25
hansısa qanunlara görə özünütəşkiletməni aktivləşdirmək vəziyyətinə gəlir.
Beləliklə sistem risk edərək entropiya ilə mübarizə aparır.
Sistemin özünütəşkiletməsi – bu, sistemin vəziyyətinin (və ya
xüsusiyyətlərinin) dəyişməsinin elə bir prosesidir ki, məqsədi fərz edən
mənbələrin necə olmasından asılı olmayaraq məqsədyünlü başlanğıc olmadan baş
verir. Özünütəşkiletmə prosesini doğuran səbəblər həm daxili, həm də xarici ola
bilər. Özünütəşkiletmənin elementlərindən də danışmaq olar.
Özünütəşkiletmə mexanizmlərinin məcmusunu – dəyişkənlik, vərəsəlik,
seçim – akademik N.N.Moiseyev bazar adlandırır. Məhz bazar çoxsaylı
variantları təqdim edir, seçim prinsipləri, sistem qanunları və sabitlik isə onların
içərisindən ən səmərəli olanlarını seçir. Moiseyevə görə, hələ Smit və Rikardonun
tədqiq etdikləri bazar Universam bazarının xüsusi halıdır. nsanlar da çeynənmiş
yollardan istifadə etdilər, belə ki, başqa yol sadəcə yox idi: insan iqtisadiyyatı ilə
təbiət iqtisadiyyatının özünütəşkiletməsinin məntiqi eynidir.
Bəzən özünütəşkiletmənin texniki, bioloji və sosial növlərini ayırırlar, belə
ki bu növlərdə özünütəşkiletmə mexanizmlərinin fərqli prinsiplər üzərində
qurulduğu güman edilir:
•
texniki – şərtlərin dəyişdiyi təqdirdə fəaliyyət alqoritmlərinin
avtomatik dəyişdirilməsi proqramına əsaslanır (raketlərin özünüyeritmə
sistemi, avopilot);
•
bioloji – növün qorunub saxlanmasının genetik proqramına və darvin
üçlüyünə (dəyişkənlik, vərəsəlik və təbii seçim) əsaslanır;
•
sosial – zamanla dəyişən prioritetləri, dəyərləri və qanunları özündə
ehtiva edən ictimai əlaqələrin ahəngdarlaşmasının ictimai sosial proqramına
ə
saslanır.
Sosial sistemlərdə məqsədyönlü təşkilat və özünütəşkiletmə prosesləri
arasında qarşılıqlı əlaqələrin dərk olunması təşkilatlanmış elmin ən mühüm
vəzifəsi sayılır. Hər bir şirkətdə, firmada göstərişlərin, sənədlərin, planların,
normativ aktların, instruksiyaların köməyilə idarə edilən məqsədyönlü təşkilatla
26
yanaşı həmişə təşkilatın sistem xüsusiyyətlərilə bir bütöv kimi və sinergetik
effektlərlə bağlı olan “özünütəşkiletmə” prosesləri gedir. Həmin bu
“özünütəşkiletmə” nə qədər olmalıdır? “Təşkilat/özünütəşkiletmə” nisbətində
optimum hansı həddədir? Hansıa ümumi prinsiplər mövcuddurmu, müasir dilin
və praktiki biliklərin köməkliyilə tövsiyələr işləyib hazırlamaq olarmı?
Məlumdur ki, idarəetmə sistemi nə qədər sərtdirsə, yaradıcılıq və
özünütəşkiletmə üçün bir o qədər az şərait vardır. Halbuki sistemin elementlərini
“sərbəst üzmə”yə buraxsaq, qoyduğumuz məqsədə çatmamaq ehtimalı var. Bir
tərəfdən, özünütəşkiletmənin effektlərinə qeyri-rəsmi əməkdaşlığın, icazəsiz
fəaliyyətin sayəsində, digər tərəfdənsə aydın müəyyən edilmiş hədəfin və
idarəedicilərin məqsədyönlü, aydın təşkil edilmiş fəaliyyətinin köməyilə nail
olunur.
Beləliklə sosial sistemlərin özünütəşkilinin təkamülü aşağıdakıları nəzərdə
tutur:
• qabaqcadan müəyyən edilmiş hədəfin olması. Sistem bu hədəfə
sərbəst surətdə yönlənir, onun ətrafında özünü təşkil edir. Yaradıcı
yanaşmanın, innovasiyalı inkişafın prioritetləri, peşə artımı, əmək
fəaliyyətinin prestijinin yüksəlməsi böyük rol oynayır.
• Idarəetmə strukturlarının elastikliyi, dəyişkənliyi və adaptivliyi.
Sosial-pixoloji metodlar inzibati metodları sıxışdırır. Məhz müasir, şəbəkə
strukturları ümumi səmərənin yüksəlməsini təmin edən sinergetik əlaqələri
gücləndirir. Sərt iyerarxik strukturlar özünütəşkil üçün az imkanlar saxlayır.
Özünütəşkiletmə gündəlik fəaliyyətdə kiçik sərbəst yarımşöbələrin,
qərarların üfüqi və şaquli şəkildə razılaşdırılmasına maneçilik törədən
bürokratik strukturlarla əlaqəli olmadığı zaman təzahür edir.
• diversifikasiya, mərkəzsizləşdirmə, hər kəsin məhsuldarlığının
yüksəldilməsi, idarəetmə qərarlarının qəbulunda və yeni əmək
motivasiyasında iştirak.
27
• məhsuldar qüvvələrin çoxməqsədli istifadəsi, məlumatların, biliklərin
ötürülməsi, nou-xau və s.
• idarəetmə ilə özünüidarəetmənin vəhdəti. Sərt reqlamentasiya zamanı
özünüidarəetmə sistemin daha fəal elementlərinin itirilməsilə adi
idarəetməyə keçir.
• özünütəhsil, özünütərbiyə, özünənəzarət. Bunun üçün firmada
müvafiq şərtlər yaradılmalıdır.
• özünüinkişaf təşkilatın yeni mərhələsinə keçid kimi (sturktur
məlumatlarının toplanması, yeni məqsədin seçilməsi və strukturun
dəyişdirilməsi)
Müasir təşkilat elminə görə heç bir müəssisənin sərt idarəetmə şəraitində,
özünütəşkiletmə və idarəetmə elementləri olmadan inkişafa nail ola bilməz.
Məqsədyönlü idarəetmə fəaliyyətində sistemin özünütənzimləmə imkanlarını
genişləndirən qərarlar qəbul edilməlidir. qtisadiyyatda özünütəşkiletmənin,
özünüidarəetmənin və özünütənzimləmənin rolunun artması – dəyişən şəraitin
mürəkkəbləşməsi və sürətlənməsinin qaçılmaz nəticəsidir. ctimai və təsərrüfat
sistemlərində
özünütəşkiletmə
və
özünütənzimləmə
proseslərinin
genişləndirilməsi və stimullaşdırılması proqressiv iqtisadi metodların, meyarların
istifadəsi əsasında baş verə bilər. Məsələn, yeni texnologiyaların, yeni layihələrin
seçimi zamanı yalnız materialtutumluluq, enejitutumluluq, əməktutumluluq,
təbiəttutumluluq, elmtutumluluq və s. meyarlarına cavab verənlər nəzərdən
keçirilir. Verilmiş parametrlər texnologiyaların seçimini həyata keçirir. Beləliklə,
sistemin özününtəşkilinin əsasında qanunlar, normalar, ənənələr və mədəniyyət
durur.
Mürəkkəb sistemlərin özünütəşkiletmə proseslərinin təkamülünün dərk
olunması gələcəyin, inkişaf yollarının seçilməsi imkanı ilə bağlıdır. Istənilən
dinamik sistemin qarşısına, nəticələri demək olar ki tamamilə qeyri-müəyyən olan
böhranlı vəziyyətlərin çıxması qaçılmazdır. Bu, dərin praktiki əhəmiyyət kəsb
edən ən mühüm sistem xüsusiyyətlərindən biridir: buradan belə qənaətə gəlmək
Dostları ilə paylaş: |