Microsoft Word ittht docx



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə10/25
tarix27.10.2017
ölçüsü0,64 Mb.
#7034
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

28 

 

olar ki, idarəetmə vəzifəsi hər şeydən əvvəl inkişaf tendensiyalarının qabaqcadan 



müəyyən  edilməsindən  və  firmanı  növbəti  böhrandan  yan  keçməsinə  və  ya 

neqativ  təsirləri  azaltmağa  imkan  verəcək  üsulları  axtarıb  tapmaqdan  ibarətdir. 

Özünütəşkiletmə  proseslərinin  tədqiqi  bu  tendensiyaların  qabaqcadan  üzə 

çıxarılmasına və müvafiq tədbirlərin görülməsinə imkan verir. Firmanın böhrana 

salınması o deməkdir ki, şirkətin rəhbərliyi qarşılıqlı inkişaf prinsipini öz alt və 

üstsistemlərilə bir bütöv kimi həyata keçirməyə qadir deyil. 

Müasir  innovasiyalı  biznesin  inkişaf  qanunauyğunluqları  özünütəşkiletmə 

tendensiyalarının  üstün  gəlməsi,  şirkətin  özünütəşkiletmə  mexanizmindən 

istifadəyə  can  atması  haqqında  danışmağa  imkan  verir.  Müasir  korporasiyalarda 

qoyuluşlar  elastik  tərəfdaş  əlaqələrinə  edilir.  Müvəffəqiyyət  qazanan  şirkətlərin 

təcrübəsi göstərir ki, bir sıra hallarda idarəetmə obyektinin proqramı və strukturu 

nə  qədər  az  reqlamentləşdirilmişdirsə,  onun  real  şərtlərə,  özünütənzimləməyə 

uyğunlaşması imkanları bir o qədər çoxdur. 

Lakin  bununla  yanaşı,  reqlamentləşdirilmiş  təşkiletmə  və  idarəetmə 

proseslərilə  əlaqədar  özünütəşkiletmənin  və  özünütənzimləmənin  ikinci  dərəcəli 

xarakterini qeyd etmək lazımdır. 

Həqiqətən  də,  özünütəşkiletmə  və  özünüidarəetmə  dünya  səviyyəli  müasir 

ş

irkətlərdə  getdikcə  daha  böyük  rol  oynamaqdadır.  Məsələn  “IBM” 



korporasiyasının  yaradıcı  heyətinin  fəaliyyəti  “idarə  olunan  anarxiya”  prinsipi 

ə

sasında  qurulur:  səlahiyyətlərin  geniş  surətdə  ötürülməsi  və  üfüqi  əlaqələr 



üzərində  dayaq  sayəsində  hər  bir  əməkdaş  öz  düşüncəsinə  əsasən  tədqiqatlarla 

məşğul  olmaq,  işinə  həmkarlarını  cəlb  etmək,  qonşu  şöbələrlə  bağlı  olan 

təşəbbüslərini  sərbəst  surətdə  ifadə  etmək  hüququna  malikdir.  Bir  sözlə, 

özünütəşkiletmə sürətlə çiçəklənir. Halbuki əgər bu korporasiyada səmərəli təşkil 

edilmiş monitorinq sistemi və hər bir işçinin fəaliyyətinə nəzarət sistemi olsaydı, 

yaradıcılıq azadlığının bu həddə olmasını təsəvvür belə etmək olmazdı. 




29 

 

Ardıcıl olaraq, özünütəşkiletməyə məhdud hədlərdə, iyerarxiyanın müəyyən 



(ən  yüksək  olmayan)  səviyyəsində,  təşkilati  strukturun  tələbatlarının  konkret 

kontekstində yol verilə bilər. 

Özünütənzimləmə  -  sistemin  normal  fəaliyyətini  pozan  xarici  təsirlərə 

sistemin  sərbəst  şəkildə  reaksiya  verməsidir.  Özünütənzimləməyə  operativ 

informasiyanın,  əks  əlaqənin  köməyilə  nail  olunur  və  özünüqurma  və 

özünütəşkiletmə formasında həyata keçirilir. 

Özünüidarəetmə  məqsədəyönəlik  vəzifələrin  sərbəst  şəkildə  həllini, 

vəsaitlərin  işlənib  hazırlanmasını,  vəzifələrin  həlli  üsullarını,  qeyri-rəsmi 

sinergetik  əlaqələrin  yaradılmasını  nəzərdə  tutur.  Özünüidarəetmə  fərdin  və 

kollektivin yaradıcılığa, azadlığa və özünüifadəyə olan tələbini reallaşdırır. 

Özünüidarəetmə prinsipləri: 

•  ikinci dərəcəlilik prinsipi – təşkilatda özünüidarəetmə birinci dərəcəli 

ola bilməz 

•  idarəetmə  ilə  özünüidarəetmənin  vəhdətliyi  prinsipi  –  istənilən 

təşkilatda  idarəetmənin  hər  bir  səviyyəsində  idarəetmə  ilə  özünüidarəetmə 

vəhdətdə olmalıdır. 

•  yumşaq  reqlamentləşdirmə  prinsipi  –  idarəetmə  prosesi  təşkilatın 

qanunvericilik aktları və əsasnamələrilə sərt reqlamentləşirilə bilməz. 

Dünya səviyyəli şirkətlərin xarici mühitə yüksək adaptasiya məqsədyönlü 

idarəetmə ilə özünüidarəetmə və idarəetmə ilə özünütənzimləmə arasında optimal 

nisbətlə  izah  edilir.  Əks  əlaqə  prinsipinin  köməyilə  obyektin  arzuolunan 

vəziyyətdən  azacıq  kənarlaşdığı  təqdirdə  obyektin  vəziyyəti  haqqında  yeni 

məlumatlar avtomatik olaraq nəzərə alınır və müvafiq olaraq idarəedici subyektin 

müdaxiləsi olmadan idarəedici təsirlər dəyişdirilir. 

Özünütəşkiletmə  fenomeninin  tətbiqi  rəqabət  qabiliyyətliliyinin 

saxlanmasının  və  yeni  rəqabət  üstünlüklərinin  yaradılmaının  zəruri  şərtidir. 

Özünütəşkiletmə  öz-özlüyündə  isə  cəmiyyəti  yüksək  texnologiyalara,  yüksək 

təşkilati  mədəniyyətə  gətirib  çıxarmır.  Özünütəşkiletmə  fundamental  elmlər 




30 

 

olmadan,  təhsilli  və  nizam-intizamlı  heyət  olmadan,  öz  mənfəətini  güdən  deyil, 



situasiyanı  dərk  edən  və  ölkəsinə  xidmət  edən,  təhsilli  idarəedici  olmadan 

mümkün deyil. 

Müasir  təşkilat  elminin  ən  mühüm  vəzifəsi  məqsədyönlü  təşkiletmə  ilə 

təbii  özünütəşkiletmə  prosesləri  arasında  qarşılıqlı  əlaqələrin  öyrənilməsi, 

optimumun axtarılması, təşkiletmə və özünütəşkiletmə tədbirləridir. 

“Təşkiletmə/özünütəşkiletmə”nin  optimal  nisbətinin  səmərəsindən 

istifadə  səyləri  yeni  təşkilati  formaların,  müxtəlif  növlü  sahibkarlıq 

assosiasiyalarının və firmalararası alyansların yaradılmasına gətirib çıxarır. 



Korrupsiya özünütəşkiletmənin təzahürü kimi

Ümumilikdə  özünütəşkiletmə  -  insanların  əksəriyyəti  tərəfindən  pozitiv 



qəbul edilən anlayışdır. Lakin hər bir obyekti hadisə kimi o da nə “yaxşı”, nə də 

“pis”  olaraq  qiymətləndirilməməlidir.  Neqativ  qəbul  olunan  korrupsiya  buna 

misaldır,  ancaq  məşhur  mənada  onu  pozitiv  qəbul  edilən  özünütəşkiletmənin 

təzahürü kimi ifadə etmək olar. 

Korrupsiya  –  müəyyən  edilmiş  qaydalara  zidd  olaraq  vəzifəli  şəxsin, 

sərəncamında  olan  səlahiyyətlərdən  və  ona  etibar  edilmiş  hüquqlardan  öz 

mənafeyi  naminə  istifadə  etməsidir.  Bu  termin  daha  çox  bürokratik  aparat  və 

siyasi elita barədə işlənilir. 

Korrupsiyanın  səciyyəvi  cəhəti  vəzifəli  şəxsin  əməllərilə  onu  işə 

götürənin  maraqları  arasında  ziddiyyətdə,  yaxud  seçilmiş  şəxsin  əməllərilə 

cəmiyyətin maraqları arasında ziddiyyətdə özünü göstərir. Korrupsiyanın bir çox 

növləri  vəzifəli  şəxsin  törətdiyi  fırıldaqçılıqla  bağlıdır  və  dövlət  hakimiyyətinə 

qarşı cinayət kateqoriyasına aid edilir. 

Korrupsiyaya  diskret  hakimiyyətə  malik  olan  -  ona  məxsus  olmayan 

hansısa vəsaitlərin bölgüsü səlahiyyətinin verildiyi istənilən şəxs qurşana bilər. 

 

 



 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə