalarını, Çin və 
Türkiyə 
ərazilərini bölüşdürməkdə 
təqsirləndirir, bunu 
“imperialist soyğunu və  işğalı” hesab edir, buradakı insanlara 
müraciəti isə “heyvanla münasibətə” bənzədirdilər 
Vilsona qarşı duran cəbhədə respublikaçılar partiyasının 
liderlərindən olan Morqan və Rokfeller birləşdilər. Onlar ilk 
növbədə    İngiltərə  əleyhinə istiqamətdə köklənmişdilər. Onlar 
istəyirdilər ki, Yaxın  Şərqdən Meksikaya qədər bütün neft 
sərvətlərinə ABŞ  rəhbərlik etsin. Onlar göstərirdilər ki, ABŞ-ın 
maraqlarında birinci yeri Avropa, sonra Latın Amerikası və Asiya 
tutmalıdır. 


__________Milli kitabxana__________ 
 
189
 
Vilsonun əleyhdarları belə hesab edirdilər ki, ABŞ Millətlər 
Cəmiyyətinə daxil olmamalı  və onun nizamnaməsindəki onuncu 
maddənin ləğv edilməsinə nail omaq lazımdır. Millətlər 
Cəmiyyətində İngiltərə və Fransanın birinciliyi, hər şeydən əvvəl, 
Monro doktrinasını  təhlükə altına alırdı. Onlar Amerikanın 
avropalaşması haqqında şaiələr yayırdılar.  
Təcritçilər proqramında kontinentə sahib olmaq, Latın 
Amerikasında ABŞ-ın hökmranlığını  təmin etmək, həmçinin 
Yaponiyanı Çinin Şandun  əyalətindən və Sakit okeandakı 
adalardan məhrum etmək, mandat sisteminə yenidən baxmaq 
nəzərdə tutulurdu.  
Lodcistlər və “barışmazlıq” tərəfdarları arasında fikir 
ayrılığı olmasına baxmayaraq, onlar 1919-cu ildə birləşdilər. 
Lakin ziddiyət yenə  də qalmaqda idi. Lodc belə hesab edirdi ki, 
Versal müqaviləsinə ABŞ maraqlarına uyğun gələn maddələr 
daxil edilsə, onu qəbul etmək olar. Bor isə elan etdi ki, ABŞ 
bütün hallarda Versal müqaviləsinə, Millətlər Cəmiyyəti əleyhinə 
səs verməlidir. Nəhayət bu iki qrup arasında mübarizədə 
lodcistlər qələbəyə nail ola bildilər. 1919-cu ilin iyulunda Vilson 
rəsmi şəkildə  Versal müqaviləsini təsdiq üçün senata təqdim etdi. 
Bu məsələ ilə  əlaqədar müzakirə  səkkiz ay davam etdi. Senat 
ABŞ-ın xeyrinə 48 əlavə 4 düzəliş  tələb edirdi. Lodc isə  15 
düzəliş  tələb edirdi. Senatda Versal müqaviləsinin leyhinə 39, 
əleyhinə 56 nəfər səs verdi. 
1920-ci ilin martın 19-da Versal müqaviləsinin qəbul 
edilməsindən imtina edən qətnamə qəbul edildi. Bir sözlə, Versal 
müqavilələri ABŞ konqresi tərəfindən ratifikasiya edilmədi. 
Həmçinin bu hadisələr bir daha sübut etdi ki, hakimiyyətdə 
prezidentlə konqres arasında kəskin ziddiyətlər mövcuddur.  
ABŞ-ın xarici siyasət kursu əhəmiyyətli dərəcədə 1920-ci 
ildə noyabr ayında keçiriləcək prezident seçkilərinin 
keçirilməsindən  asılı idi. Vilson beynəlxalq səhnədə  məğlub 
vəziyyətdə idi. Ölkə daxilində isə artıq ona rəğbət qalmamışdı.  
Təcritçilərin millətçilik ruhunda təbliğatları öz işini gördü. 
Respublikaçıların prezident seçkiləri kampaniyası inhisarçılar 
tərəfindən yaxşı maliyyələşdirildi. 1920-ci ilin noyabr 
__________Milli kitabxana__________ 
 190
 
seçkilərində respublikaçılar partiyası qalib gəldi və Oqayo 
ştatından olan Hardinq  prezident seçildi.  
Hakimiyyətə  gələn respublikaçılar partiyası  dərhal Versal 
müqaviləsinə yenidən baxmağı  qərara aldı. Bunun üçün 
Vaşinqtonda yeni bir konfrans çağırmaq üçün hazırlıq işləri 
görməyə başladı. Bu konfransın çağırılması 1918-1920-ci illərdə 
ABŞ-ın xarici siyasətinin məntiqi nəticəsi idi. Versal 
müqaviləsindən sonra ABŞ qarşısına revanşı  və dünyaya 
rəhbərliyini öz əlinə almağı  məqsəd qoydu.  Lakin o, məqsədini 
əvvəlki dövrlərdən fərqli olaraq çox ehtiyatla həyata keçirməyə 
başladı. Dünya ağalığı ideyasını dirçəltmək ideyası  hələ 1920-ci 
ilin oktyabrın 16-da 31 nəfər görkəmli respublikaçının imzaladığı 
bəyanatda öz əksini tapdı. Onlar təsdiq edirdilər ki, bu partiya 
“Dərin millətlər assosasiyasının” yaradılmasını təmin edəcəkdir.  
Prezident Hardinq hələ seçkilərdən sonrakı birinci 
müşavirəsində göstərdi ki, bu məsələ ABŞ-ın xarici siyasətinin 
mərkəzində duracaqdır.  
Hardinq hökuməti beynəlxalq konfransın çağırılmasını  və 
orada ilk növbədə  aşağıdakı  məsələlərin müzakirə edilməsini  
lazım bilirdi: Silahların məhdudlaşdırılması; mandatların 
bölüşdürülməsinə yenidən baxılması; Çində “açıq qapılar” 
doktrinasının keçirilməsi; “rus məsələsinin müzakirəsi”; beynəl-
xalq münasibətlərin yeni prinsiplərini işləyib hazırlamaq və s. 
İngiltərə ancaq ona nail ola bildi ki, çağırılacaq konfrans 
ancaq Uzaq Şərq və Sakit okean məsələləri ilə məşğul olsun. Bu 
məsələdə isə  ən çox dörd dövlət – ABŞ,  İngiltərə, Fransa və 
Yaponiya iştirak etməlidir. Fransa uzun müddət burada iştirak 
etməyə cəhd etdi və nəhayət,  buna nail ola bildi. Fransa həm də 
çalışırdı ki, konfransın gündəliyinə borclar haqqında məsələ  də 
daxil edilsin. Fransa mətbuatı o zaman həyacanla yazırdı ki, ona 
imkan vermək olmaz ki, hər bir yeni ABŞ prezidenti öz 
beynəlxalq təşkilatını yaratsın. Yaponiya isə qətiyyətlə bildirdi ki, 
artıq Uzaq Şərqdə zəbt edilmiş və həll edilmiş ərazilərlə bağlı heç 
bir məsələ gündəliyə daxil edilməsin  
Müzakirənin gedişində qarşıda duran forum “Silahların 
məhdudlaşdırılması, Sakit okean və Uzaq Şərq məsələləri üzrə 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə