Microsoft Word iskenderli lala doc



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə32/35
tarix04.02.2018
ölçüsü1,01 Mb.
#23652
1   ...   27   28   29   30   31   32   33   34   35
    Bu səhifədəki naviqasiya:
  • 3.3.Az

 

                                                                                                                                                                       

                                                                                                                                                          81 

 

kapital resurslarına qoyulan vergini nəzərə alsaq, onda hər min kub metr 



qazın qiyməti 18,50 dollara gəlib çıxır. 

 

Azəriqaz  1996-cı  ildə  zərərin  27  mln.  dollar  olacağını 



proqnozlaşdırıb  ki,  bu  da  hər  min  kub  metr  qazsa  əmələ  gələn  4,40 

dollarlıq  itkisinin  yaranması  ilə  əlaqələndirilir.Əhaliyə  verilən  qazın 

qiymətini  qaldırarkən    nəzərə  almaq  lazımdır  ki,  əhalinin  həyat  şəraiti 

keçmiş  SSR   respublikaları  ilə  müqyisədə  ən  aşağı  səviyyələrdən  birini 

tutur.  

       Bu  sahədə  siyasətin  hazırlanması  ilə  Maliyyə  Nazirliyi,  qtisadi 

nkişaf  Nazirliyi,  Nazirlər  Kabineti,  Prezident  Aparatı,  ARDNŞ, 

Azəriqaz,  Azərenerji,  Yanacaq  və  Energetika  Nazirliyi  məşğul  olurlar. 

Çıxış  yollarından  biri  kimi  sayğacların  qoyulmasını  göstərmək  olar.  Bu 

qaz  itkisini  azaltmağa  və  istehlakçılarda  stimul  yaratmağa  imkan  verə 

bilər. 

 

 



3.3.Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf 

üzrə Dünya Bankı ilə əməkdaşğın genişləndirilməsi 

 

Yoxsulluq  hazırda  bəşəriyətin  üzləşdiyi  əsas  problemlərdən  biri  hesab  edilir. 



Dünya  bankının  məlumatlarına  görə  XXI  əsrin  başlanğıcında  dünya  əhalisinin  2,8 

mlrd.  nəfərinin  gündəlik  gəliri  2  ABŞ  dollarından,  1,2  mlrd.  nəfərinin  isə  gündəlik 

gəliri 1 ABŞ dollarından aşağı səviyyədə olmuşdur. Doğulan hər 100 uşaqdan 6-sı bir 

yaşına,  8-i  isə  5  yaşına  çatanadək  tələf  olmuşdur.  Məktəb  yaşına  çatmış  hər  100 

uşaqdan  23-nün  təhsil  almaq  imkanı  olmamışdır.  Inkişaf  etməkdə  olan  ölkələrdə 

yaşayan  4,4  mlrd.  insanın  3/5-ü  normal  sanitariya  şəraitinə,  1/4-  i  normal  mənzil 

şə

raitinə, 1/3-i normal içməli su təchizatına, 1/5-i isə normal qidalanma imkanlarına 



malik olmamışdır.  


 

                                                                                                                                                                       

                                                                                                                                                          82 

 

Məsələyə  Azərbaycan  kontekstində  baxsaq,  görərik  ki,  ölkəmizdə  yoxsulluğun 



kökü  yaxın  keçmişlə  sıx  bağlıdır.  Hələ  sovet  hakimiyyəti  illərində  baxmayaraq  ki, 

bizim  istehsal  olunan  milli  gəlirimiz  istehlak  olunan  milli  gəlirdən  xeyli  artıq  idi, 

ə

halinin  maddi  rifahının  səviyyəsinə  görə  Azərbaycan  15  müttəfiq  respublikalar 



arasında  10-cu  yer  tuturdu.  Belə  ki,  1990-cı  ildə  Azərbaycanda  orta  əmək  haqqı 

ittifaq  üzrə  orta  göstəricisidən  1,5  dəfə,  baltikyanı  respublikalarla  müqayisədə  isə  2 

dəfə aşağı idi. Nəzərə alsaq ki, əhalinin pul gəlirinin strukturunda əmək haqqının payı 

70 faizdən çox idi, onda 1990-cı ilin rəsmi sratistikasına görə respublika əhalisinin 35 

faizdən  çoxunun  gəlirinin  yaşayış  minimumdan  az  olmuşdur.  Beləliklə  SSR -nin 

dağılması  ərəfəsində  Azərbaycanda  yoxsulluğun  start  səviyyəsi  son  dərəcə  yüksək 

idi.  

Azərbaycanın  müstəqilliyinin  ilk  illərində  son  dərəcə  qeyri-sabit  ictimai-siyasi 



vəziyyət  bir  tərəfdən,  naşı,  səviyyəsiz  xalq  cəbhəsi  nümayəndələrinin  hakimiyyətə 

gəlməsi  digər  tərəfdən,  çoxsaylı  problemlərin  həlli  ilə  məşgul  olmağa  imkan 

vermirdi.  Nəticədə  1991-1994-cü  illərdə  əhalinin  onsuzda  ağır  olan  həyat  səviyyəsi 

3,6 dəfə aşağı düşdü.  

Möhtərəm  Prezident  Heydər  Əliyevin  hakimiyyətə  qayıtması  ilə  1994-cü  ilin 

sonunda  Azərbaycanda  ictimai-siyasi  vəziyyəti  müəyyən  dərəcədə  sabitləşdirmək 

mümkün  oldu  ki,  bu  da  genişmiqyaslı  iqtisadi  islahatlar  aparılmasını  nəzərdə  tutan 

düşünülmüş  və  məqsədyönlü  iqtisadi  siyasətin  işlənib  hazırlanmasına  və  həyata 

keçirilməsinə başlamağa imkan verdi.  

Dünya Bankının ekspertləri 1995-ci ildə Azərbaycanın yaşayış şərait sorğusunu 

keçirmişlər  və  həmin  il  üçün  ölkədə  yoxsulluğun  səviyyəsi  ölkə  üzrə  61,5  faiz 

müəyyən  edilmişdir.  1995-ci  ildən  başlayaraq  makroiqtisadi  sabitliyin  təmin 

olunmasına,  struktur  islahatlarına  və  iqtisadiyyatın  artımının  bərpasına  və  əhalinin 

yaşayış  səviyyəsinin  yüksəldilməsinə  yönəldilmiş  siyasətin  həyata  keçirilməsi 

nəticəsində  yeddi  il  ərzində  respublikada  böyük  müsbət  dəyişikliklər  baş  verdi  və 

aşağıdakılar mümkün olmuşdur.  




 

                                                                                                                                                                       

                                                                                                                                                          83 

 

-



 ÜDM-ə nisbətdə büdcə kəsirini 1994-cü ildəki 10 faizdən 1-2 faizə endirmək 

və bu kəsirin Milli Bankın kreditləri hesabına bağlanmasına son qoymaq; 

-

 sosial ehtiyaclarına dövlət xərclərini 50 faizdən yuxarı qaldırmaq; 



-

 Milli Bankın kredit dərəcələrini 1994-cü ildəki 250 faizdən 10 faizə endirmək; 

-

 ölkənin  4-5  aylıq  idxala  bərabər  olan  və  valyuta  bazarında  səmərəli  şəkildə 



manevr etməyə imkan verən sanballı qızıl-vayyuta ehtiyatı yaratmaq; 

-

 dönərli  valyutalara  nisbətdə  ölkənin  milli  valyutasının-  manatın  məzənnəsini 



sabitləşdirmək; 

-

 dövlətsizləşdirmək prosesinə başlamaq və 2003-cü il yanvarın 1-nə pul və çek 



hərracları  vasitəsilə  40  mindən  çox  kiçik  və  orta  və  mindən  artıq  iri  müəssisəni 

özəlləşdirmək; 

-

 alqı-satqı  hüququ  verilməklə  kənd  sakinlərinə  pulsuz  olaraq  1,3  milyon 



hektardan çox kənd təsərrüfatına yaralı sahələr paylamaqla torpaq islahatı keçirmək. 

Bunun  nəticəsində  artıq  indiyədək  kənd  yerlərində  40  mindən  çox  fərdi  fermer 

təsərrüfatı və təsərrüfatçılığın 5 minə qədər digər bazar formaları (kooperativlər, kiçik 

müəssisələr və s.) yaradılmışdır; 

-

 dövlət  idaəetmə  sistemində  bir  sıra  ciddi  struktur  islahatlar  aparmaq,  30-a 



yaxın  nazirlik,  dövlət  komitə  və  konserni  ləğv  etmək,  onlarca  səhmdar  cəmiyyəti 

yaratmaq, ölkədə peşəkar dövlət qulluğunun əsasını qoymaq; 

-

 Ümumdünya  Ticarət  Təşkilatına  daxil  olmaq  üçün  ilkin  böyük  hazırlıq  işləri 



aparmaq.  

Nəticədə  Azərbaycan  Respublikası  Dövlət  Statistika  Komitəsinin  göstəricisinə 

görə  2003-cü  ilin  axırına  ölkədə  yoxsulluğun  səviyyəsi  49  faizə  qədər  azalmışdır. 

Azərbaycanda yoxsulluğun müəyyən edilməsi Dövlət Statistika Komitəsi müntəzəm 

şə

kildə  həyata  keçirilən  ev  təsərrüfatlarının  tədqiqatından  (ETT)  əldə  edilmiş 



məlumatlara əsaslanır. 2001-ci ildən etibarən aparılan ETT təsadüfi seçmə üsulu ilə 

müəyyən  edilmiş  8000-8500  ev  təsərrüfatlarını  əhatə  edən  illik  sorğulara  əsaslanır. 

Illik sorğunun nəticələri hər rüb rotasiya üsulu ilə müəyyənləşdirilir. Belə ki, hər rüb 

2000 ev təsərrüfatında sorğular aparılır və hər rübün sonunda həmin ev təsərrüfatları 




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə