Microsoft Word iskenderli lala doc



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə28/35
tarix04.02.2018
ölçüsü1,01 Mb.
#23652
1   ...   24   25   26   27   28   29   30   31   ...   35

 

                                                                                                                                                                       

                                                                                                                                                          69 

 

irriqasiya  sisteminin  idarə  edilməsinin  təkmilləşdirilməsidir.  Layihə  Azərbaycanda 



379  su  istifadəçiləri  assosiasiyası,  760  min  kiçik  fermer  təsərrüfatları  yerləşən 

təxminən  900  min  hektar  ərazini  əhatə  edəcək.  Müxtəlif  treninqdən  başqa  layihə 

çərçivəsində  uzunluğu  3  min  km  olan  drenaj  və  irriqasiya  kanallarının  yenidən 

qurulması  nəzərdə  tutulur.  1992-ci  ildən  indiyə  kimi  Dünya  Bankı  Azərbaycana  43 

layihə üzrə təxminən 2.9 mlrd. dollar həcmində vəsait ayırıb. 

Azərbaycan  hökuməti  və  Dünya  Bankı  tərəfindən  maliyyələşdirilən  “Milli  su 

təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində respublikanın 14 şəhər və 

rayon mərkəzində etibarlı və davamlı su təchizatı və kanalizasiya xidmətlərinin təmin 

edilməsini  nəzərdə  tutan  layihənin  icrası  davam  etdirilir.  Bu  layihənin  həyata 

keçirilməsi  ilə  Biləsuvar,  Qəbələ,  Şamaxı,  Saatlı,  Hacıqabul,  Qazax,  Quba,  Qax, 

Mingəçevir,  Sabirabad,  Samux,  Şəmkir,  Tərtər  rayonları  və  Xırdalan  şəhərində  su 

təchizatı və kanalizasiya sistemləri qurulacaqdır. 

Bununla  yanaşı  su  təchizatı  və  kanalizasiya  sisteminin  ahəngdar  fəaliyyətinin 

təmin  olunması  üçün  mütəmadi  olaraq  müvafiq  təmir-bərpa  işləri  aparılmış,  su  və 

kanalizasiya xətlərində baş verən qəza hadisələri operativ qaydada aradan qaldırılmış 

və digər tədbirlər həyata keçirilmişdir. 



                                           

                    

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

                                                                                                                                                                       

                                                                                                                                                          70 

 

III Fəsil Azərbaycanın beynəlxalq maliyyə institutları ilə 

ə

məkdaşğının inkişaf perespektivləri. 

 

3.1 Azərbaycanın valyuta siyasəti və BVF ilə əməkdaşğının genişləndirilməsi 

istiqamətləri. 

Azərbaycan “Rubl Regionu”ndan çıxaraq milli valyutanın tədavülünə dair qəbul 

edilən  qanunun  ardından,  1992-ci  il  noyabr  ayında  müstəqil  Azərbaycan 

Respublikasının  milli  valyutası  olan  “Manat”ı  tədavülə  çıxartmışdır.  Azərbaycanın 

milli valyutası, ilk mərhələdə Rusiyanın valyutası Rubl ilə birlikdə istifadə olunurdu. 

Hökumətin  sərbəst  bazar  iqtisadiyyatına  keçiləcəyini  və  özəlləşdirməni  manat  ilə 

aparacağını  bildirməsi  ilə  yanaşı  ümumi  həcminin  bazarda  az  olması  səbəbiylə  ilk 

dövrdə  dəyərini  qoruyan  manat,  idxalın  böyük  bir  hissəsinin  rubl  ilə  aparılma 

məcburiyyətinin olması və idxal edilən məhsulların ölkələrində, xüsusilə də Rusiyada 

qiymətlərin  liberallaşmaya  paralel  olaraq  yüksəlməsi  nəticəsində,  1993-cü  ilin 

ortalarından  etibarən  rubl  qarşısında  dəyər  itirməyə  başladı.  Bununla  yanaşı  1993-

1994–cü  illərdə  bank  sektorunda  baş  verən  iflaslar  və  manatın  dəyərini  itirəcəyi 

qorxusu,  başda  dollara  olmaq  üzrə  xarici  valyutaya  istiqamətlənməyə,  yəni  valyuta 

ə

vəzetməsinə  səbəb  olmuşdur.  Hər  iki  valyutanın  mübadilə  üçün  istifadə  olunması, 



ödəmələr  sistemində,  xarici  ticarət  tədiyyə  balansında  bəzi  problemlərə  səbəb 

olarkən, ölkədə baş verən iqtisadi böhranın dərinləşməsində də rol oynamışdır. 

Nəhayət, 1994-cü ildən etibarən manat ölkədə yeganə pul vahidi olaraq fəaliyyət 

göstərməyə başlayır. 1994-cü ildə “Valyuta Tənzimlənməsi Haqqında”qanunun qəbul 

edilməsi  və  1995-ci  ildə  anti-inflyasyonist  pul  və  kredit  siyasətinin  tətbiq  edilməyə 

başlaması nəticəsində tətbiq edilməyə başlaması nəticəsində 1996-cı ilin may ayından 

manat  dəyər  və  etibar  qazanmağa  başladı.  Manat  ilk  illərdə  inflyasiya,  siyasi  və 

iqtisadi  stabilliyin  olmaması  kimi  səbəblərlə  ABŞ  dolları  qarşısında  sürətlə  dəyər 

itirsə  də,  1995-ci  ildən  sonra  ölkədə  həyata  keçirilən  iqtisadi  tədbirlər  və  sərt  pul 

siyasəti nəticəsində milli valyutada çox böyük dalğalanmalar olmamışdır. 




 

                                                                                                                                                                       

                                                                                                                                                          71 

 

Qonşu ölkələr daha yüksək inflyasiya rəqəmlərinə sahib olduqlarından, manat bu 



ölkələrin valyutaları qarşısında dəyər qazanmışdır. 

Milli Bankın siyasətləri və bunu dəstəkləyən neft müqavilələri nəticəsində 1997-

1998-ci  illərdə  xarici  investisiya  daxil  olmalarında  artışlar  səbəbiylə  manat  ABŞ 

dolları  qarşısında  dəyər  qazanmışdır.  Həddən  artıq  istifadə  olunan  milli  valyutamız 

ilə  yanaşı  1998-ci  ildə  baş  verən  Rusiya  böhranının  da  təsiriylə  ixrac  gəlirlərində 

önəmli  miqdarda  azalmalar  baş  vermişdir.  Ancaq,  1999-cu  ildən  etibarən  efektif 

valyuta bazarında manatın dəyəri aşağı salınmış və Azərbaycanın ticari rəqabət şansı 

artırılmağa  çalışılmışdır.  1999-cu  ilin  ikinci  yarısında,  1995-ci  ildən  etibarən  tətbiq 

olunmağa  başlanan  valyuta  siyasətlərində  yumuşama  ilə  birlikdə  yenidən  milli 

valyuta yüksəlməyə başlamışdır56. 1999-cu ilin ortalarından etibarən milli valyutanın 

tənzimlənməsi  məqsədli  bazar  mexanizmasına,  yəni  dalğalı  məzənnə  rejiminə 

keçilmiş,  milli  valyuta  ABŞ  dolları  qarşısında  7%  nisbətində  devalüasiya  edilərək 

ixrac məhsullarına rəqbət üstünlüyü qazandırılmağa cəhd edilmişdir. 

Qısacası,  1999-cu  ildəki  maliyyə  stabilliyi,  sərt  pul  siyasəti  və  devalvasiya  ilə 

manat güc qazanmış və stabillik əldə etmişdir.  Manatın  devalvasiya  səbəbiylə  ixrac 

məhsulları  xaricdə  ucuz,  daxildə  isə  baha  qiymətə  istehlak  olunmağa  başlamışdır. 

Bundan əlavə idxal xam maddəni əsas alan ixrac məhsullarının xərcləri artmış, digər 

ifadəylə idxal baha olduğu üçün ixrac yolu ilə əldə edilən valyuta gəlirləri, pul vahidi 

manata qarşı dəyər qazanan ölkələrə geri getməyə başlamışdır. 

2000-2003–cü  illər  arasında  yumşaq  bir  devalvasiyaya  məruz  qalan  manatın 

2004-cü ildə bir az dəyər qazandığını müşahidə edirik. Manatın dəyər qazanmasının 

səbəbləri isə belə açıqlanır: 2004-cü ildə tədavüldəki pul kütləsi 31% artarkən ölkəyə 

böyük həcmdə valyuta daxil olmaları valyuta məzənnələrinə təsir edir. Neft və təbii 

qaz  istehsalının  artması  və  ÜDM-dəki  artışla  birlikdə  ölkəyə  valyuta  daxil  olmaları 

daha da artacaqdır. Bunlar isə manatın dəyər qazanmasına səbəb olacaqdır. 

 Azərbaycanın  milli  valyutası  olan  manatın  dəyəri  günlük  olaraq  Bakı 

BanklararasıValyuta  Birjasında  müəyyənləşir.  Real  və  nominal  valyuta  məzənnələri 

arasında  ciddi  fərqlər  var.  Valyuta  məntəqələri  və  banklar  Milli  Bankın 




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə