22
1.3.
Özünüidarə və özünütəş kiletmə
Təşkilat dedikdə, altsistemlərin kooperativ qarşılıqlı əlaqəsi nəticəsində
sistemin mövqeyindən daha səmərəli strukturların yaradılmasına gətirib çıxaran
geri qaytarılmaz proses başa düşülür.
Təbiətin və cəmiyyətin tədqiqi göstərir ki, çoxlu sayda altsistemlərdən təşkil
olunan bir çox mürəkkəb açıq sistemlər müəyyən şəraitlərdə özünütəşkiletməyə
və təkamülə qadirdir
14
. Misal üçün canlı varlıqları, planetimizdə onların
yaranmasını və inkişafını göstərə bilərik.
Özünütəşkiletmə prosesinin təsviri və məqsədyönlü təşkilat ilə
özünütəşkiletmə prosesləri arasında qarşılıqlı münasibətlərin dərk olunması
problemi mərkəzi problemlərdən biri olaraq qalır. Özünütəşkiletmə
mexanizmlərinin tədqiqinə yanaşmalar bu mexanizmlərin geniş müxtəlifliyi və
çoxobrazlılığı ilə şərtlənir.
Hələ Aristotelin vaxtlarından bəri təbii və ictimai proseslər üçün
özününtəşkiletmənin əhəmiyyəti mücərrəd-fəlsəfi, hətta teoloji səviyyədə də olsa
tədqiqatın predmeti olmuşdur. Dünya necə yaranmışdır və milyard illərdir ki
mövcud olan Kainatın bütövlüyünün və dayanıqlılığının kök səbəbi nədir? Bu
barədə yüzlərlə elmi iş yazılmışdır.
Özünütəşkiletmə problemi xüsusilə ötən yüzilliyin ikinci yarısından sonra
aktuallaşdı, bu kibernetikanın inkişafı ilə bağlı idi.
Uzun zamanlar fəlsəfədə özünütəşkiletməyə yalnız canlı varlıqlara xas olan
hadisə kimi yanaşılmışdır. Məlumatın “aşağıdan” yalnız əks əlaqə kanalının son
nəticəsi kimi daxil olduğu, qərarların isə ancaq yuxarıda qəbul edildiyi
mərkəzləşdirilmiş bir iyerarxiya strukturu anlayışı olaraq “heyvanda və maşında
idarəetmə”nin
kibernetik
anlayışının,
həqiqi
sistemlərin
fəaliyyətinin
mürəkkəbliyini əks etdirmək, o cümlədən mürəkkəb sistemlərdə gedən
özünütəşkiletmə prosesinin yaxşı izahedici modellərini yaratmaq gücündə
14
Теория
Организации Учебник Ростов-на-Дону «Феникс» 2008, səh 42
23
olmadığı ortaya çıxdı. XX əsrin 50-ci illərinin ikinci yarısında kibernetika
mərçivəsində, özünü təşkil edən sistemlərin tədqiqinin klassik kibernetikdən daha
çox sinergetikə yaxın olan özünütəşkiletmə mexanizmini təklif edən qeyri-klassik
istiqaməti meydana gəlir. Belə “qeyri-klassiklər”dən biri kibernetikanın əsasını
qoymuş N.Viner oldu. XX əsrin 60-cı illərinin əvvəlində sovet kibernetiki
M.L.Tsetlin yazırdı: “Bütün idarəetmənin ünvanlı şəkildə yuxarıdan aşağı həyata
keçirildiyini fərz etdiyimiz təqdirdə sistem olduqca mürəkkəbləşir. Oyunun
şə
rtləri verilmişdirsə, avtomatlar lazımi fəaliyyətləri artıq özləri tapır. Bununla
yanaşı, onların fərdi göstərişlərə ehtiyacı yoxdur.”
Qərbdə yeni yaranmış, 1975-ci ilə qədər elmdə yeni perspektivli istiqamət
kimi öz yerini tutan “sinergetika” elmi distsiplinası kibernetikanın tədqiqat
predmeti olan özünütəşkiletmə proseslərinin çevrəsini əhəmiyyətli dərəcədə
genişləndirir. Kibernetikaya dair elmi işlərdə özünütəşkiletmə hadisəsinin həm
canlı, həm də cansız varlıqlara xas olması qeyd edilməklə universal olduğu
deyilir. Məhz “sinergetika” termininin elmi istifadəyə daxil edilməsi
özünütəşkiletmə problemlərinin tədqiqinə iki əsas yanaşmanı əlaqələndirir:
kibernetik və sinergetik yanaşma. Özünütəşkiletməyə bu iki yanaşmanın fərqi hər
ş
eydən əvvəl sistemin davranışının məqsədyönlülüyünə münasibətdə özünü
göstərir.
Kibernetik yanaşma məqsədin əvvəlcədən müəyyənləşdirilməsini ehtiva
edir, sistem bu məqsədə doğru sərbəst surətdə yönələrək onun ətrafında özünü
təşkil edir.
Sinergetik yanaşmada isə mexanizm məqsəd tələb etmir, sistemin özünü
təşkil etməsi sistemin elementləri arasında qarşılıqlı fəaliyyət kimi təzahür edir.
Təşkilatın yeni formaları heç bir xarici təsir və ya məqsəd olmadan qəfildən
meydana çıxır.
Həm kibernetika, həm də sinergetika idarəetmə anlayışına birinci dərəcəli
ə
həmiyyət bəxş edir, lakin bununla belə tamamilə müxtəlif məqsədləri güdürlər.
Kibernetika sistemin əvvəlcədən verilmiş qaydada fəaliyyət göstərməsi üçün onu
24
idarə etməyə imkan yaradan alqoritm və metodların işlənib hazırlanması ilə
məşğul olur. Sinergetikada təcrübə prosesində sistemin idarəedici parametrləri
müəyyən şəkildə dəyişir və sistemin özünütəşkiletməsi yerinə yetirilmiş
dəyişikliklərə reaksiya, yəni “idarəetmə rıçaqları”nın təsiri altında sistemin
düşdüyü müxtəlif vəziyyətlər olaraq tədqiq olunur. Beləliklə əgər kibernetik
sistem idarəedici orqanın təsiri altında təşkil olunursa, sinergetikada “idarəedici
parametrlər” sistemin davranışını bilavasitə idarə etmirlər, onun daxili
özünütəşkiletmə mexanizmini “işə salırlar”. Həm kibernetik, həm də sinergetik
özünü təşkil edən sistemlərin davranışı məqsədyönlü görünür, lakin birinci halda
məqsəd qabaqcadan verilir, ikincidə isə sistem daha yüksək təşkilata gedən
inkişaf yolunu özü seçir.
Hazırki dövrdə sinergetika və özünütəşkiletmə anlayışları çox vaxt sinonim
kimi işlədilir. Həqiqətən də həm özünütəşkiletmə, həm də sinergetika konkret
məkan və zamanda, istənilən təbiətin mürəkkəb, nataraz, dinamik, açıq
sistemlərində nizamsızlıqdan təşkilatın necə formalaşmasını (özünütəşkiletmə) və
həmçinin
ə
ks
istiqamətli
prosesləri
(özünüparçalama)
tədqiq
edir.
Özünütəşkiletmənin hər iki mexanizmi – həm kibernetik, həm də sinergetik eyni
ə
sasa: elementlər arasında qəfildən meydana gələn əlaqələrə malikdir, bu əlaqələr
strukturları ortaya çıxarmağa, idarəedici əmrlər olmadan yerli qarşılıqlı əlaqələrin
sayəsində sistemdə təşkilat yaratmağa imkan verir.
Mürəkkəb sistemlərin özünü təşkil etməsindən danışdıqda ilk öncə onların
öz bütövlüyünü, hemostatik dayanıqlılığını qoruyub saxlamaq səylərini fərz
etmək olar. Maksimal entropiya, xaos səviyyəsi həddinə çatmaqdan,
“tarazlıqdan” mümkün qədər uzaqlaşmaq cəhdi özünü təşkil edən sistemin
davranışında aparıcı tendensiyadır. Digər tərəfdən sinergetiklər iddia edirlər:
dayanıqsızlıq olmasa inkişaf da olmaz, inkişafa gedən yol məhz dayanıqsızlıqdan,
stresdən, təsadüfdən keçir. Qeyri-sabitlik və böhranlar ən yaxşının üzə
çıxarılmasına və seçilməsinə imkan yaradır. “Yaxşı” sistem dayanıqsızlığın bu
sahəsinin, özünün yol verilən stoxastiklik sahəsinin mümkün sərhədlərini bilir və
Dostları ilə paylaş: |